Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
5-03-2026, 14:11
Paşinyan Ermənistandakı Rusiya bazasından danışdı


Paşinyan Ermənistandakı Rusiya bazasından danışdı

Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazası Ermənistanın Qərbə baxışına maneə yaratmayıb.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
O, İrəvandakı brifinqdə bazanın Ermənistanın Qərbə gedən yoluna mane olub-olmadığı ilə bağlı suala cavab verib.
Baş nazir sualı səhv ifadə edilmiş hesab edərək deyib: "Ermənistan heç yerə getmir".
"Sözlərimi təhrif edirsiniz. Mən heç vaxt Ermənistanın Qərbə doğru irəlilədiyini deməmişəm. Avropa İttifaqına üzvlüyə gəldikdə isə mən bu barədə Avrasiya İqtisadi İttifaqı kontekstində danışmışam. Hələ ki Rusiya hərbi bazasının Qərbə baxışımıza maneə törədəcəyi mərhələsində deyilik. Əgər görsək ki, bu, baxışımıza maneə törədir, onda düşünəcəyik: əgər heç bir problem yoxdursa, necə hərəkət etməliyik?",- Paşinyan deyib.
Baş nazir bir daha təkrarlayıb ki, Ermənistanın Rusiya ilə münasibətləri pisləşdirmək və ya onun maraqlarına zidd bir şey etmək məqsədi yoxdur. O deyib ki, Ermənistanın vəzifəsi yalnız öz maraqları ilə idarə olunmaqdır.
Xatırladaq ki, 102-ci Rusiya hərbi bazası 1995-ci ildə Moskva ilə İrəvan arasında bağlanmış dövlətlərarası müqaviləyə uyğun olaraq Ermənistanda yerləşir. 20 avqust 2010-cu ildə Rusiya və Ermənistan bazanın yerləşdirilməsi ilə bağlı müqaviləni 2044-cü ilə qədər uzadıblar.
5-03-2026, 14:01
Naxçıvanda məktəb yaxınlığına düşən dronun qalıqları - FOTO


Naxçıvanda məktəb yaxınlığına düşən dronun qalıqları - FOTO

Xəbər verdiyimiz kimi, İran ərazisindən Naxçıvan Beynəlxalq Hava Limanına, eləcə də Babək rayon Şəkərabad kənd tam orta məktəbinə dron hücumu həyata keçirilib.
Qeyd edək ki, İran İslam Respublikasının ərazisindən Naxçıvan Muxtar Respublikasına bu gün günorta saatlarında dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Muxtar Respublikasının Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
Hava Limanının binasına zərər dəyib, iki mülki şəxs xəsarət alıb.

5-03-2026, 13:53
Azərbaycan İrana 3 tələb İRƏLİ SÜRÜB


Azərbaycan İrana 3 tələb İRƏLİ SÜRÜB

Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, telefon danışığı zamanı Naxçıvan Muxtar Respublikası ərazisinə İran İslam Respublikası ərazisindən dron hücumlarının narahatlıq doğurduğu bildirilib.
Nazir Ceyhun Bayramov qarşı tərəfə dron hücumları barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının ərazisinə qarşı həyata keçirilmiş bu hücum beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasıdır və regionda gərginliyin artmasına xidmət edir.
Azərbaycan tərəfinin baş verən hücum ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməsinin, izahat verilməsinin və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlərin görülməsinin tələb olunduğu diqqətə çatdırılıb.
4-03-2026, 18:35
İran-Türkiyə sərhədində məhdudiyyət


İran-Türkiyə sərhədində məhdudiyyət

İran öz vətəndaşlarının Türkiyə istiqamətində sərhədi keçməsinə müvəqqəti məhdudiyyət tətbiq edib.
Vunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi açıqlayıb.
Nazir bildirib ki, hazırda İran-Türkiyə sərhədində Türkiyə vətəndaşlarının və üçüncü ölkə vətəndaşlarının keçidinə icazə verilir.
Onun sözlərinə görə, Türkiyə tərəfi də İran vətəndaşlarının öz ölkələrinə qayıdışına maneə yaratmır. Mövcud vəziyyətin sabit olduğu vurğulanıb. Sərhəd-keçid məntəqələrində hər hansı fövqəladə sıxlıq və ya gərginlik müşahidə edilmir və narahatlıq doğuran durum yoxdur.
4-03-2026, 18:14
ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir


ABŞ İrana qarşı əməliyyatları dərinləşdirir

İran müharibənin ilk günləri ilə müqayisədə daha az raket atır.
Bu barədə ABŞ Baş Qərargah Rəisləri Komitəsinin sədri Dan Caine deyib.
O, İranın hərbi imkanlarının ciddi şəkildə zəiflədiyini vurğulayıb.
ABŞ zərbələri bundan sonra İran ərazisinin daha dərin hissələrinə doğru genişləndiriləcək. Bu addımın ABŞ qüvvələri üçün əlavə əməliyyat imkanları yaratdığı qeyd olunur.
ABŞ-ın müdafiə naziri Pete Hegseth müharibədə üstünlüyün Vaşinqtonun tərəfində olduğunu bildirib. Münaqişə başlayandan indiyədək 6 amerikalı hərbçi həlak olub.
4-03-2026, 17:53
Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi


Samir Nuriyev nazirləri topladı - Məruzələri dinlədi

Martın 4-də Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) təşkili ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev iclası açaraq, dövlətimizin sosial-iqtisadi siyasətində şəhərsalma fəaliyyətinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən əsas strateji hədəflərdən biri kimi müəyyən edildiyini vurğulayıb. O, 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin şəhərsalma sahəsinə verilən əhəmiyyətin növbəti ifadəsi olduğunu bildirib.
Təşkilat Komitəsinin sədri dövlətimizin başçısının rəhbərliyi ilə paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi istiqamətində həyata keçirilən ardıcıl, məqsədyönlü tədbirlərin ölkənin hərtərəfli inkişafında mühüm rol oynadığını qeyd edib.
Samir Nuriyev Azərbaycanın qlobal şəhərsalma proseslərini diqqət mərkəzində saxlayan bir ölkə olaraq, bu sahədə innovativ yanaşmaları irəli sürdüyünü və onları praktiki müstəvidə uğurla tətbiq etdiyini diqqətə çatdırıb. Belə ki, öz miqyasına, əhatə dairəsinə və sürətinə görə qlobal səviyyədə nadir nümunələrdən biri olan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq prosesinin bunun ən bariz təzahürü olduğunu söyləyib. Eyni zamanda, 2026-cı ilin may ayında Bakıda keçiriləcək və artıq böyük beynəlxalq marağa səbəb olan WUF13-ün Azərbaycanın şəhərsalma sahəsində formalaşdırdığı konseptual yanaşmanın, o cümlədən işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən praktiki təcrübənin beynəlxalq müstəvidə təqdimatı üçün platforma olduğunu qeyd edib.
Daha sonra Təşkilat Komitəsinin üzvlərinin WUF13-ə hazırlıq prosesinin cari vəziyyəti, substantiv məsələlər, kommunikasiya və təşkilati-logistika istiqamətlərində görülmüş işlər, həmçinin gündəlikdə yer alan digər məsələlər barədə məruzələri dinlənilib.
Təşkilat Komitəsinin sədri iclasın yekununda Azərbaycan Respublikasının Prezidenti tərəfindən WUF13-ün yüksək səviyyədə təşkili ilə əlaqədar qarşıya qoyulmuş vəzifələrin həyata keçirilməsindən irəli gələrək, iclas iştirakçılarına bütün işlərin daha keyfiyyətli, vaxtında və kompleks yanaşma təmin edilməklə icrasına dair göstərişlər verib.
4-03-2026, 17:50
Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş


Daha bir icra hakimiyyətində ixtisarlar - 36 əməkdaş

İcra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətində də ixtisarlar aparılıb.
Aparılan struktur dəyişikliyi ilə əlaqədar icra hakimiyyətinin 36 əməkdaşı vəzifəsindən azad edilib.
Dəyişikliklə əlaqədar Quba Rayon İcra Hakimiyyətində 36 vəzifə ləğv edilib və nəticədə həmin şəxslər işini itiriblər. İcra başçısı İlqar Mahmudovun sərəncamı ilə həmin əməkdaşların dövlət qulluğuna xitam verilib və onlar ehtiyat kadr siyahısına əlavə olunublar.
Məlumata görə, vəzifəsini itirənlərdən 31 nəfər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, nümayəndəliyinin baş məsləhətçi - baş mühasibidir. Digər şəxslər isə Quba Rayon İcra Hakimiyyətində müəyyən vəzifələrdə çalışanlardır.
Qeyd edək ki, bundan əvvəl Ağsu, Tovuz və Cəlilabad icra hakimiyyəti orqanlarında aparılan struktur dəyişikliyi ilə əlaqədar kütləvi ixtisarlar olmuşdu.
4-03-2026, 17:46
Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi


Nəqliyyat sahəsində yeni dövlət standartları qəbul edildi

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) nəqliyyat sektorunda təhlükəsizliyin, ekoloji göstəricilərin və texniki uyğunluğun artırılması məqsədilə yeni dövlət standartları qəbul edib.
Bildirilib ki, qəbul olunan sənədlər BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) müvafiq qaydaları əsasında hazırlanıb:

AZS ECE 21:2026 "Nəqliyyat vasitələrinin daxili avadanlığı ilə bağlı təsdiqinə dair vahid müddəalar";

AZS ECE 51:2026 "Səs səviyyəsi baxımından ən azı 4 təkərə malik mexaniki nəqliyyat vasitələrinin rəsmi təsdiqinə dair vahid müddəalar";

AZS ECE 85:2026 "Faydalı gücün və elektrik dartı sisteminin 30 dəqiqəlik maksimal gücünün ölçülməsi baxımından M və N kateqoriyalı mexaniki nəqliyyat vasitələrinin hərəkətə gətirilməsi üçün nəzərdə tutulan daxili yanma mühərriklərinin və ya elektrik dartı sistemlərinin rəsmi təsdiqinə dair vahid müddəalar";

AZS ECE 16:2026 "Təsdiq üçün vahid müddəalar: I. Mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sərnişinləri üçün təhlükəsizlik kəmərləri, saxlayıcı sistemlər, uşaq saxlayıcı sistemləri və ISOFIX uşaq saxlayıcı sistemləri;

II. Təhlükəsizlik kəmərləri, təhlükəsizlik kəməri xatırlatma sistemləri, saxlayıcı sistemlər, uşaq saxlayıcı sistemləri, ISOFIX uşaq saxlayıcı sistemləri və i-ölçülü uşaq saxlayıcı sistemləri ilə təchiz edilmiş nəqliyyat vasitələri".
Bu dövlət standartları təhlükəsizlik kəmərləri və uşaq tutucu sistemlərinə dair tələbləri, nəqliyyat vasitələrinin səs səviyyəsinə dair normativləri, daxili yanma mühərriklərinin və elektrik dartı sistemlərinin faydalı gücünün ölçülməsi qaydalarını, həmçinin minik avtomobillərinin arxa görünüş güzgüsü və ya güzgülər istisna olmaqla salonun daxili hissələrinə, idarəetmə elementlərinin düzülüşünə, dam və açılan dama, eləcə də oturacaqların arxalığına və arxa hissələrinə dair tələbləri əhatə edir.
Sözügedən dövlət standartı layihələri Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin sədrlik etdiyi "Yol nəqliyyatı" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 19) təqdimatı əsasında qəbul edilib və Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
4-03-2026, 17:43
Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi


Sumqayıtda silahlı insdent - 64 yaşlı kişi güllələndi

Sumqayıt şəhərində 64 yaşlı kişi güllələnib.
Hadisə 12-ci mikrorayonda qeydə alınıb.
İlkin məlumata görə, 1962-ci il təvəllüdlü Qılman Nəcəfzadə tanımadığı şəxs və ya şəxslər tərəfindən odlu silahla öldürülüb.
Əraziyə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
4-03-2026, 17:22
İranı əslində o idarə edir


İranı əslində o idarə edir

İranda ali lideri Ayətullah Seyid Əli Xameneinin ölümündən sonra müvəqqəti liderlər şurasının yaradılacağını elan edən veteran siyasətçi Əli Laricani yenidən ölkə gündəminin mərkəzinə çıxıb. O, rejimin təhlükəsizlik iyerarxiyasında ən nüfuzlu fiqurlardan biri kimi təqdim olunur və hazırda İranın faktiki idarəedicisi sayılır.
Məlumata görə, Laricani nüvə danışıqlarından tutmuş Tehranın regional əlaqələrinə və daxili etirazların yatırılmasına qədər geniş spektrdə məsələlərə nəzarət edir. Vaşinqtonun yanvar ayında hökumət əleyhinə etirazların yatırılmasındakı roluna görə ona qarşı sanksiyalar tətbiq etməsindən qısa müddət sonra Laricani İranın ABŞ ilə nüvə sazişi istiqamətində səylərinə rəhbərlik edib.
1958-ci ildə İraqın Nəcəf şəhərində anadan olan Laricani tanınmış ruhani ailəsində böyüyüb. Atası Ayətullah Haşimi Mirzə Amoli şah dövründə sürgün edilib. 1979-cu il inqilabından sonra ailə İrana qayıdıb. Laricani fəlsəfə üzrə doktorluq dərəcəsi alıb, qardaşları isə məhkəmə və diplomatik strukturlarda yüksək vəzifələr tutublar.
Karyerası ərzində o, İslam İnqilabı Keşikçiləri Korpusunun üzvü olub, həmçinin dövlətə məxsus IRIB teleradio şirkətinə rəhbərlik edib. 2005–2007-ci illərdə İranın baş nüvə danışıqçısı kimi çıxış edən Laricani Tehranın uran zənginləşdirmə hüququnu qətiyyətlə müdafiə edib.
2008–2020-ci illərdə parlamentin sədri vəzifəsini tutan siyasətçi 2015-ci ildə İranla altı dünya dövləti arasında imzalanmış nüvə sazişi prosesində də fəal rol oynayıb. Həmin sazişdən ABŞ 2018-ci ildə, prezident Donald Trampin qərarı ilə geri çəkilmişdi.
2021-ci ildə Xamenei Laricanini Çinlə 25 illik strateji əməkdaşlıq sazişi üzrə danışıqlara məsul şəxs təyin edib. Son aylarda onun həm Omana, həm də Moskvaya səfərləri, eləcə də ABŞ ilə mümkün danışıqlarla bağlı praqmatik açıqlamaları diqqət çəkib. Laricani fevral ayında Oman televiziyasına müsahibəsində ABŞ-ın nüvə silahı ilə bağlı narahatlığının danışıqlar yolu ilə aradan qaldırıla biləcəyini bildirib. Bununla yanaşı, o, İranın nüvə proqramının “heç vaxt məhv edilə bilməyəcəyini” də vurğulayıb.
2025-ci ilin dekabrından başlayan və 1979-cu ildən bəri hakimiyyət üçün ən ciddi çağırış sayılan etirazlar fonunda Laricaninin rolu xüsusi diqqət çəkib. ABŞ-ın sanksiya qərarına əsasən, o, yanvar etirazlarının yatırılmasında əsas fiqurlardan biri olub. Hadisələrdən sonra onun təhlükəsizlik strukturları və SEPAH komandirləri ilə əlaqələrini gücləndirdiyi bildirilir.
Mənbələr iddia edirlər ki, yanvar hadisələrindən sonra Laricani böhranı nəzarətə götürərək seçilmiş hökumətin səlahiyyətlərini faktiki olaraq məhdudlaşdırıb və prezident Məsud Pezeşkianı prosesdən kənarlaşdırıb. Beləliklə, o, ölkənin həm müttəfiqləri, həm də rəqibləri ilə münasibətləri birbaşa idarə edən əsas fiqura çevrilib.
Ruhani olmadığı üçün Laricani formal olaraq ali lider postuna namizəd ola bilməz. Lakin analitiklər hesab edirlər ki, Xameneinin vəfatı halında ölkədə ruhani rejimin davamlılığı sual altına düşə bilər və Laricani kimi daha dünyəvi, sərt xətt tərəfdarı olan siyasətçi hakimiyyəti ələ ala bilər. Bu isə İran siyasətinin daha militarist və proqnozlaşdırılması çətin mərhələyə keçməsi ilə nəticələnə bilər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!