Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ .....                        Gənc oğlan idman zalında vəfat etdi .....                        Heydər Əliyev Mərkəzi Türkiyə bayrağına büründü .....                        Bələdiyyə sədri əməliyyat zamanı öldü .....                        Suriya Kosovonu tanıdı .....                        Sahibə Qafarova: Şuşa Bəyannaməsi qardaşlığımızı zirvəyə yüksəldib .....                        Sabiq prezidentin qızı açıqlamasına görə məhkəməyə verildi .....                        Müdafiə Nazirliyini aldadan iş adamının CƏZASI AZALDILDI .....                        Prezident daha bir qəbul keçirdi .....                       
Tarix : 20-01-2016, 16:32
İsrailin keçmiş rəsmisi: "İran Azərbaycana qarşı təhlükədir"


«Amerika Birləşmiş Ştatları (ABŞ) İrana qarşı bu ölkə tərəfindən ballistik raketlərin sınağı ilə əlaqədar yeni sanksiyalar tətbiq edib. Biz hamımız yaxşı anlayırıq ki, ballistik raketlərin sınağı üzrə İran proqramı regional və qlobal təhlükəsizlik baxımından qorxuludur. Buna görə də, İranın beynəlxalq sanksiyalar rejimindən tam şəkildə çıxmasını söyləmək üçün hələ tezdir», - bunu Virtualaz.org saytının əməkdaşı ilə söhbətində İsrail daxili işlər nazirinin keçmiş müavini, ən güclü İsrail siyasətçilərindən biri Faina Kirşenbaum söyləyib.
«İran bütün dünyada terrorçuluğu dəstəkləyir. Bu səbəbdən də, həmin dövlətlə qonşuluq Azərbaycan üçün potensial təhlükə mənbəyidir. İsraildə hamı İranın özündə hansı təhlükəni ehtiva etməsini yaxşı bilir. Buna görə də, ölkəmiz İrana qarşı sanksiyaların yüngülləşdirilməsinə qətiyyətlə qarşı çıxırdı. İsrail hər zaman öz müstəqilliyini və təhlükəsizliyini qoruyacaq, bu səbəbdən də, bizim ölkəmiz İranda və onun ətrafında baş verənləri diqqətlə izləyir», - F.Kirşenbaumç belə deyib.
Eyni zamanda, israilli siyasətçiyə görə, İrana qarşı tətbiq olunmuş bütün sanksiyalar belə aradan qalxarsa, İsrail üçün Azərbaycanın əhəmiyyəti zərrə qədər də azalmayacaq.

«Azərbaycanla münasibətlər İsrail üçün strateji əhəmiyyətə malikdir. Aviqdor Liberman İsrail XİN-ə rəhbərliyə gələn vaxtdan bizim əlaqələrimizin inkişafı üçün əlavə impuls qazandılar. Mənim «Evimiz İsrail» partiyam hökumətdə təmsil olunmasa da, ümid edirəm ki, hazırkı hökumət də Azərbaycanın əhəmiyyətini anlayır və münasibətlərimizə xələl gətirməyəcək».


Paylaş



Bölmə: Siyasət / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!