İlham Əliyevdən PKK-nın ləğvinə reaksiya .....                        Gəncədəki yanğınla bağlı rəsmi AÇIQLAMA .....                        Şoyqunun hərbi xidmət müqaviləsi 5 il uzadıldı .....                        Yük maşını traktorla toqquşdu - Xəsarət alanlar var .....                        Sumqayıtda fəhlə zavodda yıxılaraq xəsarət aldı .....                        Müəllimlərin vakansiya seçiminin nəticələri AÇIQLANDI .....                        Hakan Fidandan PKK-nın ləğvinə reaksiya .....                        Azərbaycan-Bəhreyn parlamentlərarası əməkdaşlıq müzakirə olundu .....                        Evində kirayə yaşaydığı qohumunun pulunu oğurladı, həbs edildi .....                       
7-01-2023, 23:54
Hücuma məruz qalacağımız təqdirdə cavab verəcəyik - Ərdoğan


Hücuma məruz qalacağımız təqdirdə cavab verəcəyik - Ərdoğan

“Türkiyənin Yunanıstana zərbə endirmək planı yoxdur. Türkiyə yalnız hücuma məruz qalacağı təqdirdə cavab verəcək”. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Onun sözlərinə görə, Türkiyənin NATO müttəfiqi olan Yunanıstan Egeydəki adaların hərbiləşdirilməsi siyasətindən əl çəkməlidir. “Biz 561 kilometr mənzilli “Tayfun” ballistik raketini buraxdıq. Bu, Yunanıstanda çaxnaşmaya səbəb oldu, yerli qəzetlər yazmağa başladılar ki, türklər bizi vuracaqlar. Əsas odur ki, Egeydə bizimlə işiniz olmasın. Siz bunu etməyincə, bizim sizinlə işimiz olmayacaq”, - Ərdoğan Yunanıstana xəbərdarlıq edib.
7-01-2023, 23:50
İranda yerli valyuta dəyərini itirib


İranda yerli valyuta dəyərini itirib

İranda davam edən etiraz aksiyaları fonunda yerli valyuta dəyərini itirib. Bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb. Bildirilib ki, ABŞ dolları tümən qarşısında rekord həddə bahalaşıb. Belə ki, 1 ABŞ dolları 41 min tümənə bərabər olub.
7-01-2023, 23:43
Zelenski Rusiyanın mədəniyyət xadimlərini qara siyahıya saldı


Zelenski Rusiyanın mədəniyyət xadimlərini qara siyahıya saldı

Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın 119 mədəniyyət xadiminə qarşı şəxsi sanksiya tətbiq edib. Bu barədə o, Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDX) qərarını təsdiqləyən fərman imzalayıb. "Qara siyahı"ya reper Basta, rəssamlar İrina Alleqrova, Dmitri Bilan, Mixail Qalustyan, Larisa Dolina, Filipp Kirkorov, Sergey Lazarev, Yevgeni Petrosyan, rejissor Nikita Mixalkov və digər məşhurlar daxil edilib.
7-01-2023, 23:31
Türkiyənin Fransadakı səfirliyinə “Molotov kokteyli” atıldı


Türkiyənin Fransadakı səfirliyinə “Molotov kokteyli” atıldı

Türkiyənin Fransadakı diplomatik nümayəndəliyinə "Molotov kokteyli" atıblar. Hadisə yanvarın 5-dən 6-na keçən gecə baş verib. Naməlum şəxslər Marsel şəhərindəki nümayəndəliyin binasına hücum edib. Bildirilir ki, dörd nəfər Türkiyə səfirliyinə “Molotov kokteyli” atdıqdan sonra hadisə yerindən qaçıblar. Polis hücum edən şəxslərdən ikisini saxlayıb. Digər iki nəfərin axtarışları davam edir. Saxlanılan şəxslərin PKK terror təşkilatının tərəfdarı olduğu bildirilir.
7-01-2023, 23:18
Polşa Ukraynaya tank verməkdən imtina etdi


Polşa Ukraynaya tank verməkdən imtina etdi

Polşa Ukraynaya “Leopard 2” tanklarını tədarük etməyəcək. Bu barədə Polşanın baş naziri Mateuş Moravetski bildirib. “Polşa prezidenti ilə birlikdə biz bu ağır müasir texnikanı ötürə biləcək ölkələrin daha geniş koalisiyasını qurmaq üçün danışıqlar aparırıq. Hələlik bunu deyə bilərəm. Prezident də danışıqlarda iştirak edir. Söhbətlər gedir. Mən bu barədə bir neçə həftə əvvəl Brüsseldə kansler Şolts ilə danışdım və düşünürəm ki, yaxın günlərdə bununla bağlı daha çox məlumat əldə edə biləcəyik", - baş nazir deyib. Qeyd edək ki, Amerika mətbuatında Polşanın Ukraynaya Almaniya istehsalı “Leopard” tankları verə biləcəyi barədə məlumatlar yayılmışdı.
7-01-2023, 23:13
Belarus yerli “notebook” istehsalına başlayıb


Belarus yerli “notebook” istehsalına başlayıb

Belarusun "Horizon" fabriki ilk yerli notebook-ların kütləvi istehsalına və satışına başlayıb. Bu barədə "BelTA" agentliyi məlumat yayıb. “İlk Belarus notebook bazara "H-book MAC4" modeli ilə daxil olur. Bu, ən yaxşı təcrübələr və texnologiyalar əsasında hazırlanıb. Bu, keyfiyyət və performans baxımından tanınmış brendlərlə müqayisə olunan müasir kompüterdir”, - deyə açıqlamada bildirilir. Məlumata görə, "H-book MAC 4"ün bazası "Intel Core 11" prosessoru ilə hazırlanıb.
7-01-2023, 22:54
Yunanıstan Türkiyəylə sərhəd boyunca hasar çəkir


Yunanıstan Türkiyəylə sərhəd boyunca hasar çəkir

Yunanıstan sərhəd boyunca hasar çəkəcək və özünü Türkiyədən təcrid edəcək. Bu barədə yerli vətəndaşların müdafiəsi naziri Takis Teodorikakos bildirib. Qeyd olunub ki, Yunanıstanın Xarici İşlər və Müdafiə üzrə Hökumət Şurası Evros çayının bütün uzunluğu boyunca sədd çəkməyi qərara alıb. Səddin uzunluğu təxminən 180 kilometr olacaq. Nazir deyib ki, mərkəzi hissədə hasarın ilk 35 kilometrinin tikintisinə dərhal başlanacaq və bu iş üçün ayrılan büdcə 100 milyon avro təşkil edəcək.
7-01-2023, 22:45
İranın Türkiyəyə yanacaq tədarükü kəskin azalıb


İranın Türkiyəyə yanacaq tədarükü kəskin azalıb

Qaz nəqli sistemində baş verən qəzaya görə İranın Türkiyəyə yanacaq tədarükü 70 faiz azalıb. Bu barədə Türkiyənin “Botaş” kompaniyası məlumat yayıb. “İranın qaz nəqli sistemində yaranan nasazlıq səbəbindən 2023-cü il yanvarın 1-dən etibarən Türkiyəyə mavi yanacağın tədarükü 70 faiz azalıb. İran tərəfi bu barədə bizi məlumatlandırıb və qəzanın aradan qaldırılması üçün lazımi addımların atılacağını deyib”, - kompaniyanın məlumatında belə deyilir. “Botaş” kompaniyası tədarük bərpa olunana qədər ölkənin qaza olan tələbatını yeraltı anbarlar hesabına ödəyəcək. Türkiyə hər il İrandan 7-11 milyard kubmetr qaz alır ki, bu da ölkənin mavi yanacaq idxalının təxminən 15 faizini təşkil edir.
7-01-2023, 22:30
İranın ali rəhbəri yeni komandir təyin etdi


İranın ali rəhbəri yeni komandir təyin etdi

İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei briqada generalı Əhməd Rza Radanı İslam Respublikasının Hüquq-Mühafizə Qüvvələri Komandanlığının yeni komandiri təyin edib. Əli Xamenei şənbə günü verdiyi fərmanla briqada generalı Əhməd Rza Radanın İranın yeni polis rəisi olduğunu bəyan edib. Digər fərmanla Hüseyn Aştari Hüquq-Mühafizə Qüvvələri Komandanlığının rəhbəri vəzifəsindən azad olunub və ona vəzifədə olduğu müddətdə göstərdiyi xidmətə görə təşəkkür edilib. Hüseyn Aştari 2015-ci il martın 8-dən polis rəisi vəzifəsində çalışırdı.
7-01-2023, 22:13
Türkiyə Ağrı dağında modul tipli hərbi baza tikir


Türkiyə Ağrı dağında modul tipli hərbi baza tikir

Türkiyə Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza tikir. Məlumatı Türkiyə KİV-ləri yayıb. Dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən hərbi baza müasir gecəgörmə kameraları sistemləri və müvafiq təyinatlı silahlarla təchiz ediləcək. Qeyd olunur ki, Türkiyə sözügedən hərbi bazanı terrorla mübarizəni gücləndirmək üçün tikir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!