Putin-Zelenski görüşü hansı şəhərdə keçiriləcək? .....                        Gəncədə 15 yaşlı oğlan bıçaqlandı - Vəziyyəti ağırdır .....                        30 ukraynalı uşaq Azərbaycana əmanət edildi .....                        Saray körpüsü yaxınlığındakı obyektlər sökülür .....                        Ərdoğan məqalə yazdı: Qəzzadan Suriyaya, Afrikadan Asiyaya qədər... .....                        Zelenski Putinin təklifinə YOX dedi .....                        Mirzoyan iranlı həmkarı ilə görüşdü .....                        Zəngəzur dəhlizi türk dünyasını bir-birinə bağlayacaq .....                        Şəhidlər Xiyabanına şortla girmək qadağan edilsin! - Deputatdan təklif .....                       
Tarix : 19-05-2025, 19:40
Sahibə Qafarova ispan həmkarı ilə görüşdü


Sahibə Qafarova ispan həmkarı ilə görüşdü

Milli Məclisin sədri Sahibə Qafarova İspaniya Krallığına rəsmi səfəri çərçivəsində bu ölkə Senatının sədri Pedro Rollanla görüşüb.
Azərbaycan parlamentinin spikerini salamlayan Senat sədri Pedro Rollan iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını söyləyib. O, Senatın parlamentlər arasında əlaqələrin genişləndirilməsinə böyük əhəmiyyət verdiyini, eyni zamanda hökumətlər arasında əməkdaşlığı da dəstəkləməyə hazır olduğunu bildirib.
Senatın sədri Azərbaycanın iqtisadi inkişaf göstəricilərini təqdir edərək, ispan şirkətlərinin ölkəmizdə, xüsusilə nəqliyyat sahəsində fəaliyyətini dəstəklədiklərini vurğulayıb. O, ölkələr arasında enerji sahəsində əməkdaşlığı da yüksək qiymətləndirdiklərini söyləyib.
Milli Məclisin sədri Sahibə Qafarova öz növbəsində Azərbaycanla İspaniya arasında bir sıra sahələrdə əməkdaşlığın uğurlu inkişafını qeyd edib, o cümlədən iqtisadi sahədə müsbət əməkdaşlıq təcrübəsinin mövcud olduğunu söyləyib. Spiker Sahibə Qafarova bir sıra digər sahələrdə də əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Sahibə Qafarova son dövrlərdə siyasi əlaqələrin inkişafında müsbət dinamikanın müşahidə olunduğunu bildirərək, İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezin COP29 çərçivəsində Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşü və bu görüş zamanı əlaqələrin inkişafı üzrə əldə olunmuş razılıqları qeyd edib.
Senatın sədri Pedro Rollan da COP29-da iştirak etmək məqsədilə İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançezlə yanaşı, senat üzvlərinin də Azərbaycana səfər etdiklərini xatırladaraq, senatorların bu mühüm beynəlxalq tədbirin möhtəşəm təşkilini, eyni zamanda, Azərbaycan cəmiyyətinin dinamikliyini müşahidə etdiklərini söyləyib.
Söhbət zamanı spiker Sahibə Qafarova parlamentlər arasında əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb. Bu çərçivədə parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin önəmi diqqətə çatdırılıb. Görüşdə, eyni zamanda, parlament komitələri arasında əməkdaşlığın qurulması barədə də fikir mübadiləsi aparılıb.



Söhbət zamanı ölkələr arasında humanitar sahədə əməkdaşlıq məsələləri də nəzərdən keçirilib. Təhsil, mədəniyyət sahəsində əlaqələrin xalqlarımızı bir-birinə daha da yaxınlaşdırdığı qeyd edilib. Pedro Rollan Azərbaycanda ispan dilinə göstərilən maraq və diqqətə görə təşəkkürünü ifadə edib. Görüşdə multikultural dəyərlərə hörmətin Azərbaycanla İspaniyanı birləşdirən xüsusiyyətlərdən biri olduğu da vurğulanıb.
Qeyd edək ki, görüşdən əvvəl spiker Sahibə Qafarova xatirə kitabını imzalayıb. Həmçinin, Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığı Senatının plenar iclas zalı ilə tanış olub.


Paylaş



Bölmə: Xəbər / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!