ELMİ DOST TUTUN, OXUYUN, ÖYRƏNİN! .....                        36 ilin həsrəti .....                        XAQANİ ŞİRVANİ VƏ İMADƏDDİN NƏSİMİNİN YARADICILIĞINDA TƏBİƏT-İNSAN MÜNASİBƏTLƏRİ .....                        "Silah istehsalını artıracağıq" .....                        Neftçilərə mənzillər verildi - FOTO .....                        COP29 zamanı faəliyyət göstərəcək dövlət və özəl xəstəxanaların siyahısı hazırlandı .....                        Azərbaycanda zəlzələ olub .....                        Prezident Türkiyə ilə baytarlıq sahəsində əməkdaşlığa dair sazişi təsdiqlədi .....                        Azərbaycanla Türkiyə arasında ikiqat vergitutma ləğv olundu .....                       
Tarix : 31-01-2016, 08:33
Rəsulzadənin bitməyən Azərbaycan sevgisi


M.Ə.Rəsulzadənin Azərbaycan sevgisi düşüncələrindəki Azərbaycan amalından gəlirdi. Ona görə də Azərbaycan üçün rahatlığından keçdi, canını bu yolda fəda etdi, zamanın mükafatına, şöhrətinə uymadı, aldanmadı. O, ulusal (xəlqi) sevgisində insaniliyi yaşadırdı. Onun onillər boyunca haysız-küysüz, nümayişsiz, ardıcıl fəaliyəti fədakarlığa-özündənkeçməyə, umacaqsızlığa əsaslanırdı.

Azərbaycanın azadlığına inamında sarsılmadı.

*** Ömrünün hər anı mübarizəydi: yazarlığıyla, təşkilatçılığıyla. O, Azərbaycan-Türk dövlətçiliyinin sarsıdıldığı bir çağda özündə tarixin verdiyi şansı gerçəkləşdirmək gücü tapdı, bu işin ideyavericisi, qurucusu oldu.
Azərbaycan Xalq Cümhuriyyəti M.Ə.Rəsulzadənin ölməz əsəridir. Bunu tarixdən üstün hadisə saymaq olar. O, çağının ictimai-siyasi gedişatını hər yöndən təhlil edə, dəyərləndirə bilirdi. Ancaq Cümhuriyyhət quruculuğunda müəyyən yanlışlar da oldu. Azərbaycan Xalq Cümhuriyyəti misilsiz əzab, canından keçən insanlar bahasına quruldu. Bölgədə üstünlük uğrunda Qərblə Rusiya arasında hər mənada savaş gedirdi. Cümhuriyyət qurucuları Qərblə münasibətlər qurmağa üstünlük verdilər, Rusiya təhlükəsini tam anlaya, onu mümkün qədər önləyə bilmədilər…
*** Cümhuriyyətin çöküşündən sonrakı onillərdə Rəsulzadənin dönməz Azərbaycan sevdalısı olması onun ərdəmliyi idi. Stalinlə ilıq münasibətlərinə baxmayaraq zamanın şirnisinə aldanmadı, ləyaqətini qorudu, sona kimi Azərbaycanı əsarətə salan sovetizmlə, rusçuluqla döyüşdü.
*** İnam Ata (Asif Ata) Türkçülüyün Ruhani, Tarixi, İdeoloji kimi üç əsas yönünü göstərir. Ataya görə, ideoloji türkçülüyün Ziya Göyalp, Əlibəy Hüseynzadə, Məhəmməd Əmin Rəsulzadə kimi təmsilçiləri vazır: "İdeoloji türkçülük türkün xilasını Türk Dünyasının bərqərar olmasında görürdü, türkləri bu birliyə çağırırdı. İdeoloji Türkçülüyün fəlakəti pantürkizmin dinçilik və Qərbçiliklə birləşməsi idi. Qərbin tanrısı varidat və siyasətdir: bunların hər ikisi türk mahiyyətinə qarşıdır. Möhtəşəm əraziyə, güclü ruhaniyyata, hərbi gücə malik olan Türk Dünyası Birliyini yarada bilmədi. Əksinə, dünyadan asılı vəziyyətə düşdü, türklük kimi əzəli mahiyyətindən uzaqlaşdı".
*** Bu gün də yüz il öncə bizi təhdid edən təhlükələr yenə qalır. Tariximiz boyunca hansı səhvləri buraxdıq, niyə bir-birimizi sevmədik, niyə zəngin ulusal ruhumuza, mənəviyyatımıza bərabər zəngin dövlətçilik ənənəmizi yaşada bilmədik? Əsas səbəb – Türk xalqının ruhundan doğan, varlığını təsdiq edən İnamının olmamasındandır.
Söz-əməl birliyinə yetməliyik. O zaman ulusumuzun yolunda canından keçənlərin də gözəl əməllərinə yiyə durmuş olacağıq.
Ulusallıq (xəlqilik) – aqibət, özümlük, bənzərsizlik təsdiqidir. Bəşərilik elə budur.
Hər kəs öz əməli boydadır.
Rəsulzadənin bitməyən Azərbaycan sevgisi


İşıqlı ATALI
Mütləqə İnam Ocağının Yükümlüsü


Paylaş



Bölmə: Karusel / Manşet / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!