Samuxda 34 yaşlı şəxsi dayısı bıçaqladı .....                        İstehlak bazarlarında mallara qarşı qaydalar .....                        Nazirliyinin yeni strukturu - 13 şöbə, 4 sektor .....                        54 yaşlı sürücü sükan arxasında öldü .....                        Evin damını təmir edən şəxs yıxılaraq öldü .....                        Hərbi Prokurorluğun qarşısında maşın yandı .....                        Ağac aşdı, üç nəfər öldü .....                        Gəncədə tələbə dəm qazından boğularaq ölüb .....                        Əhaliyə XƏBƏRDARLIQ edildi .....                       
1-04-2026, 19:59
Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - FOTO


Bakı və Türkmənbaşı limanları əməkdaşlığı genişləndirir - FOTO

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov və Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Nökərqulu Ataqulıyev arasında Bakı Beynəlxalq Dəniz Limanında görüş keçirilib.
Türkmənistan nümayəndə heyətinə Bakı Limanı haqqında, o cümlədən ADY-yə inteqrasiyasından sonra burada görülmüş işlər və Orta Dəhlizlə multimodal daşımalarda limanın rolu barədə geniş məlumat verilib.
Qeyd olunub ki, ötən il limanda rekord həcmdə - 100 min TEU konteynerdən çox yük aşırılıb, bu da Azərbaycanın nəqliyyat infrastrukturuna böyük investisiyalarının nəticəsində mümkün olub.
İkitərəfli müzakirələr zamanı Türkmənbaşı Beynəlxalq Dəniz Limanında dəniz dibinin dərinləşdirilməsi ilə infrastrukturun təkmilləşdirilməsi və liman üzərindən yükdaşımaların artırılması barədə fikir mübadiləsi aparılıb.
Tərəflər iki ölkənin dəmir yolları və beynəlxalq dəniz limanları arasında koordinasiyalı fəaliyyətin təmin edilməsi üçün rəqəmsal məlumat mübadiləsinin vacibliyini qeyd ediblər.
Eyni zamanda, Orta Dəhlizin və Avrasiya Nəqliyyat Marşrutunun inkişafı çərçivəsində multimodal daşımalar üzrə əməkdaşlığın genişləndirilməsi və Şərq-Qərb-Şərq istiqamətində yük axınının artırılması üçün görülə biləcək işlər vurğulanıb.







1-04-2026, 19:48
Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul edib - FOTO


Ceyhun Bayramov Hindistanın yeni səfirini qəbul edib - FOTO

1 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Hindistanın ölkəmizə yeni təyin olunmuş səfiri Abhay Kumarı qəbul edib.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan ilə Hindistan arasında mövcud münasibətlərin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub.
Tərəflər Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr mexanizminin əməkdaşlıq məsələləri ilə yanaşı, iki ölkə arasında fikir ayrılığı təşkil edən məsələlərin müzakirəsi baxımdan faydalı olacağını qeyd ediblər.
Görüşdə ölkələr arasında tarixi münasibətlərin əlaqələrin təməlini formalaşdırdığı bildirilib, birbaşa təyyarə reyslərinin mövcudluğu, turizm və təhsil sahəsində əməkdaşlığın inkişafı ilə bağlı məmnunluq ifadə olunub.
Enerji sahəsində əməkdaşlığa toxunularaq, Hindistanın "ONGC Videsh" şirkətinin Azərbaycanın "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunda və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərində paya sahib olması ikitərəfli iqtisadi əlaqələrin mühüm istiqamətlərindən biri olduğu bildirilib.
Görüş zamanı, həmçinin Yaxın Şərqdə mövcud gərginlikdən narahatlıq ifadə olunub. Hindistan səfiri ölkəsi adından İran ərazisindən Hindistan vətəndaşlarının təxliyəsi zamanı göstərilən dəstəyə görə Azərbaycan tərəfinə dərin təşəkkürünü ifadə edib.
Nazir Ceyhun Bayramov səfiri yeni təyinatı münasibətilə təbrik edərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.
Səfir Abhay Kumar səmimi qəbula görə təşəkkürünü bildirərək, fəaliyyəti dövründə Azərbaycan-Hindistan münasibətlərinin bütün istiqamətlər üzrə genişləndirilməsinə töhfə vermək niyyətində olduğunu xüsusi vurğulayıb.

1-04-2026, 19:32
Xamenei ictimaiyyət qarşısına çıxacaq


Xamenei ictimaiyyət qarşısına çıxacaq

İranın Ali Rəhbəri Ayətullah Müctəba Xameneinin səhhəti yaxşıdır.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bildirib.
Onun sözlərinə görə, Müctəba Xamenei müəyyən müddətdən sonra ictimaiyyət qarşısına çıxacaq.
1-04-2026, 19:19
Ermənistanda Qarabağ hərəkatına son qoyulmalıdır - Paşinyan


Ermənistanda Qarabağ hərəkatına son qoyulmalıdır - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan Rusiya ilə münasibətlərin Ermənistan üçün vacib olduğunu bildirib.
Paşinyan bunu Kremldə Rusiya prezidenti Vladimir Putinlə görüşündə bildirib.
O vurğulayıb ki, Azərbaycanla sülh İrəvanın Moskva ilə münasibətlərinə müsbət təsir göstərir.
"Əlbəttə ki, Rusiya ilə münasibətlərimiz çox dərindir, bizim üçün çox vacibdir. Fikrimcə, bu münasibətlər regionumuzdakı yeni reallıqlar kontekstində, nəhayət ki, Ermənistan və Azərbaycan arasında sülh bərqərar olduqda dinamik şəkildə inkişaf edir", - Ermənistanın Baş naziri bildirib.
Paşinyan Putinin Bakı və İrəvan arasındakı münasibətlərin normallaşmasında mühüm və əsas rolunu vurğulayıb: "Aydındır ki, siz də şəxsən Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində əsas, çox vacib rol oynamısınız və oynamaqda davam edirsiniz".
Paşinyan Ermənistanda Qarabağ hərəkatına son qoyulmasının vacibliyini də vurğulayıb. Bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh bərqərar olub, iki ölkə bir-birinin ərazi bütövlüyünü tanıyıb.
"Qarabağa gəldikdə isə, biz bunu dəfələrlə, əsasən, işçi formatda müzakirə etmişik. Bəli, biz Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıdıq, lakin bunu yalnız Rusiya Federasiyasının ali rəhbərliyi bu barədə iki dəfə publik şəkildə danışdıqdan sonra etdik. Xatırlayırsınız, biz bu barədə dəfələrlə danışmışıq.
Biz KTMT ilə problemlərimizi heç vaxt gizlətməmişik, çünki 2022-ci ildə konkret bir vəziyyəti var idi və KTMT mexanizmləri işləməli idi, amma işləmədi. Bu, əlbəttə ki, KTMT ilə münasibətlərimizdə yaranan vəziyyətə gətirib çıxardı".
Paşinyan həmçinin Ermənistanın tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcəyinə ümid etdiyini söyləyib.
O əlavə edib ki, Ermənistan və Rusiya arasındakı münasibətlər heç vaxt sual altında olmayacaq.
1-04-2026, 18:59
Əli Əsədov TDT-nin Baş katibi ilə görüşdü


Əli Əsədov TDT-nin Baş katibi ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 1-də Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev ilə görüşüb.
Bu barədə Nazirlər Kabinetindən xəbər verilib.
Görüşdə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub, təşkilatın çoxtərəfli platforma qismində artan rolu vurğulanıb.
Təşkilata üzv dövlətlər arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın son illər ərzində əhəmiyyətli dərəcədə genişləndiyi qeyd edilib.
Görüşdə Azərbaycanın TDT-yə sədrliyi dövründə əməkdaşlığın daha da inkişaf etdirilməsi, təşkilatın beynəlxalq nüfuzunun artırılması istiqamətində səylərin davam etdiriləcəyi bildirilib.
1-04-2026, 18:51
Özbəkistanın Baş naziri Azərbaycana gəldi


Özbəkistanın Baş naziri Azərbaycana gəldi

Özbəkistan Respublikasının Baş naziri Abdulla Aripov aprelin 1-də Azərbaycan Respublikasına səfərə gəlib.
Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
1-04-2026, 18:46
Kremldə Putin-Paşinyan görüş keçirilir


Kremldə Putin-Paşinyan görüş keçirilir

Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla danışıqlar aparır.
Paşinyan Moskvada səfərdədir.
Bildirilib ki, görüşdə tərəflərin Rusiya-Ermənistan strateji tərəfdaşlığının mövcud vəziyyətini və perspektivlərini, əsas regional məsələləri, eləcə də Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafını müzakirə edəcəkləri gözlənilir.
1-04-2026, 18:38
Daha bir ölkə Azərbaycanda səfirlik açır - Mühüm razılıq


Daha bir ölkə Azərbaycanda səfirlik açır - Mühüm razılıq

1 aprel tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Rangel arasında telefon danışığı aparılıb.
XİN-dən verilən xəbərə görə, nazirlər telefon danışığı zamanı Azərbaycanla Portuqaliya arasında əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərini, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Portuqaliya naziri ölkəsinin Azərbaycandakı diplomatik təmsilçiliyinin səviyyəsinin qaldırılması və ölkəmizdə səfirlik açmaq barədə qərar verildiyini diqqətə çatdırıb.
Nazir Ceyhun Bayramov bu qərara görə təşəkkür edib.
Nazirlər ikitərəfli münasibətlərin inkişafı istiqamətində siyasi məsləhətləşmələr mexanizminin və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıblar. İkitərəfli əməkdaşlığın iqtisadiyyat, enerji, ticarət, nəqliyyat və turizm sahələrində genişləndirilməsi üçün mövcud imkanlar nəzərdən keçirilib.
Tərəflər həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Nazirlər Yaxın Şərqdə artan hərbi eskalasiyadan narahatlıqlarını ifadə edib, münaqişənin diplomatik həllinin zəruri olduğunu diqqətə çatdırıblar.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
1-04-2026, 18:27
İran İsrailin neft tankerini vurdu


İran İsrailin neft tankerini vurdu

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında neft tankerini vurduğunu bildirib.
Bu barədə SEPAH sosial şəbəkələrdəki rəsmi səhifəsində məlumat yayıb.
"SEPAH-ın raket zərbəsi nəticəsində "Aqua 1" adlı neft tankeri vurulub", - məlumatda qeyd edilib.
Korpusdan əlavə ediblər ki, İsraillə əlaqəli tanker alova bürünüb.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
1-04-2026, 18:20
Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ


Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ

"Konstitusiya və Suverenlik İli" münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı 22 dekabr 2025-ci il tarixdən 31 mart 2026-cı il tarixədək prokurorluq və məhkəmə orqanları ilə birgə Ədliyyə Nazirliyinin Penitensiar və Probasiya xidmətləri, habelə İstintaq idarəsi üzrə 18.203 şəxs barəsində tətbiq olunub.
Bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, amnistiya tətbiq olunan şəxslərin 5.310-u müəyyən müddətə azadlıqdan məhrumetmə, 10.226-sı isə azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzalardan azad edilib. Bundan əlavə, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 2.648 nəfərin cəzası 6 ay azaldılıb. 19 nəfər isə cinayət məsuliyyətindən azad edilib (ədliyyə orqanlarının istintaq aidiyyəti üzrə).
Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslərdən Vətən müharibəsində iştirak etdiyinə görə 20 nəfər və qərar qüvvəyə mindiyi günədək 60 yaşına çatdığına görə 18 nəfər də cəzadan azad edilənlər arasında yer alıb.
Amnistiya tətbiq olunmuş şəxslərdən 1.309-u böyük ictimai təhlükə törətməyən, 15.996-sı az ağır, 898-i ağır cinayətlər törətmiş şəxslərdir.

Ümumilikdə amnistiya tətbiq olunmuş şəxslərdən 17.292-si kişi (onlardan 86-sı yetkinlik yaşına çatmayan şəxslərdir), 911-i qadındır (onlardan 1-i yetkinlik yaşına çatmayan şəxsdir).
Amnistiya aktının icrası davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!