Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 12-11-2015, 08:52
Şəhid zabitimiz doğma məktəbində anıldı


Bu günlərdə Bakının Nizami rayonundakı 129 saylı orta məktəbdə şəhid zabitimiz İlqar Verdiyevin anadan olmasının 40 illiyinə həsr olunmuş anım tədbiri keçirilib. [/color]Onun əziz xatirəsini yad etmək üçün məktəbin şagird və müəllim kollektivi, sinif yoldaşları, cəbhə dostları, müəllimləri və digər qonaqlar toplaşmışdılar. Şəhid zabitin əşyalarından ibarət sərgi də təşkil olunmuşdu. Ona məxsus əşyalar içərisində yaralananda qolunda olan qara rəngli saat və Türkiyədə məzun olarkən ona bağışlanan xəncər qonaqların diqqətini çəkirdi.
Şəhid zabitimiz doğma məktəbində anıldı

Anım mərasimi məktəbin həyətində şəhid məzunların xatirə kompleksinin ziyarəti ilə başladı. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Dövlət himni səsləndirildi. İlqarın ibtidai sinif müəllimi Səriyyə Abbasova söz alaraq xatirələrini tədbir iştirakçıları ilə bölüşür. Saçları vaxtsız ağarmış Səriyyə müəllim də şəhid anasıdır. “İlqarı sakit, tərbiyəli uşaq kimi xatırlayıram. Yaşıdlarından fərqli görünürdü. Bu fərqlilik onun dərs qavrayışında, təfəkküründə, hərəkətlərində lap çox hiss olunurdu. Daxili aləmi zəngin, maraq dairəsi geniş idi bu uşağın. Ona görə də diqqətimi çəkirdi. Hər zaman dərsinə hazırlıqlı gələrdi. Bir sözlə, mənim dərs dediyim uşaqlar içərisində ən sevimlisi idi. Allah bütün şəhidlərimizə rəhmət eləsin”, deyə S.Abbasova məktəblilərə müraciətlə sözünü bitirir: “Vətəni sevin, şəhidlərimizin qisasını alıb, torpaqlarımızı düşmən tapdağından azad edin...
Şəhid zabitimiz doğma məktəbində anıldı

Tədbir iştirakçıları şəhid zabitin fənn müəllimləri olmuş Sevil Quliyevanın, Rəbiyyə Bayramovanın, sinif yoldaşı Gülzar İbrahimovanın, döyüşçü yoldaşı ehtiyatda olan polkovnik-leytenant Süleyman Salmanovun və başqalarının kövrək xatirələrini dinlədilər.

Övlad itkisinin ağrı-acısını qəlbində daşıyan İlqarın valideynləri Rəna xanım və Tapdıq müəllim övladlarının bu əziz gününə - yubiley tədbirinə toplaşan hər kəsə, təşəkkürlərini bildirdilər. Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışaraq “Hərbi xidmətlərə görə” medalı ilə İlqarın təltif edilməsinə görə Ali Baş Komandana dərin minnətdarlıqlarını ifadə etdilər.

1975-ci ildə Bakıda anadan olmuşdu. Səkkizinci sinfi bitirdikdən sonra C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olunmuşdu. Türkiyə Respublikasında oxuyan ilk ali təhsilli zabitlərimizdən idi. Mühəndis-istehkamçı ixtisasına mükəmməl yiyələnmişdi. 2008-ci ilin iyununda Goranboyda yerləşən hərbi hissəyə göndərilir və bölük komandiri təyin olunur.
Şəhid zabitimiz doğma məktəbində anıldı

2012-ci il iyunun 9-dan 10-a keçən gecə döyüş şəraitində minanın partlaması nəticəsində ağır yaralanan komandirini xilas etmək üçün tələsən İlqar özü də ikinci minaya tuş gəlir. İlk andan sona qədər həkimlərin göstərdikləri səylərə baxmayaraq
Şəhid zabitimiz doğma məktəbində anıldı

onu xilas etmək mümkün olmur. İlqar şəhidlik ömrünə qovuşur. Üç övladı Vətənə yadigar qalır.

Qısa, lakin mənalı ömrünü hərb işinə həsr etmiş, Vətənə məhəbbətini əməlində təsdiqləmiş İlqar Verdiyev haqqında yazılan “Son zəng, döyüş, təbəssüm” kitabının müəllifi vətənpərvər yazıçı, publisist Nəcibə İlkinin çıxışı sanki İlqarın simasında bütün şəhidlərə - ölməzlərə ünvanlanmışdı.

Qardaşı Azər Verdiyev çıxış edərək İlqarın son dəfə telefonda onunla danışdığını bildirir. “Mərd, qorxmaz, cəsarətli oğulun qardaşı olmağımla qürur duyuram. O təkcə mənim qardaşım yox, onu sevən yüzlərlə Azərlərin, Seymurların qardaşıdır”. Məktəbin şəhidləri – İlqar, Ceyhun, Xəqani, Elçin, Araz, Mübariz, Famil Vətənimiz Azərbaycanın azadlığı, suverenliyi uğrunda canlarını qurban veriblər. Onların qəhrəmanlığı hər birimizə nümunədir.

Anım mərasimi məktəblilərin təşkil etdiyi ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa çatıb.

Lalə HÜSEYNOVA
Bütöv Azərbaycan qəzeti
12.X.2015


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!