Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
8-02-2026, 13:49
Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim etdi


Azərbaycan səfiri etimadnaməsini İraq Prezidentinə təqdim etdi

Azərbaycanın İraq Respublikasında fövqəladə və səlahiyyətli səfiri Eldar Səlimov etimadnaməsini bu ölkənin Prezidenti Əbdüllətif Camal Rəşidə təqdim edib.
Səfir bu barədə "X"dəki hesabında yazıb.
"Bu gün etimadnaməmi İraq Respublikasının Prezidenti cənab Əbdüllətif Camal Rəşidə təqdim etməkdən şərəf duydum. Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq məsələləri müzakirə olundu", - səfir yazıb.
8-02-2026, 13:08
"The Washington Post"un baş direktoru istefa verdi


"The Washington Post"un baş direktoru istefa verdi

"The Washington Post" (WP) qəzetinin naşiri və baş direktoru Uill Luis vəzifəsindən ayrılır.
Bu barədə WP-nin Ağ Evdəki müxbiri Mett Vizer məlumat yayıb.
"The Washington Post"dakı iki illik transformasiyadan sonra gedişim üçün münasib vaxt gəlib çatdı... Fəaliyyətim dövründə "The Post"un dayanıqlı gələcəyini təmin etmək və onun uzun illər ərzində hər gün milyonlarla oxucu üçün yüksək keyfiyyətli, qərəzsiz xəbərlər dərc etməsinə imkan yaratmaq üçün çətin qərarlar qəbul edilib", - deyə Luis işçilərə ünvanladığı və Vizer tərəfindən paylaşılan məktubunda yazıb.
"The Washington Post"un naşiri və baş direktoru vəzifələrini qəzetin maliyyə direktoru Ceff D'Onofrio icra edəcək.
Qeyd edək ki, Uill Luis 2023-cü ildə təxminən on il ərzində WP-nin naşiri və baş direktoru postunu tutan Fred Rayanı əvəz etmişdi.
8-02-2026, 12:56
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Fevralın 9-da gözlənilən hava proqnozu açıqlanıb.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 6-9° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 70-75 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əksər rayonlarda əsasən yağmursuz olacaq. Lakin gündüzdən bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 10-15° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacaq.
8-02-2026, 12:14
İran atom bombası axtarmır - Abbas Əraqçi


İran atom bombası axtarmır - Abbas Əraqçi

İran atom bombası axtarmır.
Bunu İran xarici işlər naziri Abbas Əraqçi bildirib.
Abbas Əraqçi İranın dinc nüvə proqramının məqsədləri ilə bağlı hər hansı bir sual və ya qeyri-müəyyənlik olarsa, cavab verəcək, qeyri-müəyyənliyi aradan qaldıracaqlar.
“Bunun yeganə yolu diplomatiyadır”.
8-02-2026, 11:40
Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var


Rusiya Zaporojyeyə 300 dronla hücum etdi - Ölən və yaralananlar var

Ukraynanın Zaporojye vilayəti dron hücumuna məruz qalıb.
Bu barədə "RBK-Ukraina" Zaporojye Vilayət Hərbi Administrasiyasının rəisi İvan Fedorova istinadən məlumat yayıb.
İvan Fedorov bildirib ki, Rusiya qoşunları regiona 577 zərbə endirib və yaşayış məntəqələrinə 297 dron buraxıb.
"Rusiyanın hücumları nəticəsində Zaporojye və Poloqovsk rayonlarında bir nəfər həlak olub, səkkiz mülki şəxs müxtəlif dərəcəli xəsarətlər alıb. Onlar kütləvi kombinə edilmiş atəş taktikası tətbiq ediblər. Dron hücumlarından (əsasən FPV) ən çox Volnyansk, Qulyaypole, Stepnoqorsk və Novonikolayevka zərər çəkib", - Fedorov qeyd edib.
Onun sözlərinə görə, Rusiya aviasiyası kənd və qəsəbələrə 24 zərbə, onlarla icmanın yaşayış məhəllələrinə və ətrafına 253 artilleriya zərbəsi endirib. 67-dən çox yaşayış evi, avtomobil və mülki infrastruktur obyekti zədələnib.
8-02-2026, 11:21
Masallıda 9 kiloqram narkotik vasitə AŞKARLANDI


Masallıda 9 kiloqram narkotik vasitə AŞKARLANDI

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, saxlanılan 31 yaşlı Fərid Mirzəyevdən 9 kiloqram marixuana aşkarlanaraq götürülüb.
O, ifadəsində narkotik vasitəni şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. F.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
8-02-2026, 11:12
"Malakan bağı"nda yanğın


"Malakan bağı"nda yanğın

Bakının mərkəzində yerləşən "Malakan bağı" ilə üzbəüz mağazada yanğın var.
Hadisə ilə bağlı yanğınsöndürən briqadalar əraziyə çağırılıb.
Məlumata görə, polis əməkdaşları da ərazidə təhlükəsizlik tədbirlərini gücləndirərək yanğını söndürməyə kömək edirlər.
Hazırda yanğının səbəbi, miqyası və xəsarət alanlarla bağlı dəqiq məlumat yoxdur.
Məsələ ilə bağlı rəsmi qurumların açıqlaması gözlənilir.
8-02-2026, 11:00
Bakı-Sumqayıt yolunda hərəkət dayandırıldı


Bakı-Sumqayıt yolunda hərəkət dayandırıldı

Bakı–Sumqayıt yolunun Sulutəpə dairəsi istiqamətində yolun asfalt örtüyünün yenilənməsi ilə əlaqədar həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yol polisi əməkdaşları tərəfindən nəqliyyat vasitələrinin rahat və fasiləsiz hərəkətinin təmin edilməsi istiqamətində qabaqlayıcı tədbirlər görülür, hərəkətin nizamlanması həyata keçirilir.
“Sürücülərdən xahiş olunur ki, müvəqqəti yol nişanlarının tələblərinə əməl etməklə, alternativ yollardan istifadə etsinlər”, - deyə qurumun məlumatında bildirilir.
8-02-2026, 10:20
“7:1 yuxu qaydası” ömrü bir neçə il uzada bilər


“7:1 yuxu qaydası” ömrü bir neçə il uzada bilər

Son araşdırmalar göstərir ki, yalnız kifayət qədər yatmaq deyil, həm də hər gün eyni saatlarda yatmaq insanın ömür uzunluğuna ciddi təsir göstərə bilər.
Tədqiqatçılar bunu “7:1 yuxu qaydası” kimi təqdim edirlər.
Bu qaydaya görə, insan həftədə ən azı beş gün gecə təxminən yeddi saat yatmalı və yatma vaxtını bir saatlıq interval daxilində sabit saxlamalıdır. Araşdırma nəticələri göstərir ki, kifayət qədər yuxu müddəti ilə müntəzəm yatma saatının birlikdə tətbiqi erkən ölüm riskini təxminən 24% azalda bilər.
Vitality və London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin (LSE) birgə araşdırmasına əsasən, belə yuxu vərdişləri insanın ömür uzunluğunu orta hesabla iki-dörd ilədək artırmaq potensialına malikdir.
Tədqiqat milyonlarla gecəlik yuxu məlumatlarının təhlilinə əsaslanır və göstərir ki, qeyri-müntəzəm yuxu rejimi daha yüksək ölüm riski ilə əlaqəlidir. Bu səbəbdən mütəxəssislər yuxu müddətindən əlavə, bədənin bioloji ritmini qoruyan sabit yatma saatının xüsusilə vacib olduğunu vurğulayırlar.
Ekspertlər qeyd edirlər ki, müasir həyat tərzi səbəbindən insanların böyük hissəsi optimal yuxu rejiminə əməl etmir və sadə vərdiş dəyişiklikləri – ekran vaxtının azaldılması, sabit yuxu qrafiki və rahatlaşdırıcı gecə rutini – sağlamlıq göstəricilərini yaxşılaşdıra bilər.
İnsan orqanizminin bioloji saatına uyğun və müntəzəm yuxu rejimi yalnız ömür müddətini uzatmaqla deyil, ümumi sağlamlıq, enerji səviyyəsi və metabolizmanın sabit qalması baxımından da mühüm rol oynayır.
8-02-2026, 10:05
Prezidentin qızı və gəlini Şah Abbas məscidində


Prezidentin qızı və gəlini Şah Abbas məscidində

Leyla Əliyeva və Alena Əliyeva Gəncədə Şah Abbas məscidini ziyarət ediblər.
Məscid 1606-cı ildə Səfəvi hökmdarı I Şah Abbasın əmri ilə memar Şeyx Bahəddin Məhəmməd Amilin layihəsi əsasında inşa edilib.
Gəncənin mərkəzində yerləşən bu abidə orta əsr Azərbaycan memarlığının portal-günbəz ənənələrini, lakonik və ifadəli bədii-konstruktiv xüsusiyyətlərini özündə birləşdirir.
Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub. Qeyd edək ki, məscid 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə bərpa olunub.


����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!