Bakıda yaşayış binasında yanğın - Yaralı var .....                        Tehran alov içində - Etirazlar silahlı toqquşmaya çevrilir .....                        SEPAH-ın iki əməkdaşı öldürdüldü .....                        Bu məktəbdə dərslər dayandırıldı - Bina qəzalı imiş .....                        "Fənərbağça" sabiq qapıçısını transfer etdi .....                        Azərbaycanlı gənc ABŞ-də itkin düşdü .....                        Bakıda daha bir ərazidə yaşayış binası plana düşdü .....                        Bələdiyyə sədrinin ölkədən çıxışına “stop” qoyuldu .....                        ABŞ senatı Trampa qadağa qoydu .....                       
Tarix : 9-10-2021, 21:48
“İranın oyunu baş tutmadı”

“Artıq məqamı çatıb, Azərbaycan yaxın tərəfdaşı, müharibədən əvvəl və sonra ölkəmizə istənilən dəstəyi verən İsraillə əlaqələrini ən üst səviyyəyə qaldırmalıdır”.
Bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
“Azərbaycanın işğalda olan ərazilərini azad etməsi regionda yeni geosiyasi nizamın əsasını qoydu. İranın bu nizam və Azərbaycana qarşı aqressiv siyasəti nəticə vermədi, Tehran artıq yeni reallıqlarla barışmağa başlayıb. İranın aqressiv və hədələyici tonlarına baxmayaraq, Azərbayan prinsipial mövqeyindən geri çəkilmir və regional siyasətini uğurla davam etdirir.
İran Azərbaycana qarşı bütün “kart”larnı açıq şəkildə ortya qoydu, amma bu gedişi də nəticəsiz qaldı. İran qonşuluq prinsipləri və əxlaqına zidd olaraq öz xarici siyasətində Azərbaycana qarşı düşmən mövqeyində dayanır. Amma artıq Azərbaycan regional siyasətə yön verən, bölgə üçün nəzərdə tutulmuş nəhəng geosiyasi layihələrə təsir edə bilən dövlətdir”.
Məhəmməd Əsədullazadə Azərbaycanın İsraildə səfirlik açmasının vaxtının çatdığını söyləyib:
“Hesab edirəm ki, artıq məqamı çatıb, Azərbaycan yaxın tərəfdaşı, müharibədən əvvəl və sonra ölkəmizə istənilən dəstəyi verən İsraillə əlaqələrini ən üst səviyyəyə qaldırmalıdır. İsraildə Azərbaycanın səfirliyi açılmalıdır. İranın son davranışlarından məlum oldu ki, o, heç bir dildən anlamır. Üstəgəl, Tehran Azərbaycana qarşı olan aqressiv münasibətini sərgiləmək üçün İsraildən bəhanə olaraq istifadə edir.
İsrail bu gün müsəlman və ya ərəb ölkələri ilə əlaqələrini normallaşdırır, onlarla hərbi-siyasi sahələrdə əməkdaşlıq qurur. Buna görə də Azərbaycanın İsraildə səfirlik açması üçün heç bir problem yoxdur. Onsuz da bu qərarımıza kimsə nəsə deyə bilməz, müstəqil ölkəyik və istədiyimiz xətti seçmək bizim hüququmuzdur.
Qənaətimə görə, hətta İsraillə Azərbaycan arasında hərbi müttəfiqlik müqaviləsi də imzalamaq olar. İsrail də Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır”. /Yenisabah.az/


Paylaş



Bölmə: Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!