Azərbaycan dünyanın əsas ticarət yollarının birləşdiyi məkana çevrilir - Ştaynmayer
Çox şadam ki, Azərbaycanın dünyanın əsas ticarət yollarının birləşdiyi məkana çevrilir. Bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib. Almaniya Prezidenti qeyd edib: “Biz hər ikimiz təkcə Mərkəzi Asiya ilə deyil, həmçinin Uzaq Şərq, Cənub-Qərbi Asiya, eləcə də Çin ilə iqtisadi və ticarət əlaqələrində maraqlıyıq. Eyni zamanda, hazırda mövcud nəqliyyat marşrutlarının nə dərəcədə məhdud olduğunu və onların hansı imkanlarla işlədiyini də yaxşı bilirik. Bu baxımdan Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir. Cənubi Qafqaz son dövrlərdə olduğu kimi, siyasi baxımdan daha sabit inkişaf etdikcə, bu perspektiv daha da cəlbedici olacaqdır”.
Azərbaycan dünyanın əsas ticarət yollarının birləşdiyi məkana çevrilir - Ştaynmayer
Çox şadam ki, Azərbaycanın dünyanın əsas ticarət yollarının birləşdiyi məkana çevrilir. Bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib. Almaniya Prezidenti qeyd edib: “Biz hər ikimiz təkcə Mərkəzi Asiya ilə deyil, həmçinin Uzaq Şərq, Cənub-Qərbi Asiya, eləcə də Çin ilə iqtisadi və ticarət əlaqələrində maraqlıyıq. Eyni zamanda, hazırda mövcud nəqliyyat marşrutlarının nə dərəcədə məhdud olduğunu və onların hansı imkanlarla işlədiyini də yaxşı bilirik. Bu baxımdan Orta Dəhliz Almaniya iqtisadiyyatı üçün də maraqlı perspektivdir. Cənubi Qafqaz son dövrlərdə olduğu kimi, siyasi baxımdan daha sabit inkişaf etdikcə, bu perspektiv daha da cəlbedici olacaqdır”.
Almaniya Prezidentinin şərəfinə rəsmi nahar verildi
Aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin şərəfinə rəsmi nahar verilib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
2016-cı ilin Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olan hərbi pilotlarımız - mayor Urfan Vəlizadə, mayor Təbriz Musazadə və baş leytenant Əbu Bəkr İsmayılovun anım günü münasibətilə mərasim keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. İkinci Şəhidlər xiyabanında keçirilən mərasimdə Müdafiə Nazirliyinin, Nizami rayon İcra Hakimiyyətinin və ictimaiyyətin nümayəndələri, hər üç şəhidin ailə üzvləri, döyüş yoldaşları və məktəblilər şəhidlərimizin məzarlarını ziyarət edərək önünə əklil və gül dəstləri düzüblər, xatirələrini hörmətlə yad edib, ruhlarına dualar oxuyublar. Əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Mərasimdə çıxış edənlər şəhidlərimizin həyat və xidmət yolundan, onların vətənpərvərliyindən, 2016-cı ilin Aprel döyüşləri, eləcə də 2020-ci ilin Vətən müharibəsi zamanı erməni işğalçılarının cəbhədə törətdikləri təxribatlara Azərbaycan Ordusunun verdiyi layiqli cavabdan, qazanılan qələbələrdən, hərbçilərimizin əməliyyatlar zamanı döyüş meydanında göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən, işğal altında olmuş torpaqlarımızın azad edilməsindən, həmin ərazilərdə şanlı Azərbaycan bayrağının fəxarətlə dalğalanmasından danışıblar. Vurğulanıb ki, Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan igidlərimizin qəhrəmanlıqları hər zaman gənc nəslə örnək olacaq, onların xatirəsi xalqımızın qəlbində daima yaşayacaqdır. Şəhidlərimizin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildiriblər. Sonda məktəblilər qəhrəmanlığı və vətənpərvərliyi tərənnüm edən şeirlər səsləndiriblər.
Bakıda və Abşeron yarımadasında aprelin 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 10-14° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 50-55 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntıda fasilə olacaq. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 22-27° isti, dağlarda gecə 3-8° isti, gündüz 12-17° isti olacaq.
Minaya düşən Ağdam sakininin vəziyyəti ağırdır. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, 1968-ci il təvəllüdlü kişi aprelin 2-də saat 12:00 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Ona sağ baldırın aşağı 1/3 hissəsinin amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir. Qeyd edək ki, Ağdam rayonunun işğaldan azad edilmiş Çəmənli kəndi ərazisində aprelin 2-də mina hadisəsi baş verib. 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Ermənistan ilə Azərbaycan arasında sülh prosesinin çox böyük əhəmiyyəti var. Bu barədə Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında bildirib. Son bir il ərzində bu istiqamətdə atılan addımlar və əldə olunan irəliləyişlər münasibətilə təbriklərini ifadə edən Almaniya Prezidenti deyib: “Razılaşmanın əldə olunması ilə bağlı mühüm an yetişib. Ümid edirəm ki, bu andan istifadə olunaraq sülh müqaviləsi imzalanacaq və sizin regionda əsl davamlı sülh yaranacaq. Mən buna çox böyük ümidlər bəsləyirəm” . Prezident Frank-Valter Ştaynmayer Almaniyanın bu prosesdə lazımi dəstəyi verməyə hazır olduğunu əlavə edib.
Bu günə qədər sülh müqaviləsinin mətni tam razılaşdırılıb, 17 paraqrafdan ibarətdir. Azərbaycan burada hər hansı bir əlavə şərt irəli sürmür. Bizim şərtlərimiz Ermənistan üçün bəllidir, yenilik deyil. Bu şərtləri biz uzun müddət ərzində irəli sürürük. Ancaq Ermənistandan bu günə qədər hər hansı bir ciddi cavab almamışıq. Nədən ibarətdir bu? Birinci, ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu fikirləri Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında söyləyib. Dövlətimizin başçısı əlavə edib: “İkinci məsələ Ermənistanın konstitusiyası ilə bağlıdır. Ermənistan konstitusiyasında Ermənistan müstəqillik aktına istinad var. O konstitusiyanın tərkib hissəsidir. Orada isə Azərbaycanın hüquqi, tarixi ərazisi Ermənistanla birləşməsi haqqında müddəa var və bu, bizə qarşı açıq ərazi iddiası sayılır. Ona görə Ermənistan konstitusiyasından bu bəndin çıxarılması bizim legitim tələbimizdir. Bu iki şərt təmin olunandan sonra sülh müqaviləsini imzalanmaq üçün heç bir maneə olmayacaq. Necə deyərlər, top Ermənistanın tərəfindədir. Əgər Ermənistan doğurdan da sülh müqaviləsini imzalamaq istəyirsə, Azərbaycanın bu iki legitim şərtini qəbul etməlidir”.
Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırıq - Almaniya Prezidenti
"Biz birmənalı olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyırıq." Bunu Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer aprelin 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatla çıxışı zamanı deyib.
Prezident sülhdən danışdı: "Mövqelərimiz bir-birinə kifayət qədər yaxınlaşıb"
Tarixi Zəfərimiz sülh danışıqlarına yol açmışdır və hesab edirəm ki, bu gün Azərbaycanın və Ermənistanın sülhün əldə edilməsində mövqeləri bir-birinə kifayət qədər yaxınlaşmışdır. Bu barədə Prezident İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə mətbuata bəyanatında bildirib. Almaniya Prezidentinin Azərbaycana bu səfərinin çox müsbət nəticələrinin olacağından əminliyini vurğulayan dövlətimizin başçısı deyib: “İkitərəfli münasibətlər tarixində bu, Almaniya Prezidentinin Azərbaycana birinci rəsmi səfəridir və əminəm ki, səfərin yekunları ölkələrimizi bir-birinə daha yaxın edəcəkdir”.