İranda SEPAH generalının oğlu öldürülüb .....                        Bu rayonlara qar yağır .....                        Türkiyədə məşhur aktyor saxlanılıb .....                        İki gün güclü külək əsəcək - XƏBƏRDARLIQ .....                        Fazil Mustafa teleaparıcının müdafiəsinə qalxdı .....                        Tehranda 200-dən çox etirazçı öldürülüb - “Time” jurnalı .....                        Paşinyan II Qareginin fərmanını rədd etdi .....                        Elçibəyin qardaşı oğlu: "Ərturquta dedim ki, o kimdi axı, məhkəməyə verirsən?!" .....                        ABŞ İranın cəsur xalqını dəstəkləyir! - Marko Rubio .....                       
Tarix : 13-08-2025, 23:34
Putin onlara güvənmir - Kreml elitası daxilində PARÇALANMA


Putin onlara güvənmir - Kreml elitası daxilində PARÇALANMA

Rusiyada iqtisadi vəziyyət getdikcə pisləşir, Ukrayna müdafiəsi isə möhkəm qalır. Bu şəraitdə Kreml elitası həm müharibədən qazandıqları imtiyazları qorumağa, həm də böyük insan və maliyyə itkilərinə görə məsuliyyətdən yayınmağa çalışır.
Nüfuzlu “Foreign Policy” jurnalında dərc edilən məqalədə deyilir ki, Rusiya Prezidenti Vladimir Putin elita içindəki parçalanmanın və gələcəyə dair narahatlığın rejimin birliyini sarsıda biləcəyindən ehtiyat edir.
Bu səbəbdən Kreml “milli təhlükəsizlik” adı altında misilsiz hüquqi mexanizmlər tətbiq edir. Məqsəd Qərblə əlaqədə və ya azacıq “sədaqətsizlikdə” şübhələnilən şəxslərin sərvətlərini müsadirə edib, vəsaiti daha az bacarıqlı olsa da Putinə açıq dəstək göstərənlərə ötürməkdir.
Yeni mexanizm Rusiya elitası daxilində “məhbus dilemması”na səbəb olub, burada ən təhlükəsiz yol nümayişkaranə sədaqət göstərmək və rəqibləri səssizcə zəiflətməkdir.
ABŞ üçün əsas məsələ bu daxili proseslərin Ukrayna müharibəsinin bitməsinə mane olmamasıdır. “Foreign Policy” yazır ki, Vaşinqton Kreml rəhbərliyini və sənaye elitasını müharibənin iqtisadi və siyasi qiyməti barədə narahat saxlamaqla, sülh danışıqlarında üstünlük qazana bilər. Bunun üçün “müharibənin memarları”na sanksiyalar davam etməli, müharibəyə açıq dəstək verməyənlər üçün isə yumşaq davranılacağı mesajı verilməlidir.
Putin 2022-də başladığı müharibəni siyasi zirvəsinin “tac qələbəsi” kimi görsə də, indi sistem onu qorumağa məcburdur. BBC və “Mediazona”nın hesablamalarına görə, 2025-ci ilin iyuluna qədər ən azı 165 min rus hərbçisi həlak olub. “Oryx” platforması isə 22 min hərbi texnika itkisini sənədləşdirib.
2024-də yüksək vəzifəli məmurlar arasında 122 cinayət işi açılıb, 100 nəfər korrupsiya ittihamı ilə həbs olunub. Müdafiə Nazirliyindən onlarla zabit işdən çıxarılıb. 2022-dən bəri strateji sektorlara bağlı 27 yüksək səviyyəli iş adamı müəmmalı şəkildə ölüb. İyulda nəqliyyat naziri Roman Starovoytun “intihar” etdiyi xəbəri yayılıb, ardınca nazirlikdə başqa bir yüksək vəzifəli şəxs qəfil infarktdan öldü. Elita daxilində artıq qorxu yaranıb: “Növbə məndədir?”
Müharibə bəzi dairələr üçün isə sərvət mənbəyinə çevrilib. Müdafiə sənayesi oliqarxları, istehsal müəssisələrinə ev sahibliyi edən qubernatorlar və Qərb aktivlərini ələ keçirən şəxslər böyük mənfəət qazanır. Onlar dövlət dəstəkli güzəştli hərbi kreditlər alır, amma qalan iqtisadiyyat üçün faiz dərəcələri 18–21% civarındadır.
Kreml sədaqətsizliyi cəzalandırmaq üçün sərvət bölgüsünü silah kimi istifadə edir. 2022-dən bəri ÜDM-in təxminən 2%-i (49 milyard dollar) həcmində aktivlər milliləşdirilib. Məsələn, Putinin partiyasının üzvü Konstantin Strukovun biznesləri, qızına kapital ötürdüyünə və xaricə pul çıxardığına görə, cəmi 9 günə dövlətə keçirilib.
Maliyyə naziri Anton Siluanov açıqlayıb ki, bu aktivlər sovet üsulu ilə müsadirə olunmayacaq, “etibarlı” yeni sahiblərə satılacaq. Beləliklə, strateji sektorlar sadiq elitaya paylanır.
ABŞ prezidenti Donald Tramp Putinə müharibəni bitirməsi üçün son tarix qoysa da, “Foreign Policy” hesab edir ki, hətta atəşkəs siqnalları belə Kreml daxilində mübarizəni qızışdıracaq. Müharibə zamanı əldə edilən aktivlər iqtisadiyyat daraldıqca başqalarının hədəfinə çevriləcək.
Vaşinqton üçün ən yaxşı strategiya tələsmədən, iqtisadi təzyiqi davam etdirərək rus elitasında müharibənin “udulmaz” olduğu qənaətini gücləndirməkdir. ABŞ həm sanksiyaları davam etdirib, həm də səssizcə müharibədən uzaq duranlara gələcəkdə Qərblə barışıq imkanı təqdim edə bilər.
Beləliklə, Putin öz mövqeyini qorumağa çalışsa da, “Foreign Policy”yə görə, onun ətrafındakı elita artıq gələcəyi düşünür və müharibənin davamı onların şəxsi sərvətləri üçün getdikcə daha böyük risk yaradır.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!