6-06-2023, 12:41
Sabahın hava proqnozuAzərbaycanda iyunun 7-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər yarımadanın bəzi ərazilərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 23-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi rayonlarda arabir güclü olacaq. Havanın temperaturu gecə 15-19° isti, gündüz 22-27° isti, dağlarda gecə 5-10° isti, gündüz 12-17° isti olacaq.
6-06-2023, 12:33
Ukrayna prezidenti SES-dəki partlayışa görə təcili iclas keçirdiUkrayna prezidenti Volodimir Zelenski Rusiyanın Nova Kaxovka Su Elektrik Stansiyasını bombalaması ilə əlaqədar Milli Təhlükəsizlik və Müdafiə Şurasının təcili iclasını keçirib. Bu barədə "Unian" məlumat yayıb. "Kaxovka su anbarından su ilə təmin olunan bütün şəhər və kəndlərin riskli ərazilərdən köçürülməsi və içməli su ilə təmin olunması tapşırılıb. İnsanları xilas etmək üçün bütün xidmətlər, hərbçilər, hökumət, Prezident Ofisi iştirak edir", - deyə qeyd olunub. "Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında Rusiyanın bu terror aktına görə məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq və təhlükəsizlik tədbirləri kompleksi razılaşdırılıb", - məlumatda deyilir.
5-06-2023, 20:22
Türkiyə parlamentinin spiker postuna namizədi bəlli olduTürkiyə parlamentinin hakim siyasi qüvvələrinin spiker postuna namizədi bəlli olub. Bu barədə TRT məlumat yayıb. Bildirilir ki, AKP və MHP fraksiyaları parlament sədri vəzifəsinə Numan Kurtulmuşun namizədliyini irəli sürüb. Parlamentin sədri çərşənbə günü seçiləcək. Hazırda müvəqqəti olaraq bu vəzifəni MHP sədri Dövlət Bağçalı icra edir. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin 25, 26 və 27-ci çağırış deputatı olan Kurtulmuş AKP sədrinin müavinidir.
5-06-2023, 20:00
Bu ölkələrin XİN rəhbərləri arasında yenidən görüş baş tutacaqRusiya, Türkiyə, Suriya və İran xarici işlər nazirlərinin görüşü keçiriləcək. Bu barədə Misirin "Al-Watan" qəzeti məlumat yayıb. Bildirilib ki, görüş 20-21 iyul tarixlərində Astana şəhərində keçiriləcək. Xatırladaq ki, nazirlərin bundan öncəki görüşü mayın 10-da Moskvada keçirilib. Əvvəlki görüşdən fərqli olaraq bu dəfə Türkiyəni XİN başçısı postunda Hakan Fidan təmsil edəcək
5-06-2023, 18:43
Britaniyanın XİN rəhbəri Ukraynaya səfər etdiBritaniyanın xarici işlər naziri Ceyms Kleverli Kiyevə səfər edib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "Telegram" səhifəsində məlumat yayıb. Tərəflər Ukraynanın NATO-nun Vilnüs sammitindən gözləntilərini müzakirə ediblər. Zelenski bildirib ki, son həftələrdə “vacib razılaşmalar” əldə olunub.
5-06-2023, 16:48
Azərbaycan NATO-nun iclasında iştirak edəcəkBu gün NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında Alyansın ən yüksək hərbi strukturu olan Hərbi Komitə çərçivəsində ilk dəfə olaraq enerji təhlükəsizliyi üzrə tərəfdaşlarla birgə genişləndirilmiş formatda görüş keçirilib. Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyindən verilən xəbərə görə, Komitə iclasında ölkəmizi təmsil edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Esmira Cəfərova ölkəmizin uğurlu enerji siyasəti, habelə qlobal və regional müstəvidə enerji təhlükəsizliyinə töhfələri barədə təqdimatla çıxış edib. Azərbaycan təmsilçisi NATO mənzil-qərargahına səfəri çərçivəsində, həmçinin NATO Beynəlxalq Katibliyinin İqlim və enerji təhlükəsizliyi bölməsi və NATO-nun Vilnüsdə yerləşən Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib. Müzakirələr zamanı E.Cəfərova Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən enerji trategiyamız, “Cənub Qaz dəhlizi”nin Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rol, ölkəmizin bərpa olunan enerji mənbələri kontekstində təqdim edə biləcəyi imkanlar və perspektiv layihələr barədə müttəfiq və tərəfdaş dövlətlərə məlumat verib. NATO üzv dövlətləri Azərbaycanın Alyansın etibarlı və vacib tərəfdaşı olduğunu vurğulayıb. Müttəfiq dövlətlər ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı müsbət rolu yüksək dəyərləndirib, görülmüş işlər və gələcək layihələrin əhəmiyyətinə toxunub.
5-06-2023, 16:30
Ermənistanda antigürcü əhval-ruhiyyə yoxdur - Mirzoyan"İrəvan və Tbilisi bütün məsələləri səmimi və konstruktiv şəkildə müzakirə edir". Bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı deyib. Nazir bildirib ki, Ermənistan və Gürcüstan arasında siyasi dialoq çox yüksək səviyyədədir. Lakin o, hər iki cəmiyyətdə “arzuolunmaz təzahürlərin” zaman-zaman baş verə biləcəyini etiraf edib: "Və hər iki ölkənin hakimiyyətinin vəzifəsi onların qarşısını almaq və ya kökünü kəsməkdir". "Ermənistanda antigürcü əhval-ruhiyyə yoxdur. İrəvan Tbilisi ilə isti və tərəfdaşlıq münasibətlərini daha da dərinləşdirməyi hədəfləyir", - Mirzoyan fikrini belə yekunlaşdırıb.
5-06-2023, 16:22
Naxçıvana uçuş qiymətində ucuzlaşma gözlənilirNaxçıvan Muxtar Respublikasında iqtisadi aktivliyi artırmaq məqsədilə ərazi ticarət və ticarət qovşağı kimi inkişaf etdiriləcək. Belə ki, üç ölkə ilə sərhəd zonasında yerləşməsi Naxçıvan Muxtar Respublikasına ticarət qovşağı, xüsusilə malların təkrar ixracı (paylaşdırılması) yeri və ya sərhədyanı bazar kimi istifadə üçün əlverişli şərait yaradır. Bu məqsədlə, Naxçıvan Muxtar Respublikasına gətirilən bütün malların (siyahı üzrə Azərbaycan Respublikasında istehsal olunan mallar istisna olmaqla) idxal rüsumundan azad olunması, habelə Naxçıvan şəhərində malların xarici ölkə vətəndaşlarına vergi və gömrük nəzarəti altında idxal rüsumları və əlavə dəyər vergisi olmadan satılması üçün orada Ticarət Mərkəzinin yaradılması məqsədəuyğundur. Bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub. Eyni zamanda, əlavə olaraq yalnız hava yolu ilə Azərbaycan Respublikasının digər bölgələrindən Naxçıvan Muxtar Respublikasına səfər edən fiziki şəxslərin geri qayıdarkən həmin Ticarət Mərkəzindən güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) mal alıb gətirə bilmələri üçün hədlərin və şərtlərin müəyyən edilməsi təklif olunur. Ticarət Mərkəzinin yaradılması Bakıdan və Azərbaycanın digər bölgələrindən insanların alış-veriş üçün Naxçıvan Muxtar Respublikasına hava yolu ilə səfərlərini, həmçinin qonşu ölkələrdən insanların ticarət və əyləncə üçün gəlmə ehtimalını artıracaq. Aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvan Muxtar Respublikası ilə digər yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmalarının təşkil edilməsi də ticarət məqsədilə Naxçıvan Muxtar Respublikasına gələnlərin sayının artmasına əhəmiyyətli dəstək verəcək. Zəngəzur dəhlizi açıldıqdan sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhalisi ilə Naxçıvan Muxtar Respublikasının əhalisi arasında qarşılıqlı ticarət və səfərlər üçün imkanlar yaranacaq, güzəştlərin quru yolu ilə Azərbaycan Respublikasının digər bölgələrindən edilən səfərlərə tətbiqi məsələsinə ayrıca qiymətləndirmə aparılmaqla baxılacaq. Həyata keçiriləcək tədbirlər Naxçıvan Muxtar Respublikasının ərazisində iqtisadi aktivliyin, məşğulluğun və ixracın artmasına, yerli istehsalın maya dəyərinin azalmasına və əhalinin alıcılıq qabiliyyətinin yüksəlməsinə, habelə Naxçıvan Muxtar Respublikasının Azərbaycanın digər bölgələri ilə işgüzar əlaqələrinin güclənməsinə kömək edəcək. Ticarət qovşağının olması həm də Naxçıvan Muxtar Respublikasında törəmə sahələrin (kafe və restoran, əyləncə mərkəzləri, otellər) yaranmasına və inkişafına gətirib çıxaracaq.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
5-06-2023, 16:11
Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinə yeni təyinatRəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin tabeliyindəki Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub. Bu vəzifə Sabir Bilalova həvalə edilib. Qurumun yeni sözçüsü bundan əvvəl "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) çalışıb.
5-06-2023, 16:04
CHP Mərkəzi İdarə Heyətinin yeni tərkibi məlum olduTürkiyədə ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) ali idarəetmə orqanı olan Mərkəzi İdarə Heyətinin (MYK) yeni tərkibi məlum olub. Sonuncu seçkilərdə qələbə çalmağın mümkün olmamasından sonra MYK-nın keçmiş tərkibi istefaya getmişdi. Qeyd olunub ki, partiya seçicilərin səsvermə ilə verdiyi mesajı analiz etdikdən sonra yeni siyasi xəttin hazırlanmasını təmin edəcək.