22-03-2023, 22:28
Ermənistanın XİN başçısı iranlı həmkarıyla Laçın yolunu müzakirə edibErmənistanın xarici işlər naziri Ararat Mirzoyan İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kani ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı ikitərəfli əlaqələr, regional təhlükəsizlik mövzuları müzakirə olunub. Mirzoyandan əvvəl Kani Ermənistan XİN başçısının müavini Vahan Kostanyanla danışıqlar aparıb. Görüş zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub.
22-03-2023, 22:25
Fransa prezidenti ilin sonuna qədər qalmaqallı islahatı təsdiqləyəcək
Fransa prezidenti Emmanuel Makron ilin sonuna qədər qalmaqallı pensiya islahatları haqqında qanunu təsdiqləyəcək. Bu barədə o, dövlət televiziyasına müsahibəsində bildirib. Makron pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinin həyata keçiriləcəyini deyib. Yaxın həftələrdə qanun layihəsi Konstitusiya Şurasının müzakirəsinə çıxarılacaq və yalnız təsdiq edildikdən sonra qanuna çevrilə bilər. Qeyd edək ki, qanuna görə Fransada bir neçə dəfə iğtişaşlar baş verib, polislə vətəndaşlar arasında toqquşma yaşanıb.
22-03-2023, 22:14
Türkiyə ordusu hərbi təlimlərə start veribTürkiyə ordusu hərbi təlimlərə başlayıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, "Anadolu Qartalı-2023/1" adlı təlimdə Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı iştirak edir. Təlimlər martın 24-dək davam edəcək. Təyyarələr plana uyğun olaraq, ölkənin 8 müxtəlif bazasından havaya qalxıb və tapşırıqları icra ediblər.
22-03-2023, 22:11
Sülh prosesi ilə bağlı Azərbaycanla danışıqlar davam edir - MirzoyanSülh prosesi ilə bağlı Azərbaycanla danışıqlar davam edir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. O qeyd edib ki, İrəvan tezliklə sülh müqaviləsi ilə bağlı öz cavab təkliflərini Bakıya göndərəcək. Xatırladaq ki, bir müddət əvvəl rəsmi Bakı Ermənistana öz təkliflərini göndərdiyini açıqlayıb.
22-03-2023, 22:01
İsraildən Qəzza zolağına PUA hücumu İsrail Silahlı Qüvvələrinə məxsus “Dəmir qübbə” (İron Dome) sistemi Qəzza zolağında HƏMAS təşkilatına məxsus pilotsuz uçuş aparatı (PUA) vurub. Bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti bildirib. MN sözçüsü qeyd edib ki, PUA-nın İsrail ərazisinə keçməsinin qarşısı alınıb, Qəzza səmasının cənub hissəsində vurulub. Qeyd edək ki, İsrail mediası partlayış səslərinin Eşkol Regional Şurasında eşidilməsi barədə məlumat yayıb.
22-03-2023, 21:57
İordaniya deputatlarından təklif: İsrail səfiri ölkədən qovulsunİordaniya parlamenti İsrail səfirinin ölkədən çıxarılmasına səs verib. Deputatlar İordaniya hökumətinə İsrail səfirini qovmağı tövsiyə ediblər. Qərarın qəbul edilməsinə səbəb İsrail maliyyə naziri Bezalel Smotriçin çıxışı zamanı nümayiş olunan İsrail xəritəsi olub. Xəritədə İordaniya və Fələstinin əraziləri İsrailin ərazisini kimi göstərilib. Bundan əvvəl İsrail səfiri İordaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
22-03-2023, 21:48
Rus ordusu Ukraynanın 11 bölgəsini atəşə tutduRusiya ordusu son sutka ərzində Ukraynanın 11 bölgəsini atəşə tutub. Bu barədə Ukrayna Hərbi Media Mərkəzi məlumat yayıb. Ruslar Ukrayna ərazisinə minaatan, tank, artilleriya, “Qrad” və “Smerç”, “S-300” hava hücumundan müdafiə sistemi ilə zərbələr endirib. Hücumda raket sistemləri və İran pilotsuz uçuş aparatlarından da istifadə edilib. Ümumilikdə 121 yaşayış məntəqəsi atəşə tutulub, 42 infrastruktur obyektinə ziyan dəyib. İlkin məlumatlara görə, zərbələr nəticəsində 14 nəfər ölüb, 24 nəfər yaralanıb. Rusiyanın Ukraynanı növbəti dəfə raket atəşinə tutması nəticəsində Kiyev vilayətində 4 nəfər ölüb. Vilayətin Milli Polis İdarəsinin rəisi Andrey Nebitovun sözlərinə görə, atılan raketlərdən biri beşmərtəbəli yataqxana binasına düşüb.
22-03-2023, 21:46
Rusiyanın Kiyevə PUA-larla hücumu 4 nəfərin ölümünə səbəb olduRusiya qüvvələri tərəfindən Ukraynanın paytaxtı Kiyevə PUA hücumu nəticəsində həyatını itirənlərin sayı 4 nəfərə çatıb. Bu barədə "Ukrinform" məlumat yayıb.
22-03-2023, 21:40
HDP prezident seçkilərində namizədlik irəli sürməyəcəkTürkiyənin Xalqların Demokratik Partiyası (HDP) 14 mayda keçiriləcək prezident seçkilərində namizəd irəli sürməyəcək. Bunu partiyanın həmsədri Pervin Buldan açıqlayıb. Qeyd edək ki, HDP eyni tarixdə keçiriləcək parlament seçkilərinə qatılacaq "Əmək və Azadlıq İttifaqı"nın üzvüdür. Bu siyasi ittifaq da prezidentliyə namizəd çıxarmayacağını elan edib.
22-03-2023, 21:02
Çin ABŞ-a çağırış dolu mesaj göndərdi"Çin ABŞ-ı Ukrayna münaqişəsindəki roluna yenidən baxmağa və Pekini ittiham etməyi dayandırmağa çağırır". Bu, Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, Çinin Ukrayna məsələsində heç bir "eqoist məqsədləri" yoxdur. "Biz heç vaxt baş verənləri əli-qolu bağlı vəziyyətdə izləməmişik, amma vəziyyəti daha da gərginləşdirməyə də getməmişik və təkcə öz mənfəətimizi güdməmişik", - deyə Çin XİN-in açıqlamasında vurğulanıb.