Təbrik edirik .....                        Paşinyan Azərbaycanla sülh sazişini seçkilərədək imzalamağı planlaşdırır .....                        Tramp: "Razılıq olmazsa, ABŞ İrana sərt tədbirlər tətbiq edəcək" .....                        İzmirdə FETÖ-ya qarşı əməliyyat: 12 nəfər saxlanılıb .....                        Paşinyan alternativ marşurutların olmasından narahatdır .....                        Salyanda "üstü bəzək, altı təzək" olan körpü .....                        Nəriman Axundzadənin ABŞ klubuna transferinin detalları müəyyənləşib .....                        Ərinin qətlini sifariş edən qadın apellyasiya şikayəti verdi .....                        Vensin ailəvi Bakı səfəri sosial şəbəkələrdə gündəm oldu .....                       
Tarix : 3-12-2015, 13:30
Cəmiyyət Türkiyə və Rəsulzadə sınağından üzüağ çıxdı


Pənah Hüseyn: “Azərbaycan cəmiyyəti reaksiyasız olmadığını bir həftədə iki dəfə nümayiş etdirdi”
Türkiyə ilə Rusiya arasında son günlər yaşanan gərginliyə münasibətdə Azərbaycan cəmiyyəti birmənalı olaraq Türkiyəni müdafiə etdi. Məhəmməd Əmin Rəsulzadənin bir deputat tərəfindən təhqir olunmasına da xalq kəskin reaksiya verdi. Bu bir həftə ərzində Azərbaycan cəmiyyətinin iki testdən uğurla çıxması kimi qiymətləndirilir. Hər iki məsələ cəmiyyət üçün bir test sayıla bilərdi. Cəmiyyət öz reaksiyası ilə ümummilli maraqlar ətrafında özünü sipər etməyə hazır olduğunu nümayiş etdirə bildi.


Bu barədə danışan Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn bildirdi ki, Türkiyə və bu ölkənin türk milləti rəsmən xarici dövlət və xalq sayılsa da onlar Azərbaycan xalqının şüurunda ayrı dövlət, ayrı millət kimi formalaşmayıb. Azərbaycan xalqı Türkiyəni və türk xalqını özü hesab edir. O baxımdan Türkiyəyə olan müdaxilə Azərbaycana olan hücum kimi qarşılanır. Ona görə də Türkiyə məsələsində Azərbaycanda ümummilli birliyin nümayiş etdirilməsi gözləniləndir, təbiidir: “Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələri Türkiyəyə münasibətdə eyni mövqedədir. Rusiya ilə Türkiyə arasında yaşanan gərginlik Azərbaycan xalqının Türkiyəyə necə yanaşdığını aydın şəkildə ortaya çıxardı. Bu münasibət qürurvericidir.

Məhəmməd Əmin Rəsulzadənin Azərbaycan xalqının qəlbində hansı uca yerdə olmasını isə son iki gündə baş verən olayda bir daha görə bildik. Azərbaycanın Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadə simvoldur. Bunu son iki gündə Azərbaycan cəmiyyətinin bütün təbəqələrindən ortaya qoyulan mövqe bir daha nümayiş etdirmiş oldu. Rəsulzadəyə hücumu Azərbaycan cəmiyyəti, hər bir fərd özünə olan hücum kimi qəbul edir. Cəmiyyətin göstərdiyi təpki də bunlarla əlaqədardır".



P.Hüseynin sözlərinə görə, həm Türkiyəyə dəstək, həm də Rəsulzadənin ictimai müdafiəsi onu göstərdi ki, ciddi problemlərə baxmayaraq Azərbaycan cəmiyyətinin strateji inkişafı prosesi milli dəyərlər, doğru dəyərlər üzərində gedir: “Azərbaycan cəmiyyəti ümummilli məsələdə vahid mövqeyə qısa müddətdə gələ bilir. Hər kəs bundan bir nəticə çıxarmalıdır.

Bəziləri xalqla bağlı pessimizmə yuvarlanaraq iddia edirlər ki, Azərbaycan cəmiyyəti reaksiyasız, laqeyd cəmiyyətə çevrilib. Türkiyə və Məhəmməd Əmin Rəsulzadə məsələsində cəmiyyətin ortaya qoyduğu mövqe heç də belə olmadığını sübuta yetirdi. Bir həftədə iki dəfə bəlli oldu ki, Azərbaycan cəmiyyəti reaksiyasız cəmiyyət deyil, Azərbaycan xalqı heç də hər şeyə susan, laqeyd qalan xalq deyil. Mən builki seçkilərdə də gördüm ki, cəmiyyət heç də yatmayıb. Cəmiyyətdə güclü enerji toplanıb. Lazımi anlarda bu enerji özünü göstərir və göstərəcək. Son bir ildə Azərbaycan ictimai siyasi fikrində milli həmrəylik ideyası ciddi şəkildə gündəmə gəlib. Həm Türkiyə, həm də Rəsulzadə məsələsi ümummilli dəyərlər, ümummilli maraqlar ətrafında cəmiyyətin birləşməsi və ortaya mövqe qoymasının mümkünlüyünün bir sübutu, testidir. Azərbaycanın belə bir ciddi həmrəyliyə ehtiyacı var".



Musavat.com


Paylaş



Bölmə: Xəbər / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!