28-02-2023, 16:54
Ermənistan prezidenti gürcü səfirlə görüşübErmənistan prezidenti Vahaqn Xaçaturyan Gürcüstanın İrəvana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Georgi Şarvaşidze ilə görüşüb. Görüşdə iki ölkə arasındakı münasibətlər müzakirə mövzusu olub. "Gürcüstanla münasibətlər Ermənistanın xarici siyasətində xüsusi yer tutur. Əlaqələrin inkişafı, iqtisadi, siyasi və mədəni sahələrdə gücləndirilməsi prioritet təşkil edir. Ermənistan-Gürcüstan münasibətləri səviyyəsi nümunə ola bilər", - deyə Xaçaturyan söyləyib. Səfir isə qeyd edib ki, biznes dairələri arasında təmasları stimullaşdırmaq və gənclər dialoqu üzərində işləmək lazımdır.
28-02-2023, 16:48
Akar zəlzələdən sonra vətəninə dönən suriyalıların sayını açıqlayıbTürkiyənin milli müdafiə naziri Hulusi Akar zəlzələdən sonra ölkəsinə qayıdan suriyalı qaçqınların sayı ilə bağlı son rəqəmi açıqlayıb. O, qaçqınların könüllü şəkildə Suriyaya geri döndüyünü xüsusi vurğulayıb. "Kahramanmaraş mərkəzli zəlzələdən sonra 42 min suriyalı öz xoşu ilə vətəninə qayıdıb", - deyə nazir bildirib. Akar ordunun zəlzələ ilə bağlı gec müdaxilə etməsi barədə deyilənlərə də yenidən münasibət bildirib: "Kənardan danışmaq asandır. Bəs sərhədləri kim qorusun, Suriyaya kim getsin. Məlumatlar həqiqəti əks etdirmir".
28-02-2023, 15:46
Ərdoğan Kahramanmaraşa səfər edibTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kahramanmaraşa səfər edib. Ərdoğan Əlbistan və Afşində araşdırma aparmaq üçün Kahramanmaraşa gedib. Qeyd edək ki, Kahramanmaraş Türkiyənin zəlzələ bölgəsidir. Prezident Ərdoğan bundan öncə də bölgəfə səfər etmişdi.
28-02-2023, 14:59
Biz öz fəaliyyətimizdə “zərər verməmək” prinsipini rəhbər tuturuq - Lavrov"Rusiya öz fəaliyyətində “zərər verməmək” prinsipini rəhbər tutur". Bunu Rusiya XİN başçısı Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi birgə mətbuat konfransında deyib. "Biz öz fəaliyyətimizdə “zərər verməmək” prinsipini rəhbər tuturuq və üçtərəfli razılaşmalara əsaslanacaq, regionda qarşılıqlı hörmət və əməkdaşlığa zəmanət verəcək problemlərin bu prinsip əsasında həllini təşviq edir. Amma bütün oyunçular, xüsusən də regiondan uzaqda yerləşən oyunçular eyni prinsipləri rəhbər tutmur. Onlar burada kiminsə xeyrinə deyil, kiminsə əleyhinə işləmək istəyirlər", - deyə nazir əlavə edib.
28-02-2023, 14:43
Sankt-Peterburq səmasında naməlum uçuş aparatları aşkarlanıbRusiyanın Sankt-Peterburq şəhərində yerləşən Pulkovo hava limanı təyyarələrin qəbulunu dayandırıb. Bu barədə şəhər administrasiyası məlumat yayıb. Təyyarələrin hərəkətini izləyən "Flightradar24" xidmətinin məlumatına görə, Sankt-Peterburq şəhəri və Leninqrad vilayəti üzərində səmada uçuşlarını dayandırıb. Moskvadan Sankt-Peterburqa gedən sərnişin təyyarələri dövrə vurur və ya geri qayıdır. Məlumata görə, Sankt-Peterburq səmasında naməlum uçuş aparatları aşkarlanıb. REN telekanalı anonim mənbəyə istinadən xəbər verir ki, Pulkovo hava limanı üzərində 200 km radiusda hava məkanı bağlanıb. “Göydə hərbi təyyarələr var, hava məkanında uçuş aparatlarının axtarışı davam edir”, - telekanal bildirib.
28-02-2023, 14:41
Blinken Qazaxıstan prezidenti ilə bir sıra məsələləri müzakirə edibABŞ-ın dövlət katibi Antoni Blinken Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşüb. Bildirilib ki, görüş Blinkenin Mərkəzi Asiya turnesi çərçivəsində paytaxt Astanaya səfəri çərçivəsində baş tutub. Tərəflərin iki ölkə arasında əməkdaşlıq, ABŞ-Qazaxıstan münasibətləri kimi mövzuları və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə etdiyi qeyd olunub.
28-02-2023, 14:33
Malatyada baş vermiş zəlzələdə 2 nəfər həlak olubTürkiyənin Malatya bölgəsində dünən baş verən növbəti zəlzələ zamanı ölənlərin sayı 2-yə çatıb. Bu barədə "TRT Haber" məlumat yayıb. 140 nəfərin isə yaralı olduğu qeyd edilib.
28-02-2023, 14:31
Dərhal atəşkəs tələbləri saatlı bombadır - PodolyakUkrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak atəşkəs təkliflərinə münasibət bildirib. Müşavir bu barədə twitter səhifəsində yazıb. "Dərhal atəşkəs tələbləri saatlı bombadır. Rusiya münaqişəni dondurmaq, işğal etdiyi torpaqlarda nəzarəti əlində saxlamaq və hərbi gücünü yenidən formalaşdırmaq üçün bunda israr edir. 9 ildə "atəşkəs"in qanlı bədəlini ödədik. Rusiya qüvvələrinin geri çəkilməsindən əvvəl "sülh planı" deyilən şey olmayacaq", - deyə Podolyak vurğulayıb. Qeyd edək ki, sonuncu dəfə Çin və Macarıstan tərəfindən atəşkəs təklifi gündəmə gətirilmişdi.
28-02-2023, 13:57
İranda məktəbə getmək istəyən qızlar zəhərlənirİranda qızların məktəbə gəlməsinin qarşısını almaq üçün onları zəhərləyiblər. Bu barədə BBC-nin araşdırmasında qeyd olunub. BBC ən azı 650 qızın zəhərləndiyini aşkarlayıb. Qızlardan heç biri həyatını itirməsə də, bəziləri tənəffüs problemi, başgicəllənmə, yorğunluq kimi şikayətlərlə xəstəxanaya yerləşdirilib. Fevralın 26-da mətbuat konfransı keçirən İranın səhiyyə nazirinin müavini Yunus Pənahi də məlumatı təsdiqləyib. "Görünür, bəziləri bütün məktəblərin, xüsusən də qız məktəblərinin bağlanmasını istəyir”, - deyə o bildirib. Nazir müavininin sözlərinə görə, zəhərdə istifadə olunan maddələr bazarda tapıla bilən məhsullardan ibarətdir. İctimai qəzəbin artmasından sonra o, çıxışının yanlış anlaşıldığını deyib. Məlumata görə, ilk zəhərlənmə faktları 30 noyabr 2022-ci ildə Qumdakı Nur Texniki Liseyində qeydə alınıb. Bu zaman 18 şagird xəstəxanaya yerləşdirilib. O vaxtdan bəri şəhərdə 10-dan çox qız məktəbi hədəfə alınıb. Fevralın ortalarında Qumda hadisə ilə əlaqədar azı 100 nəfərin iştirakı ilə etiraz aksiyası təşkil olunub.
27-02-2023, 22:27
ABŞ-ın maliyyə naziri Ukraynaya səfər edibABŞ-ın maliyyə naziri Canet Yellen Kiyevə səfər edib. O, Ukrayna prezidenti Volodimir Zelenski və baş nazir Denis Şmıqalla danışıqlar aparıb. Nazir ABŞ-ın 9,9 milyard dollarlıq son yardımın ilk 1,25 milyard dollarının köçürüldüyünü bildirib. Yellen Şmıqalla görüşdə bildirib ki, Amerika Ukraynanı nə qədər lazım olsa, o qədər dəstəkləyəcək.