Corab satan Allahverdi Yolçuyevə iş verildi .....                        İŞİD lideri və iki oğlu öldürüldü .....                        Nazir əməliyyat müşavirəsi keçirdi - Tapşırıqlar verdi .....                        Meşə yanğının Bülent Ersoyun villasına çatdı .....                        Makronun sözünün çəkisi yoxdur .....                        Ceyhun Bayramov Fidanla sülhdən danışdı .....                        HƏMAS razılaşma istəmir - Tramp .....                        Şuşa Media Forumu qlobal mətbuatda .....                        Şamaxıda "Mercedes" ana və qızını vurdu .....                       
5-06-2023, 15:41
Rusiya taxıl müqaviləsinin uzadılması üçün heç bir perspektiv görmür


Rusiya taxıl müqaviləsinin uzadılması üçün heç bir perspektiv görmür

"İstanbuldakı Birgə Əlaqələndirici Məntəqə taxıl müqaviləsi çərçivəsində gəmilərin təftişini bərpa edib". Bunu Rusiya XİN başçısının müavini Sergey Verşinin deyib. "Rusiya taxıl müqaviləsinin uzadılması üçün heç bir perspektiv görmür. BMT nümayəndələri ilə mövcud razılaşmalar üzrə məsləhətləşmələr davam edir. Ukrayna taxıl sazişinin həyata keçirilməsi üçün müxtəlif tələblər irəli sürür və bununla da artıq vəziyyəti çıxılmaz vəziyyətə salıb, Rusiya isə ixracı ehtiva edən razılaşmalara əməl etməkdə israrlıdır", - deyə o qeyd edib. "Yeni limanlar hesabına Qara dəniz təşəbbüsündə heç bir dəyişiklik olmadı", - nazir müavini bildirib.
5-06-2023, 15:29
Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək


Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək

Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatında risklərin azaldılması məqsədilə Türkiyədən Naxçıvana təbii qaz nəqli üçün boru kəməri çəkiləcək. Bu barədə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramında qeyd olunub. Dövlət Proqramında bildirilir ki, Naxçıvan Muxtar Respublikasında ən müasir texnologiyaların tətbiqi telekommunikasiya və poçt xidmətlərinin çeşidini və keyfiyyətini artıracaq, internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, təhlükəsizliyin, dayanıqlığın və xidmətlərin fasiləsizliyinin təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasında fiber-optik magistral şəbəkə Türkiyə ilə əlaqələndirilməklə yenilənəcək, əhalinin keyfiyyətli internet xidmətlərinə çıxışı asanlaşacaq, həmçinin mobil rabitənin inkişafı ilə bağlı tədbirlər həyata keçiriləcək. Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi, o cümlədən ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə müvafiq layihələr gerçəkləşdiriləcək. Aşağı büdcəli hava nəqliyyatı şirkətləri tərəfindən Naxçıvan Muxtar Respublikası ilə yerli və xarici hava limanları arasında müntəzəm sərnişin və yük daşınmaları təşkil ediləcək. Zəngəzur dəhlizinin açılması burada dəmir yolu infrastrukturunun yenilənməsini də zəruri edir. Bu səbəbdən dəmir yolu infrastrukturu yenidən qurulacaq, təhlükəsiz, sürətli və dayanıqlı daşıma xidməti təmin olunacaq. Naxçıvan Muxtar Respublikasının təbii qazla təminatında risklərin azaldılması məqsədilə Türkiyə Respublikasından Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqli üçün boru kəməri çəkiləcək. Əhalinin həyat şəraitinin yüksəldilməsi üçün rayon mərkəzlərinin və kəndlərin içməli su təminatının artırılması ilə bağlı tədbirlər görüləcək. Kənd təsərrüfatına yararlı tоrpaqların su ilə təminatının yaхşılaşdırılması, təsərrüfatlarda mövcud ənənəvi suvarmadan mərhələli olaraq mütərəqqi suvarma sistemlərinə keçidin təmin edilməsi ilə torpaqlardan səmərəli istifadə olunacaq, müasir suvarma infrastrukturu formalaşdırılacaq.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 5-də “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
5-06-2023, 15:16
Ermənistanla danışıqların növbəti raundunun tarixi açıqlandı


Ermənistanla danışıqların növbəti raundunun tarixi açıqlandı

Ermənistan və Azərbaycan XİN başçıları arasında danışıqların növbəti raundunun tarixi açıqlanıb. Bu barədə "Sputnik Armenia"ya Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, növbəti görüş iyunun 12-də Vaşinqtonda baş tutacaq. Lakin görüşün detalları barədə məlumat verilməyib.
Xatırladaq ki, bundan əvvəlki görüş 1-4 may 2023-cü il tarixlərində keçirilib. ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar aparılıb.
5-06-2023, 15:07
Prezident Naxçıvanla bağlı sərəncamı imzaladı


Prezident Naxçıvanla bağlı sərəncamı imzaladı

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Sərəncamda deyilir: "Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təqribən yarıməsrlik dövrü xalqımızın Ümummilli Lideri Heydər Əliyevin fəaliyyəti ilə sıx bağlıdır. Məhz Ulu Öndərin çoxşaxəli fəaliyyəti sayəsində ölkəmizin bütün regionlarının, o cümlədən Naxçıvanın sosial-iqtisadi inkişafının möhkəm bünövrəsi qoyulmuşdur. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. Dövlət proqramları çərçivəsində görülmüş işlər Naxçıvan Muxtar Respublikasının qarşıdakı illərdə də inkişafı üçün geniş imkanlar yaratmışdır. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilmişdir. Bu isə öz növbəsində, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı ilə əlaqədar tədbirlərin, həmçinin kompleks proqramların hazırlanmasını və icrasının davam etdirilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü və 32-ci bəndlərini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafının davamlılığının təmin edilməsi, infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılması, əhalinin məşğulluğunun və maddi rifahının yüksəldilməsi məqsədilə qərara alıram:
1. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın (bundan sonra – Dövlət Proqramı) 2023–2024-cü illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini bir ay müddətində, 2025–2027-ci illərdə maliyyələşdirilməsi ilə bağlı təkliflərini isə 2024-cü il iyulun 1-dək hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Dövlət Proqramının Tədbirlər Planına və müəyyənləşdiriləcək maliyyə vəsaitinin həcminə uyğun olaraq, üç ay müddətində 2023–2024-cü illər üzrə, 2024-cü il sentyabrın 1-dək isə 2025–2027-ci illər üzrə tədbirlər planında nəzərdə tutulmuş məsələlərin icrasının təmini üçün daha təfsilatlı tədbirlər planlarının layihələrini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini əlaqələndirsin və Dövlət Proqramının icrası barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.
5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi məqsədilə hər il Azərbaycan Respublikası dövlət büdcəsinin, dövlət investisiya proqramlarının və Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin tərtibi prosesində zəruri maliyyə vəsaitinin nəzərdə tutulması üçün müvafiq tədbirlər görsünlər".
5-06-2023, 13:49
İranın molla rejiminə xidmət edən şəxslər həbs edildi


İranın molla rejiminə xidmət edən şəxslər həbs edildi

Azərbaycanda İranın molla rejiminə xidmət edən və onları təbliğ edən şəxslərin müəyyən edilməsi, casus şəbəkələrinin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Bu barədə “MOUZE“ teleqram kanalı məlumat yayıb. Əməliyyat nəticəsində Sumqayıt sakini Kərbəlayi Seymur və Sabirabad sakini Pərviz Abdullayev həbs ediliblər. Qeyd edək ki, həbsin detalları hələlik məlum deyil.
5-06-2023, 13:35
Gələn ildən 5-ci siniflərdə Təbiət dərsliyinin tədrisinə başlanılacaq


Gələn ildən 5-ci siniflərdə Təbiət dərsliyinin tədrisinə başlanılacaq

Orta məktəblərdə fənlərin sayına baxmağa ehtiyac var. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri ilə keçirilən görüşdə bildirib. Onun sözlərinə görə, məktəblərdə fənlərin say və standartlarına, məzmununa yenidən baxılması üçün müzakirələrə başlanılıb. "Nazirlikdə müzakirələr gedir. Gələn ildən 5-ci siniflərdə Təbiət dərsliyinin tədrisinə başlanılacaq, əvəzinə isə 6-cı siniflərdə biologiya və fizika dərslikləri tədris olunmayacaq", - deyə nazirlik rəsmisi qeyd edib.
5-06-2023, 13:21
Qırmızı atestat almaq üçün bütün fənlərdən 5 almaq lazımdır


Qırmızı atestat almaq üçün bütün fənlərdən 5 almaq lazımdır

Qırmızı attestat almaq üçün buraxılış imtahanlarında bütün fənlərdən 5 almaq lazımdır. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev media nümayəndələri ilə keçirilən görüşdə bildirib. "Hər il məktəblərdə sentyabr konfransı keçiririk. Uşaq gedib imtahanda "2" qiyməti alır, yekun qiymətləndirmədə isə ona "5" yazırlar. Ancaq attestata "2" yazılır. Biz neçə uşağın attestatda "2", məktəbin yekun qiymətləndirilməsində "5" aldığını yoxlamışıq. Belə hallar bir faizdən azdır", - deyə nazirlik rəsmisi qeyd edib.
5-06-2023, 12:59
Mirzoyan KTMT missiyasının yerləşdirilməsiylə bağlı danışdı


Mirzoyan KTMT missiyasının yerləşdirilməsiylə bağlı danışdı

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhədə KTMT missiyasının yerləşdirilməsi ilə bağlı danışıb. Mirzoyan 2022-ci il büdcəsinin icrasının müzakirəsi zamanı bu mövzuya toxunub. "Ermənistan KTMT missiyasının göndərilməsi ilə bağlı vəziyyəti dəfələrlə izah edib və yenidən etməyə hazırdır. Bunun üçün heç bir ilkin şərt yoxdur. Bununla belə, İrəvan təşkilatın sentyabr hadisələri ilə bağlı bəyanatının mətnini gözləyir. Hansı ki, bu, monitorinq missiyasının göndərilməsinə ehtiyac olduğunu göstərir", - o deyib. "Bu, bizim üzvü olduğumuz hərbi-siyasi birliyin minimum reaksiyası olmalıdır", - nazir əlavə edib. Mirzoyan KTMT-nin Azərbaycanın xeyirinə açıqlama verməkdə günahlandırıb: "Belə açıqlama verməkdənsə, heç bir açıqlama verməmək daha yaxşıdır". Qeyd edək ki, Ermənistanın xarici işlər nazirinin "Azərbaycanın xeyirinə" adlandırdığı açıqlama KTMT-nin sərhədlərin hələ delimitasiya olunmaması barədə bəyanatıdır.
5-06-2023, 12:40
Məktəblərdə yeni müəyyənləşdirilmiş formalar geyiniləcək


Məktəblərdə yeni müəyyənləşdirilmiş formalar geyiniləcək

2023-2024 təhsil müddətində məktəblərdə yeni müəyyənləşdirilmiş formalar geyiniləcək. Bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, yeni tədris ilindən ölkə üzrə bütün məktəblərdə yeni məktəbli formalarının tədbiqi başlanılacaq "Hər il mart ayında məktəbin pedoqoji şurası toplanır. Burada formalara hansı şəkildə keçid ediləcəyi müəyyənləşdirilir. Biz nazirlik olaraq neçə məktəbdə yeni formaya keçildiyini öyrənirik. Formaya keçmək barədə məktəbin pedoqoji şurası qərar verirsə, yeni formanın keyfiyyətinə uyğun forma seçməlidir. Əgər məktəbdə heç bir maneə yoxdursa, yeni formaya keçirilməlidir", - deyə nazirlik rəsmisi vurğulayıb.
5-06-2023, 12:26
İranda saxlanılan vətəndaşımızla bağlı yeni xəbər


İranda saxlanılan vətəndaşımızla bağlı yeni xəbər

Hələ yanvar ayında Azərbaycan XİN İrana səfərlərin məhdudlaşdırılması ilə xəbərdarlıq etmişdi və bunun səbəbi aydındır. Tehranda səfirliyimiz fəaliyyətini dayandırdıqdan sonra Azərbaycanın İran İslam Respublikasında təmsilçiliyi çox məhduddur. Bu barədə xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, bu, yalnız Təbriz şəhərində Baş konsulluğun çox məhdud şəkildə əməkdaşlarının fəaliyyətindən ibarətdir. "Hələ yanvar ayının sonunda Azərbaycan tərəfi səyahət xəbərdarlığı etmişdi, xüsusi bir ehtiyac olmadığı təqdirdə vətəndaşlarımızın belə səyahətlərdən çəkinməsinə çağırış edilmişdi. Bütün bunlara baxmayaraq, həmin hadisə - azərbaycanlı tələbənin İranda saxlanılması - ilə bağlı məlumat daxil olduqdan dərhal sonra həm Bakı şəhərində Nazirlik tərəfindən İran XİN-ə nota təqdim olunub, eyni zamanda, bizim Baş Konsulluğumuz fəaliyyətə keçdi. Həmin şəxsin taleyi ilə bağlı informasiyanın əldə olunması kifayət qədər uzun müddət çəkdi. Həftələr sonra biz İran tərəfindən rəsmi məlumat aldıq ki, həmin adam saxlanılıb, o, ittiham olunur və onunla bağlı cinayət işi açılıb. Tələbə ilə İrandakı Baş konsulluğumuzun əməkdaşları arasında əlaqə var. Eyni zamanda, fiziki olaraq görüşün təşkil olunması istiqamətində iş aparılır. Tələbənin ailə üzvləri ilə də mütəmadi əlaqə saxlayırıq, məsələ nəzarətimizdədir”, - deyə nazir qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!