Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
1-11-2023, 13:12
Aİ-nin Ermənistandakı Mülki Müşahidə Missiyasının baş ofisi açıldı


Aİ-nin Ermənistandakı Mülki Müşahidə Missiyasının baş ofisi açıldı

Yexeqnadzorda Avropa İttifaqının (Aİ) Ermənistandakı Mülki Müşahidə Missiyasının baş ofisinin açılış mərasimi olub.
Mərasimdə Ermənistan və Avropa İttifaqının himnləri səsləndirilib, bundan sonra Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter baş ofisin açılışını elan edib.
Ritter xatırladıb ki, bu gün o, 23 Avropa İttifaqına üzv ölkədən Ermənistana göndərilmiş 93 missiya üzvü ilə yeni baş ofisin qarşısında dayanır.
“Bəzi çətinliklər olsa da, fəxrlə deyə bilərəm ki, Aİ missiyası tam fəaliyyət potensialına çatmışdır”.
Sentyabrın əvvəlində bizim Qafan, Gorus, Cermuk, Yexeqnadzor və İcevanda 6 ofisimiz var idi. Patrullarımızın köməyi ilə biz Ermənistan və Azərbaycan arasındakı beynəlxalq sərhədin bütün uzunluğu boyunca işləyə bilirik", - deyə Ritter vurğulayıb.
Onun sözlərinə görə, ötən həftə missiya Ermənistan-Azərbaycan sərhədində 1000-ci patrulu həyata keçirib.
Ritter vurğulayıb ki, onların sərhəd bölgələrində olması gərginliyin azaldılmasına və yerli əhali arasında təhlükəsizlik hissini artırmağa kömək edir.
“Biz bütün Aİ və beynəlxalq ictimaiyyətin diqqətini bu münaqişəyə cəlb edirik və öz hesabatlarımızla Aİ-nin köməyi ilə Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsi prosesinə töhfə veririk. Mən ev sahibi Ermənistan Respublikasına və yerli hakimiyyət orqanlarına göstərdikləri dəstəyə görə təşəkkür etmək istərdim. Düşünürəm ki, biz hamımız razıyıq ki, bu region davamlı sülh və sabitliyə layiqdir və ümid edirəm ki, biz birlikdə bu məqsədin həyata keçirilməsinə töhfə verə bilərik”, - deyə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri bildirib.
1-11-2023, 01:38
İordaniya İsraildəki səfirini geri çağırdı


İordaniya İsraildəki səfirini geri çağırdı

İordaniya İsraildəki səfirini geri çağırıb.
Bu barədə "Peyda" informasiya agentliyi məlumat yayıb.
Bildirilir ki, ölkənin Xarici İşlər Nazirliyi səfirin geri çağırılması barədə qərar qəbul edib.
Qeyd olunur ki, İordaniya “İsrailin Qəzza zolağındakı müharibəsini rədd edir və pisləyir”.
31-10-2023, 22:56
Hakan Fidan ərəbistanlı həmkarıyla telefon danışığı apardı


Hakan Fidan ərəbistanlı həmkarıyla telefon danışığı apardı

Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Səudiyyə Ərəbistanlı həmkarı Feysəl bin Fərhan ilə telefon danışığı aparıb.
Bu barədə Türkiyə XİN məlumat yayıb.
Telefon danışığı zamanı Fələstindəki son proseslər müzakirə edilib.
31-10-2023, 21:58
İsrail-Fələstin qarşıdurmasının qarşısını almaq əsas vəzifəmizdir - Ərdoğan


İsrail-Fələstin qarşıdurmasının qarşısını almaq əsas vəzifəmizdir - Ərdoğan

Cümhuriyyətimizin 100 illik yubileyini 85 milyon insan olaraq böyük fəxrlə qeyd etdik. Birlikdə Türk əsrini qucaqlaşma, böyümə, inkişaf və sülh əsrinə çevirəcəyimizə ürəkdən inanıram. Yubiley həyəcanımızı istər telefonla, istərsə də mesajla bizimlə bölüşən dost ölkələrin rəhbərlərinə minnətdarlığımı bildirmək istəyirəm.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyətin ikinci əsrinin ilk hökumət toplantısından sonra xalqa müraciətində söyləyib.
Çıxışında İsrail-Fələstin qarşıdurmasına toxunan Ərdoğan bildirib ki, “davam edən bu qarşıdurmanın qarşısının alınması bizim əsas vəzifəmizdir. Bunun üçün əvvəlcə atəşkəs elan edilməli, sonra daimi sülhə yolun açılması zəruridir. Bütün əlaqədar tərəflərin iştirakı ilə təşkil ediləcək Fələstin-İsrail Beynəlxalq Sülh Konfransının bunun üçün ən uyğun platforma olacağına inanırıq”.
O, Türkiyə adından region ölkələri ilə əməkdaşlıq çərçivəsində yeni təhlükəsizlik mexanizminin yaradılmasını zəruri hesab etdiklərini, bu addım atılacağı təqdirdə məsuliyyəti öz üzərlərinə götürməyə hazır olduqlarını bildirib.
Türkiyə Prezidenti indiyədək ölkəsindən Fələstinə 213 ton humanitar yardım göndərildiyini, Misirin Rəfah keçid məntəqəsi açıq olduğu təqdirdə, bu yardımların davam edəcəyini deyib.
Sonra Türkiyə Prezidenti hökumət toplantısında ölkədaxili məsələlərlə bağlı alınan qərarları açıqlayıb.
31-10-2023, 20:45
İsrail ordusunun 20 mindən çox hərbçisi Qəzza zolağına daxil oldu


İsrail ordusunun 20 mindən çox hərbçisi Qəzza zolağına daxil oldu

İsrail ordusunun 20 mindən çox hərbçisi Qəzza zolağına daxil olub.
Bu barədə Amerikanın "Axios" nəşri İsrail ordusundakı iki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, iki tank və piyada diviziyası Qəzzaya daxil olub. Nəşr əlavə edir ki, ordu quru əməliyyatlarının genişləndirilməsini müdaxilə adlandırmayacaq.
Anklavda İsrail ordusu yerli kəşfiyyat mənbələrindən istifadə edərək girovları tapmağa çalışır.
31-10-2023, 17:29
Türkiyə Yunanıstanın nəzarətində olan adasını geri aldı


Türkiyə Yunanıstanın nəzarətində olan adasını geri aldı

Türkiyə Ege dənizində Yunanıstanın nəzarəti altında olan Zürafə Qayalığı adasını geri alıb.
Bu barədə "TGRT Haber" məlumat yayıb.
Bildirilib ki, ada balıqçılıq və müdafiə baxımından strateji əhəmiyyət kəsb edir.
Məlumata görə, Ankara Afinaya rəsmi məktub göndərərək sözügedən adanın ona aid olduğunu bildirib. Qeyd olunub ki, adanın suverenlik hüququ ancaq Türkiyəyə məxsusdur. Yunanıstan məktuba müsbət cavab verib.
31-10-2023, 17:03
Abdullahian HƏMAS lideri ilə görüşdü


Abdullahian HƏMAS lideri ilə görüşdü

İran xarici işlər naziri HƏMAS lideri ilə görüşüb.
İran xarici işlər naziri Hüseyn Əmir Abdullahian Dohaya səfəri çərçivəsində HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə ilə görüşüb.
Görüşdə Abdullahiana Qəzzadakı son vəziyyət barədə məlumat verilib.
31-10-2023, 16:57
Türkiyə hepatit A-ya qarşı peyvənd istehsal edəcək


Türkiyə hepatit A-ya qarşı peyvənd istehsal edəcək

“Türkiyə hepatit A-ya qarşı peyvənd istehsal edəcək”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Türkiyə bu peyvəndi dünya standartlarına uyğun istehsal edəcək dördüncü ölkə olacaq”, - o qeyd edib.
31-10-2023, 16:18
Qırmızı dənizdən İsrail ərazisinə raket atıldı


Qırmızı dənizdən İsrail ərazisinə raket atıldı

Qırmızı dənizdən İsrail ərazisinə raket atılıb.
Bu barədə İsrail ordusu məlumat yayıb.
Bildirilib ki, raket HHM sistemləri tərəfindən zərərsizləşdirilib. Qırıcıların havaya qaldırıldığı və hədəfin İsrail sərhədlərinə çatmadan sıradan çıxarıldığı qeyd olunub.
İsrail ordusunun açıqlamasında sözügedən raketin haradan və hansı qüvvə tərəfindən atıldığı barədə məlumat verilməsə də, yerli mətbuat hücumun arxasında Yəməndəki İran tərəfindən dəstəklənən Husi qruplaşmasının olduğunu yazıb.
Qeyd edək ki, 7 oktyabrda başlanan Fələstin-İsrail qarşıdurması davam edir. Hər iki tərəfdən minlərlə insan həyatını itirib.
31-10-2023, 15:49
Rusiya və Səudiyyə XİN Başçıları telefon danışığı apardı


Rusiya və Səudiyyə XİN Başçıları telefon danışığı apardı

Oktyabrın 31-də Rusiya XİN başçısı Sergey Lavrov Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Feysəl Ben Fərhan Əl Səud ilə telefon danışığı aparıb.
Bu barədə Rusiya XİN-in informasiya resurslarında məlumat dərc olunub.
İkitərəfli münasibətlərin vəBRICS formatında qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə edilib. Müzakirələr 22-24 avqust tarixlərində Yohannesburqda keçirilən XV sammitdə liderlərinin 2024-cü il yanvarın 1-dən BRICS-ə yeni üzvlərin dəvət edilməsi ilə bağlı qərarı kontekstdə aparılıb.
Yaxın Şərq nizamlanması məsələsi ətrafında hərtərəfli fikir mübadiləsi də gerçəkləşdirilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!