Putin Trampı məyus edib .....                        Bəşər Əsədin həbsinə order verildi .....                        Britaniya parlamentində etiraz .....                        İranın təxribatçı səfirinin fəaliyyəti başa çatdı .....                        Bakının bu küçələridə hərəkət dayandırılır .....                        14 yaşlı uşağa işgəncə verən xalası SAXLANILDI .....                        Lənkəranın dağ kəndində yanğın .....                        Milli Məclisin komitəsində almanlarla görüş keçirilib .....                        Göygöldə qəza - Ölən var .....                       
1-09-2023, 21:31
Quranın yandırılmasıyla bağlı aksiyalar polisə 23 min dollara başa gəlib


Quranın yandırılmasıyla bağlı aksiyalar polisə 23 min dollara başa gəlib

İsveçdə Quranın yandırılması ilə bağlı aksiyalar polisə təxminən 23 min dollara başa gəlib.
Bu barədə "Sveriges Radio" kanalı Stokholm polisinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, yanvarın 1-dən avqustun 29-dək polis 13 aksiyaya icazə verib.
Qeyd edək ki, iyunun 28-də Stokholm polisi şəhərdəki məscidin yaxınlığında Quranım yandırılması ilə müşayiət olunan nümayişə icazə verib.
İsveçin baş naziri Ulf Kristerson müvafiq qərarın qanuni, lakin əhəmiyyətsiz olduğunu bildirib.
1-09-2023, 18:21
Şoyqu türkiyəli həmkarıyla taxıl sazişini müzakirə etdi


Şoyqu türkiyəli həmkarıyla taxıl sazişini müzakirə etdi

Rusiyanın müdafiə naziri Sergey Şoyqu Türkiyə xarici işlər naziri Hakan Fidan ilə görüşüb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Şoyqu Fidan ilə taxıl müqaviləsi və Suriyada birgə işi müzakirə edib.
Şoyqu bildirib ki, Rusiya Türkiyə ilə ikitərəfli strateji tərəfdaşlığı davam etdirmək niyyətindədir.
1-09-2023, 15:19
Türkiyədə ilk yerli sürücüsüz metro istifadəyə verildi


Türkiyədə ilk yerli sürücüsüz metro istifadəyə verildi

Türkiyənin ilk yerli və milli sürücüsüz metro nəqliyyatı istifadəyə verilib.
Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
O qeyd edib ki, metro Gebze Mütəşəkkil Sənaye Bölgəsi (GOSB)-Darıca sahil xətti üçün xüsusi olaraq hazırlanıb.
1-09-2023, 13:52
Putin və Ərdoğan görüşünün yeri və saatı dəqiqləşdi


Putin və Ərdoğan görüşünün yeri və saatı dəqiqləşdi

"Putin və Ərdoğan arasında danışıqlar sentyabrın 4-də Soçidə keçiriləcək".
Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.
1-09-2023, 13:50
Avropa İttifaqı 10 yeni üzvünü qəbul etməyə hazırlaşır


Avropa İttifaqı 10 yeni üzvünü qəbul etməyə hazırlaşır

Avropa İttifaqı (Aİ) genişlənmənin yeni mərhələsinə hazırlıqları gücləndirməli və 10 dövlətin qəbulu üçün vaxt çərçivəsini razılaşdırmalıdır.
Bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Jozep Borrel xarici işlər nazirlərinin Toledoda keçirilən qeyri-rəsmi görüşündən sonra bildirib.
"Genişlənmə ideyası bizim müzakirəmizin əsas mövzusu idi. Ukrayna Qərbi Balkanlar da Aİ-nin yeni üzvü olmalıdır. Ukraynadakı müharibə Aİ-nin genişlənməsi prosesini sürətləndirdi. Bu, ləyaqətə əsaslanan bir prosesdir, lakin eyni zamanda, düşünürəm ki, siyasi məqsədləri müəyyənləşdirmək, proseslərə təkan vermək yaxşı olardı. Bu məsələ bizə də aiddir, çünki biz 10 yeni Aİ üzvünü qəbul etməyə hazır olmalıyıq. Bu şərtlər daxilində müəyyən bir üfüqdə, qəbul üçün vaxt çərçivəsi bizə Aİ ölkələrinin və namizəd ölkələrin səylərini cəmləşdirməyə imkan verəcək”, - Borrell bildirib.
Borrelin sözlərinə görə, xarici işlər nazirləri genişlənmə məsələlərini müzakirə etmək üçün sentyabrın sonunda Qərbi Balkan ölkələrindən olan həmkarları ilə görüş keçirməyə razılaşıblar.
Albaniya, Türkiyə, Şimali Makedoniya, Monteneqro, Serbiya, Moldova, Ukrayna və Bosniya və Herseqovina hazırda Aİ-yə üzv olmaq üçün rəsmi namizəd statusuna malikdir. Brüssel Serbiyaya aktiv təzyiq göstərir ki, onu Kosovoya bu statusun verilməsinə razı olmağa məcbur etsin ki, bu da əslində Kosovonun müstəqilliyinin rəsmi şəkildə tanınmasına bərabərdir. Gürcüstan da üzvlüyə namizəd olmağa ümid edir, lakin bunun nə vaxt baş verəcəyi hələ bəlli deyil.
1-09-2023, 13:42
Rusiya ukraynalıların şəxsi məlumatlarını bu yolla əldə edir


Rusiya ukraynalıların şəxsi məlumatlarını bu yolla əldə edir

"Rusiya ukraynalı əsgərlərin və onların ailələrinin şəxsi məlumatlarını əldə etmək üçün fişinq saytlarından istifadə edir".
Bu barədə "Amerikanın Səsi" məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyinin rəsmiləri "Amerikanın Səsi"nə Rusiyanın minlərlə ukraynalı əsgər və onların ailələrinin şəxsi məlumatlarını əldə etmək üçün istifadə etdiyi fişinq saytları barədə danışıblar. Onların fikrincə, bu, Ukraynanın işğal olunmuş ərazilərində yaşayan ailə üzvlərini saxlayıb Rusiyaya deportasiya etmək üçün edilir.
ABŞ-dakı bu cür fişinq resurslarına, məsələn, "WarTears" və "ForeignCombatants" layihələri daxildir. Rəsmilərin sözlərinə görə, bu resurslar itkin düşmüş, əsir düşmüş və ya ölmüş ukraynalı əsgərlərin dostları və qohumları üçün dəstək saytı kimi görünür.
Ukraynanın Əsirlərin Müalicəsi üzrə Koordinasiya Qərargahının nümayəndəsi Petr Yatsenko da "Amerikanın Səsi" ilə söhbətində bu saytların fişinq olduğunu bildirib. Onun sözlərinə görə, "WarTears.org" məlumat bazasında 170 mindən çox ukraynalı hərbçi haqqında məlumat var.
1-09-2023, 11:46
Rusiyanın ən böyük məktəbi tikildi


Rusiyanın ən böyük məktəbi tikildi

Rusiyanın Voronej vilayətində Belarusdan olan inşaatçıların iştirakı ilə Rusiyanın ən böyük məktəbi tikilib.
Bu barədə Belarusun rəsmi BelTA agentliyi məlumat yayıb.
"Bu gün unikal təhsil ocağı öz qapılarını 4000-ə yaxın şagirdin üzünə açdı", - məlumatda qeyd olunub.
Belarus Milli Məclisinin Respublika Şurasının sədri Natalya Koçanova və Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko videobağlantı vasitəsilə Voronej sakinlərini meqa-məktəbin açılışı münasibətilə təbrik ediblər.
31-08-2023, 16:58
Sabiq prezident də müxalifətin mitinqinə qoşulacaq


Sabiq prezident də müxalifətin mitinqinə qoşulacaq

Ermənistanın eks-prezidenti Robert Köçəryan müxalifətin sentyabrın 2-də İrəvanın Azadlıq meydanında keçiriləcək mitinqində iştirak edəcək.
Bunu yerli jurnalistlərə müsahibəsində Köçəryanın ofisinin koordinatoru Baqrat Mikoyan deyib.
Bundan əvvəl mitinqin təşəbbüskarı olan “Daşnaksütyun” partiyasının üzvü, parlamentin “Hayastan” blokunun deputatı İşxan Saqatelyan Ermənistan və Qarabağ separatçılarının taleyindən narahat olan bütün vətəndaşları aksiyada iştirak etməyə çağırıb.
2 sentyabrda Xankəndidə də mitinq keçirləməsi qərara alınıb.
31-08-2023, 16:21
Rusiya və Türkiyə XİN Başçılarının görüşü başladı


Rusiya və Türkiyə XİN Başçılarının görüşü başladı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Türkiyə XİN başçısı Hakan Fidan arasında görüş başlayıb.
Bu barədə "Sputnik Türkiye" məlumat yayıb.
31-08-2023, 15:53
Ermənistan müxalifəti bu tarixdə mitinqə çağırdı


Ermənistan müxalifəti bu tarixdə mitinqə çağırdı

Ermənistan müxalifəti sentyabrın 2-ə mitinq çağırıb.
Bu barədə "News.am" məlumat yayıb.
Mitinq İrəvanın "Azatutyun" meydanında keçiriləcək. Məlumata görə, mitinqində ölkənin ikinci prezidenti Robert Köçəryan da iştirak edəcək. Bu barədə onun ofisinin koordinatoru Baqrat Mikoyan məlumat verib.
Mitinq Paşinyan hakimiyyətinin Qarabağ siyasətinə etiraz xarakteri daşıyacaq. Daşnaksütyun Partiyasının funksioneri, müxalif "Hayastan" blokunun deputatı İşxan Saqatelyan "Ermənistanın və Qarabağın taleyindən narahat olan bütün vətəndaşları" aksiyada iştirak etməyə çağırıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!