Bakıda ağac park edilmiş maşınların üzərinə düşdü .....                        “AnewZ” Vardanyan haqda film çəkdi .....                        Elbəyi Kərimli həbsdə vəfat etdi .....                        Moskvada təyyarə qəzaya uğradı .....                        Kürdə batan şəxsin meyiti tapıldı .....                        İtkin balıqçıların axtarışı davam etdirilir - VİDEO .....                        Azərbaycanla Tailand arasında siyasi məsləhətləşmə olub .....                        Telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb .....                        Türkiyə Rusiyadan təzminat tələb edəcək? .....                       
27-10-2025, 17:49
Ermənistan "3+3"lə bağlı Azərbaycanla müzakirə aparır


Ermənistan "3+3"lə bağlı Azərbaycanla müzakirə aparır

"3+3" platformasının iclası ya Ermənistanda, ya da Azərbaycanda keçiriləcək.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib.
"İndi biz nazirlərin növbəti görüşünün keçirilmə qaydasını Azərbaycan tərəfi ilə müzakirə edirik", - nazir qeyd edib.
Əvvəlki üç görüş ardıcıllıqla Moskva, Tehran və İstanbulda keçirilib.
27-10-2025, 17:35
Türkiyə parlamentinin nümayəndələri Bakıya gəldilər


Türkiyə parlamentinin nümayəndələri Bakıya gəldilər

Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım və TBMM-in şöbə müdiri Hasan Turan Azərbaycana gəliblər.
Onlar Milli Məclisdə Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edəcəklər.
Qeyd edək ki. oktyabrın 29-da Milli Məclisdə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş beynəlxalq parlament konfransı keçiriləcək.
27-10-2025, 17:24
Vilayət Eyvazov sıra baxışı keçirdi


Vilayət Eyvazov sıra baxışı keçirdi

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 27-də respublikanın şəhər, rayon polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışını keçirib.
Bakı şəhərində keçirilən sıra baxışında Daxili İşlər Nazirliyinə onlayn qaydada müraciət etmiş gənclərdən daha hazırlıqlı olan 189 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 14 nəfəri Vətən müharibəsi iştirakçısıdır.
Gənclər qarşısında çıxış edən nazir V.Eyvazov seçim turunun digər mərhələlərindən də uğurla keçərək daxili işlər orqanlarında xidmətə qəbul ediləcək gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.
27-10-2025, 17:16
Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi


Ukraynadan daha 30 uşaq Azərbaycana gətirildi

"Ukraynadakı müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri davam etdirilir".
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin idarə heyətinin sədrinin müavini Zaur İbrahimov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib: “Bakı şəhərində yerləşən düşərgədə uşaqlar üçün milli rəqs dərsləri və peşəkar psixoloq tərəfindən fərdi konsultasiyalar təşkil ediləcək. Həmçinin onlar İçərişəhər, Qız qalası və Şirvanşahlar saray kompleksi, dənizkənarı bulvar, Atəşgah məbədi, Yanardağ abidəsi ilə tanış olmaq və burada maraqlı vaxt keçirmək imkanı qazanacaqlar.
Növbəti günlərdə onların Bakı və bölgələrimizdə bir sıra qrup terapiyaları, meditasiya və yoqa məşğələləri, eyni zamanda psixo-sosial təlimlər, milli mətbəxlə tanışlıq və digər ustad dərslərinə cəlb olunması nəzərdə tutulur. Düşərgə iştirakçıları Qəbələ və Şəki şəhərlərinin tarixi və görməli yerləri ilə də tanış ediləcək”.
Onun sözlərinə görə, 10 günlük sosial reabilitasiya proqramı çərçivəsində uşaqların emosional vəziyyətlərinin stabilləşməsinə, eləcə də cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək göstəriləcək.
Qeyd edək ki, ötən dövrdə ümumilikdə 260-dan çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.
27-10-2025, 17:12
Milli Konservatoriyanın 5 əməkdaşı işdən çıxarıldı - 2 departament ləğv edildi


Milli Konservatoriyanın 5 əməkdaşı işdən çıxarıldı - 2 departament ləğv edildi

Azərbaycan Milli Konservatoriyasında (AMK) 5 əməkdaş işdən çıxarılıb, qanunsuz yaradılmış 2 departament ləğv edilib.
Bu barədə Milli Konservatoriyasından bildirilib.
Qeyd edilib ki, hazırda AMK-da iş fəaliyyətinin düzgün planlaşdırılması, əmək funksiyalarının təkrarlanmasının aradan qaldırılması və bununla da maksimum effektivliyə nail olunması, həmçinin tədris prosesinin təşkili və tədrisin keyfiyyətinə nəzarət mexanizmində davamlılıq və optimallığının təmin edilməsi məqsədilə struktur islahatları həyata keçirilir: “Ştat vahidlərinin ixtisara salınması və optimal işçi sayının müəyyənləşdirilməsi maliyyə resurslarının düzgün bölüşdürülməsi və ondan səmərəli istifadə edilməsi zərurətindən irəli gəlir”.
Struktur islahatları çərçivəsində AMK-da 5 əməkdaşla bağlanılmış əmək müqaviləsinə xitam verildiyi vurğulanıb.
Əlavə olaraq, mövcud normativlərə görə bir struktur vahidinin (şöbə, sektor, departament və s) yaradılması üçün tələb olunan minimum ştat sayı gözlənilmədən qanunsuz olaraq yaradılan 2 departament - Beynəlxalq Əlaqələr Departamenti (1 ştat vahidi Departament müdiri, 1 ştat vahidi mütəxəssis və 1 ştat vahidi inspektordan ibarət olmaqla) və İnsan Resursları Departamenti (1 ştat vahidi Departament müdiri, 1 ştat vahidi kadrlar üzrə mütəxəssisdən ibarət olmaqla) ləğv edilib.
Optimallaşma nəticəsində müvafiq departamentlərin vəzifə funksiyalarına aid olan məsələlər digər Şöbə və Mərkəzlərin funksiyalarına daxil edildiyi qeyd edilib. Həmçinin AMK-da tələbə sayının azlığını, tədris ili ərzində 2 dəfə (qış və yay sessiyaları) imtahanların təşkil edilməsini nəzərə alaraq, ayrıca fəaliyyət göstərən İmtahan Mərkəzi tədris ilinin digər dövrlərində hər hansı funksiya icra etmədiyinə görə, sözügedən Mərkəz də ləğv edilib. Mərkəzin funksiyaları Tədrisin təşkili və keyfiyyət təminatı şöbəsinə həvalə edilib.
Eyni zamanda bildirilib ki, struktur islahatları çərçivəsində ixtisara düşən ştat vahidlərində çalışan 7 əməkdaşa onların təhsil və iş təcrübələrinə uyğun olaraq, alternativ vəzifələr təklif edilmiş və nəticədə onlar digər vəzifəyə keçirilib.
27-10-2025, 17:01
İlham Əliyevlə Ərdoğan İrəvana dəvət edildi


İlham Əliyevlə Ərdoğan İrəvana dəvət edildi

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrəvana dəvət edilib.
Bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.
O, Azərbaycan və Türkiyə prezidentlərinin gələn ilin yazında İrəvanda keçiriləcək Avropa Siyasi Birliyinin 8-ci sammitinə dəvət olunduğunu açıqlayıb.
Nazirin sözlərinə görə, dəvətlər hələlik şifahi formada təqdim edilib.
“Azərbaycan və Türkiyə prezidentlərinə gələn ilin yazında İrəvanda keçiriləcək sammit üçün dəvət göndərilib. Hazırda bu, şifahi mərhələdədir”, - Mirzoyan jurnalistlərə bildirib.
Qeyd edək ki, Avropa Siyasi Birliyinin növbəti sammiti gələn ilin may ayında İrəvanda keçiriləcək. Hələlik Azərbaycan və Türkiyə tərəfləri bu dəvətə rəsmi reaksiya verməyiblər.
27-10-2025, 16:36
Dövlət başçısı Təbrizdəki konsulluğu geri çağırdı, yenisini təyin etdi - FOTO


Dövlət başçısı Təbrizdəki konsulluğu geri çağırdı, yenisini təyin etdi - FOTO

Əliyənnağı Mehti oğlu Hüseynov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

***

Taleh Balaşirin oğlu Zöhrabov İran İslam Respublikasının Təbriz şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

27-10-2025, 16:24
İlham Əliyev bu ölkələrə səfir təyin etdi - SİYAHI


İlham Əliyev bu ölkələrə səfir təyin etdi - SİYAHI

Fərid Yunis oğlu Talıbov Azərbaycan Respublikasının Yaponiyada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

***

Seymur Həbib oğlu Fətəliyev Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

***

Eldar Nadir oğlu Səlimov Azərbaycan Respublikasının İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

***

Mütəllim Sabir oğlu Mirzəyev Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

***
Şahin Şakir oğlu Abdullayev Azərbaycan Respublikasının İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
27-10-2025, 16:19
Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - FOTO


Ramiz Mehdiyevin Rusiyaya yazdığı məktub üzə çıxdı - FOTO

Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istədiyi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub ünvanladığı barədə mediada məlumat verilib.
Həmin məktubun Azərbaycan xüsusi xidmət orqanlarının əlinə keçdiyi barədə də informasiyalar yayılmışdı.
Bəziləri belə məktubun olmadığını, onun mövcudluğuna inanmadıqlarını iddia etsələr də, təqdim etdiyimiz fakt Ramiz Mehdiyevin, həqiqətən də, xarici ölkənin köməyi ilə Azərbaycanda hakimiyyət çevrilişi planı gerçəkləşdirmək xülyasına düşdüyünü göstərir.
Xüsusi qeyd etmək yerinə düşər ki, belə bir planı həyata keçirmək nə Ramiz Mehdiyevin, nə də onun əlaqə qurduğu dairələrin imkanında deyil. Sadəcə, buna cəhd etmək onun əsl riyakar xislətini nümayiş etdirir.



27-10-2025, 16:13
Emin Əmrullayev qızların təhsilindən danışdı: “Hələ də məhdudiyyət qoyulur”


Emin Əmrullayev qızların təhsilindən danışdı: “Hələ də məhdudiyyət qoyulur”

Qadınlar, gənclərin təhsili yolunda çox yol getməliyik və bu yolun hələ başlanğıcındayıq.
Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev “Gənc qızların təhsilinə dəstək” layihəsi çərçivəsində həyata keçirilən “Hənifə Məlikova-Zərdabi adına təqaüd proqramı 2025”in təqdimat mərasimində bildirib.
O qeyd edib ki, qadının ictimai-siyasi gücü istənilən təhsil sisteminin gücüdür.
"İstənilən təhsil sistemində məhz anaların təhsildəki rolu kifayət qədər böyükdür, xüsusilə də təhsilli anaların. Ali təhsilli, ümumiyyətlə təhsilli anaların təhsildəki rolu birmənalı olaraq uşaqların həyatının növbəti illərində daha uğurlu olma ehtimalını böyüdür.
Nəticələrə baxanda 4-cü sinifin sonunadək qızların nəticələrinin daha yüksək olduğunu, sonrakı illərdə oğlanların nəticələri qızların nəticələrini üstələyir. Bunu savadsızca bioloji faktorlarla ölçsələr də, çox ciddi sosioloji səbəbləri var. Çünki qız uşaqları 9-10-11 yaşa gələndə cəmiyyətin onlar qarşısında məhdudlaşdırıcı təsirləri olduğunu görürük. Biz həmin müsbət fərqin 4-5 il keçdikdən sonra necə dəyişdiyini görürük.
Qadınlar üzərində olan məhdudiyyətlərin istər iqtisadiyyat, istər təhsildə neqativ yöndə irəlilədiyini görürük.
Təəssüf ki, biz poeziyada qadınlarımıza mədhiyyələr desək də, statistikalar qadınların xeyrinə olmur. Bu mənada inandığım ondan ibarətdir ki, gedəcəyimiz çox uzun yol var. Bizim hələ də məktəb və ali təhsil mərkəzlərində məsələlərə münasibət dəyişməlidir. Qadınlar üzərində məhdudlaşdırıcı davranışdan dəstəkləyici və imkan yaradıcı davranışa keçid etməliyik.
Yaxşı xəbərlər ondan ibarətdir ki, ali təhsilli insanlarımızın sayı artır. Bu il 60 min gənc ali təhsil almaq imkanı əldə edir. Bunların arasında qızlarımızın sayı artmaqdadır, xüsusilə mühəndislik və texniki sahəyə yönələn qızlarımızın sayı artır. Bu da o deməkdir ki, biz 2030-2040-cı illərin sonlarında daha fərqli gənclik görəcəyik. Çünki bu gün hansısa qızın təhsili 20 il sonra savadlı nəslin də yetişməsinə səbəb olur.
Son 2-3 ildə rəqəmlərdən gördüyüm və narahat olduğum ilkin məqam oğlanların təhsili və tərbiyəsi ilə olan problemlərdir. Bu gün qızların istər oxu, istər anlamasında müəyyən irəliləmələr olduğu halda, oğlanlarda geriləmələr hiss edirik. Oğlan uşaqlarının davranışlarında daha narahatlıq doğurucu elementlər hiss etməkdəyik. Burada ən asan yol problemi nazirliyin üstünə atıb həll yolu gözləməkdir. Amma burada əsas məsələ valideynlərin məsuliyyətidir və mən bunu xatırlatmağı özümə borc bilirəm".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!