11-04-2023, 13:31
Ukrayna nüvə silahı yarada bilər, lakin buna ehtiyac yoxdur - Arestoviç"Ukrayna 9 aya nüvə silahı yarada bilər, lakin buna ehtiyac yoxdur". Bunu ölkənin Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib. "Biz bunu 6 aydan 9 aya qədər bərpa edə bilərik. Lakin bu yolla biz uğrunda mübarizə apardığımız beynəlxalq müqavilələr sistemini pozmuş olacağıq. Ümumbəşəri və ümumavropa tendensiyaları çərçivəsində qalmalıyıq", - o əlavə edib. Onun sözlərinə görə, Ukraynanın indiki mövqeyində qalaraq beynəlxalq hüquq sisteminin tərəfdarı olması daha yaxşıdır.
11-04-2023, 13:27
Misirdən Rusiyaya raket tədarükü - Şok İddia"Misir gizli şəkildə Rusiyaya raket tədarük etməyi planlaşdırır". Bunu "The Washington Post" nəşri Pentaqonun sosial şəbəkəyə sızmış “məxfi sənədləri”nə istinadən yazıb. Bildirilib ki, Misir prezidenti Əbdülfəttah əs-Sisi bu yaxınlarda Rusiyaya qaçaqmalçılıq yolu ilə 40 minə qədər raket tədarük etməyi əmr edib. Nəşrin məlumatına görə, sənəddə Misir prezidentinin Qərblə problem yaşamamaq üçün rəsmilərə raketlərin istehsalı və daşınmasını gizli saxlamağı da tapşırdığı bildirilib. Burada Rusiya üçün mərmi və barıt tədarükü də qeyd olunub. Sənədlərə görə, Misir diplomatı Əhməd Əbu Zeyd jurnalistlərə bildirib ki, Misirin müharibənin ilk günlərindən tutduğu mövqe müdaxilə etməməyə əsaslanır: “Biz hər iki tərəfi hərbi əməliyyatlara son qoymağa və danışıqlar yolu ilə siyasi həllə nail olmağa çağırmağa davam edirik". Öz növbəsində ABŞ hökumətindən anonim mənbə bildirib ki, bu cür tədarüklərin həyata keçirildiyinə dair heç bir sübut yoxdur: "Biz bunun baş verdiyini görməmişik". Qeyd olunub ki, Rusiyanı Ukraynadakı müharibə üçün silahla təmin etmək Moskva ilə əlaqələrini dərinləşdirməsinə baxmayaraq, ölkəyə ildə 1 milyard dollardan çox təhlükəsizlik yardımı göstərən ABŞ ilə tərəfdaşlıq quran Misir üçün təhlükəli olardı. "Misir bizim Yaxın Şərqdəki ən uzunmüddətli müttəfiqlərimizdən biridir. Sisinin gizli şəkildə Rusiya üçün Ukraynada istifadə oluna biləcək raketlər istehsal etdiyi doğrudursa, biz münasibətlərimizi ciddi şəkildə nəzərdən keçirməliyik", - senator Kris Mörfi söyləyib.
11-04-2023, 13:23
Çin Tayvan ətrafındakıhərbi təlimlərini sonlandırdıAprelin 10-da Çin Tayvan ətrafında üç günlük hərbi təlimlərini başa çatdırıb. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Çin Xalq Respublikasının əsgərləri adanın blokadası ilə bağlı təlimlər keçirib. Ordu hərbi təlimləri uğurla başa vurduğunu və bölmələrin döyüş şəraitində fəaliyyət qabiliyyətini sınaqdan keçirdiyini açıqlayıb. Hərbçilərin sözlərinə görə, onlar separatizmin və xarici müdaxilənin istənilən formasının qarşısını qətiyyətlə almağa hazırdırlar.
10-04-2023, 22:36
Estoniya höküməti tam tərkibində istefaya göndərildiEstoniya hökuməti tam tərkibdə istefaya göndərilib. Bu barədə Estoniyanın baş naziri Kaja Kallas bildirib. Estoniya qanunlarına görə, hökumət yeni parlament çağırıldıqda istefa verir, lakin yeni hökumət işə başlayana qədər öz funksiyalarını yerinə yetirməyə davam edir. Yeni hökumət İslahat Partiyası, Eesti 200 və Sosial Demokrat Partiyasının imzaladığı koalisiya sazişi əsasında formalaşacaq və İslahat Partiyasının hazırkı lideri Kaja Kallas üçüncü dəfə hökumətə rəhbərlik edəcək.
10-04-2023, 22:32
Paşinyana çətir atan qadınla bağlı cinayət işi açılıbErmənistanın baş naziri Nikol Paşinyana çətir atan qadın saxlanılıb. Bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb. Bildirilib ki, 47 yaşlı qadın baş nazirə qarşı zorakılıq tətbiq etməyə çalışıb və bundan əvvəl o, polisin qanuni tələblərinə tabe olmayıb. Hücum edən qadına qarşı cinayət işi açılıb. Hadisənin baş vermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
10-04-2023, 22:25
ABŞ illik nüvə təliminə başlayırABŞ Strateji Komandanlığı aprelin 11-də illik nüvə komandanlığı və nəzarəti təliminə başlayacaq. Bu barədə ABŞ Silahlı Qüvvələri məlumat yayıb. Təlimlərə bütün strateji komandanlığın, eləcə də Britaniya və digər müttəfiqlərin şəxsi heyəti cəlb olunacaq. Təlimlərin məqsədi nüvə hazırlığını gücləndirmək, təhlükəsiz və etibarlı strateji çəkindirmə qüvvələrini təmin etməkdir.
10-04-2023, 20:43
İran XİN Bakıdakı səfirliyinin dəyişəcəyiylə bağlı xəbərlərə münasibət bildirdiİran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Naser Kənani Tehranın Bakıdakı səfirinin dəyişəcəyi barədə xəbərlərə münasibət bildirib. Bu haqda XİN rəsmisi gündəlik brifinqdə danışıb. Kənani deyib ki, Xarici İşlər Nazirliyində diplomatik vəzifələrin dəyişməsi normal haldır. "Lakin Azərbaycandakı səfirlə bağlı yeni heç nə olmayacaq", - deyə o bildirib. Qeyd edək ki, bir neçə gün əvvəl İranın "Tasnim" xəbər agentliyi Tehranın Bakıdakı səfiri Abbas Musəvinin vəzifəsindən uzaqlaşdırılması, onun yerinə Müctəba Dəmirçilinin təyin olunması ilə bağlı məlumat yayıb. Xatırladaq ki, Abbas Musəvi 2020-ci ildən İranın Bakıdakı diplomatik korpusuna rəhbərlik edir. O, səfir vəzifəsindən əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü olub. Abbas Musəvinin Bakıya gəlişindən sonra İran və Azərbaycan arasında münasibətlərdə irəliləyiş nəzərə çarpmayıb, əksinə təmaslar daha da gərginləşib.
10-04-2023, 16:14
Lukaşenko Rusiyanın müdafiə nazirini qəbul etdiBelarus prezidenti Aleksandr Lukaşenko Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunu qəbul edib. Bu barədə Belarusun rəsmi "BelTA" agentliyi məlumat yayıb. Bildirilib ki, Rusiya prezidenti ilə danışıqlar və razılaşmalarla bağlı Sergey Şoyqu Lukaşenko ilə təhlükəsizliyin təmin edilməsi mövzusunda əsaslı və konkret söhbətlər aparıb.
10-04-2023, 13:48
Türkiyədə kütləvi insan yaralanmasıyla nəticələnən qəza baş veribTürkiyənin Eskişəhir şəhərində sərnişin avtobusu, yük maşını və hərbi maşının iştirakı ilə ağır yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında olub. Məlumata görə, qəza nəticəsində 12-si hərbçi olmaqla 14 nəfər yaralanıb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 2-nin vəziyyəti ağırdır. Hazırda qəzanın səbəbləri araşdırılır.
9-04-2023, 20:31
Gürcüstan müxalifəti ayağa qalxdıGürcüstan müxalifəti parlament binası qarşısında aksiyaya başlayıb. "Vahid Milli Hərəkat" partiyası ölkənin Avropaya inteqrasiyasını dəstəkləmək məqsədilə aksiya keçirir. Nümayişçilər "Rusiyaya yox", "ruslaşdırılmağa yox" kimi şüarlar səsləndirirlər. Aksiya səbəbindən parlament binasının qarşısındakı prospektdə hərəkət məhdudlaşdırılıb, əraziyə polis əməkdaşları cəlb edilib.