Sandu İlham Əliyevlə görüşündən yazdı .....                        İlon Mask tarixə düşdü .....                        Putin Qərbə meydan oxudu: “Kimsə gücünü sınamaq istəyirsə, buyursun!” .....                        Rəqs eliyən həkim yenidən işə başlayıb? .....                        Rusiya iki dəfə NATO üzvü olmaq istəyib .....                        Növbəti sammit Ermənistanda keçiriləcək .....                        Konstitusiya məhkəməsindən vacib qərar .....                        Ukrayna 185 hərbçini Rusiyaya verdi .....                        Zelenski İlham Əliyevlə müzakirə etdiyi məsələləri açıqladı .....                       
8-08-2025, 17:03
Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR!


Xankəndiyə getmək istəyənlər üçün ŞAD XƏBƏR!

“Böyük Qayıdış” proqramı çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ötən ilin sentyabrında istifadəyə verdiyi Bərdə-Xankəndi müntəzəm avtobus reyslərinin sayını artırır.
Bu barədə AYNA-dan bildirilib.
Avqustun 11-dən Bərdə-Xankəndi istiqaməti üzrə daha 3 reys fəaliyyətə başlayacaq. Bununla da bu istiqamətdə gün ərzində 6 reysin həyata keçirilməsi nəzərdə tutulub. Sözügedən reyslər üzrə aralıq məntəqə olaraq Xocalı şəhəri təyin edilib.
İşğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə yeni reyslər üzrə avtobuslar Xankəndidən Bərdəyə saat 07:00, 11:30 və 16:30-da yola düşəcək.
Qeyd edək ki, hazırda gün ərzində 3 dəfə həyata keçirilən reys üzrə avtobuslar Bərdə şəhər avtovağzalından saat 07:00, 11:30 və 16:30-da, Xankəndi şəhərindən isə saat 09:00, 14:30 və 18:30-da yola düşür.
Biletləri yalnız onlayn qaydada “biletim.az” portalı üzərindən əldə etmək mümkündür.
Xatırladaq ki, Azərbaycan vətəndaşları “biletim.az” portalı və ya mobil tətbiqi üzərindən bilet əldə edərkən işğaldan azad edilmiş ərazilərə buraxılış üçün icazələr avtomatik qaydada təqdim olunur.
8-08-2025, 16:39
TƏBRİK EDİRİK!


TƏBRİK EDİRİK!

Bu gün Zəngəzur mahalının Qafan rayonunun təsübkeş, xeyirxah, qayğıkeş və ziyalı nümayəndələrindən biri olan hörmətli Cavanşir müəllımin doğum ğünüdür. Xatırladaq ki, Cavanşir Vəliyev duz 75 il əvvəl Gödəkli kəndində dünyaya göz açmış və istər kəndliləri, istərsə də qafanlılar arasında böyük hörmət qazanmaqla yanaşı şərəfli bir ömür yolu keçmişdir. Hazırda da çox strateji bir sahəyə rəhbərlik edərək xalqımızın xidmətində layiqincə calişmaqdadır. Cavanşir müəllimi yubiley yaşı münasibəti ilə təbrik edərək ona uzun ömür, cansağlığı və işlərində uğurlar arzulayırıq.
Hörmətli Cavanşir müəllim, bilin ki, uzun illər göstərdiyiniz zəhmət, nümunəvi insani keyfiyyətləriniz və el-obamız üçün etdikləriniz hər zaman yüksək qiymətləndirilir. Sizə bir daha uzun ömür, ailə səadəti və fəaliyyətinizdə yeni uğurlar arzulayırıq.
Hörmətlə: Qafan Rayon İcması
8-08-2025, 16:34
Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı


Rəsmi Bakıdan Gürcüstana dəstək mesajı

Azərbaycan Gürcüstanda münaqişənin suverenlik və ərazi bütövlüyü prinsipləri əsasında, beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sülh yolu ilə həllini tam dəstəkləyir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.
Qeyd edilib ki, Azərbaycan Gürcüstanla sıx tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinə böyük əhəmiyyət verir.
Qeyd edək ki, bu gün Rusiya ilə Gürcüstan arasında 2008-ci ilin avqust ayında baş vermiş müharibənin 17-ci ili tamam olur.
8-08-2025, 16:21
Metroda doğulan uşağa bu ad veriləcək


Metroda doğulan uşağa bu ad veriləcək

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğulan uşağa Cəsur adı veriləcək.
Bu barədə jurnalistlərə açıqlamasında körpənin nənəsi deyib.
O qeyd edib ki, uşağın anasını səhər həkim yoxlanışına aparırmış: “Yolda ağrıları oldu. Sağ olsunlar hamı kömək etdi, vətəndaşlar da, işçilər də. Hər ikisinin vəziyyəti yaxşıdır. Nəvəm oğlandır. Adını Cəsur qoymaq istəyirik”.
Bildirilib ki, bu, ananın 2-ci hamiləliyi olub.
8-08-2025, 15:59
Bakı-Qazax yolu təmir olunur


Bakı-Qazax yolu təmir olunur

“Böyük İpək yolu”nun tərkib hissəsi olan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, əsaslı təmir işləri M2 magistralının 15-117 km-lik hissəsini əhatə edir.
Hazırda təmir işləri yolun 97,7-ci km-dən 104,5-ci km-dək olan hissəsi üzrə icra olunur. Bu çərçivədə zəruri yerlərdə qazma və dolğu işləri aparılmaqla yeni torpaq yatağının inşası, deformasiyaya uğramış köhnə asfalt-beton örtüyünün üst qatının frezlənərək kənara daşınması işləri yerinə yetirilir. Texnoloji ardıcıllığa uyğun olaraq, daha sonra aşınma qatı olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi və hərəkətin normal təşkili üçün üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.
Yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə, tərtib olunmuş qrafiklə sürətlə və keyfiyyətlə aparılır. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.
8-08-2025, 15:53
Samir Şərifov qırğız həmkarı ilə görüşdü


Samir Şərifov qırğız həmkarı ilə görüşdü[/size]

Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov avqustun 8-də Qırğız Respublikası Nazirlər Kabineti sədrinin müavini Edil Baysalov ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, görüşdə Azərbaycan və Qırğızıstan prezidentlərinin qarşılıqlı etimada əsaslanan münasibətlərinin və sıx təmaslarının dövlətlərarası əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə çatmasında və ardıcıl şəkildə inkişaf etməsində ən mühüm amil olduğu vurğulanıb.
İki ölkə arasında ticarət-iqtisadi, investisiya, nəqliyyat və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Görüş zamanı həmçinin Baş nazirin müavini S.Şərifovun həmsədri olduğu Azərbaycan-Qırğızıstan iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyasının növbəti iclasının cari ilin sonlarında Bakı şəhərində keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
8-08-2025, 15:38
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi


Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına mobil telefon keçirilməsinin qarşısı alınıb.
Bu barədə Penitensiar Xidmətdən məlumat verilib.
Bildirilib ki, həbs olunmuş şəxs Ramil Mərdan oğlu Talıblıya qohumu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman 2 ədəd kartofun içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd mobil telefon aparatı və 1 ədəd elektrik qidalandırıcısı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır.
8-08-2025, 15:18
Putin Çin lideri ilə danışıqlar apardı


Putin Çin lideri ilə danışıqlar apardı

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının Sədri Si Cinpin arasında telefon danışığı olub.
Bu barədə Çin mediası məlumat yayıb.
Telefon danışığının təfərrüatı hələlik məlum deyil.
8-08-2025, 15:03
Azərbaycan Zəngəzura fərqli formada qayıdışı təmin edir


Azərbaycan Zəngəzura fərqli formada qayıdışı təmin edir

"...Və yağış yağdı, sel oldu, şiddətli külək əsdi, evin üstünə gəldi. Ev uçub darmadağın oldu".

İsa Məsih. İncil. Matta:7:1-29

Gözlər Vaşinqtonda, diqqət Cənubi Qafqazda, zəfər qapısı isə Azərbaycandadır. Cəmi bir neçə saat sonra Çar Rusiyası süquta uğradığı tarixdən bəri ilk dəfə olaraq Ermənistan Azərbaycana qarşı ərazi iddialarından imtina etməsini rəsmiləşdirən sülh sazişini ilkin formada təsdiq edəcək. Bu, siyasi miqyas və əhəmiyyət etibarilə misilsiz hadisədir.
Bir neçə on il ərzində Azərbaycanı torpaqlarının işğalı faktı ilə dolayısı ilə ağır güzəştlərə çağıran "ümumi dövlət", "Aland modeli", "paket həll", "mərhələli həll" və s. kimi təkliflərin həmmüəlliflərindən olan ABŞ bu gün rəsmi İrəvanın 10 noyabr 2020-ci ildəki kapitulyasıyasının məntiqi davamına ev sahibliyi etməyi şərəf sayır.
Bütün hallarda Ermənistanın regionda oynadığı 30 illik radikal dərəcəli destruktiv mövqeyinə son qoyan, Türküstan coğrafiyası ilə Xəzərin qərbindəki türk arealını quru yolla birləşdirən güc Azərbaycan dövlətidir. Zaman keçdikcə ikinci Qarabağ savaşında Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığımız böyük qələbənin əhəmiyyəti daha çox hiss olunmaqdadır.
Bəli, ermənilər hər şeyin bitdiyini düşünərkən və bizi Bakını belə işğal edəcəkləri ilə təhdid edərkən "şiddətli külək əsdi, evin üstünə gəldi, ev uçub darmadağın oldu".
44 günlük müharibə və 2023-cü ildəki sonuncu antiterror əməliyyatları nəticəsində Azərbaycan XX əsrin sonlarında itirdiyi torpaqlara nəzarəti bərpa etdi, minlərlə mülki vətəndaşını, əsgər və zabitini qətlə yetirən düşməndən qisasını aldı. İndi isə Azərbaycan diplomatiyası zəfərin yaratdığı yeni siyasi reallığı masada da uğurla davam etdirərək XX əsrin əvvəlində itirdiyi Zəngəzura fərqli formada qayıdışı təmin edir. Yolumuzu açıq edən şəhidlərimizin ruhu şad, Prezident İlham Əliyevin canı sağ, ömrü uzun olsun!

D.Trampın iştirakı ilə imzalanması gözlənilən sənədlər:

- Birgə Bəyanatın imzalanması;

- Sülh sazişinin paraflanması;

- ATƏT-in Minsk qrupundan çıxışla bağlı birgə məktubun imzalanması;

- ABŞ-Azərbaycan və ABŞ-Ermənistan arasında ikitərəfli memorandumların imzalanması.
8-08-2025, 14:55
Bakıda yeni velosiped zolağı


Bakıda yeni velosiped zolağı

Bakı şəhərində kəsintisiz mikromobillik zolağının təşkili üçün mərhələli qaydada velosiped yolları əlaqələndirilir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) xəbər verir.
Bildirilir ki, hazırda bu istiqamətdə işlər metronun “Elmlər Akademiyası” stansiyası ətrafında və əlaqəli küçə-prospektlərdə aparılır.
Belə ki, daha öncə Hüseyn Cavid prospektində təşkil edilən və Məmməd Rahim, Bəxtiyar Vahabzadə küçələri, eləcə də Mətbuat prospekti ilə əlaqələndirilən mikromobillik şəbəkəsi Bəxtiyar Vahabzadə küçəsi ilə kəsişmədən Əbdürrəhim bəy Haqverdiyev küçəsinə qədər uzadılıb.
Görülən işlər çərçivəsində müvafiq nişanlanma işləri aparılıb. Yaxın günlərdə yol nişanlarının və təhlükəsizlik sədlərinin quraşdırılmasına başlanılacaq.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!