Ballıcada da çərşənbə tonqalı qalandı .....                        Ukraynanın nə qədər silahı qalıb? .....                        Vardanyan kimlərlə gizlin danışırmış - Məhkəmədə ifşa edildi .....                        Övladını naqillə döyən qadın tapıldı .....                        Prezidentlə xanımı çərşənbə tonqalı ətrafında - FOTO .....                        33 ildən sonra od çərşənbəsi qeyd edildi .....                        Zelenski geri çəkildi: Trampla işləməyə hazırıq! .....                        Prezident Fuad Nağıyevə buna görə şiddətli töhmət verib .....                        Hikmət Hacıyev Fələstin səfiri ilə görüşdü .....                       
30-12-2022, 16:58
Erməni deputat Laçın yolundakı vəziyyətlə bağlı Ərdoğandan yardım istədi


Erməni deputat Laçın yolundakı vəziyyətlə bağlı Ərdoğandan yardım istədi

Türkiyə parlamentinin erməni deputatı Karo Paylan Prezident Rəcəb Tayyib Ərdoğana müraciət edərək, Laçın yolundakı vəziyyətə əl qoymağa çağırıb. Bu barədə Türkiyədəki erməni icmasının buraxdığı “Agos” qəzeti məlumat yayıb. Karo Paylan Ərdoğana müraciətində qeyd edib ki, Qafqazda sülh və əmin-amanlıq bərqərar olarsa, qarşıdurmaların və gərginliyin qarşısı alınarsa, bu, Türkiyə üçün də fayda gətirər. Xatırladaq ki, Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” mədənlərində monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən ekofəallar, QHT nümayəndələri və könüllülərin Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan etiraz aksiyası 19 gündür davam edir. Erməni tərəfi yolun bağlandığı barədə iddialar səsləndirsə də, Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün açıqdır.
30-12-2022, 16:54
Çinlə hərbi sahədə əməkdaşlıq gücləndiriləcək - Putin


Çinlə hərbi sahədə əməkdaşlıq gücləndiriləcək - Putin

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tsinpin arasında videoformatda görüş keçirilib. Görüş zamanı Putin Çin-Rusiya münasibətlərinin inkişafından danışıb. "Geosiyasi gərginliyin artdığı vaxtda Rusiya və Çin arasında tərəfdaşlığın möhkəmləndirilməsi stabilləşdirici faktor kimi böyük önəm kəsb edir. Çin və Rusiya arasında hərbi sahədə əməkdaşlıq gücləndiriləcək. Rusiya-Çin münasibətləri bütün tarixi boyu ən yaxşı dövrünü yaşayır", - deyə Putin qeyd edib. Rusiya prezidenti bildirib ki, 2023-cü ildə Çin lideri ilə üzbəüz görüşəcəyinə ümid edir. O, həmkarını Moskvaya rəsmi səfərə dəvət edib. Putin, həmçinin iki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib.
30-12-2022, 16:51
Özümü 100 faiz ukraynalı hiss edirəm - Saakaşvili


Özümü 100 faiz ukraynalı hiss edirəm - Saakaşvili

Gürcüstanın həbsdə olan sabiq prezidenti,
Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvili Ukraynada baş verənlərə münasibət bildirib. Həbsxanadan Ukrayna mətbuatına müsahibə verən Saakaşvili prezident Volodimir Zelenskini Vinston Çörçillə müqayisə edib. "Mən özümü 100 faiz ukraynalı hiss edirəm və bununla qürur duyuram. Əgər indi Ukraynada olsaydım, ön cəbhədə olardım və özümü çox xoşbəxt sayardım. Mən prezident Zelenski ilə bir sırada durardım. Onu Çörçildən sonra ən görkəmli siyasətçi hesab edirəm", - eks-prezident bildirib. Saakaşvili həbsinə ona görə təəssüfləndiyini ifadə edib ki, o, Ukraynaya gedə və proseslərin iştirakçısı ola bilmir. Qeyd edək ki, Gürcüstanın keçmiş dövlət başçısı Mixail Saakaşvili ötən ilin oktyabrından həbsdədir. O, qanunsuz saxlanılmasına etiraz olaraq dəfələrlə aclıq aksiyası keçirib. Bu müddət ərzində onun səhhətində ciddi problemlər yaranıb.
30-12-2022, 16:21
Blinkendən Rusiyaya xəbərdarlıq


Blinkendən Rusiyaya xəbərdarlıq

ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyaya xəbərdarlıq edib. Diplomat twitterdə yazıb ki, Rusiya Ukraynaya hücumlarını dayandırmalı, qoşunlarını geri çəkməli və sülh masası arxasına oturmalıdır. “Ukrayna sülh təklifləri irəli sürür. Moskva isə buna cavab olaraq raket zərbələri ilə kritik enerji infrastrukturuna zərbələr endirir”, - E.Blinken vurğulayıb. Qeyd edək ki, dekabrın 29-da Rusiya ordusu Ukraynada genişmiqyaslı raket hücumları həyata keçirib. Nəticədə Kiyev şəhərində 3 mülki şəxs yaralanıb.
30-12-2022, 15:26
Fransa Ukrayna üçün yardım fondu yaradır


Fransa Ukrayna üçün yardım fondu yaradır

Fransa Ukraynaya yardım üçün 200 milyon avro məbləğində fond yaradır. Bu barədə Fransanın müdafiə naziri Sebastian Lekornu məlumat verib. O bildirib ki, Fransa vəsait hesabına yerli şirkətlərdən silah və hərbi texnika alacaq. Qeyd edək ki, fransalı nazir dünən Ukraynaya səfər edib. O, Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski və həmkarı Oleksey Reznikovla görüşüb.
29-12-2022, 23:22
İtaliya Ukraynada sülh razılaşmasının qarantı olmağa hazırdır - Meloni


İtaliya Ukraynada sülh razılaşmasının qarantı olmağa hazırdır - Meloni

İtaliyanın baş naziri Corciya Meloni Rusiya-Ukrayna müharibəsinin başa çatması üçün ölkəsinin rolundan danışıb. Meloni İtaliyanın tərəflər arasındakı razılaşma əldə olunması üçün zəmanətçi rolunu oynamağa hazır olduğunu bildirib. "İtaliya Ukraynada sülh razılaşmasının qarantı olmağa hazırdır", - deyə İtaliya baş naziri söyləyib. Qeyd edək ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
29-12-2022, 23:14
İranda universitet naməlum şəxslər tərəfindən yandırıldı


İranda universitet naməlum şəxslər tərəfindən yandırıldı

İranda Şimali Tehran universitetinin Bəsic ofisi naməlum şəxs tərəfindən yandırılıb. Tələbə Səfərbərlik İdarəsinin ətrafındakı kameralar naməlum şəxsin görüntülərini lentə alıb. Hücum edən şəxs universitetin səfərbərlik ofisinə "molotov kokteyli" atıb. Bəsic qüvvələrinin ofisinin bir hissəsi və ofisin çöl hissəsi yanıb.
29-12-2022, 22:58
Serbiyada döyüş vəziyyətiylə bağlı qərar ləğv edildi


Serbiyada döyüş vəziyyətiylə bağlı qərar ləğv edildi

Serbiyada ordunun döyüş vəziyyətinə gətirilməsi ilə bağlı qərar ləğv olunub. Bu barədə Serbiya prezidenti Aleksandr Vuçiç göstəriş verib. O, silahlı qüvvələrin bölmələrində döyüş vəziyyətinin ləğvi barədə tapşırıq verib. Qeyd edək ki, Kosovada vəziyyətin gərginləşməsindən sonra Serbiya ordusu döyüş vəziyyətinə gətirilmişdi.
29-12-2022, 22:52
Həm İrəvanın, həm də Bakının razılığı lazımdır - Peskov


Həm İrəvanın, həm də Bakının razılığı lazımdır - Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Paşinyan görüşündə müzakirə olunan məsələləri açıqlayıb. O, görüşdə Laçın yolundakı vəziyyətlə bağlı müzakirələrin aparıldığını deyib. "Dekabrın 27-də Vladimir Putin və Nikol Paşinyan Laçın dəhlizi mövzusunda ətraflı müzakirə aparıblar. Rusiya regiondakı gərginlikdən narahatdır. Moskva üçtərəfli razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini davam etdirmək niyyətindədir", - deyə sözçü bildirib. Peskov Qarabağdakı Rusiya sülhməramlılarının mandatından da danışıb: "Sülhməramlılara BMT mandatı vermək, beynəlxalq qüvvələri cəlb etmək üçün həm İrəvanın, həm də Bakının razılığı olmalıdır".
29-12-2022, 22:30
Həm İrəvanın, həm də Bakının razılığı lazımdır - Peskov


Həm İrəvanın, həm də Bakının razılığı lazımdır - Peskov

Kremlin mətbuat katibi Dmitri Peskov Putin-Paşinyan görüşündə müzakirə olunan məsələləri açıqlayıb. O, görüşdə Laçın yolundakı vəziyyətlə bağlı müzakirələrin aparıldığını deyib. "Dekabrın 27-də Vladimir Putin və Nikol Paşinyan Laçın dəhlizi mövzusunda ətraflı müzakirə aparıblar. Rusiya regiondakı gərginlikdən narahatdır. Moskva üçtərəfli razılaşmalar əsasında Ermənistan və Azərbaycan arasında vasitəçilik səylərini davam etdirmək niyyətindədir", - deyə sözçü bildirib. Peskov Qarabağdakı Rusiya sülhməramlılarının mandatından da danışıb: "Sülhməramlılara BMT mandatı vermək, beynəlxalq qüvvələri cəlb etmək üçün həm İrəvanın, həm də Bakının razılığı olmalıdır".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!