Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 29-06-2016, 20:00
Təbrizdən Gəncəyə - vətəndən vətənə



Respublikamızda daha çox ədəbi mühitdə; tənqidçilər, şərqşünaslar arasında tanınan nizamişünas alim, mərhum Cahani Qasım Həsən oğlunun 90 yaşı tamam olur.
Qasım müəllim 1926-cı ildə Cənubi Azərbaycanın Xoy şəhərində anadan olmuş, ibtidai və orta təhsilini də bu şəhərdə almışdır. İran mənfur Rza şah Pəhləvi rejiminin və şəriətin üsul-idarəsi tabeliyində olduğundan, təhsilin ərəb-fars dilində aparılması, onun bu dillərə incəliklərinə qədər mükəmməl yiyələnməsinə səbəb olmuşdu. Məktəbli olarkən yaşlıların söhbətindən Azərbaycanın azadlığı uğrunda mübarizə aparan Səttarxan, Bağırxan, Xiyabani, Heydər Əmoğlu kimi vətən mücahidlərinin barəsində əfsanələrə çevirilən söhbətləri eşitmiş, yeniyetmə qəlbində onlara rəğbət hissi yaranmışdı.
Daxilində alovlanan milli məram gənc yaşlarında onu azadxahlar cərgəsinə qoşulmağa, Azərbaycan xalqının qəddar düşməni olan şah rejiminə qarşı mübarizə aparmağa səsləyir. 1945-ci ildə Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Təbrizdə qurulan Milli hökumətin inqilabçı, cəngavər fədailərindən biri də Azərbaycan Demokrat Firqəsinin (ADF) fəal üzvü, 19 yaşlı Cahani Qasım oldu. 1946-cı ildə beynəlxalq danışığa əsasən müttəfiq hərbi qüvvələr; ingilis və sovet qoşunları İranı tərk etdilər. Amerikan-ingilis imperializminin köməyi ilə onlara nökərlik edən Məhəmmədrza şah Pəhləvinin qoşunları, SSRİ-dən dəstək almaq imkanından məhrum olan Cənubi Azərbaycan Demokratik Cümhuriyyətini süquta yetirdi. Xalqa dil, təhsil, iş, hüquq azadlıqları verən inqilab qan içində boğuldu, məzlum Azərbaycan xalqına divan tutuldu 1946-cı ilin soyuq dekabr günlərində başqa fədailər kimi Qasım Cahani də Şimali Azərbaycana, qan qardaşlarına pənah gətirib, qədim Gəncə şəhərində məskunlaşdı. Bütün yaxınlarından, əzizlərindən, qohum-qardaşlarından ayrı düşsə də, Arazın bu tayında qəribsəmədi. Yeni quruluş, təzə həyat tərzi, sosialist mühiti, ağır müharibədən yenicə çıxmış mehriban insanlar arasında yaşayan gənc, silahını qələmə dəyişdi. 1948-ci ildə Gəncə Pedaqoji texnikumunun ədəbiyyat fakültəsinə daxil olub, 1951-ci ildə bu təhsil ocağını fərqlənmə diplomu ilə bitirdi. 1952-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olsa da, sonuncu kursda Bakıya, Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutuna köçürülmüş və ali məktəbi 1957-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir.
Bu dövrdə Azərbaycan filologiyasının, dilçiliyinin ən müqtədir pedaqoji simalarından dərs alan Cahani, daha çox Şərq ədəbiyyatşünaslığı sahəsinin alimlərinin nəzər diqqətini cəlb etmişdi. Gənc müəllim təyinatla Zaqulba qəsəbəsində orta məktəbdə dil-ədəbiyyat, fəhlə və gənclərin axşam məktəbində isə fars dili müəllimi işləyirdi. 1950-ci illərdə Zərdabi adına Dövlət Pedaqoji İnstitutundakı tələbəlik illərinin ən xoş xatirələri Yazıçılar Birliyinin Gəncə şöbəsində yaradıcılıq fəaliyyəti dövründə mehriban münasibət gördüyü şair Nəriman Həsənzadə, dramaturq Altay Məmmədov, folklorşünas alim Sədnik Paşa Pirsultanlı ilə sıx bağlıdır. Filologiya elmləri doktoru, Yazıçılar Birliyinin üzvü, əməkdar mədəniyyət işçisi Sədnik müəllim Qasım Cahani haqqında xatirələrində onu zərif və saf duyğulu insan adlandırmışdı.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra ərəb qrafikasının ləğvi, 1937-ci ildə ərəb və iranşünaslıq sahəsində fəaliyyət göstərmiş yüzlərlə qüdrətli ziyalımızın repressiyalarda məhv edilməsi, elmimizin bu sahədə irəliləyişinə böyük əngəllər törətmişdi. Şərqdə geniş təşəkkül tapmış ərəb-fars dilli ədəbiyyatın tədqiqatında bu qrafikanı bilməyən gənc filoloqlarımız iti çətinlik çəkirdilər. Tanınmış alimlər; akademik Həmid Araslı, akademik Mirəli Seyidov, Yaşar Qarayev və başqalarının ümidrverici məsləhəti ilə Zamani 1960-cı ildə Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Qədim ədəbiyyat şöbəsində elmi işçi qismində çalışmağa başladı və aspiranturaya daxil oldu. O, tezliklə ərəb və fars dillərində yazılmış əsərlərin tərcüməsində kömək etdiyi bütün tədqiqatçıların; akademik, professor, dosent, alim və aspirantların sevimlisinə çevirildi.
Təbrizdən Gəncəyə - vətəndən vətənə

1960-cı ildə "Eli dolan gəl" adlı ilk şeir kitabçası, 1966-cı ildə "Nakam məhəbbət" adlı poema və şeirlər toplusu çap olundu. 1968-ci ildə Az.SSR Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat və Dil institutunda orta əsr Cənubi Azərbaycan şairi Əssar Təbrizinin "Mehr və Müştəri" poeması Qasım Cahaninin elmi-tədqiqat əsəri kimi çap olundu və o filologiya elmləri namizədi adına layiq görüldü. Bu barədə publicist Xəlil Yusifli mərkəzi qəzetlərin birində ətraflı məqalə ilə çıxış etmişdi. 1979-cu ildə "Azərbaycan ədəbiyyatında Nizami ənənələri XII-XVI əsrlərdə" mövzusunda dissertatsiyasını müdafiə edib, filologiya elmləri doktoru elmi dərəcəsini aldı. Həmin əsər elə çalışdığı dogma institutda kitab şəkilində işıq üzü gördü. Daha çox nizamişünaslığa meyl göstərən Cahani vətənimizi SSRİ miqyasında keçirilən bir çox elmi simpozium, konfranslarda ləyaqətlə təmsil etdi. Orta Asiya paytaxtlarında Nizami Gəncəviyə həsr olunan elmi konfranslarda Azərbaycan alimləri ilə birlikdə ədəbiyyat elmimizi ləyaqətlə təmsil etdi. 1977-ci ildə Alma-Ata şəhərində dahi şairimizin yaradıcılığı haqqında rus dilində etdiyi çıxışı zamanı müdrik Şərqin bu iki elm və poeziya dillərində, fars və ərəbcə təmiz tələffüzlə gətirdiyi sitatlar, şeir nümunələri ilə dolğun və yetkin məruzəsi daha çox moskvalı mütəxəssisləri heyran qoymuşdu. Rusların "Siz farssınız ya ərəb?" - sualına bir cavab almışdılar: "Mən heç bir qarışığı olmayan xalis azərbaycanlıyam". Qasım müəllim Azərbaycan nümayəndə heyətinə qonaq simasında deyil, dogma qardaşı kimi münasibət bəsləyən bir gənc qazax ədibindən ağızdolusu hərarətli danışdı. Bu, sonralar Azərbaycanımızın yaxın dostu, Turanın böyük oğlu kimi tanınacaq Oljas Süleymenov idi. Sosializm dövrünün hakim ideologiya sahiblərinin ürəyindən olmasa da, Nizaminin 800 illik yubileyi ərəfəsində "Xəmsə"nin bədii tərcüməsi gözəl ilüstrasiyalarla nəşr olundu. Tərcüməsinə ən qüdrətli şairlərimizin; Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm, Cəfər Xəndan, tərcüməçi Məmmədmübariz Əlizadənin qoşulmasıyla Azərbaycan dilində əsrarəngiz bədii tərcümə abidəsi yaranmışdı. Amma Nizami tərəfindən xüsusi qüdrətlə qələmə alınmış Allah və Peyğəmbərin tərifləri (nət) MK tərəfindən qətiyyətlə ləğv edilmişdi. Nizami Gəncəvinin ilkin Şərq intibahının zirvəsi olan yaradıcılığında dövrünün ən humanist, ümumbəşəri, ictimai-siyasi, social və mənəvi-əxlaqi idealları parlaq bədii əksini tapmışdır. Humanist şair müxtəlif dinlərə mənsub olan qəhrəmanların heç birinin millətinə, dini görüşlərinə qarşı çıxmırdı. Onun ən yüksək meyarı insanlıq və Allaha inamdır. 1980-ci illərin sonunda nəşr olunan sətri tərcümələrdə, nəhayət ki, bu təriflər kitablara daxil edilmişdi. Cahani elmi işlə yanaşı ADF-nin əvvəlcə Gəncə, sonralar Bakı Şəhər Komitəsində müxtəlif vəzifələrdə çalışıb, partiyanın verdiyi tapşırıqları canla-başla, vaxtlı-vaxtında yerinə yetirmişdir. ADF-nin mərkəzi orqanı, ərəb qrafikasıyla nəşr olunan "Azərbaycan", İran Xalq Partiyasının (Hizb Tudeyi İran) farsdilli "Mərdom" ("Xalq") qəzetləri, bir çox kitab və jurnalların redaktəsi işi məhz Qasım Cahaniyə tapşırılırdı.
Öz iş yerində dəfələrlə təşəkkürlər, fəxri fərmanlar almış, "Əmək veteranı" medalı ilə təltif olunmuşdur. Sonuncu direktoru akademik Bəkir Nəbiyev onun vəfatını institut, həmkarları və tələbələri üçün böyük bir itki kimi qeyd etmişdi. Cahani Qasım Həsən oğlunun daim dogma vətəni azad görmək arzusu və diləyi ilə döyünən ürəyi 24.08.1994-cü ildə əbədi dayandı. O, əqidə və amalına çatmadı. Digər inqilabçı, siyasi mühacir, güneyli ziyalı, sabiq fədailər kimi Cənubi Azərbaycana qayıtmaq, dogma Təbrizi - yeni Təbrizi görmək ona xidmət eləmək, yolunu intizarla gözləyən həmvətənlərinə elmin bağlı qapılarını açmaq, yeni gələn nəslin təhsili və tərəqqisi ilə məşğul olmaq məqsədinə yetmədən dünyasını dəyişib, əbədiyyətə qovuşdu. Q.Cahani indi də bir nizamişünas alim kimi tələbələrinin, həmkarlarının ürəyində yaşayır.
Cahani 1949-cu ildə Gəncə şəhərində Həsənova Dursun Məşədiəli qızıyla ailə qurmuş və bu izdivacdan bir oğul, bir qız, 7 nəvə və 3 nəticənin sahibi olmuşdur. Övladlarına təhsil verib ailə səadətinə yetirmişdir. Oğlu Fikrət 1950-ci ildə doğulmuşdur, 3 övladı və 4 nəvəsi var. Gəncədə tanınmış məşqçi Firudin Hüseynov və İshaq Cəfərovdan idmanın sərbəst güləş növünün incəliklərini öyrənib, bir çox respublika miqyaslı yarışlarda qalib adını qazanaraq Gəncəyə fəxri fərman, diplom və medallarla qayıtmış, təqaüdə çıxana qədər sürücülük məktəbində təlimçi və sərbəst güləş üzrə məşqçi işləmişdir. Qızı Sədaqət 1954-cü ildə doğulmuş 4 övlad anasıdır. 1976-cı ildə Gəncədə H.Zərdabi adına Pedaqoji institutun dil-ədəbiyyat fakültəsini bitirmiş, təyinatla Xaçmazda işləmiş və maarif əlaçısı kimi 1977-ci ildən 2014-cü il, təqaüdə çıxana qədər Gəncə Şəhər Təhsil Şöbəsində çalışmışdır. YAP-ın üzvüdür, ictimai əsaslarla gənc nəslin milli-mənəvi tərbiyyəsi ilə məşğuldur. Həyat yoldaşı Fətullayev Elman Adil oğlu ilk könüllülər dəstəsi tərkibində Qarabağ müharibəsində, Kosalar kəndində vuruşmuş, 2006-cı ildə vəfat etmişdir. Qasım Cahaninin haqqında müxtəlif mənbələrdə yazılar dərc edilmiş, yazıçı Əli Dəstinin "Parçalanmış ürəyin fəryadı" ensiklopedik kitabında ona xüsusi səhifələr ayrılmışdır.
Yeni nəsil, nəvələr indi Qasım müəllimin nəvazişini görməsələr də, ondan qalan mənəviyyat, zəhmətsevərlik, vətənpərvərlik duyğuları ilə tərbiyyə olunub böyüməkdədirlər. Uğurlar olsun!

Təbrizdən Gəncəyə - vətəndən vətənə


Həsən CƏbrayılov,
A.Bakıxanov adına ədəbi mükafatların laureatı


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!