Şiviloğulları ocağının yurd həsrətli .....                        Özbəkistandan gətirilən arı ailələri təhlükəlidir - XƏBƏRDARLIQ .....                        Rusiya Azərbaycan XİN-ə cavab hazırlayır .....                        Prezident və birinci xanım Beynəlxalq Təlim Mərkəzinin açılışında - FOTO .....                        Hörmüzdən keçən gəmilər İrana ödəniş edəcək .....                        Qətər İrandan kompensasiya tələb etdi .....                        Hörmüz boğazının açıq olduğuna inanırıq - Pentaqon .....                        “Azərbaycan Nəşriyyatı”nda işlər başlayır .....                        Çünki sənin adın Qadın! .....                       
1-03-2026, 11:11
Xameneinin ölümü: İraqda üçgünlük matəm


Xameneinin ölümü: İraqda üçgünlük matəm

İraqda İranın ali dini lideri Əli Xameneinin vəfatı ilə əlaqədar üçgünlük matəm elan olunub.
Bu barədə İranın rəsmi xəbər agentliyi IRNA məlumat yayıb.
Məlumata görə, matəm günlərində İraqda dövlət bayraqları endiriləcək, rəsmi tədbirlər təxirə salınacaq və ölkə üzrə anım mərasimləri keçiriləcək. Rəsmi Bağdad hələlik geniş bəyanat yaymasa da, hökumətə yaxın mənbələr qərarın İranla münasibətlərin strateji xarakteri nəzərə alınaraq qəbul edildiyini bildirir.
Qeyd edək ki, Əli Xamenei 1989-cu ildən İranın ali dini lideri idi və ölkənin siyasi sistemində ən yüksək qərarverici fiqur hesab olunurdu. Onun vəfatı regionda siyasi proseslərə təsir göstərə biləcək mühüm hadisə kimi dəyərləndirilir.
1-03-2026, 11:06
Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi: İrana başsağlığı verdi


Paşinyan Təhlükəsizlik Şurasının iclasını keçirdi: İrana başsağlığı verdi

Ermənistanda Baş nazir Nikol Paşinyanın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib.
İclasda prezident Vaaqn Xaçaturyan, parlamentin sədri Alen Simonyan, Baş nazirin aparat rəhbəri Araik Harutyunyan, parlamentin sədr müavini Ruben Rubinyan, parlamentin “Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Hayk Konjoryan, parlamentin Xarici əlaqələr komitəsinin sədri Sarkis Xandanyan da iştirak edibilər.
Təhlükəsizlik Şurasının iclasına Ermənistanın Baş naziri Nikol Paşinyan sədrlik edib.
Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Kristin Qriqoryan İran İslam Respublikasında və Yaxın Şərqdə baş verən hadisələrlə bağlı geniş hesabat təqdim edib. Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Baş nazirin əmri ilə yaradılmış qurumlararası işçi qrupunun fəaliyyəti ilə bağlı hesabat təqdim edib.
İclasda Baş nazir lazımi tapşırıqlar verib. İştirakçılar İrandakı hadisələrlə bağlı dərin təəssüflərini bildirib, qurbanlara başsağlığı verib və sülhün tezliklə bərpa olunmasının vacibliyini vurğulayıblar.
1-03-2026, 11:00
İran müdafiə nazirinin ölümü təsdiqləndi


İran müdafiə nazirinin ölümü təsdiqləndi

İranın müdafiə naziri Əziz Nəsirzadənin həlak olduğu rəsmən təsdiqlənib.
Hadisə ABŞ və İsrail tərəfindən həyata keçirilən zərbələr fonunda baş verib.
1-03-2026, 10:53
ABŞ və İsrail "qırmızı xətt”imizi keçdilər - İran parlamentinin sədri


ABŞ və İsrail "qırmızı xətt”imizi keçdilər - İran parlamentinin sədri

“Biz bütün ssenarilərə hazırlaşmışıq və hətta imam Xameneinin ölümünə belə”, - bunu İran Parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bildirib.
Qalibaf deyib ki, ABŞ və İsrail "qırmızı xətt”i keçiblər və bunun bədəlini ödəməlidirlər.
"İslam Respublikası üçün bu müharibə sadəcə mövcudluq deyil; son qisas vaxtı gəlib çatıb.
Biz amerikalılar və israillilərlə hesablaşacağıq. Siz “qırmızı xətt”imizi keçmisiniz - sizə elə sarsıdıcı zərbələr endirəcəyik ki, özünüz mərhəmət diləməyə məcbur olacaqsınız", - Qalibaf deyib.
İranda ali dini lideri Seyid Əli Xamenei ötən gecə ABŞ və İsrailin hava zərbələri nəticəsində Tehrandakı iqamətgahında öldürülüb.
1-03-2026, 10:45
İran Baş Qərargah rəisinin ölümü təsdiqləndi


İran Baş Qərargah rəisinin ölümü təsdiqləndi

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdolrəhim Musəvinin həlak olduğu təsdiqlənib.
Hadisənin detalları və ölümün başvermə şəraiti ilə bağlı araşdırmalar davam etdirilir.
General-leytenant Musəvi uzun illər İran Silahlı Qüvvələrində müxtəlif rəhbər vəzifələrdə çalışıb və ölkənin hərbi-strateji planlaşdırma sistemində mühüm fiqurlardan biri hesab olunurdu.
1-03-2026, 10:36
Tezliklə İrana yeni rəhbər seçiləcək - Əli Laricani


Tezliklə İrana yeni rəhbər seçiləcək - Əli Laricani

Tezliklə İranda müvəqqəti Rəhbərlik Şurası formalaşdırılacaq və yeni Rəhbər seçiləcək.
Bunu İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani deyib.
"Konstitusiyaya uyğun olaraq, varis seçilənə qədər ali liderin vəzifələrini icra edəcək rəhbər şura formalaşdırılıb", - Laricani bildirib.
Daha əvvəl IRNA agentliyi xəbər verib ki, İran Prezidenti Məsud Pezeşkian, məhkəmə hakimiyyətinin başçısı və Konstitusiya Keşikçiləri Şurasının üzvlərindən biri ali lider Əli Xameneinin vəfatından sonra respublikaya müvəqqəti rəhbərlik edəcəklər.
İranın ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.
ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti olaraq bağlayıb.
1-03-2026, 10:07
Görülməmiş bir zərbə endirəcəyik - Trampdan İrana xəbərdarlıq


Görülməmiş bir zərbə endirəcəyik - Trampdan İrana xəbərdarlıq

ABŞ Prezidenti Donald Tramp İrana xəbərdarlıq edib.
Donald Tramp bildirib ki, İran indi daha sərt zərbə endirəcəyini bəyan edib.
“Lakin bunu etməsələr yaxşıdır. Çünki bunu etsələr, biz də onlara indiyədək görülməmiş bir güclə zərbə endirəcəyik”, - deyə ABŞ Prezidenti vurğulayıb.
Qeyd edək ki, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İranın Ali Rəhbəri Əli Xameneinin qisasını alacağını, daha güclü, misli görünməmiş zərbələr endiriləcəyini bəyan edib.
1-03-2026, 09:54
İran İsraili vurur


İran İsraili vurur

İran İsrailə növbəti genişmiqyaslı raket zərbəsi endirir.
Bu barədə İsrail Ordusu məlumat yayıb.
İsrailin cənub və mərkəzi bölgələrində hava həyəcanı elan olunub. Bu bölgələrdə əhalinin sığınacaqlarda qalması tövsiyə edilib.
1-03-2026, 09:46
Xameneidən sonra İranla danışıqlar "daha asan" olacaq - Tramp


Xameneidən sonra İranla danışıqlar "daha asan" olacaq - Tramp

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, İranın ali dini lideri Ayətullah Əli Xameneinin öldürülməsindən sonra Tehranla razılığa gəlmək "çox daha asan" olacaq.
Amerika lideri bunu "CBS News"a telefonla verdiyi müsahibədə deyib.
Onun fikrincə, ABŞ və İsrailin Xameneinin ölümü ilə nəticələnən hücumları "effektiv olub" və diplomatiyaya yol aça bilər.
"İndi dünənkindən çox daha asandır, aydındır. Çünki onlara (İrana - red.) bərk zərbə vururlar", - Tramp böhranın diplomatik nizamlanması perspektivləri haqqında suala cavab verərkən deyib.
O həmçinin Xameneinin ölümündən sonra İran lideri postuna "bir neçə uyğun namizəd" olduğunu bildirib, lakin təfərrüatlara varmayıb.
Xatırladaq ki, ABŞ və İsailin İrana hücumları nəticəsində İranın Dövlət Xəbər Agentliyi Əli Xameneinin öldürüldüyünü təsdiqləyib.
1-03-2026, 09:37
İranda 148 məktəbli qız həlak oldu


İranda 148 məktəbli qız həlak oldu

İranda Minab şəhərinə edilən hücum nəticəsində 148 məktəbli qız həlak olub.
Yerli hakimiyyət orqanlarının açıqlamasına görə, hücum zamanı daha 95 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar ətraf xəstəxanalara yerləşdirilib və onlara tibbi yardım göstərilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!