İranda matəm elan edildi .....                        Sərxoş sürücü ağır qəza törətdi .....                        Tramp İranda hərəkətə keçir .....                        İranda 38 polis öldürülüb .....                        Qara Qarayevə yeni vəzifə verildi .....                        Minaya düşən şəxsin son durumu AÇIQLANDI .....                        İran hökuməti dəyişikliyə hazırdır - Pezeşkian .....                        Venesuelanı ABŞ qoruyacaq .....                        Ukrayna Xəzərdə neft obyektinə ZƏRBƏ ENDİRDİ .....                       
Tarix : 1-10-2021, 06:58
...Biz türkük deyib hayqıran xalqın qarşısında heç kim dura bilməz


Təbriz stadionunda biz türkük deyib hayqıran xalqın qarşısında heç kim dura bilməz - DEPUTATDAN AÇIQLAMA
İranın son davranışları ilə bağlı güneyli soydaşlarımızın öz etirazlarını bildirməsi cəmiyyətimizdə müsbət qarşılanır.
Güney Azərbaycan təşkilatları Azərbaycanla sərhəddə hərbi təlimlərə başlamış İran rəhbərliyinin fitnəkar siyasətini pisləyib:
"İran-fars rejiminin Azərbaycan cümhuriyyətinin sınırlarına ordu yığmasını və bəzi yetkililərin Azərbaycana qarşı uyğunsuz çıxışlarını şiddətlə qınayırıq.
Biz Güney Azərbaycan Milli Hərəkatına daxil olan təşkilatları olaraq hər zaman və hər yerdə Azərbaycan dövlətçiliyinin yanındayıq və onu hər cür təhlükələrdən qorumağa hazırıq".
Güney Azərbaycanda yaşayan soydaşlarımız isə sosial şəbəkələrdə öz etirazlarını bildirirlər. Bəs Güneydəki soydaşlarımızı daha da fəallaşdırmaq üçün nə etməli?
Mövzu ilə bağlı millət vəkili Sabir Rüstəmxanlı “Yeni Müsavat”a danışıb:
“İran Azərbaycan qarşı olan riyakar siyasətini 30 ildir davam etdirir. Bir tərəfdən Azərbaycana “müsəlman qardaşım” deyir, digər tərəfdən xristian Ermənistana hər cür yardım edir. İndi İranı qəzəbləndirən odur ki, bizim ərazimizdən keçən avtobusların qarşısı kəsilir, onlar haqlı olaraq Azərbaycanın nəzarətindədir və sairə. 30 il erməni işğalı dövründə İranın Qarabağda gördüyü işlər hər kəsə məlumdur. İranda hazırda nə şah nə də onun simvolu olan şir var. Lakin şah dövrü olanda deyilirdi ki, “şirin başı Azərbaycandır, əgər şirin başı olmasa İran məhv olar”. Amma indi İran deyir ki, “bizim quyruğumuz ilə oynamasınlar”. Görünür ki, indi İran hər şeyi şirin quyruğu səviyyəsində düşünür. Əlbəttə ki, bunu deyən Ərdəbilin imam-cüməsi Seyid Həsən Amuli heç molla da deyil, İranın gizli siyasət adamlarını təbliğ edən, molla cildində olanlardan biridir.
Azərbaycan Prezidenti bu məsələlərə diplomatik əxlaqi, qonşuluq prinsiplərini gözləyərək və elə İranın bizimlə anlaşmalarının qorunması şəklində bildirdi. Ona görə də indi İranda kimlərsə ağzına nə gəlirsə danışır və danışacaq da. Lakin Azərbaycan artıq öz prinsipial mövqeyini bildirib. İndi İranı bizim mövqeyimizdən daha çox narahat edən İrandakı azərbaycanlılar, onların düşüncələridir. Məlum olduğu kimi İranın Azərbaycan Respublikasına qarşı hər hansı bir zidd addımı əhali tərəfindən çox ciddi şəkildə narazılıqla qarşılanır. Ola bilsin ki, bir sıra dövlət idarələrinə bağlı olan insanlar sussun, lakin xalq susa bilməz. O xalq ki, Təbriz stadionunda “Bakı-Təbriz-Ankara, fars hara, biz hara”, “Haray, haray, biz türkük”, deyib hayqırırsa, onun qarşısında nə dura bilər? Ona görə də İranı daha çox bu məsələ narahat edir.

Əlbəttə ki, biz İranla əlaqələrimizi davam etdirməliyik, İranla bizi tarixi qonşuluq əlaqələri bağlayır. İstəmərik ki, İranın hansısa aqressiyası ilə üzləşək. Lakin eyni zamanda istəyirik ki, İran həm Güneydə yaşayan azərbaycanlılara, həm də Azərbaycan dövlətinə hörmətlə yanaşsın”.


Paylaş



Bölmə: Güneyin sesi / Karusel / Manşet / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!