12-06-2023, 16:25
Ərdoğan Şimali Kiprin Prezidenti ilə görüşdüTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar arasında görüş olub. Bu barədə Türkiyə dövlət başçısının mətbuat xidmətindən bildirilib. Onların hansı məsələləri müzakirə etdikləri açıqlanmayıb. Qeyd edək ki, Ərdoğan Şimali Kiprdə səfərdədir.
12-06-2023, 15:44
Ermənistan Hindistanla anlaşma memorandumu imzaladıErmənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə Hindistanın Elektronika və İnformasiya Texnologiyaları Nazirliyi arasında anlaşma memorandumu imzalanıb. Bu, Qlobal Rəqəmsal İctimai İnfrastruktur Sammiti çərçivəsində baş tutub. "İmzalanmış sənədlə tərəflər iki ölkə arasında institusional əməkdaşlığın stimullaşdırılması, texniki-iqtisadi əsaslandırma, modernləşdirmənin qiymətləndirilməsi və rəqəmsal transformasiya həllərinin tətbiqi sahələrində əməkdaşlığı genişləndirməyə hazır olduqlarını bildirirlər", - deyə məlumatda qeyd olunub.
12-06-2023, 15:15
İrəvan-Batumi qatarı reyslərə başlayırİyunun 14-dən İrəvan-Batumi-İrəvan qatarı reyslərə başlayır. Qatar qrafik üzrə 2 gündə bir reys olmaqla, hərəkət edəcək. "Biletləri artıq həm onlayn, həm də Ermənistan və Gürcüstanın əsas stansiyalarının kassalarından əldə etmək olar", - deyə məlumatda qeyd olunub. Eyni zamanda, İrəvan-Tbilisi-İrəvan marşrutu üzrə qatarların hərəkəti yay mövsümü üçün ləğv ediləcək.
12-06-2023, 14:09
Ərdoğan Şimali Kiprə səfərə getdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın Şimali Kipr Türk Respublikasına səfəri başlayıb. Bu barədə TRT məlumat yayıb. Onu səfərdə xarici işlər naziri Hakan Fidan, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar, milli müdafiə naziri Yaşar Gülər, nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu, prezidentin kommunikasiya direktoru Fahrettin Altun, MİT rəhbəri İbrahim Kalın, Müdafiə Sənayesi İdarəsinin rəhbəri Haluk Görgün və Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik müşayiət edir.
12-06-2023, 11:21
İranın iqtisadiyyat üzrə vitse-prezidenti istefa verdiİran prezidentinin iqtisadiyyat üzrə vitse-prezidenti Möhsün Rezai istefa verib. Bu barədə Möhsün Rezainin ofisindən bildirilib. Məlumata görə, o, istefasını İqtisadi Əlaqələndirmə Şurasının katibliyində daimi olması ilə izah edib. Bildirilib ki, İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei İqtisadi Əlaqələndirmə Şurasının uğursuzluğunu tənqid etmişdi. S.Ə.Xamənei Prezident Rəisiyə katibliyin işini təşkil etmək üçün Möhsün Rezainin bu vəzifəyə təyin olunmasını təklif edib. Xatırladaq ki, Möhsün Rezai 2022-ci ilin sentyabrında vitse-prezident vəzifəsinə təyin olunmuşdu. Qeyd edək ki, bir müddət əvvəl İranın daha bir vitse-prezidenti Məsud Mirkazemi də istefa vermişdi.
11-06-2023, 18:21
Türkiyə ordusunun 2 hərbiçisi şəhid olduİraqın şimalında həyata keçirilən “Pəncə Kilid” bölgəsində Türkiyə ordusunun iki hərbçisi həlak olub. Bunu Türkiyənin daxili işlər naziri Ali Yerlikaya tviter hesabında yazıb. Nazir bildirib ki, əməliyyat çərçivəsində çavuş Cem Ahmet Kaya və Halil Şahin şəhid olublar. Ali Yerlikaya hərbçilərə rəhmət diləyib, ailələrinə, Türkiyə ordusuna və xalqına başsağlığı verib.
11-06-2023, 14:10
Qırğızıstan Prezidenti 10 il müddətinə azadlıqdan məhrum edildi2005-2010-cu illərdə Qırğızıstan Prezidenti olmuş Kurmanbek Bakiyev Kumtor qızıl mədənində korrupsiya faktı ilə bağlı qiyabi olaraq 10 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. “Məhkəmənin qərarı ilə Kurmanbek Bakiyev cinayət törətməkdə təqsirli bilinib, o, əmlakı müsadirə olunmaqla və üç il müddətinə dövlət vəzifəsi tutma hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum edilib”, - Qırğızıstan Ali Məhkəməsinin mətbuat xidmətinin nümayəndəsi bildirib. Məlumata görə, baxılan iş “Kumtor” mədənində korrupsiyaya aiddir. Bundan başqa, daha bir neçə keçmiş məmur, həmçinin eks-prezidentin kiçik oğlu Maksim Bakiyev də təqsirləndirilən şəxslər arasındadır. Qeyd edək ki, K.Bakiyev 2010-cu ilin aprelində dövlət çevrilişi nəticəsində devrilib. O, təhlükəsizlik məqsədilə respublikanı tərk edib və hazırda Belarusda yaşayır. Bişkek Minskdən keçmiş dövlət başçısının ekstradisiyasını dəfələrlə tələb etsə də, hər dəfə buna rədd cavabı verilib.
11-06-2023, 12:38
Qazaxıstanda ümumilli matəm günü elan edildiQazaxıstan Prezidenti Kasım-Jomart Tokayev iyunun 12-ni ümummilli matəm günü elan edib. Abay rayonuna səfər edən Tokayev, burada Semey Ormanı təbiət qoruğunda baş vermiş irimiqyaslı yanğın nəticəsində həlak olan meşə təsərrüfatı işçilərinin ailələrinə və yaxınlarına başsağlığı verib. Batpaevski meşə təsərrüfatının ərazisində ilkin olaraq 0,3 hektar sahədə ağaclar yanıb. Yanğının söndürülməsi üçün helikopter gətirilib. Bundan başqa, meşə yanğınının söndürülməsinə üç rayondan xilasedicilər göndərilib. İlkin yanğın sahəsi artıq 60 min hektardan çoxdur. Qeyd edək ki, yanğın nəticəsində 14 nəfər ölüb.
11-06-2023, 12:22
Əfqanıstan-Pakistan sərhədində silahlı insident baş verdiƏfqanıstan-Pakistan sərhədində silahlı insident baş verib. Bu barədə Pakistan ordusu məlumat yayıb. Ölkənin şimal-qərbində yerləşən Xeyber-Paxtunxva əyalətinin Şimali Vəziristan bölgəsinin Miran Şah rayonundakı nəzarət-buraxılış məntəqəsində törədilən terror aktından sonra Pakistan ordusu əməliyyat-axtarış tədbirləri həyata keçirib. Axtarışlar çərçivəsində terrorçulara məxsus silah-sursat anbarı aşkar olunub. Baş verən atışmada 3 pakistanlı hərbçi həlak olub, həmçinin silahlılardan 3-ü məhv edilib.
11-06-2023, 12:01
Xersonda subasma səbəbindən itkin düşənlərin sayı 29 nəfərə çatdıKaxovka Su Elektrik Stansiyasının bəndinin partladılması nəticəsində Xerson vilayətində subasma səbəbindən itkin düşənlərin sayı 29 nəfərə çatıb. Bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir. Qeyd edək ki, Xerson vilayətində 46 yaşayış məntəqəsini su basıb, onlardan 32-si Ukraynanın nəzarəti altında olan, 14-ü isə müvəqqəti işğal edilmiş ərazidə yerləşir. Ukraynanın nəzarətində olan ərazilərdən 2699 nəfər təxliyə olunub. Su Elektrik Stansiyasının partladılmasından sonra Nikolayev vilayətinin 31 yaşayış məntəqəsi su altında qalıb, 982 nəfər təxliyə olunub.