“TARİXÇEYİ-NÖVRƏS” ORXAN İSAYEVİN TƏQDİMATINDA .....                        Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                       
9-10-2023, 15:34
Livandan İsrailə 12 raket atılıb - Rəsmi


Livandan İsrailə 12 raket atılıb - Rəsmi

Livanın cənubundan İsrailə azı 12 raket atılıb.
Bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Amma telekanal raket hücumunu hansı qruplaşmanın həyata keçirdiyi barədə məlumat verməyib.
Daha əvvəl İsrail Müdafiə Ordusunun (ÇAXAL) mətbuat xidməti məlumat verib ki, ölkənin şimal bölgələrində hava hücumundan xəbərdarlıq siqnalı işə düşüb.
9-10-2023, 14:27
Türkiyə Silahlı Qüvvələri 150-dən çox terrorçunu zərərsizləşdirdi


Türkiyə Silahlı Qüvvələri 150-dən çox terrorçunu zərərsizləşdirdi

Türkiyə Silahlı Qüvvələri oktyabrın ilk həftəsində Suriya və İraqda 150 terrorçunu zərərsizləşdirib.
Oktyabrın 1-dən 8-dək Türkiyə Hərbi Hava Qüvvələrinin İraqın və Suriyanın şimalinda PKK/PYD qruplaşmalarına qarşı apardığı əməliyyatların gedişində 150-dən çox terrorçu zərərsizləşdirilib, terror təşkilatlarının obyektləri və gəlir mənbələri sıradan çıxarılıb.
9-10-2023, 13:23
İsrail HƏMAS-ın ələ keçirdiyi əraziləri geri qaytarıb


İsrail HƏMAS-ın ələ keçirdiyi əraziləri geri qaytarıb

İsrail ordusu HƏMAS-ın ələ keçirdiyi bütün ərazilərdə nəzarəti bərpa edib.
Bu barədə İsrail Müdafiə Ordusunun nümayəndəsi, kontr-admiral Daniel Həcəri bildirib.
Onun sözlərinə görə, hazırda həmin ərazilərin heç birində hərbi əməliyyatlar aparılmır.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və HƏMAS-a ciddi zərbələr endirib.
9-10-2023, 12:56
Azərbaycanın Tehrandakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq - Kənani


Azərbaycanın Tehrandakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq - Kənani

“Azərbaycanın Tehrandakı səfirliyinin açılması ilə bağlı konsensus var və tezliklə, səfirlik fəaliyyətə başlayacaq”.
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani oktyabrın 9-da keçirdiyi brifinqdə bildirib.
Azərbaycan rəsmilərinin İrana səfərinə münasibət bildirən sözçü deyib ki, bu, iki ölkənin yüksək rütbəli rəsmiləri arasında siyasi, iqtisadi sahədə və Cənubi Qafqazda baş verən hadisələrlə bağlı danışıqların davamı idi: “Yaxşı müzakirələr və məsləhətləşmələr oldu”.
Qeyd edək ki, Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Xələf Xələfov oktyabrın 3-də Tehrana səfər edib, oktyabrın 6-da isə İranın yol və şəhərsalma naziri Mehrdad Bəzrpaş Azərbaycana gəlib.
9-10-2023, 12:37
İsrail ehtiyatda olan 300 min hərbiçini orduya çağırır


İsrail ehtiyatda olan 300 min hərbiçini orduya çağırır

İsraildə ehtiyatda olan təxminən 300 min hərbiçi orduya çağırılacaq.
Bu barədə İsrailin Müdafiə Ordusundan bildirilib.
Vurğulanıb ki, onlar “Dəmir Qılınclar” əməliyyatına cəlb olunacaqlar.
Məlumata görə, bu, İsrail tarixindəki ən böyük səfərbərlikdir.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. Nəticədə 700-dən çox adam ölüb, 2 315 nəfər yaralanıb. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və cavab olaraq "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.
8-10-2023, 18:06
ABŞ İsrailə hərbi yardım göndərməyi planlaşdırır


ABŞ İsrailə hərbi yardım göndərməyi planlaşdırır

Birləşmiş Ştatlar İsrailin əlavə hərbi yardım tələblərini nəzərdən keçirir və bunu bazar günü elan etmək niyyətindədir.
Bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.
“İsrailin etdiyi konkret əlavə tələbləri nəzərdən keçiririk. Düşünürəm ki, bu gün bu məsələ ilə bağlı xəbərlər eşidəcəksiniz”, - o deyib.
Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.
8-10-2023, 17:07
İsrail təhsil müəsisələrində dərsləri ləğv etdi


İsrail təhsil müəsisələrində dərsləri ləğv etdi

İsrail Təhsil Nazirliyi təhlükəsizlik vəziyyəti ilə əlaqədar oktyabrın 9-u və 10-da ölkə üzrə təhsil müəssisələrində dərsləri ləğv edib.
Bu barədə “Kan” televiziya və radio şirkəti İsrail Təhsil Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.
8-10-2023, 16:52
İsrail “Patriot” zenit-raket kompleksini işə saldı


İsrail “Patriot” zenit-raket kompleksini işə saldı

İsrailin şimalında “Patriot” zenit-raket kompleksi işə salınıb.
Bu barədə “Kan” dövlət televiziyası məlumat yayıb.
Müdafiə qurğusu Livanla sərhədə yaxın ərazidə yerləşir.
"Patriot" İsrailin hava məkanına pilotsuz uçuş aparatı daxil olduqdan sonra işə düşüb.
8-10-2023, 16:11
İsraildə ölənlərin sayı 600-ə çatdı


İsraildə ölənlərin sayı 600-ə çatdı

İsraildə Fələstinin HƏMƏS (Hərəkət əl-Müqavəmə əl-İslamiyyə) yaraqlılarının hücumu nəticəsində ölənlərin sayı 600-ə yüksəlib.
Bu barədə “Kan” dövlət teleradioşirkəti məlumat yayıb.
Bildirilib ki, indiyədək 2 048 nəfər yaralanıb.
8-10-2023, 15:42
İsraildə müharibə vəziyyəti elan edildi


İsraildə müharibə vəziyyəti elan edildi

İsrail rəsmi şəkildə müharibə vəziyyəti elan edib.
Bu barədə “Kan” dövlət radiostansiyası məlumat yayıb.
Hökumət bu qərarı 40-Əlif adlanan bəndi işə salaraq qəbul edib. Sonuncu dəfə bu bənd 50 il əvvəl – Məşhər Günü müharibəsi zamanı qüvvəyə minib.
Radiostansiya bildirib ki, ordu tam hərəkət azadlığı əldə edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!