Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
Tarix : 2-10-2014, 19:14

“Palitra” qəzetinin dünənki sayında Fuad Hüseynzadənin Azərbaycan Hərbçi Jurnalistlər İctimai Birliyinin sədri Tamxil Ziyəddinoğlu ilə müsahibəsi dərc olunub. Mövzunun aktuallığını nəzərə alaraq oxucularımıza təqdim edirik:

Tamxil Ziyəddinoğlu: "Əsas məsələ, yanlış xəbərlərin, dezinformasiyaların, təşviş yaradacaq məlumatların mətbuata yol tapmasının qarşısını almaqdır" 

Hər bir jurnalistin öz fəaliyyəti dövründə ixtisaslaşması vacib şərtdir. Belə olmadıqda istənilən baş verən ictimai-siyasi hadisələrin gündəmə gətirilməsində jurnalistlərin qeyri-peşəkarlığı üzə çıxır. Necə ki, ötən ay cəbhə bölgəsində yaşanan gərginlik bəzi media orqanlarında qeyri-peşəkarcasına işıqlandırıldı. Bütün bunlar da ölkənin milli təhlükəsizliyinə xələl gətirən məlumatlar idi. Bu kimi hallar nəzərə alınaraq ötən həftə dövlət başçısı tərəfindən "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncam imzalanıb. Bu sərəncam xüsusən hərbi mövzuda yazan jurnalistlər qarşısında ciddi məsuliyyət qoyur. Elə Azərbaycan Hərbçi Jurnalistlər Birliyi də bu məsələləri diqqətə alaraq jurnalistlər arasında maariflənmə işi aparmağı planlaşdırır. Təşkilatın sədri Tamxil Ziyəddinoğlu qəzetimizə müsahibəsində görüləcək işlərlə bağlı məlumat verdi. Xatırladaq ki, T. Ziyəddinoğlu uzun müddət AzTV-də hərbi jurnalist kimi çalışıb.

- Məlum sərəncamın dövlət sirrinin yayılmasının qarşısının alınmasında, informasiya təhlükəsizliyinin təmin olunmasında nə kimi rolu olacaq?

- Bilirsiniz ki, müharibə vəziyyətində olan ölkəmizdə hərbi jurnalistika ilə məşğul olan qeyri-peşəkarların sayı gündən-günə artır. Bu vəziyyətdən yararlananlar güc strukturlarının mətbuat xidmətləri ilə jurnalistlər arasında əməkdaşlığın zəifliyindən istifadə edərək respublikamızda aparılan ordu quruculuğuna qara yaxır, hərbi hissələrdə əsgər-zabit münasibətləri, əsgərlərimizin fiziki hazırlığı, döyüş qabiliyyəti, təchizatı və digər bir çox məsələlərlə bağlı dezinformasiyalar yayırlar. Son dövrdə cəbhədə baş verən hadisələr zamanı mətbuatın davranışı bunu bir daha təsdiq etdi. Bu baxımdan Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamı dövlət qurumlarının media ilə daha çevik işləməsinə şərait yaradacaq, jurnalistlər arasında peşəkarlığı, ixtisaslaşmanı bir qədər də artıracaq. Əslində bu sərəncam təkcə media nümayəndələrinə aid deyil, bütövlükdə Azərbaycan cəmiyyətini Azərbaycan Respublikasının milli təhlükəsizliyinə xələl gətirə biləcək məlumatların kütləvi informasiya vasitələrində və internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınmasını nəzərdə tutan mühüm sənəddir. Burada, demək olar ki, Azərbaycanı sevənlərin hamısının arzu və istəkləri öz əksini tapıb. Ən çox diqqətimi çəkən məqam Silahlı Qüvvələrin təmas xəttinə bitişik ərazilərdə müdafiənin möhkəmləndirilməsi, habelə əhalinin ayıq-sayıqlığının artırılması məqsədi ilə həmin zonada yerləşən yaşayış məntəqələrində yerli əhali arasından könüllülərdən ibarət patrul dəstələrinin formalaşdırılması üçün zəruri tədbirlərin görülməsi bəndidir. Mən deyərdim ki, bu, Azərbaycan Prezidentinin cəbhəyə getmək istəyən könüllülərin Silahlı Qüvvələrin Ali Baş Komandanına etdikləri çoxsaylı müraciətlərə verilən səmimi cavabdır. Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına, Müdafiə Nazirliyinə, Mətbuat Şurasına konkret tapşırıq və tövsiyələr verilib ki, bu da dövlət qurumlarının media ilə daha operativ, çevik, uzunmüddətli işləmələrini təmin edəcək. Həmin sərəncamla həm də sərhədyanı bölgələrdə yaşayanlara xüsusi statusun verilməsi məsələsi gündəmə gəlir. Qeyd

olunanlarla bərabər bu sərəncamda əsas məsələ, yanlış xəbərlərin, dezinformasiyaların, təşviş yaradacaq məlumatların mətbuata yol tapmasının qarşısını almaqdır.

- Jurnalistlər bu istiqamətdə xəbər yazarkən əsas nəyə fikir verməlidirlər?

- Bu sualınızın cavabı "Dövlət sirri haqqında" qanunda öz əksini tapıb: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin strateji, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, onların döyüş və səfərbərlik hazırlığı haqqında məlumatların yayılması; - silah və hərbi texnika nümunələrinin taktiki-texniki xarakteristikaları və döyüşdə tətbiqi imkanları haqqında məlumatların yayılması; - milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, hazırlıq və müdafiə olunma dərəcəsi haqqında məlumatların yayılması; - qoşunların dislokasiyası, hərəkəti, həqiqi adları, təşkilati strukturu, şəxsi heyətinin sayı və onların döyüş təminatı, həmçinin hərbi-siyasi və ya əməliyyat şəraiti haqqında məlumatların yayılması; - Azərbaycan Respublikasının digər dövlətlərlə hərbi, elmi-texniki və başqa sahələrdə əməkdaşlığı haqqında məlumatların yayılması; - kəşfiyyat, əks-kəşfiyyat və əməliyyat-axtarış fəaliyyəti sahəsində məlumatların yayılması; - rəsmi instansiyaların açıqlamalarını gözləmədən cəbhə xəttindəki insidentlər haqqında təhrif olunmuş və yanlış məlumatların yayılması; - həlak olmuş və yaralanmış hərbi qulluqçular haqqında şişirdilmiş məlumatların təqdim olunması; - həlak olmuş hərbi qulluqçuların adları və soyadları, rütbələri, həlak olma şəraiti haqqında məlumatların yayılması; - sərhəddə və qoşunların təmas xəttində Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri haqqında məlumatların yayılması; - hərbi hissələrin komandirləri, rəhbər vəzifəli şəxsləri haqqında məlumatların açıqlanması və s." qanunla qadağandır.

Qanundan əlavə belə məsələlərin mənəvi tərəfləri də var. Təsəvvür edin ki, əsgər anası əyləşib ekran qarşısında televizora baxdığı yerdə aparıcı onun oğlunun ölüm xəbərini oxuyur. Ananın ürəyi partlayandan sonra məlum olur ki, oğlu yüngül yaralanaraq hospitala yerləşdirilib. Deməli, birinin səhlənkarlığı və yaxud bivecliyi başqasının ocağını qaraldır. Odur ki, bu cür məsələlərə həssaslıqla yanaşılmalıdır.

- Rəhbəri olduğunuz qurum bu sərəncama uyğun olaraq hərbidən yazan jurnalistlər arasında hansı maariflənmə işləri aparacaq?

- Azərbaycan Hərbçi Jurnalistlər Birliyi ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən islahatları doğru, dürüst işıqlandıra biləcək peşəkar jurnalistləri, ekspertləri, mütəxəssisləri, dövlətimizin maraq və mənafeyini hər şeydən üstün tuta bilən vətənpərvərləri azərbaycançılıq ideologiyasına sədaqətlə xidmətə səfərbər etmək zərurətindən yaranıb. AHJB-i hərbçi jurnalistləri güc strukturları, dövlət orqanları ilə etimadın möhkəmləndirilməsinə, hərbi mövzuda yazan gənc-təcrübəsiz media nümayəndələrini ordu quruculuğunu mətbuatda düzgün əks etdirməyə, Azərbaycan vətəndaşlarında ordumuzun gücünə inamı daha da artırmağa, gənc nəslin hərbi-vətənpərvərlik ruhunu yüksəltməyə və belə məsələlərə milli təhlükəsizliyin qorunması baxımından yanaşaraq vətəndaş mövqeyindən çıxış etməyə istiqamətləndirir. Dövlətimiz üçün mühüm əhəmiyyət kəsb edən, ordumuzla bağlı ictimaiyyəti narahat edən məsələlərlə bağlı informasiyaların vahid mənbədən, doğru dürüst yayılması üçün Müdafiə Nazirliyi Mətbuat xidmətinə müraciət olunmasını daha düzgün hesab edir. İnformasiyanın yanlış yayılmaması üçün bu çox vacib məsələdir. Xatırlayırsınızsa, cəbhə bölgəsində vəziyyət gərginləşəndə kim nə xəbər eşidirdisə, yalanına, doğrusuna baxmadan internetə yerləşdirirdi. Cəbhəyə yaxın yerlərdən foto-video görüntülər yayımlayırdılar. Bu vəziyyətdən narahat olan qurumumuz dəfələrlə müraciət yaydı: "Əziz həmvətənlər, Azərbaycan ordusunun hər bir əsgərinin, hər bir texnikasının haradan hara yerdəyişməsini dəqiqəbədəqiqə, təfsilatı ilə yazıb paylaşırsınız. Belə olmaz. Bu faktlar düşmənə kəşfiyyat yardımıdır. Azərbaycan Hərbçi Jurnalistlər Birliyi belə həssas məsələlərə diqqətlə yanaşmanızı xahiş edir".

- Bu baxımdan aidiyyəti dövlət qurumları ilə hər hansı əməkdaşlıq edirsinizmi?

- Artıq, səylərimizə Müdafiə Nazirliyindən müsbət cavab almışıq. Onu da qeyd edim ki, Birliyimiz 2012-ci ildə yaransa da, yalnız general-polkovnik Zakir Həsənov müdafiə naziri təyin olunandan sonra əməkdaşlığımız baş tutub. Çünki Z. Həsənov əhalini narahat edən məsələlərə həssas yanaşdığı üçün KİV-ilə də əlaqələrin qurulmasının tərəfdarıdır. Yaxın zamanlarda birgə tədbirlər planımızı həyata keçirməyə başlayacağıq. Bu plana hərbi mövzuda yazan jurnalistləri

maarifləndirmək məqsədilə təcrübi məşğələlər, mühazirələr təşkil etmək; hərb tariximizdə uğurlu və uğursuz döyüşlərimizin ayrılıqda təhlili müzakirəsi; Səngər müxbirlərinin yaradıcılıq gecələri; Şəhid jurnalistlərin anım günləri; Ordu KİV münasibətləri ilə bağlı diskussiyalar; "Ən etibarlı səngər", "Ən ayıq əsgər" mövzularında müsabiqələr, reportajlar təşkil etmək; - Bir sözlə, ən azı 20 istiqamətdə mühüm tədbirlər planı hazırlamışıq. İnşallah, sizlərin də iştirakınız və informasiya dəstəyinizlə dövlətimizin Ordu Quruculuğu siyasətinə əlimizdən gələn köməyi edəcəyik. Bu bizim jurnalistlikdən çox, həm də vətəndaşlıq borcumuzdur. Haqqında danışdığımız sərəncam isə həm jurnalistlik fəaliyyətimizə, həm də vətəndaşlıq borcumuzu layiqincə yerinə yetirməyimizə stimul verdi.



Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!