TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
Tarix : 19-02-2020, 11:56
Şeir yazmağı öyrədən qadınlar

Şairlərin, qələm adamlarının romantik ruhlu, daim sevgi axtarışında olduqlarını eşitmişdim. Ancaq elə indicə ədəbiyyat saytlarının birində oxuduğum bir material məni xeyli sarsıtdı. Məşhur türk qadın şairi Tomris Uyar müxtəlif vaxtlarda öz müasirləri- Cemal Süreya, Turqut Uyar və Edip Canseverlə eşq macərası yaşayıb. Maraqlı cəhət ondan ibarətdir ki, kişi şairlərin üçü də bir-biriləri ilə dost olub. Buna baxmayaraq, Tomris Uyar onları özünə aşiq etməyi bacarıb. Tomrisə ən sadiq şair ilk sevgilisi Cemal Süreya olub. Hətta belə deyirlər ki, Cemal Süreya hər gün işə eyni vaxtda gəlir, heç vaxt gecikmirmiş. Bunu görən Tomris bir dəfə deyir: "Arada evə gec gəl də. Sənin heç dostların yoxdur?". Növbəti gün şair 10 dəqiqə gec gəlir. Gecikmələr hər növbəti gün bir az da artır. Bir müddətdən sonra qadın təsadüfən eyvandan çölə boylananda Cemal Süreyanın skamyada oturub saata baxdığını görür...
Cemal Süreya həmişə qadına deyirmiş: "Səndən ayrıldığım anda sənin və yazdığın hekayələrin haqqında sevgimi bildirəcək heç bir fikir söyləməyəcəm"...Doğrudan da, ayrıldıqlarından sonra Cemal Süreya sevgilisi haqqında heç nə yazmır...
Tomris Uyar Turqut Uyarla tanış olanda o, 7 ildir şeir yazmırmış. Qadın şair bu barədə öz xatirələrində yazır: "İlham pəriliyi etdim demək istəmirəm, amma hər halda çox deyindiyim, dümsüklədiyim, yazmasını xahiş etdiyim üçün şeir yazmaq istəyi yenidən doğuldu". Tomris də şairi özünə həddindən çox bağladığını etiraf edirdi: "Turqut hər an məni əlindən qaçıracaqmış kimi əhəmiyyətsiz bir qayğı ilə məhv edəcək özünü".
Edip Canseverlə Turqut Uyar çox yaxın olublar. O, heç vaxt Tomrisi özünə aşiq edə bilməyib. Fəqət hər ad günündə onun haqqında şeir yazaraq sevgisini aləmə yayıb. Tomris Edip Cansevər haqqında deyirdi: "Sevgililik, ya da eşq duyğusu zamanla yaraya çevrilə bilər, qaysaqlanır və sağalır. Bitməyən eşqin həqiq və lirik dostluq olduğunu Edip Cansevər öyrətdi mənə". Göründüyü kimi, onların arasındakı münasibət zahirən dostluq kimi görünsə də, əslində şairləri bir-birlərinə bağlayan daha möhkəm bağlar var idi...
Türkiyə ədəbiyyatının üç böyük nümayəndəsini özünə aşiq edən Turqut Uyar 62 yaşında xərçəng xəstəliyindən vəfat edib. O, ömrünün sonlarında demişdi: "Həyat hekayəmin yazılmasını istəmirəm. Özüm haqqında düşünməyi bu qədər əhəmiyyətli hesab etmirəm".
Heç kim deyə bilməz ki, Tomris Uyarsız Türkiyə ədəbiyyatı necə olardı. Ancaq bir şey məlumdur ki, o, Cemal Süreyya, Turqut Uyar və Edip Cansever kimi şairlərinin əsas ilham mənbəyi, onlarca şeirlərinin qəhrəmanı olub. Bu qadın olmasa idi, bəlkə də, nə Cemal Süreyya tanınıb sevilərdi, nə Turqut Uyar, nə də Edip Cansevər...

*
Qadınlar belə bir qüvvəyə malikdirlər, yəni. Şairləri şair edən də əslində qadınlardırlar. Şeir yazmağı öyrədən qadınlar bir az qəribə olurlar. Əvvəl, səni özünə öyrəşdirənə kimi diqqətini əsirgəmir, sonradan isə “oyun qaydalarını pozmağa” cəhd göstərirlər. Amma, etiraf edirəm, onları incitmədiyin müddət ərzində ürəklərinin ən dərin qatlarında səni düşünür, ən çətin anlarında yanında olurlar. Nə qədər bunu hiss elətdirmək istəməsələr də qayğını çəkirlər. İlahi bir köməyə ehtiyacın olduğu, əlini açıb Allaha dua etdiyin vaxtlarda əlindən tuturlar. Tanrıya bərabərdirlər, bəlkə də. Tanrı kimi də qəddardırlar. Bircə səhvində səndən üz döndərir, ən qəddar düşməninə çevrilirlər.
Bəlkə də, hər kişinin həyatında qarşılıqsız sevdiyi, amma ona şeir yazmağı öyrədən bir qadın olmalıdır…Sual verirəm sizə: hansı kişi öz-özünə şeir yazıb?

Kənan Novruzov


Paylaş



Bölmə: Köşə / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!