Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 13-07-2019, 14:52
50 yaşın işığında
Siyavuş qardaşı Hikmətlə (Hikmət sağda)


Onunla adımız kimi taleyimiz də oxşardır.O, məndən on il bir ay qabaq dünyaya gəlib, ikimiz də Zəngəzurdanıq . O, Qafandan, mən Laçından. Daldaya düşəndə ona da qaçqın deyirlər , mənə də. O, da dağların qoynunda səfalı bir kənddə dünyaya gəlib, mən də. Şeir yazmasaq da hər ikimiz şair təbli insanlarıq. 2019-cu ildə mən 40 yaşımı, o isə 50 yaşını qeyd edir. Söhbəti çox uzatmadan Dədə-babadan bizim camaat arasında tez-tez işlədilən “Biz bir dərənin suyunu ” içdiyim adam, iyulun 9-da 50 yaşını qeyd edən adaşım Siyavuş Ərəbov haqqında yazmaq istəyirəm.
Qısa arayış: Ərəbov Siyavuş Balay oğlu. 1969-cu il iyul ayının 9-da Qafan rayonunun səfalı Gığı kəndində ziyalı ailəsində anadan olub. Siyavuşun atası Balay kişi orta məktəbdə müəllim, anası Qızılgülxanım isə bağça müəlliməsi işləyib. 1987-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi komisarlığın hesabına sürücülük məktəbini bitirib. Hazırda Bakı şəhərdində yaşayır. Ailəlidir Balay, Anar və Turqay adlı 3 oğlu var. Oğlanlarının 3-də ali məktəbdə təhsil alır.
Hər bir insanın qəlbində heç zaman sönməyən bir sevgi var, Vətən sevgisi... Ana sevgisi... Yurd, yuva sevgisi... Bu sevgi heç zaman sönmür. Bu sevgi heç zaman tükənmir...
Siyavuşun qəlbinə hakim kəsilən Vətən sevgisi, yurd, yuva sevgisi o qədər güclüdür ki, bu gün də Qafansız, doğulduğu doğma Gığısız özünü kimsəsiz, tək-tənha, yalqız hiss edir.
“Neçə illərdir ayrılmağıma baxmayaraq, anadan olduğum Qafan rayonu, doğulduğum Gığı kəndi yaddaşımda ən əziz, xoş, canlı bir xatirə kimi əbədi həkk olunub. Gığı mənim üçün Tanrının sevgi ilə yaratdığı – hər tərəfdən dağlarla əhatə olunmuş, füsunkar təbiət gözəlliyini özündə cəm edən müqəddəs bir torpaqdır. Mənim üçün eyni zamanda dünyanın ən gözəl, sakit, xoş, zəngin təbiəti, axar-baxarlı, mənzərəli məkanı da anadan olduğum Gığı kəndidir. Kəndimiz sıra dağlar ətəyində, hələ deyərdim, yamacında, yaşıllıqlar içərisində yerləşirdi. Nisbətən kiçik olsa da, rayon kəndləri arasında ali təhsilli, savadlı mütəxəssislərinin sayının xüsusi çəkisinə görə sayılan kəndlərdəndi. Qaynar həyatı vardı Gığının . Kənd camaatı bir-birinə çox mehriban idi. Xeyir-şərdə bir-birinin yanında olar, lazım olan köməyi əsirgəməz, iş başa çatmayınca yanlarından çəkilməzdilər. Dağlarda quzu otarmağım, ot biçməyim, bulaqların gözündən su içib, yarpızlarını yeməyim həyatımın ən gözəl anlarından biridir, bəlkə də birincisidir “-deyir Siyavuş 50 yaşın işığında
Siyavuşun ilk müəllimi-Famil Vəliyev şagirdlərilə

“Məktəbdə oxuduğum illərdə 1-ci sinif müəllimim rəhmətlik Famil əmim olub. Sinif rəhbərimiz isə Əvəz müəllim idi. Fəxrlə adın çəkəcəyim müəllimlərim Baxış müəllim, Maşqulat müəllim, Əziz müəllim, Famil müəllim, Mübariz müəllim həyatımda əvəzsiz rol oynayıblar. Sinif yoldaşlarımdan Xalidə, Zərifə, İncili, Altay, Fərhad , Habil, və Alını həmişə xatırlayıram.”
Adaş, əziz qardaşım, gün o gün olsun ki, səninlə danışanda yurdun adın eşidərkən kövrəlib axıtdığımız göz yaşlarını qalib ordunun əsgəri kimi işğaldan azad olunacaq Gığıda, Alxaslıda sevinc, qələbə göz yaşlarıına çevirək. 50 illik ömür yolun mübarək dağlaroğlu!
50 yaşın işığında
Müəllimləri Rasim Tanrıverdiyev Siyavuşun sinif yoldaşları arasında

Siyavuş ƏMİRLİ


Paylaş



Bölmə: Zəngəzur / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!