Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
27-02-2026, 18:50
Ceyhun Bayramov Ahmet Qurbanov ilə görüşüb


Ceyhun Bayramov Ahmet Qurbanov ilə görüşüb

27 fevral 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın xarici işlər nazirinin müavini Ahmet Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi istiqamətində siyasi dialoqun dinamik inkişafı məmnunluqla qeyd olunub, ali və yüksək səviyyəli səfərlərin və təmasların əhəmiyyəti vurğulanıb. Bu çərçivədə, ötən il ölkəmizin Prezidentinin Türkmənistana, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Azərbaycana səfərləri və əldə olunmuş nəticələr məmnunluqla xatırlanıb.
Görüş zamanı, Azərbaycan və Türkmənistan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin xarakterinə uyğun olaraq, ticarət-iqtisadiyyat, enerji, nəqliyyat və logistika, o cümlədən Xəzər dənizində əməkdaşlıq, humanitar və mədəniyyət sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib və perspektivləri müzakirə edilib.
Bu çərçivədə, Azərbaycan və Türkmənistan arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb. Ötən il Türkmənistanın Azərbaycanda, bu il isə Azərbaycanın Türkmənistanda mədəniyyət günlərinin təşkilinin əhəmiyyəti qeyd olunub, bununla yanaşı, xalçaçılıq və atçılıq kimi ortaq dəyərlərimizin təbliğatının vacibliyi diqqətə çatdırılıb.
Eyni zamanda, regional və beynəlxalq gündəliyin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb, çoxtərəfli platformalar çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə dair həmfikirlik ifadə olunub.
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Türkmənistan Xarici İşlər Nazirlikləri arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Samir Şərifov, Türkmənistan tərəfindən isə xarici işlər nazirinin müavini Ahmet Qurbanov başçılıq edib.
27-02-2026, 18:33
Qanunsuz ağackəsmə faktları aşkarlanıb


Qanunsuz ağackəsmə faktları aşkarlanıb

Bakı və Sumqayıt şəhərlərində, həmçini Qax rayonunda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar edilib.
Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Xidmətin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı, Sumqayıt şəhərləri və Qax rayonu ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlanıb.
Araşdırma zamanı Bakı şəhəri Xətai rayonu Kazımağa Kərimov küçəsi 18 ünvanında 1 ağac, Yasamal rayonu Şərifzadə küçəsi bina 134 ünvanında 2 ağac, Binəqədi rayonu Biləcəri qəsəbəsi Sumqayıt şosesi 10A ünvanında 30 ağac, Binəqədi rayonu Biləcəri qəsəbəsi 53E ünvanında 42 ağac, Qaradağ rayonu Bakı-Ələt avtomobil yolunun 50-ci kilometrliyində 13 ağac, 12 kol, Sumqayıt şəhəri 21-ci məhəllə ərazisində 6 ağac, 4 kol, dənizkənarı bulvar ərazisində 17 ağac, Sumqayıt şəhəri Heydər Əliyev prospekti ilə 20 Yanvar küçələrinin kəsişməsində 21 ağac, Qax rayonu Zərnə kəndi ərazisində isə 9 ağacın qanunsuz kəsildiyi müəyyən edilib.
Hər bir faktüzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilib.
27-02-2026, 18:26
İranın ABŞ ərazisini vuracaq raketi var?


İranın ABŞ ərazisini vuracaq raketi var?

ABŞ Prezidenti Donald Trampın İranın tezliklə ABŞ ərazisini vura biləcək raketə sahib olacağı barədə iddiası kəşfiyyat tərəfindən təsdiq edilməyib.
Bu barədə məsələ ilə tanış üç mənbə "Reuters" agentliyinə məlumat verib.
Tramp Konqresdəki çıxışı zamanı bildirib ki, Tehran “tezliklə ABŞ-a çata biləcək raketlər üzərində işləyir” və bu arqumenti mümkün hərbi zərbələrin əsaslandırılması üçün səsləndirib. Lakin mənbələrin sözlərinə görə, 2025-ci ildə ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) açıqlanmış qiymətləndirməsində İranın mövcud kosmik daşıyıcı texnologiyaları əsasında hərbi baxımdan effektiv qitələrarası ballistik raket hazırlamasının ən tez 2035-ci ilə qədər mümkün ola biləcəyi göstərilib.
Ağ Evin sözçüsü Anna Kelli isə Trampın narahatlığının əsaslı olduğunu bildirib. Bununla belə, adlarının açıqlanmasını istəməyən mənbələr İranın yaxın vaxtlarda ABŞ ərazisinə çata biləcək raket hazırladığına dair yeni kəşfiyyat məlumatından xəbərsiz olduqlarını deyiblər.
ABŞ Dövlət katibi Marko Rubio İranın gələcəkdə belə silahlar hazırlaya biləcəyi desə də, daha ehtiyatlı ifadələr işlədib.
İran tərəfi isə nüvə silahı əldə etmək niyyətində olmadığını bəyan edir. Xarici işlər naziri Abbas Əraqçi bildirib ki, ölkəsi 2000 kilometrdən artıq mənzilli raketlər hazırlamır və proqram müdafiə xarakterlidir.
Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) və ABŞ kəşfiyyatı İranın nüvə silahı proqramını 2003-cü ildə dayandırdığını bildirir. Bununla yanaşı, agentlik son illərdə İranın yüksək səviyyədə uran zənginləşdirməni davam etdirdiyini qeyd edir.
Ekspertlərin fikrincə, İran kosmik daşıyıcı raketlərə malik olsa da, nüvə başlığını atmosferə yenidən daxil olarkən qoruyacaq texnologiyanın hazırlanması üçün hələ uzun müddət tələb olunur.
27-02-2026, 18:21
Pakistan–Əfqanıstan gərginliyi: “Açıq müharibə” bəyanatı


Pakistan–Əfqanıstan gərginliyi: “Açıq müharibə” bəyanatı

Pakistan ötən gecə Əfqanıstanda Taliban hökumət qüvvələrinə qarşı hava zərbələri endirib. Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif vəziyyəti “açıq müharibə” kimi qiymətləndirib.
Zərbələr paytaxt Kabil, həmçinin Taliban rəhbərliyinin yerləşdiyi Qəndəhar və Pəktiya vilayətini hədəf alıb. Pakistan tərəfi hücumların Talibanın hərbi obyektlərinə qarşı həyata keçirildiyini bildirib.
Taliban Pakistana qarşı cavab zərbələri endirdiyini açıqlasa da, danışıqlara hazır olduqlarını bəyan edib. Sərhəd boyunca toqquşmaların davam etdiyi və tərəflərin bir-birinə ağır itkilər verdiyini iddia etdiyi vurğulanır.
Gərginlik 2 600 kilometrlik sərhəd xətti boyunca uzunmüddətli münaqişə riskini artırır. Rusiya, Çin, Türkiyə və Səudiyyə Ərəbistanının vasitəçilik səyləri göstərdiyi bildirilir.
Əfqanıstanın xarici işlər naziri Əmir Xan Muttəqi türkiyəli həmkarı Hakan Fidan ilə danışığında problemin həlli üçün qarşı tərəfin də öhdəlik götürməsinin vacib olduğunu qeyd edib. İran da vasitəçilik təklif edib.
27-02-2026, 18:00
Nazirlik 2,5 milyona eşitmə aparatları alacaq


Nazirlik 2,5 milyona eşitmə aparatları alacaq

Eşitmə aparatlarının satın alınması üzrə 2,5 milyon manatlıq tender elan edilib.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyindəki "Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi" Publik Hüquqi Şəxsi genişmiqyaslı satınalma müsabiqəsi elan edib.
Müsabiqə çərçivəsində ölkə üzrə eşitmə qabiliyyəti məhdud olan şəxslərin reabilitasiyası üçün zəruri olan eşitmə aparatlarının satın alınması nəzərdə tutulur.
Tenderin qiyməti 2 570 630,00 azn-dir.
Qeyd edək ki, bu satınalma dövlət büdcəsi vəsaitləri hesabına həyata keçirilir.
27-02-2026, 00:07
Cəlilabad sakinini avtomobil vuraraq öldürüb


Cəlilabad sakinini avtomobil vuraraq öldürüb

Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə Bakı şəhərində qeydə alınıb.
Belə ki, Cəlilabad rayon sakini olan Cavid Qəniyev yolu qarşı tərəfə keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
26-02-2026, 23:53
Körpə 10-cu mərtəbədən yıxıldı, sağ qaldı


Körpə 10-cu mərtəbədən yıxıldı, sağ qaldı

Sankt-Peterburq şəhərində yaşayış binasının 10-cu mərtəbəsindən yıxılan 18 aylıq körpə ətrafdakı şəxslərin cəld reaksiyası sayəsində xilas edilib.
Hadisə zamanı pəncərəyə çıxan körpənin yıxılmaq üzrə olduğunu görən sakinlər binanın qarşısına toplaşıb. Onlardan biri montunu açaraq körpənin yerə sərt çırpılmasının qarşısını alıb. Körpə xəstəxanaya yerləşdirilib və nəzarət altındadır.
İlkin məlumata görə, hadisə baş verən vaxt ana hamamda olub, evdəki digər uşaq isə kompüterdə oyun oynayırmış. Faktla bağlı araşdırma başlanıb.
26-02-2026, 23:50
Epşteynin şəbəkəsinin İngiltərə bağlantıları


Epşteynin şəbəkəsinin İngiltərə bağlantıları

ABŞ-li milyarderin qurduğu və azyaşlı qızların cəlb olunduğu fahişəlik şəbəkəsi ilə əlaqəli qadınların, onun 2019-cu ildə həbsinədək Böyük Britaniya hava limanlarından istifadə edərək müxtəlif ölkələrə səfər etdikləri müəyyənləşib.
Bu barədə The Times uçuş qeydlərinə əsasən məlumat yayıb.
Məlumata görə, Epşteynin şəxsi təyyarəsi 60-dan çox Britaniya hava limanına eniş edib. O, pedofiliya ittihamı ilə saxlanılanadək şəbəkədə yer alan qadınların Böyük Britaniya üzərindən müntəzəm reyslərlə uçuşlarını təşkil edib.
Qeyd olunan məntəqələr arasında Londranın qərbində yerləşən RAF Northolt hərbi hava bazası da var. Faktlarla bağlı altı müxtəlif polis qurumu araşdırma aparıb.
Bildirilib ki, 2019-cu ilin iyulunda bir rus qadın London–Nyu-York marşrutu üzrə uçuş həyata keçirib və onun üçün Epsteinin köməkçisi Lesli Qeff tərəfindən ləğv edilə bilən otel rezervasiyası edilib.
Epşteynin şəxsi təyyarəsinin 2015-ci ilin mayında Northolt bazasına enərək yanacaq götürdüyü, onun Londona əsasən London Luton Airport vasitəsilə daxil olduğu qeyd olunur.
26-02-2026, 23:12
İsrail “Hizbullah” mövqelərini vurdu


İsrail “Hizbullah” mövqelərini vurdu

İsrail ordusu Livan ərazisində “Hizbullah”ın Radvan Xüsusi Təyinatlı Qüvvələrinə aid olduğu bildirilən səkkiz hərbi düşərgəni hədəf alıb.
Bu barədə İsrail ordusunun Mətbuat Xidməti açıqlama yayıb.
Məlumata görə, zərbələr Baalbek bölgəsində endirilib. Bildirilir ki, hədəfə alınan düşərgələrdə “Hizbullah”a məxsus raketlər də daxil olmaqla xeyli sayda silah-sursat saxlanılıb. İsrail tərəfi iddia edir ki, Radvan qüvvələri həmin məntəqələrdən təlim, döyüş hazırlığı və həm hərbçilərə, həm də mülki şəxslərə qarşı hücumların planlaşdırılması məqsədilə istifadə edib.
26-02-2026, 23:02
Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtları


Ramazanın 9-cu gününün duası - İmsak və iftar vaxtları

Sabah Ramazan ayının doqquzuncu günüdür.
İmsak vaxtı 05:53-ə, iftar isə 18:43-ə təyin olunub.

Doqquzuncu günün imsak duası:

“Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl- müştaqin”.

Tərcüməsi:

“İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul etsin!

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!