"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
Tarix : 19-05-2025, 19:55
Fransaya casusluq edən Martinin məhkəməsi


Fransaya casusluq edən Martinin məhkəməsi

Fransaya casusluq etdiyinə görə ittiham edilən Martin Ryan və Azad Məmmədli barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başladılan cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Azad Məmmədli ifadə verərək Loran Lödi ilə Martin Ryan vasitəsiylə tanış olduğunu deyib.
“O, mənə dedi ki, Loran da Moskvada mənim təhsil aldığım universitetdə təhsil alıb. Həm Loran Lödi, həm də Frederik Devosu mənimlə Martin tanış edib. Onların hər ikisini mənə Fransa səfirliyinin əməkdaşı kimi təqdim edib. Martin də onların tapşırıqlarına əsasən, azərbaycanlıları tora salıb. Loran Lödi ilə görüş zamanı o, mənə Rusiya ilə bağlı suallar verdi və mənə əlaqələrimdən istifadə etməklə məlumat almağı və onlara verməyimi istədi. Lakin mən onlara rədd cavabı verdim. Martini isə özümə yaxın bilmişəm. Amma onların sualları məndə şübhə yaratdığı üçün rədd cavabı verdim. Baş verənlər barədə məlumat vermədiyim üçün peşmanam. Onlara rədd cavabı verməklə işin yekunlaşdığını fikirləşdim. Həmçinin onlar mənə Bişkekdə keçirilən Avrasiya İqtisadi Forumu ilə bağlı suallar verdilər. Bunun Azərbaycana aidiyyəti olmadığı üçün nəzərə almadım. Mən onlardan şübhələnsəm də, casus olduğlarını bilmirdim”.
Loran Lödi ilə ilk tanışlığıma gəlincə isə təqsirləndirilən vurğulayıb ki, bu 2023-cü ildə baş tutub.
“Martin Loranı mənə keçmiş polis əməkdaşı kimi təqdim edib. Dedi ki, Loran Fransa səfirliyinin təhlükəsizliyinə cavabdeh şəxsdir. Onlar Rusiyada təhsil aldığım və əlaqələrimin olduğu üçün mənə əməkdaşlıq təklif edirdilər. Mən onlara nə yazılı, nə də şifahi məlumat vermişəm. Subyektiv fikirlərimi bildirmişəm. Mənim Devosla aramızda yanlız 1 dəfə məktublaşma olub. Onda da CV göndərmişəm. Başqa aramızda nə məktublaşma, nə də fikir mübadiləsi olub”.
Daha sonra Martin Ryan Azad Məmmədlinin ifadəsinə etiraz edib. O, bildirib ki, Azadı Fransa xüsusi xidmət orqanları ilə tanış etməyib:
“Rusiyanı yaxşı tanıyan, orada güclü əlaqəsi olan insan lazım idi. Həmin ərəfədə Azad da iş axtarırdı və işin Fransa şirkətində olmasını istəyirdi. Hər ikisini tanıdığım üçün onlara kömək etmək istədim. Onları mən görüşdürmüşəm. Görüş həm evimdə, həm də tədbirdə olub. Bunu etiraf edirəm. Həmçinin Azad Məmmədli dedi ki, vəsait almayıb və əməkdaşlıq etməyib. Bu barədə səs yazıları var. Onları dinləmək lazımdır. O səslərdən bəllidir ki, Azad Məmmədli onların xüsusi xidmət orqanlarının əməkdaşı olduğunu bilir və iş qarşılığında nə qədər vəsait alacağı barədə suallar verir. Azad mənim dostumdur. Ona bu işin təhlükəli olduğunu bildirirdim. O da mənə xəbərdar olduğunu deyirdi. Özümü bu iş üzrə təqsirli bilirəm”.
Azad Məmmədli bildirib ki, bu həqiqəti əks etdirmir: “Bu yalandır. Martin özü 44 günlük Vətən müharibəsi zamanı onlarla tapşırıq yerinə yetirib. Bu istintaq materiallarında da var. O, hərbi təyinatlı tapşırıq alıb, yerinə yetirib və informasiyaları ötürüb. Bunu özü də etiraf edib. Martin ən azı 9 azərbaycanlını tora salıb. 10-cu mən olmuşam. Mən də rədd cavabı vermişəm. O, həmçinin İlqar adlı iş adamının və əvvəllər hərbçi olmuş şəxsin və onların dostluq əlaqələri qurduğu insanların məlumatlarını ötürüb. 50-ə yaxın hərbi təyinatlı tapşırıqları yerinə yetirib. “Siqnal” tətbiqindən istifadə etmişəm. Buna səbəb isə Loranın bu əlaqə üçün bu tətbiqdən istifadə etməsi olub. Martin deyir ki, mən vəsait tələb etmişəm. Bu belə deyil. Mən nə vəsait almışam, nə də tapşırıq yerinə yetirmişəm. Həmçinin Martinin şərab biznesi, şahmat müəllimliyi gözdən pərdə asmaq üçün olunub. O, birbaşa səfirlikdən və xüsusi xidmət orqanlarından deyil, dolayı yolla maliyyələşdirilib”.
Növbəti proses iyunun 23-nə təyin edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. DTX tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.
İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!