Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 10-12-2015, 13:16
... XIX əsr Türkiyənin siyasi həyatında çox təbəddülatlı bir əsr idi. Belə ki, bu dövrdə Avropa dövlətlərinin maraqlarının Türkiyəyə nüfuz etməsi və eyni zamanda İmperiyanın sosial, siyasi və iqtisadi həyatında bir tənənzülün başlaması 1839-cu ildə Osmanlı dövlətini “tənzimat islahatı” qəbul etməyə vadar etdi. Tənzimat islahatınin qəbulu bilavasitə Avropanin təsiri ilə bağlı idi. Daha dəqiq desək “tənzimat islahatı” Osmanlı dövləti tərəfindən Avropa həm də Rusiya müdaxiləsi qarşısında “öz varlığını qorumaq” üçün həyata keçirdiyi ictimai, siyasi hərəkat idi.” Həyata keçirilən islahatların ədəbiyyata da təsiri olduğu üçün bu dövrdə Osmanlıda Avropa ədəbiyyatının türk ədəbiyyatına həm formaca, həm də məzmunca təsirini özündə əks etdirən “tənzimat ədəbiyyatı” dövrü yarandı...

Belə ki, bu dövrdə Avropa ölkələrində kapitalizmin əmələ gəlməsi üçün maddi baza ilə bərabər, feodalizm idealogiyasına zərbə vuran idealogiya yaranmalı idi. Fransa, İngiltərə, Almaniya və.s ölkələrdə belə idealogiya yaranmışdı. Din sxolastik elm və ədəbiyyat köhnə, zərərli təhsil sistemi və s. əleyhinə burjua ideoloqları, məhdud cəhətləri olsada materialist dünyagörüşünü, həqiqi elmi, yeni ədəbiyyatı, yeni təhsil sistemini irəli sürdülər. Bu sahədə Avropanın artıq zəngin təcrübəsi formalaşırdı.

Kapitalizmin ancaq rüşeyim halında olduğu Osmanlı imperiyasında isə güclü feodalizm ideologiyası ilə müvəffəqiyyətli mübarizə aparmaq üçün onun müstəqil idealogiyası yaranmamışdı. Cəmiyyət həyatının əsas sahələrini əhatə edən islahatlar Avropa ölkələrindən, xüsusən də Fransadan alındığı üçün, deməli, feodalizm idealoqiyası ilə mübarizə aparan ideoloji silah da Avropadan alınmalı idi. Bu ideoloji prinsiplər din, sxolastika və fanatizmlə mübarizə apardığı üçün mütərəqqi hesab olunmalıdır.

Beləliklə Osmanlı imperiyasına Avropanın iqtisadi, hərbi təsiri ilə bərabər, onun materialist fəlsəfəsi, humanist ədəbiyyatı,yeni, nisbətən mütərəqqi sistemi də daxil oldu.

İmperiyanın ziyalı təbəqəsi bu yolda səylə çalışırdı. Lakin bu ideoloji mənimsəmə, faydalanma bəzən yerli şəraitə uyğunlaşdırılmır, mexaniki şəkildə gedirdi.

Türklər müxtəlif iqtisadi, tarixi, ənənəvi və.s səbəblər nəticəsində uzun müddət Fransa iqtisadiyyatı və mədəniyyətinə meyl etmişlər. Tənzimat dövründə cəmiyyət həyatının bir çox sahələrində Avropanı təqlid etmək türk ədəbiyyatına da qüvvətli təsir göstərmişdir. Bir neçə inqilabdan çıxmış, kapitalizm şəraitində inkişaf etmiş Avropa ölkələrində və Rusiyada ədəbiyyat çox irəli getmişdi.Türklərin ziyalı təbəqələri, bir sıra dövlət xadimləri öz xalqına yeni, avropasayağı bədii əsərlər vermək üçün ədəbi islahat aparmaq, Avropa mütərəqqi ədəbiyyatından, o cümlədən rus ədəbiyyatından istifadə etmək məsələsini ortaya atmışdılar. Bu islahat müxtəlif yollar və vasitələrlə həyata keçirilirdi. Avropadan, xüsusən Fransadan mütəxəssislər türk məktəbləri üçün müəllimlər dəvət olunur, orta məktəblərdə fransız dili tədris olunurdu. Ölkəyə fransız dilində çoxlu kitab, qəzet və jurnallar gətirilirdi.

Hökumət, “gənc türklər”, ziyalılar, eləcə də ayrı-ayrı varlılar məmləkət gənclərini məlif ixtisaslar üzrə oxumağa ğöndərirdilər. Həmin gənclər Fransaya müxtəlif ixtisaslar üzrə oxumağa göndərilirdi. Onlar Fransa qabaqcıl mədəniyyəti və ədəbiyyatı ilə tanış olur, Fransa ingilabı hərəkatı onların dünyagörüşünə böyük təsir edirdi.

Beləliklə Türkiyədə “tənzimat dövrü ədəbiyyatı” bu gənclərdən biri olan Şinasi (İbrahim Şinasi Parisdə təhsil alarkən 1848-ci il inqilabı baş vermişdir. O, bu inqilabın atəşin tərəfdarı kimi nümayişlərdə fəal iştirak etmiş və hətta iş o yerə çatmışdır ki, bütün parislilərin gözü qarşısında, birinci olaraq Panteonun qülləsinə qalxmış, qırmızı inqilab bayrağını oraya sancmışdır (B.A.Qordlevskiy. İzbrannıe soçinenie, II, c, M, 1961, s 353)) ilə başlasada onun bir çox parlaq nümayəndələri olmuşdur ki, onlardan ən diqqətəlayiq yaradıcılığı olan Namiq Kamaldır. Namiq Kamalın bayraqdarı olduğu Tənzimat ədəbiyyatı daha sürətlə inkişaf edərək çoxlu tərəfdar toplaya bilmişdi.

Bu ilin dekabr ayında bu böyük türk inqilabçı şairi Namiq Kamalın anadan olmasının 175 (1840 21 dekabr) ili tamam olur. Qüdrətli istedada, nadir hafizəyə malik olan Kamal indiki Albaniya ərazisinə düşən Təkirdağ qəsəbəsində zadəgan ailəsində doğulmuşdur. Nəslindən dünyaya sədri-əzəmlər,böyük sərkərdələr, şairlər, alimlər gəlmişdir. Bu nəslin üzvüləri hər nə qədər hakimiyyətə yaxın olsalar da, bir o qədər mədhiyyəçilikdən uzaq olub öz yenilikçi və azadfikirli ruhları ilə daima təqiblərə məruz qalmış, lakin tutduqları yoldan dönməmişlər. Məhz elə bir mühitdə böyüyən Namiq də üsyankar bir ruhun daşıyıcısı olub azadfikirli gənc idi.

Tənzimat dövrü ədəbiyyatı: Namik Kamal və məsləkdaşlarının Vətən, millət, azadlıq fəlsəfəsi



Kamal yaradıcı həyatına bir jurnalist, redaktor kimi başlamış, inqilabi hərəkatını davam etdirmək üçün isə Avropaya mühacirət etmiş, İstanbula qayıdarkən zindan və məhbəslərdə xeyli illərini keçirməli olmuşdur. Ən çətin anlarda belə mübarizə əzmini itirməmiş, məsləyindən dönməmişdir. Təəssüf ki, məhsuldar yaradıcılığının baharında, ağır keçən həyatının isə 48-ci qışında; yenə bir dekabr günündə (1888-ci il 2 dekabr) həyata əbədi əlvida demişdir...

O bir zədəgan ailəsi cocuğu olsada, biliklərinin çoxsunu dönmədən öz üzərində müstəqil çalışmalarından əldə etmişdi. Avropaya mühacirəti dönəmində, bilavasitə Qərb alimləri, ədibləri, inqilabçıları, sosialistləri ilə görüşləri zamanı əldə etdiyi biliklər nəticəsində siyasət, ədəbiyyat, tarix, iqtisadiyyat və s. sahələrdə dərin ensklopedik məlumatlara yiyələnmişdir. Bu biliklər onun zəkasının dərinləşməsinə, dünyagörüşünün zənginləşməsinə səbəb olmuşdur.

Namiq Kamal türklərin üç inqilabçı şairindən biridir. O Türkiyə inqilab hərəkatının banisi kimi XIX əsrin 60-cı illərindən bədii sözü silaha çevirən bir şair idi. Türkiyənin tarixində “yeni osmanlılar partiyası”nın həm yaradıcısı həm də başqanlarından biri olmuşdur. Əsrlərdən bəri Şərq, deməli türk ədəbiyyatında da şairlərin “gül və bülbül”şəninə yazdıqları şer və hekayələr Kamal yaradıcılığında “Vətən və millət” kimi səslənməyə başladı. O alovlu qələminin əzmi, vətənpərvər qəlbinin hökmü ilə millətini yeni günlərə, hüriyyətə səsləyirdi. Türkiyədə inqilabi hərəkatın bu dövrünü öyrənməyin tədqiqatçılar üçün başqa bir mənası da vardı. Kamalın da iştirak etdiyi inqilabi hərəkat məhz bu qanunauyğunluqları sübut edən mühüm bir tarixi mübarizə epizodudur. Belə ki, imperiya həyatanın bu cür dramatik şəraitində ədəbiyyatı xalqın, azadlığın xidmıtinə verməyin nə qədər çətin, ağır vəzifə olduğunu sübuta ehtiyac yoxdur. Namik Kamal bu çətinlikdən qorxub çəkinən adamlardan olmadı. O qələmini silaha çevirmiş şair, inqilabi ruhda pyeslər yazan dramaturq, Avropa sayağı romanlar müəllifi və mübariz mətbuatın tərəqqisi yolunda çalışan jurnalist idi. Vətən, azdlıq, mübarizə, inqilab məfhumlarını ədəbiyyata da ilk dəfə o daxil etmişdir. Kamalın inqilabi fəaliyyəti və azadlığa, mübarizəyə çağıran əsərləri 1908 –ci il burjua inqilabına, sonralar isə Türkiyə azadlıq hərəkatına, Padşahın taxdan salınaraq Respublika qurulmasına ciddi təsir etmışdir.

Vətənin bağrına düşmən dayamış xəncərini

Yoxmudur qurtaran bəxti qara madərini?

Bu həyacanlı misralarla çağrışına Mustafa Kamal paşa Türkiyə Böyük Millət Məclisinin tribunasından qarşılıq verərək demişdir;

Vətənin bağrına düşmən dayasın xəncərini

Bulunur qurtaracaq bəxti qara madərini!

N. Kamaldan sonra türkləri azadlığa, inqilaba səsləyən şair Tofiq Fikrət olmuş, o Kamalın dini-idealizmə əsaslanan mübarizəsinə materialist, ateistik bir ruh gətirmişdi. Milləti istibdadı yıxmaq, onun yerinə xalqa demokratik azadlıqlar verən respublika yaratmaq vəzifəsini qopymuşdu.
Tənzimat dövrü ədəbiyyatı: Namik Kamal və məsləkdaşlarının Vətən, millət, azadlıq fəlsəfəsi


Bu yolda milləti silahlı üsyana çağıran Fikrət yazırdı

Haqsızlığın ənbaini gördük, bumu qanun?

Ən qəmli səfalətlərə düşdük, bumu dövlət?

Dövlətsə də, qanunsa da artıq yetər olsun!

Zülmün topu var, gülləsi var, qaləsi varsa

Haqqında bükülməz qolu, dönməz üzü vardır...

Tofiq Fikrətdən sonra türk məfkurəsində azadfikirliliyin rəhni olan mübarizəni Nazim Hikmət də davam etdi və bu mübarizənin miqyasını xalqına məxsus sərhədlərdən xeyli uzaqlara Qərbə və Şərqə yaydı. XX əsrin 50-ci illərində o, Türkiyənin Bursa həbsxanasından yazdığı şeirləri ilə Çin, Vyetnam və yunan zəhmətkeşlərini azadlıq uğrunda mübarizəyə ruhlandırırdı.
Tənzimat dövrü ədəbiyyatı: Namik Kamal və məsləkdaşlarının Vətən, millət, azadlıq fəlsəfəsi



Eyni ruh daşıyıcıları içərisində Kamalın ən seçkin mərtəbədə durmasını Türkiyənin millətçi şairəsi Xalidə Ədib xanım belə qələmə almışdır; “ Məncə ən yüksək və laik olan Kamaldır. Mərd, cəsur, fədakar, bir qayə aşiqi, qəhrəman ruhlu bir dövlət adamı!” (Xatırladım ki, N.Kamal bir xeyli məsuliyyət tələb edən dövlət vəzifələrində də çalışmışdır-Ş.M).




Tənzimat dövrü ədəbiyyatı: Namik Kamal və məsləkdaşlarının Vətən, millət, azadlıq fəlsəfəsi

...Tənzimatın başındakı mühərrirlərimizi (...) zehniyyət etbarı ilə daha yüksək sayıram. Onlar daha qüvvətli ideal shibləridir.”

Tənzimat ədəbiyyatının formalaşdığı zamanın ağırlığı və inqilabiliyinin yüksək dərəcəsi etibarı ilə bu dövr ədəbiyyatını “ədəbiyyati-cədidədən” də daha üstün sayıram deyən Həmdullah Sübhi bəy isə Kamalı dəyərləndirərkən həm də “...Mənə cocuq sənələrimdə ... məmləkətimin eşqini, yüksək və əsil şeylərin sevgisini, qüvvətə və zülmə kafa tutmanın zövgünü öyrədən Kamal bəy oldu” demişdir.

Bu il Namiq Kamalın anadan olmasının 175 ili tamam olur. 50 yaşı belə bütöv yaşaya bilməmiş şairi təkcə Türkiyə türkləri deyil bütün türkdilli xalqlar türkçüliyin, türk milli kimliyinin dərk edilməsi, vətən azadlığı yolunda mübarizələrdə ömür keçirmiş öndərlərindən biri hesab edir.




Mətanət Şəkixanova
Fəlsəfə və Hüquq İnstitutu
"Dinşünaslıq və mədəniyyətin fəlsəfi problemləri şöbəsi”nin böyük elmi işçisi, fəlsəfə doktoru


Paylaş



Bölmə: Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!