Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
Tarix : 29-11-2020, 19:27
Zəncanın qoca şairi


Bəh-bəh yenə gül açdı gülistan Qarabağda
"Hatəmi Seyfəli Yusifəli oğlu" ilə söhbət


Qoca Zəncan və oxumağı yazmağı bilməyən bir şair, ancaq qəlbi şeirlə dolu olan insan. Şairimizin ilk şeirindən indi yetmiş ıl ötür. Türk dilindəki şeirləri və sözləri yalnız özu başa düşən bir gizli sətirlərdə yazılır. Indisə bütün gözəllikləri nəzmə çəkib və oxuculara " Xatirələr Dəftəri " adlı şeir kitabını hədiyyə edib.

Söhbət Zəncanın qoca şairi Seyfəli Hatəmidən gedir. 1940-cı ildə, qışın soyuq günlərindən biri olan 7 fevralda dünyaya göz açıb Zəncanlı şair. Az yaşlarından şeir və ədəbiyyatın əsrarəngiz dünyasına taniş olan şair o dövrün çətin şərtləri üzündən məktəbə getmir, amma bu, onun sinəsində şeir bulaqlarının qaynamasına mane olmur.
O vaxt şəhərlər indikindən daha kiçik və səmimi idi. Köhnə Zəncan şəhərinin daş və yaddaqalan küçə və xiyabanları sadə və mehriban insanları ilə Bakının "Içəri Şəhər" ini xatırladır. Bizi o ozaq keçmişlərə aparan və Araz çayının hər iki tərəfindəki insanları bir-birinə bağlayan qara-ağ rəsm kimi.
Yaşlı şairin, Azərbaycan və Dağlıq Qarabağdan danışarkən, ruh bədəndən ayrıldığı kimi gözləri yaşla dolur, bu ayrılığı və həsrətı oxuduğu şeirlərinın birində belə bəyan edir:
Aşiq olan öz sevdiyi canani çox istər,
Bir nazlı gözəl, gözləri ceyrani çox istər.
Biçarə çəkər dərdi qəmi sanki ürəkdən,
Pərvanə kimin o gül reyhani çox istər.
Köyündə nigarin dolanar hər gecə, gündüz,
Görsün o pəri çöhrəyi zibani çox istər.
Gəncinəyi eşq əhlini çox eyləmə təhqir,
Aşiq olan ey dil qəmi pünhani çox istər.
Güldən nə təmənna olacan bülbülə olmaz,
Bülbül dolanar baği gülistani çox istər.
Mən «Hatəmi» Iranlıyam Zəncan vətənimdi,
Gönlüm Bakini، Azərbaycanı çox istər.
İlk şeir parçası 1955-ci ilin gözəl bahar günlərinın birində yazılır. Uzun illər boyu yazılarını toplayaraq əziz can kimi hər an yanında gəzdirir. Şeir kitabına çevrilməsi üçün cəhd etsə də, zamanın ona qarşı olmasından çox təəssüf ki, uzun illər saxladığı "Cizixlamalalar"adlandırdığı ilk əlyazmaları pis bir qəza səbəbindən sobaya düşür. Alovda yanan kağız parcaları şairin sinəsindən qalxan alovlara qarışıb şairimizi ruhdan salır, və beləliklə şeir yazmağı dayandırır.
Şairin şeir və ədəbiyyat vadisindən uzaqlaşdığı illərdən sonra, 1975-ci ildə ondan bir şeir parçası eşidən bir dostun təşviqi ilə içində bəstələmək istəyi yenidən canlanır. Şairin zövqü və istedadı canlanır və iyirmi il sonra yenidən şeir yazmağa başlayır.

[b]Yenə qəm dəftərin açmış, yazır qəmxanədən gönlüm,
Alır zölf pərişanün sorağın şanədən gönlüm.
Şərabi saqiya doldur, qədəh əldə pərişanım,
Kı içsin, tapsın huşyarlıq mənim peymanədən gönlüm.
Təriqı eşqidə ey dil məni divanə bilsinlər,
Alob dərsin mənim səhranişin divanədən gönlüm.


Hələ dərs və məktəb xəbərləri olmadığı o uzaq illərdə; Uşaqlar əlifba və Quran öyrənmək üçün məktəblərə göndərilir. Gənc şair məktəb uşaqlarınan birlikdə lirik poeziyalar və gözəl şeirlər söyləyir və beləliklə daha çox aşiq edən o şirin uşaqlıq günlərindən onun üçün xoş xatirə qoyur. Ancaq çox təəssüf ki, bu məktəblərdə də şairin ruhunu sulamaq və ürəyində olan hər şeyi kağıza gətirmək üçün kifayət qədər öyrədilmir, bəzən dil fərqinə görə ərəbcə, bəzən də farsca dərs verirdilər, amma mən çox şey öyrənmədim və dediyi kimi mən həmişə "Hafizi Şirazi" və onun qəzəllərini sevmişəm, amma bəzən şeirlərini və mənalarını daha da dərk edə bilmirdim.

Yarlıq bir kimsədə yox, o sadiq yarlar hanı?
Dostluq nə vaxt tükəndi? Dostlar, dostdarlar hanı?
Abi-həyat bulandı, mübarək Xızır harda?
Gül şaxından qan damır, badi-baharlar hanı?
Kimsə demir var idi dostu, dostluq haqqı da,
Həqşünaslar nə halda? Bəs vəfadarlar hanı?
İnsaf, mürvət kanından illərdir ləl çıxmır,
Bəs günəş, sərt küləklər, yağışlar, qarlar hanı?
Yüzminlərlə gül açdı, bircə bülbül ötmədi,
Bülbüllərə nə oldu? O nəğməkarlar hanı?

"Hafiz Şirazi"

Yaşlı şair isə şeir və ədəbiyyat öyrənməkdən və yaratmaqdan heç vaxt usanmır. Ana dilinə məhəbbət və bu dildə ürəkdən gələn şeirlərın yaradıcısı və insan həyatının yaddaqalan anları kimi yazdığı gözəl şeirlərdi. Zəncan şairinin Azərbaycana olan saf hisslərinə aydınlıq gətirən yeni şeirləridi, belə ki Qarabağın azad olunması üçün sevinir və həyəcanlanır. Qarabağın azadlığı haqqında gözəl şeirlər yazır.

Bəh-bəh genə gül açdı gülistan Qarabağda,
Qurban ədərux ordumuza can Qarabağ da!
Ya Rəb belə bir dövlətə lütf et nəzər eylə,
Ədliynən eliyir müşkülü asan Qarabağda.
Ilham əli məhbumumuzu saxlasın Allah,
Azad yaşasın Azərbaycan Qarabağda.
Məscidləri bərpa elədi orda oxunsun,
Şəhidlərin ehsaninə quran Qarabağda.
Mən də bunların qarşısına baş əyirəm çox,
Həq yolda təmamilə verib can Qarabagda.
Pak niyyətilən əzm olunub toprağ alınsın,
Onlar dı bı topraqda verib qan Qarabağda.
Əsgərlərə komandalara mən də bu yerdən,
Təbrik edirəm ərzimi ünvan Qarabağda.
Gəl Hatəmi sənlən dolanax Bakini bir gün,
Var bizdə gözəl cənnət xuban Qarabağda.



2019-cu ilin yazında qızı və kürəkəni ilə birlikdə Bakını səyahət edən şair o günləri xoş xatirələrlə yad edir. Azərbaycanlıların qonağı olduğu və həmişə xatırlayan əziz və sadiq dost olan "Mehman" la bir çox dostlar qazanmışdı şair.
Azərbaycan xalqının o qədər mehriban və qonaqpərvər olduğunu görür ki, gözəl vətəni yenidən görmək istəyir. Gözəl vətənim olan Azərbaycanıma gedib şairlər və şeir həvəskarları üçün yeni şeirimi oxuyacağam deyən şair Azərbaycanı və vətən əsgərlərinin fədakarlığını təsvir edən ürək sözlərini belə soyləyir:

Yaşa Azərbaycan, yaşa dünyada!
Çəkdigin zəhmətlər getməsin bada.
Didim düşmən bu torpaqlar bizimdi,
Bu sahilləri, bu dağ daşları bizimdi.
Gözəl çölli garabağlar bizimdi,
Vətən toprağidi vermərik yada,
Yaşa Azərbaycan, yaşa dünyada!
İlham əzizimiz verdi fərmani,
Qəhrəman ordumuz aldı hər yani.
Dedi məhv eylərik paşinyani,
Birdə tənbih olsun quldur cellada.
Yaşa Azərbaycan, yaşa dünyada!
Yaşasın İlhami dölətimizdi,
Azərbaycan adı şöhrətimizdi,
Şəhidlərin qanı izzətimizdi,
Həqiqət əhliyik əsli mənada,
Yaşa Azərbaycan, yaşa dünyada!
Sevimli rəhbər paşaya söz dedi,
Hər nə dedi sözlərini düz dedi,
Çıx qarabağdan get, əlini üz dedi,
Yumruqunan gətirux ağzındada,
Yaşa Azərbaycan, yaşa dünyada!
Hatəmiyəm cümləni saldım yada,
Məktubu yazdım Şirinə, Fərhada.
Yaşa Azərbaycan, yaşa dünyada!
Vermədin heç vaxt bac istibdada,
Yaşa Azərbaycan, yaşa dünyada!


"Xatirələr Dəftəri" Zəncanlı qoca şairin xatirə kitabı olaraq, bu qəribə zamanda yolunu azmış və işığa ehtiyac duyan gənclər üçün ilham mənbəyıdır.
Bütün bu sözlərə və dəyərli şeirlərə baxmayaraq, təvazökarlıq şairdə davamlı bir xasiyyətdir. Gənclərə verdiyi tövsiyə budur ki, hər zaman elm və bilik öyrənib kitab oxumağa başlayın, çünki elm və bilik insan uçün görən gözdur və heç kim bir gün də olsun elm və bilikdən uzaq olmamalıdır.
Şairin az savadlı olduğu və ona görə də bu günə qədər gerçəkləşdirə bilmədiyi xəyallari, həyatındakı ən böyük peşmançılıqdır.
Çıxışın sonunda şair sürətlə keçən ömürdən danışıb, sanki həyatın bir sonu olmadığını və bu dünyada əbədi qalacağımızı düşünürük, amma insan nə qədər uzun ömür sürsə də, bir gün həyatın nə qədər qısa və keçici olduğunu anlayacaq.
Gənclərin oyrənməlı , oyrənməlı, ancaq oyrənməlı və bu həyatı, keçici dünyanı çox sevməməli olduğuna inanır.

Yavaş yavaş qutulur ömrüm, güman gedirəm,
Ömrün xəzani verir bü nişani gedirəm.
Nə var atam, nə anam deyim ürək sözümü,
Zi bəs ki, qəmli gönül olubdu qan gedirəm.
Sərayi rəbbimə dəvət edibdi Əzrayil,
Günahim çox əli boş halim yaman gedirəm.
Bü zəmanə dolandi, qəlbimiz də bulandi,
Insafimiz əridi, yoxdu vicdan gedirəm.
Hər işlər oldü kələk, gör neylir Çərxi fələk,
Qocaldım, bel büküldi, qəddi kəman gedirəm.
Muyəssər olsa, yığam cəm edəm mən əhbabi,
Təqdirə yoxdu cavab edəm bəyan, gedirəm,
Hatəmi, çox ağlama dünyayə bel bağlama,
Bugün varıq, sabah yox, buna inan gedirəm...

Şairlə söhbətləşdi: Səhra Rzayi
rezayi.sahra@gmail.com


Paylaş



Bölmə: Güneyin sesi / Ədəbiyyat / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!