“TARİXÇEYİ-NÖVRƏS” ORXAN İSAYEVİN TƏQDİMATINDA .....                        Oxumadan "Prava" almaq istəyənlərə XƏBƏRDARLIQ .....                        Bayraktar: Normallaşma Ermənistanla əməkdaşlığı gücləndirəcək .....                        Azərbaycanda ticarət mərkəzində dava .....                        Nərimanovda yaşayış binasında yanğın .....                        Təcili İranı tərk edin! - ÇAĞIRIŞ .....                        Yardımlıda ATIŞMA: Nə baş verir? .....                        Tramp İrana zərbə ehtimalını nəzərdən keçirir .....                        "Qarabağ" Nigeriyada bəyəndiyi iki oyunçunu Azərbaycana gətirir .....                       
25-09-2023, 16:24
Fransa erməniləri sözdə dəstəkləyir, əməldə bunu etməyi ağlından keçirmir


Fransa erməniləri sözdə dəstəkləyir, əməldə bunu etməyi ağlından keçirmir

Fransanın Ermənistandakı səfiri Olivye Dekotini ölkəsinin Qarabağ ermənilərini qəbul edib onlara sığınacaq verməyə hazır olması ilə bağlı yayılan xəbərləri təkzib edib.
Bu barədə diplomat özünün twitter səhifəsində məlumat paylaşıb.
Bundan əvvəl sosial şəbəkələrdə Fransanın Qarabağ ermənilərini qəbul edəcəyi ilə bağlı məlumat yayılmışdı. Əslində isə bu Qarabağdan köçən ermənilərin sosial şəbəkələrdə yazdığı arzu idi. Görünən odur ki, Fransa erməniləri sözdə dəstəkləyir, əməldə bunu etməyi ağlından keçirmir.
25-09-2023, 15:51
İranın cənubunda partlayış


İranın cənubunda partlayış

İranın cənubunda neft emalı zavodunda partlayış baş verib.
Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.
Bununla belə, xəsarət alanlarla bağlı məlumat verilməyib.
İranın cənubunda neft emalı zavodunda partlayış baş verib.
Bu barədə məlumatı “Tasnim” agentliyi yayıb.
Partlayışa qaz sızmasının səbəb olduğu bildirilir.
Bununla belə, xəsarət alanlarla bağlı məlumat verilməyib.

25-09-2023, 14:56
Paşinyanın bəyanatlarına Rusiya XİN-dən münasibət


Paşinyanın bəyanatlarına Rusiya XİN-dən münasibət

Moskva Ermənistanın baş naziri tərəfindən reallığa uyğun gəlməyən və ikitərəfli münasibətlərin inkişafına zidd olan bir sıra bəyanatlara diqqət çəkib.
Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova danışıb.
Xatırladaq ki, bazar günü çıxış edən Nikol Paşinyan İrəvanın tərkibində olduğu təhlükəsizlik strukturlarını səmərəsiz adlandırıb.
24-09-2023, 12:52
Rusiyayla tərəfdaşlıq İrəvanın xarici təhlükəsizliyi üçün kifayət etmədi


Rusiyayla tərəfdaşlıq İrəvanın xarici təhlükəsizliyi üçün kifayət etmədi

“Biz 2022-ci ilin dekabrında Roma statutunu ratifikasiya etmək qərarına gəldik, o zaman ki, hamımıza KTMT və Ermənistan-Rusiya strateji tərəfdaşlıq alətlərinin İrəvanın xarici təhlükəsizliyini təmini üçün kifayət etmədiyi aydın oldu”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan söyləyib.
Onun sözlərinə görə, Roma Statutunun ratifikasiyası Ermənistana xarici təhlükəsizliyi təmin etmək üçün Beynəlxalq Cinayət Məhkəməsinin imkanlarından istifadə etməyə imkan verəcək.
2022-ci ilin sonunda Nazirlər Kabineti Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statunun ratifikasiyası prosesinə başlayıb. 2023-cü ilin martında Ermənistan Konstitusiya Məhkəməsi Roma Statutunun ölkənin əsas qanununa uyğun olduğunu tanıyıb.
23-09-2023, 22:53
İrəvanda keçirilən etiraz aksiyalarının 49 iştirakçısına cinayət işi açıldı


İrəvanda keçirilən etiraz aksiyalarının 49 iştirakçısına cinayət işi açıldı

Ermənistan İstintaq Komitəsi İrəvanda keçirilən kütləvi etiraz aksiyalarının 49 iştirakçısına qarşı cinayət işi açıb.
Bu barədə “Armenian News” məlumat yayıb.
Aksiya iştirakçıları kütləvi iğtişaşlarda iştirakda, zorakılığa açıq çağırışlarda, ziyan vurmaqla xuliqanlıqda, insanlara qarşı zorakılıqda, qeyri-qanuni bıçaq gəzdirməkdə, polisin işinə müdaxilədə ittiham olunurlar.
Qeyd edək ki, bu gün etirazların başlamasının beşinci günü İrəvanda hökumət binası yaxınlığında toplaşan 19 nəfər saxlanılıb.
23-09-2023, 21:08
Rusiya sülhməramlı kontingenti hər bir işdə öz töhfəsini verəcək - Lavrov


Rusiya sülhməramlı kontingenti hər bir işdə öz töhfəsini verəcək - Lavrov

Azərbaycanla Ermənistan liderləri iki ölkənin suverenliyinin qarşılıqlı tanınması məsələsini həll etdikdən sonra dinc həyatın bərqərar olmasının və etimadın möhkəmləndirilməsinin vaxtı çatıb.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Baş Assambleyasının 78-ci sessiyasının ümumi siyasi müzakirəsində deyib.
"Rusiya sülhməramlı kontingenti buna hər bir işdə öz töhfəsini verəcək. Ən mümkün yol da budur”, - nazir bildirib.
S.Lavrov qeyd edib ki, Brüssel hazırda Vaşinqtonla birgə Azərbaycan və Ermənistana Cənubi Qafqazda sabitliyin pozulmasına xidmət edən vasitəçilik təklif edir.
23-09-2023, 17:45
Türkiyənin Pakistan üçün istehsal etdiyi 2 patrul gəmisi suya buraxıldı


Türkiyənin Pakistan üçün istehsal etdiyi 2 patrul gəmisi suya buraxıldı

İstanbulda Türkiyənin “MİLGEM” layihəsi çərçivəsində Pakistan Hərbi Dəniz Qüvvələri üçün istehsal etdiyi 2 patrul gəmisi suya buraxılıb.
Rəsmi mərasimdə milli müdafiə naziri Yaşar Gülər çıxış edib.
O qeyd edib ki, Türkiyə dost və müttəfiq Pakistanın təhlükəsizliyinə töhfə verməyə davam edəcək.
23-09-2023, 17:27
İranda toz fırtınasından 1632 nəfər xəstəxanaya yerləşdirildi


İranda toz fırtınasından 1632 nəfər xəstəxanaya yerləşdirildi

İranın Sistan-Bəlucistan vilayətində son dörd gündə toz fırtınası səbəbindən xəstəxanaya yerləşdirilənlərin sayı 1632-yə çatıb, 3 nəfər isə həyatını itirib.
Bu barədə “Tasnim” məlumat yayıb.
Bildirilib ki, Sistan-Bəlucistan vilayətinin 5 şəhərində bütün məktəblər, idarələr və banklar bağlanıb.
Xüsusilə ürək və tənəffüs xəstəlikləri olanların çölə çıxmaması tövsiyə edilib.
23-09-2023, 12:59
Ermənistan Hindistana yeni səfir göndərir


Ermənistan Hindistana yeni səfir göndərir

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan ölkənin Hindistan, Nepal və Şri-Lankadakı səfiri Yuri Babaxanyanı vəzifəsindən geri çağırıb.
Xaçaturyan bununla bağlı sərəncam imzalayıb.
Ermənitan Prezidentinin digər sərəncamı ilə Vaaqn Afyan ölkənin Hindistandakı yeni səfiri təyin edilib.[b][/b]
22-09-2023, 22:38
Hakan Fidan ABŞ Dövlət katibiylə görüşdü


Hakan Fidan ABŞ Dövlət katibiylə görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ
Dövlət katibi Entoni Blinkenlə görüşüb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, xarici siyasət idarəsinin rəhbərləri ikitərəfli münasibətlərlə yanaşı regional və qlobal məsələləri müzakirə ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!