Rusiya Azərbaycandan rəsmi qaydada üzr istəməlidir .....                        Ermənistan Zəngəzur dəhlizinə razılıq verib? - İrəvandan reaksiya .....                        “IDEF 2025”-də imzalanma mərasimi - FOTO .....                        Avro 2 manatadək bahalaşdı: dolların məzənnəsində isə... .....                        Rusiyanı məhkəməyə vermək istəyirik - Hökumənin atası .....                        Bu yolda hərəkət tam məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə! .....                        Kəmaləddin Heydərov mayoru rəis təyin etdi .....                        Türkiyə ilə Britaniya razılığa gəldi - Saziş İMZALANDI .....                        Kəlbəcərə köçənlər bu binalarda yaşayacaq - FOTO .....                       
Tarix : 5-11-2014, 12:48

Bilik Fondu Bərdə İmamzadəsində

Bilik Fondunun sektor müdiri, layihənin koordinatoru Hacı Abdulla: “Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifi olduğu “Dini abidələrdə tarixin izləri - Bərdə İmamzadəsi” layihəsi çərçivəsində görüləcək işlərin ilkin mərhələsi başa çatıb.” 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları layihənin icrası ilə bağlı Bərdədə olub, ziyarətgahda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşublər. Fondun İnformasiya təminatı sektorundan verilən xəbərə görə, Fondun Aparat rəhbəri Rafail Həsənov təmsil etdiyi qurum rəhbərliyi adından bərdəliləri salamlayıb, Fondun ilk layihəsinin icrasına göstərdikləri dəstəyə görə təşəkkür edib.

Bilik Fondu Bərdə İmamzadəsində 

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev deyib ki, Bilik Fondunun layihəsində iştirak edən mütəxəssis, fəhlə və ustalar yerli sakinlərdir. Görülən işlər təqdirəlayiqdir və bərdəlilərin ürəyincədir.

Bərdə şəhər Cümə məscidinin axundu Hacı Ramazan Hüseynov bildirib ki, layihənin ilk mərhələsi uğurla başa çatıb, Bərdə İmamzadəsində abadlıq və müəyyən bərpa işlərinin aparılmasına çoxdan ehtiyac vardı.

Bilik Fondunun monitorinq qrupunun rəhbəri Leyla İmaməliyeva Bərdə İmamzadəsində görülən işlərin plana uyğun həyata keçirildiyini deyib. Qarşıda bərpa işlərinin həyata keçirilməsi də nəzərdə tutulur.

Abadlaşdırma işlərində iştirak edən “Fərid-inşaat” MMC-nin rəhbəri Sübhan Həsənov belə xeyirxah işə başladığına görə Bilik Fonduna təşəkkür etdiyini bildirib. Görülən işin savabı, yerli camaat tərəfindən yüksək dəyərləndirilməsi icraçıların məsuliyyətini daha da artırır.

Bilik Fondu Bərdə İmamzadəsində 

Bilik Fondunun Bərdə rayon nümayəndəsi Vidadi Süleymanov bildirib ki, Bərdə İmamzadəsində Bilik Fondunun apardığı abadlışdırma işlərini yerli sakinlər çox bəyənirlər. Oktyabrın 15-də Bərdədə keçirilən elmi-praktik konfrans, “Qardaşlaşmış məktəblər” layihəsində Bərdənin ev sahibliyi etməsi Bilik Fondunun bölgələrə diqqətinin göstəricisidir.Bilik Fondu Bərdə İmamzadəsində

Bilik Fondunun sektor müdiri, layihənin koordinatoru Hacı Abdullanın sözlərinə görə, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin ideya müəllifi olduğu bu layihə çərçivəsində görüləcək işlərin ilkin mərhələsi başa çatıb. Bundan sonra Mədəniyyət və Turizm Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Bərdə Rayon İcra Hakimiyyəti ilə birlikdə tarixçilərin, bərpaçı-memarların, rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə Bərdədə dəyirmi masa keçiriləcək, kompleksdə abadlıq və bərpa işləri ilə bağlı layihə hazırlanaraq, müzakirəyə çıxarılacaq. “Bərdə İmamzadəsi” ilə bağlı sənədli filmin çəkilməsi, elmi araşdırmaların nəticələrinin ümumiləşdirilərək foto-albomun hazırlanıb nəşr olunması planlaşdırılır. Fars, ərəb dillərindəki 60-dək daş kitabə və qəbirüstü yazıların tərcümə olunaraq dəmir lövhə üzərində yazılması, yaşıllaşdırma, işıqlandırma və digər tədbirlərin görülməsi nəzərdə tutulub.

Butov.az



Paylaş



Bölmə: Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!