Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
28-02-2026, 17:49
İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu


İran ABŞ-nin Küveytdəki hərbi bazasını vurdu

İran raketi Küveytdə İtaliya qoşunlarının yerləşdiyi hərbi bazaya dəyib.İtaliya xarici işlər nazirinin sözlərinə görə, bazada təxminən 300 italyan əsgəri var və heç kim xəsarət almayıb.
Meloni bununla bağlı Nazirlər Kabinetini toplayıb.
İtaliyanın Baş naziri Corcio Meloni hökumətin ölkənin Küveytdəki hərbi bazasına hücumu təsdiqləməsindən sonra Nazirlər Kabinetinin təcili iclasını keçirib.
İtaliya hökuməti hücumda heç bir itki olmadığını təsdiqləyib.
28-02-2026, 17:43
İsraildən yeni hücumlarla bağlı XƏBƏRDARLIQ


İsraildən yeni hücumlarla bağlı XƏBƏRDARLIQ

İsrailin Daxili Cəbhə Komandanlığı hava təhdidi xəritəsini dərc edib və İrandan yeni hücumlar barədə xəbərdarlıq edib.
Bu barədə İsrail KİV-i məlumat yayıb.
İran ABŞ və İsrailə qarşı əməliyyatını "Əsl Vəd 4" adlandırıb.
28-02-2026, 17:38
Müharibəyə görə daha bir ölkədə məktəblər bağlandı


Müharibəyə görə daha bir ölkədə məktəblər bağlandı

Bəhreynin Təhsil Nazirliyi sabahdan etibarən növbəti xəbərdarlığa qədər distant təhsilə keçildiyini elan edir.
Təhsil Nazirliyi şagirdlərin təhlükəsizliyini təmin etmək üçün müvəqqəti ehtiyat tədbiri olaraq dərslərin sabahdan etibarən və sonrakı xəbərdarlığa qədər distant təhsilə keçiriləcəyini açıqladı.
Qərar bütün məktəbəqədər təhsil müəssisələrinə, dövlət və özəl məktəblərə və ali təhsil müəssisələrinə şamil edilir. Bütün müəssisələrdən təsdiq edilmiş rəqəmsal platformalar vasitəsilə təhsil prosesinin davamlılığını və şagirdlərin müntəzəm davamiyyətini təmin etmələri tələb olunur.
28-02-2026, 17:30
İsrail İranın əsas şəxslərinə zərbə vurdu - KİV


İsrail İranın əsas şəxslərinə zərbə vurdu - KİV

İsrail İranın hərbi bloku üzrə əsas şəxslərinə zərbə vurdu.
Bu barədə "CNN" məlumat yayıb.
Qeyd edilib ki, İsrailin İrana etdiyi zərbələr həm də İran Silahlı Qüvvələri Baş Qərargah rəisi Müsəvi, Ali Rəhbərin müşaviri Əli Şamxani və Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricanini hədəf alıb.
İndiyədək bu hücum nəticəsində yüksək vəzifəli iranlı şəxslərin zərər görüb-görmədiyi məlum deyil.
28-02-2026, 17:21
Müharibə Ayətullahın hakimiyyətdən getməsi üçündür - KİV


Müharibə Ayətullahın hakimiyyətdən getməsi üçündür - KİV

İrana zərbələr ayətullah Əli Xamenei hakimiyyətdən getməsi üçün şərait yaratmaq məqsədi ilə həyata keçirilir.
Bu barədə məlumatlı mənbələr "Axios"a bildirib.
"Biz bütün İran rəhbərliyini - siyasi və hərbi - keçmiş, indiki və gələcək - hədəf alırıq. Hadisələrin sonrakı inkişafı da İran xalqının üsyanının miqyasından asılı olacaq"- deyə mənbə qeyd edib.
28-02-2026, 17:15
Türkiyənin İsrailə dəstək verməsi iddialarına cavab


Türkiyənin İsrailə dəstək verməsi iddialarına cavab

Türkiyə hər hansı münaqişə və ya müharibədə tərəflərdən hər hansı birinin xeyrinə olmaqla hava məkanı daxil olmaqla, quru və dəniz imkanlarının heç birini əməliyyat məqsədləri üçün istifadəyə vermir.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, bəzi sosial media platformalarında yayılan və Türkiyənin İrana qarşı son hücumlara dəstək verdiyi barədə iddialar tamamilə əsassızdır və ictimaiyyəti çaşdırmağa yönəlmiş dezinformasiya xarakteri daşıyır.
"Türkiyə hər hansı münaqişə və ya müharibədə tərəflərdən hər hansı birinin xeyrinə olmaqla hava məkanı daxil olmaqla, quru və dəniz imkanlarının heç birini əməliyyat məqsədləri üçün istifadəyə vermir. Bu məsələ ölkəmizin əsas xarici siyasət və təhlükəsizlik prinsipləri sırasındadır".
Həmçinin qeyd olunub ki, Türkiyənin hava, quru və dəniz məkanları üzərində suveren hüquqları tam və mübahisəsizdir. Suverenlik sahələrimizlə bağlı bütün fəaliyyətlər yalnız Türkiyə Respublikasının milli təhlükəsizlik qiymətləndirmələrinə uyğun olaraq və səlahiyyətli qurumların nəzarət və idarəsi altında həyata keçirilir.
"İctimaiyyətdən spekulyativ və əsassız iddialara etibar etməməsi, yalnız rəsmi qurumlar tərəfindən verilən açıqlamaları nəzərə alması xahiş olunur".
28-02-2026, 17:10
Dubay yenidən vuruldu


Dubay yenidən vuruldu

Dubayda yeni güclü partlayışlar edilib.
Bu barədə şahidlər məlumat verib.
Bildirilir ki, Dubay Marina ərazisində və Jumeirah Beach Residence yaxınlığında yüksək səslər eşitdilər.
28-02-2026, 17:06
Təbrizdə universitet vuruldu


Təbrizdə universitet vuruldu

İsrail Təbrizdəki Səhənd Texniki Universitetinin binasına zərbə endirib
Bunun İranın nüvə və müdafiə layihələri ilə əlaqəli olduğu güman edilir.
28-02-2026, 17:03
Salyanda partlamamış mərmi aşkarlandı


Salyanda partlamamış mərmi aşkarlandı

Abşeron Xətt Polis Məntəqəsinin əməkdaşları Salyan rayonun Xıdırlı kəndi ərazisində xidmət aparan zaman Şirvan su kanalının sahilində partlamamış mərmi aşkarlayıblar.
Sursatın tapıldığı yerin ətrafında əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.
Mərmi təhlükəsizlik tədbirləri görülməklə ərazidən götürülüb və aidiyyatı üzrə təhvil verilib.
Araşdırma aparılır.
28-02-2026, 16:48
Əhali qıtlıqla üzləşməyəcək - İran


Əhali qıtlıqla üzləşməyəcək - İran

İranın kənd təsərrüfatı naziri əhalinin bütün qida ehtiyaclarının tam təmin olunduğunu açıqlayıb.
Nazir Qulamrza Nuri Qızılca bildirib ki, bütün tədbirlər və ehtiyat planları əhalinin qida ehtiyaclarını, o cümlədən Yeni il və Ramazan ayına aid ərzaq mallarını təmin etmək üçün görülüb.
Nazirlik vurğulayıb ki, əsas ərzaq məhsullarında heç bir qıtlıq yoxdur.

***

İran İslam Respublikasının Dövlət İnformasiya Şurası, İsrail rejimi və ABŞ-nin İran ərazisinə hücumundan sonra açıqlama yayıb.
Hökumət əmin edib ki, bütün nazirliklər və dövlət qurumları xalqın yanındadır və ölkənin gündəlik işləri, xidmətləri tam gücü ilə davam etdiriləcək.
"Artıq uzun müddət əvvəl bütün ehtiyat tədbirləri görülüb, buna görə də vətəndaşlar heç bir qıtlıq və ya çatışmazlıqdan narahat olmamalıdır. Əsas ərzaq məhsulları, yanacaq və dərman kifayət qədər mövcuddur. 24 saat fəaliyyət göstərən tibbi mərkəzlər və seçilmiş apteklər fəaliyyətini davam etdirəcək, banklar isə xidmət verməyə davam edəcək".
Hökumət həmçinin universitetlərin və məktəblərin müvəqqəti olaraq bağlanacağını açıqlayıb və xalqdan sakitlik və səbir göstərmələrini xahiş edib. İnsanların şəhərlərarası hərəkəti üçün zəruri tədbirlər görülüb və vətəndaşların təhlükəsizliyi təmin edilir.
Hər bir dövlət orqanı öz xidmətlərinin necə davam edəcəyini ətraflı və müntəzəm şəkildə açıqlayacaq. Hökumət əmin edir ki, İran xalqı və ölkənin təhlükəsizliyi qorunacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!