17 yaşlı oğlan dəm qazının qurbanı oldu .....                        Zəng edib Prezidenti təbrik etdilər .....                        Prezident ad günündə ailəsi ilə birgə - FOTO .....                        Bu qanun yanvarın 1-də qüvvəyə minir .....                        Cəlilabadda faciə: əkizlər doğuşdan sonra öldü .....                        Tovuzda 8 tələbə tortdan zəhərlənib - RƏSMİ .....                        Mehriban Əliyevadan Prezidentlə bağlı paylaşım .....                        Orban İlham Əliyevi təbrik etdi .....                        Makron yeni hökuməti təsdiqlədi .....                       
Tarix : 13-08-2022, 08:24
Səmadan gələn səs


Səmadan gələn səs

Buludların rəngi qapqara qaralmışdı. Artıq neçə gün idi ki, göyə qalxıb yerə yağış kimi səpələnən mərmilərin səsindən günəş də yata bilmirdi. Torpağın qəzəbi dağlarda əks-səda yaratmışdı.
Bu necə nifrətdir, İlahi. Bu necə qəzəbdir belə. Sanki illərin qığılcımları insanların gözündən alov püskürür. Düşməndən intiqam almaq, ona yaxşı dərs vermək üçün yarışır oğullar. Ordu ancaq irəli addımlayır. Ayaq basdığı hər əraziyə azadlıq gətirir. Torpaq doğmalarının nəfəsini duyduqca qürrələnir. Sinəsində xarıbülbül gül açır. Mənzərə oğulları daha da coşdurur. Dayanmaq bilməyən pəhləvanlar Qarabağın hər qarışını yağı düşməndən təmizləmək üçün daha da irəli gedir.
İbrahim Lələyevin dəstəsi Füzulidən Cəbrayıla qədər düşmənlə mübarizədə şücaət göstərərək bir çox yüksəklikdə bayrağımızın dalğalanmasına səbəb olmuşdu. Döyüş meydanı qəhrəman əsgərlərimizə mərdlik meydanı kimi görsənir, bu savaşda qələbə üçün hər kəs bir nəfər kimi mübarizə aparmağa çalışır.
Bu gecə isə günlərdir atışmanın içində olan, hər gün döyüş yoldaşlarının şəhidliyinə şahid olsa da qətiyyən amalından dönməyib, zəfər üçün mübarizə aparan İbrahim bir az dincini almaq üçün şirin xəyallara dalır. Elə bu zaman Emin soruşur:
-Hə, Lələyev nə düşünürsən? Diyəsən yaman yorulmusan.
-Bu yorğunluq zəfər sevincini dadanda keçib gedəcək. Deyirəm, Qarabağı tam azad edək, gələn il ad günümdə anamı gətirəcəm Şuşanı görsün. O dillərə dastan Şuşada keçirəcəm ad günümü. Bircə səhər açılsın. Ordumuz qələbə sədalarına oyansın. Qalan arzular çin olar inşallah.
-Amin, qardaş. Şəhid olmasam ad gününü ilk mən təbrik edəcəm.
-Var ol. İgidə şəhidlik də yaraşar. Təki qismətimizə ölümün də şərəflisi yazılsın.

O gecə İbrahim bilmirdi ki, elə onun taleyinə ölümün ən şərəflisi, şəhidlik yazılıb. Zəfər xəyallarıyla yatan qəhrəmanın son savaşı da məhz həmin səhər olur. Cəbrayılda son dəfə düşmənə həddini bildirən qəhrəman elə həmin günü səmalardan yenə enən cənnətin pillələri ilə qalxır səmalara. Yerdən sülh göyərçininə dönüb səmalara qanad açan qəhrəmanın xəyalları bir daha heç zaman gerçəyə çevrilmir.
Oktyabrın 10-u Masallıya göz yaşı yağır səmalardan. Bütün kənd "Şəhidlər ölməz, vətən bölünməz!" şüarı ilə əks-sədaya şahid olur. Hər kəs yol boyunca düzülərək gələn karvanı ehtiramla qarşılayır. Bu karvanın sarvanı üçrəngli bayrağa bükülmüş taxtında başlar üzərində gətirilir öz ocağına. Bu karvanın sarvanı bir igiddi, bir pəhləvandı, azadlıq tarixini yenidən yazan qəhrəmandı.
O karvanı qarşılayan xəstə anasının fəryadı göyə ucalan zaman göylərdən səda gəlir yerə.
-Ağlama ana, mən ölümsüzlüyə qovuşdum. Mən əbədi var oldum. Ağlama, ana. Sən oğul itirmədin, sən minlərlə oğul qazandın özünə. Bütün xalqın qulluğunda duracaq. İndi səni şəhid İbrahimin anası kimi bütün el tanıyacaq. Başını dik tut. Yerim gözəldi, ana. Yerim gözəldi burda.

Esmira Günəş


Paylaş



Bölmə: Şəhidlər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!