Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 20-05-2015, 19:55
Şuşanın əfsanəvi müdafiəçisi

Milli Qəhrəmanlarımız
Yəhudi əsilli Albert Aqarunov Bakıda anadan olmuşdu və Azərbaycanı doğma Vətəni bilirdi...
***
Keçən əsrin sonlarına yaxın tarixi havadarlarından dəstək alan mənfur qonşularımız sərhədboyu ərazilərimizə genişmiqyaslı silahlı basqınlara başlayanda xalqımızın vətənpərvər oğulları torpaqlarımızın bütövlüyü naminə silaha sarılaraq cəbhəyə yollandılar. O zaman respublikamızdan kənarda yaşayan təəssübkeş soydaşlarımız da Vətənə dönərək yurdumuza göz dikən erməni quldurlarına qarşı mübarizəyə qalxdılar.
Şuşanın əfsanəvi müdafiəçisi
Şuşanın əfsanəvi müdafiəçisi
Tarix boyu Azərbaycan xalqı ilə birlikdə mehriban şəraitdə yaşayan başqa millətlərin nümayəndələri - Oleq Mamontov, Albert Aqarunov və Yuri Kovalyov kimi oğullar da doğulub boya başa çatdıqları Vətənin müdafiəsində mərdliklə iştirak etdilər. Onların qəhrəmanlığı və şücaəti illər ötsə də xalqımızın yaddaşında əbədi qalacaq, gələcək nəsillər tərəfindən daim xatırlanacaq.
Bu günlərdə Azərbaycanın Milli Qəhrəmanı, “Şuşanın əfsanəsi” adlandırılan Albert Aqarunovun Şəhidlər xiyabanındakı məzarı önündə anım tədbiri keçirilib. Tədbirdə Milli Məclisin deputatı Yevda Abramov, İsrail dövlətinin ölkəmizdəki səfirliyinin 1-ci katibi Ronen Krauz, qəhrəmanın qardaşları Rantik və Yura Aqarunovlar, 1-ci tank taborunun keçmiş komandiri ehtiyatda olan kapitan Hacı Əzimov, döyüşçü yoldaşları, həmçinin qəhrəmanın adını daşıyan Suraxanı rayon 154 saylı məktəbin müəllim-şagird kollektivi və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Şuşanın əfsanəvi müdafiəçisi
Şuşanın əfsanəvi müdafiəçisi

Əvvəlcə balaca məktəblilər əfsanəvi tankçıya həsr olunmuş şeirlər söylədilər. Sonra Milli Məclisin deputatı Yevda Abramov Albertin təkcə yəhudi millətinin deyil, Azərbaycan xalqının da şanlı övladı olmasından qürur duyduğunu bildirib. “Hər il xatirə günlərində Albertin məzarını ziyarətə gələnləri görəndə ürəyim dağa dönür. Əsrlər boyu bir torpaqda yaşayan xalqlarımızın birliyi sarsılmazdır. Azərbaycanın başı üzərini qara buludlar alanda Albert də erməni nankorluğuna dözə bilməyib Vətən uğrunda döyüşlərə getmişdi. Şuşalılar bu gün də onun igidliklərindən ürəkdolusu danışırlar. Albert öz qəhrəmanlığı ilə Azərbaycan və yəhudi xalqlarının qardaşlıq rəmzinə çevrilib”, - deyə deputat vurğulayıb.
Şuşanın əfsanəvi müdafiəçisi
Şuşanın əfsanəvi müdafiəçisi

A.Aqarunovun xidmət etdiyi 1-ci tank taborunun keçmiş komandiri Hacı Əzimov onunla bağlı xatirələrindən danışıb. “Albert erməni yaraqlılarına qarşı ağır döyüşlərə atıldığı ilk günlərdən qeyri-adi çevikliyi, verilən tapşırıqları vaxtında və düzgün yerinə yetirməsi, döyüş texnikasından məharətlə istifadə etmək bacarığı ilə seçilirdi. İntizamlı, hərtərəfli hərbi hazırlığa malik olduğuna görə Albert qısa vaxtda tank komandiri təyin edilərək Şuşa cəbhəsinə göndərilir. O, Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən ağır döyüşlərdə azğın düşmənin xeyli canlı qüvvəsini, çoxlu sayda zirehli texnikasını məhv edir. Əfsanəvi tankçı 1992-ci il mayın 8-də çox sevdiyi qədim və səfalı Şuşanın müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Biz keçmiş döyüşçülər əziz silahdaşımızın qisasını almağa və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin torpaqlarımızı düşməndən azad etmək əmrinə hər an hazırıq” – deyə keçmiş komandir vurğulayıb.
- Hələ sağlığında ikən şan-şöhrət qazana bilən Albertin igidliyinə çox dastanlar söyləniləcək, - deyən tank komandiri Ağa Qasımov qəhrəmanla bağlı təəssüratlarını bölüşüb.
Şuşanın əfsanəvi müdafiəçisi
Şuşanın əfsanəvi müdafiəçisi

Döyüşçü yoldaşı Sərrac Mustafayev də Albertin ölümündən və Xocalı faciəsindən sonra düşmənə qarşı daha amansız olduğunu deyib.
Anım tədbiri qəhrəmanın adına əbədiləşdirilən 154 saylı məktəbin müəllim və şagird kollektivinin Hərb Tarixi muzeyinə ekskursiyası ilə başa çatıb.
Lalə HÜSEYNOVA


Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!