6-01-2023, 00:27
BMT-nin baş katibi Putinin atəşkəslə bağlı addımını alqışladıBMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasında əldə edilən müvəqqəti atəşkəsi alqışlayır. Bunu baş katibin sözçüsü Stefan Dujarrik deyib. "Tərəflərin bu dövrdə hörmət göstərməsi və düşmənçiliyi dayandırması ehtimalı baş katib tərəfindən müsbət qarşılanır", - BMT rəsmisi bildirib. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:24
Rusiya ilə “Milad atəşkəsi” barədə danışıqlar olmayacaq - Ukrayna rəsmisiUkrayna Rusiya ilə “Milad atəşkəsi” barədə danışıqlar aparmayacaq. İşğalçı dövlət ölkəmizin ərazisini tərk etməlidir. Bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov deyib. "Gəlin praktik dildə danışaq. Onlar bu barışığı kimə təklif edirlər? Özlərinə? Sadə həll yolu var: çamadanlarını götürüb Rusiyaya getsinlər. Onlarla heç bir danışıqlar aparılmır”, - deyə Danilov bildirib. Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib.
6-01-2023, 00:21
Podolyak Putinin atəşkəs elanını “ikiüzlülük” adlandırdıUkrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiyanın elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb. Bu barədə Podolyak "Twitter" hesabında yazıb. O qeyd edib ki, Ukrayna Rusiya kimi xarici ərazilərə hücum etmir və mülki insanları öldürmür. "Ukrayna yalnız öz ərazisində işğalçı ordunun üzvlərini məhv edir. Rusiya Federasiyası işğal etdiyi əraziləri tərk etməlidir. Yalnız bundan sonra müvəqqəti barışıq başlayacaq. İkiüzlülüyü özünüzə saxlayın...", - deyə Podolyak vurğulayıb. Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:18
Ukraynada atəşkəs elan edildiRusiya Prezidenti Vladimir Putin Ukraynada atəşkəs elan edib. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.
6-01-2023, 00:15
Xersona vurulan ağır zərbələr bir ailənin məhvinə səbəb olduRusiya ordusu Ukraynanın Xerson vilayətinə aviazərbələr endirib. Mərmilər vilayətin Berislav şəhərinə düşüb. Ukrayna Prezident Ofisi rəhbərinin müavini Kiril Timoşenko bildirib ki, mərmilərdən biri yaşayış binasına dəyib, nəticədə evdə olan ata, ana və onların 12 yaşlı oğlu həlak olub. “Rusiya səhər “Milad atəşkəsi” haqqında danışır, lakin günortaya qədər bütün ailəni öldürür. Ata, ana və onların 12 yaşlı oğlunun günahı nədir? Onlar sadəcə ukraynalıdır”, - Kiril Timoşenko qeyd edib.
6-01-2023, 00:13
Ərdoğan Zelenski bəzi məsələləri müzakirə etdiTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizindəki inkişaflar müzakirə edilib. Ərdoğan Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün köməklik və vasitəçilik vəzifəsini üzərinə götürməyə hazır olduqlarını bildirib. Əsirlərin dəyişdirilməsi ilə bağlı işlərinin davam etdiyini vurğulayan Türkiyə lideri Zaporojye Atom Elektrik Stansiyasında prosesi sürətləndirmək üçün diplomatik töhfələr verə biləcəyini vurğulayıb.
5-01-2023, 14:10
Paşinyan Laçın dəhliziylə bağlı gözləntilərini qeyd etdiErmənistan baş naziri Nikol Paşinyan ölkəsinin Rusiyadan Laçın dəhlizinin açılması ilə bağlı gözləntilərini dilə gətirib. Paşinyan bu barədə hökumətin iclasında çıxış edib. "Ermənistan dünya ictimaiyyətindən, o cümlədən Rusiyadan Laçın dəhlizinin açılması ilə bağlı daha çox addımlar gözləyir", - deyə Paşinyan bildirib. Ermənistan baş naziri, həmçinin yeni yaradılacaq Daxili İşlər Nazirliyi haqqında da danışıb. O bildirib ki, nazirlik artıq de-yure formalaşdırılıb, hazırda təşkilati işlər görülür. Paşinyan nazir və müavinlərinin gələn həftə təyin oluna biləcəyini söyləyib. O, eyni zamanda qeyd edib ki, yeni qurumun yaradılması müvafiq sahədə effektivliyi artıracaq. Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 25 gündür davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji cinayətlərə son qoyulması tələbi ilə keçirilir.
5-01-2023, 14:07
Xamenei Fransanın satirik jurnalının üz qabığındaFransanın qalmaqallı satirik jurnalı olan “Charlie Hebdo” üz qabığında İranla bağlı karikatura yerləşdirib. Xüsusilə də İranın ali rəhbəri Əli Xameneinin karikaturaları jurnalın səhifələrini bəzəyib. Həftəlik jurnalın İslam respublikasının ən yüksək dini və siyasi xadimini ələ salan onlarla karikatura dərc etməsi İranla Fransa arasında diplomatik qalmaqala səbəb olub. Bununla əlaqədar olaraq İran Xarici İşlər Nazirliyi (XİN) Fransa səfirini çağırıb, ona etirazını bildirib və nota təqdim edib. İranın xarici işlər naziri Hüseyn Əmir Abdollahian isə bildirib ki, Fransanın bu addımı cavabsız qalmayacaq: “Fransa nəşrinin dini və siyasi hakimiyyətə qarşı karikaturalar dərc etməklə təhqiredici və nalayiq hərəkəti qəti cavabsız keçməyəcək. Biz Fransa hökumətinin öz hüdudlarından kənara çıxmasına icazə verməyəcəyik. Şübhəsiz ki, onlar yanlış yolu seçiblər”. Fransa isə İranın məsələyə münasibətini pisləyərək, Tehranın söz azadlığına qarşı çıxdığını bildirib. Həftəlik jurnal ötən ilin sentyabrında İranda başlayan etiraz hərəkatına dəstək məqsədilə belə addım atdığını bəyan edib. Belə ki, dekabr ayında İrandakı hadisələrlə bağlı karikatura müsabiqəsi elan olunub. Müsabiqəyə dünyanın bir çox ölkələrindən iştirakçılar tərəfindən 300 karikatura göndərilib. Bununla da İslam respublikasının ən yüksək dini və siyasi xadimini ələ salan onlarla karikatura dərc edilib. Karikaturalarda müəlliflər dini özbaşınalıq qarşısında azadlığa bağlılığı nümayiş etdiriblər. Eyni zamanda ali liderin din adı altında ölkəni məhv etdiyini, İranın gələcəyinin olmadığını bildiriblər. Maraqlı məqamlardan biri isə karikatura müəlliflərinin çoxunun iranlı olmasıdır. İranda və xaricdə yaşayan iranlılar adları gizli saxlanılmadan yarışmaya qoşulublar. Jurnalın son səhifəsində qeyd olunub ki, bütün iştirakçılar cəhənnəmə yer qazanıblar. Qeyd edək ki, “Charlie Hebdo” Fransada qalmaqallı media orqanı kimi tanınır. 2015-ci ilin yanvarında jurnalın Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməsi İslam dünyasının etirazına səbəb olmuşdu. Həmin ilin yanvarın 7-də qisas almaq məqsədilə silahlı şəxslər redaksiyaya hücum edərək 12 nəfəri öldürmüşdülər.
5-01-2023, 13:50
İran rəhbəri ölkəsinin kosmik nailiyyətləriylə bağlı danışdıPrezident İbrahim Rəisi İranın kosmik sənayedəki nailiyyətləri haqda danışıb. İbrahim Rəisinin sözlərinə görə, Tehran bu sahədə sürətli irəliləyiş əldə etməklə Qərbin sanksiyaları və təcrid planlarının uğursuzluğunu sübut edib. Tehranda ölkənin Ali Kosmik Şurasının iclasında çıxış edən prezident qeyd edib ki, İran kosmik gəmilərin buraxılması texnologiyasına nail olan azsaylı ölkələrdən biridir. “Ölkənin Yerin orbitinə peyklərin yerləşdirilməsi sahəsində gələcək irəliləyişləri İran əleyhinə televiziya və peyk kanallarının yayımı sahəsində düşmənlərin planlarını zərərsizləşdirəcək”. Rəisi bildirib ki, kosmik sənaye ölkənin sərvətləri arasında olmaqla yanaşı, ölkənin ümumi gücünün artmasına töhfə verəcək. İranın ilk peyki “Ümid” 2009-cu ildə, “Müşahidə” peyki isə 2011-ci ildə orbitə göndərilib. 2012-ci ildə İran üçüncü yerli istehsalı olan “Navid” peykini orbitə çıxarıb. 2020-ci ilin aprelində ölkə ilk hərbi peykinin orbitə uğurla buraxıldığını elan edib. 2022-ci ilin martında isə Tehran ikinci hərbi peykini kosmosa göndərib. Həmçinin 2022-ci ilin avqustunda İran yüksək ayırdetmə qabiliyyətinə malik “Xəyyam” peykini orbitə çıxarıb. Peyk “Soyuz 2.1 B” raketindən istifadə etməklə, Moskvanın idarə etdiyi Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa göndərilib.
5-01-2023, 13:48
Hicabı düzgün geyinməyən qadınlar da bizim qızlarımızdır - Xameneiİranın ali rəhbəri Əli Xamenei ölkədə qadınların hicab taxması barədə sərt qaydalarla bağlı mövqeyini yumşaldıb. Xamenei mədəni, ictimai və elmi sahələrdə fəaliyyət göstərən bir qrup qadınla görüşü zamanı bu barədə danışıb. Onun sözlərinə görə, İranda tələb edildiyi kimi, hicabla saçlarını tam örtməyən qadınları dinsizlikdə və inqilaba qarşı olmaqda ittiham etmək olmaz. “Hamımız çatışmayan cəhətlərə sahibik, bunları mümkün olduğu qədər aradan qaldırmalıyıq. Hicabı düzgün geyinməyən qadınlar yenə də bizim qızlarımızdır”, - deyə Xamenei bildirib. Qeyd edək ki, ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin hicabını düzgün taxmadığı iddiası ilə əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və dünyasını dəyişməsindən sonra İranı etirazlar bürüyüb. Bir çox ölkələr və beynəlxalq təşkilatlar İranı qadınların hüquq və azadlıqlarını təmin etməyə çağırıb.