49 nəfərin öldüyü qəza yerindən yeni görüntü .....                        İdlibdə güclü parlaştış - 7 ölü, 100 yaralı .....                        Xankəndi stadionu təmir ediləcək - 10 milyon manat .....                        Arif Babayev Bakıya yola salındı Arif Babayev Bakıya yola salındı .....                        Lerikdə yanğına səbəb olanlar tutuldu .....                        İmtahan nəticələri elan edildi .....                        Prezidentin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədləri kimi yayılıb .....                        114 nəfər Ağdərəyə qovuşdu - FOTO .....                        Uşaqlar arasında yoluxucu xəstəlik - Nazirlik məlumat yaydı .....                       
3-06-2023, 20:22
İlham Əliyev xanımı ilə andiçmə mərasiminə qatıldı


İlham Əliyev xanımı ilə andiçmə mərasiminə qatıldı

İyunun 3-də Ankarada Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın səlahiyyətlərinin icrasına başlaması mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan mərasimdə iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı, digər dövlət və hökumət başçılarını, nümayəndə heyətlərinin rəhbərlərini salamladılar. Mərasimdə Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün, şəhidlərin və fevralın 6-da baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Sonra Türkiyə Respublikasının Dövlət Himni – “İstiqlal Marşı” səsləndirildi. Rəcəb Tayyib Ərdoğan çıxış edərək yenidən Prezident vəzifəsinə seçilməsi üçün ona etimad göstərən seçicilərə minnətdarlığını bildirdi. Mayın 28-də keçirilmiş seçkilərdə millətin iradəsinin əksini tapdığını, “Türkiyə yüzilliyi”nin başladığını və ölkənin sıçrayış mərhələsinin qapılarının açıldığını vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan siyasi və dini baxışlarından, etnik mənsubiyyətindən asılı olmayaraq, 85 milyonluq əhalinin etimadını boşa çıxarmamaq üçün səylə çalışacaqlarını qeyd etdi. Türkiyə Respublikasının yaradılmasının 100-cü ildönümündə sarsılmaz həmrəyliyə daha böyük ehtiyac duyulduğunu diqqətə çatdıran dövlət başçısı bu gün elan olunacaq yeni hökumətlə birlikdə “Türkiyə yüzilliyi” istiqamətində səylə çalışacaqlarını bildirərək dedi: “Gün bir olmaq, bərabər olmaq, min illik qardaşlığımızı daha da möhkəmləndirmək günüdür. Gün övladlarımızın aydın sabahlarına sahib çıxmaq günüdür... Birlikdə “Türkiyə yüzilliyi”nin inşası üçün çiyin-çiyinə çalışmalıyıq”. Türkiyə demokratiyasının bütün azadlıqların əksini tapdığı, mütərəqqi və əhatəli Konstitusiya ilə gücləndiriləcəyini qeyd edən Rəcəb Tayyib Ərdoğan növbəti beş il ərzində Türkiyə Respublikasının şanını və şərəfini qorumaq, etibarını artırmaq və adını dünyada daha da ucaltmaq üçün var gücü ilə çalışacaqlarını vurğuladı. Prezident Rəcəb Tayyib Ərdoğan səlahiyyətlərinin icrasına başlaması mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyevə, digər dövlət, hökumət başçılarına və qonaqlara bir daha minnətdarlığını bildirdi. Sonra “Qurani-Kərim”dən ayələr oxundu, dualar edildi. Xatırladaq ki, Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin mayın 28-də keçirilmiş ikinci turunda 52,18 faiz səs toplayaraq qalib gəlib.
3-06-2023, 19:04
Ərdoğandan İlham Əliyevə təşəkkür


Ərdoğandan İlham Əliyevə təşəkkür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan lideri İlham Əliyevə təşəkkür edib. Bu barədə Ərdoğan səlahiyyətlərinin icrasına başlama mərasimində danışıb. "Dəyərli qardaşım, Azərbaycan Prezidentinə “xoş gəldin!” deyir, təşəkkür edirəm", - o deyib. O, mərasimə qatılan Özbəkistan, Venesuela, Şimali Kipr Türk Cümhuriyyəti, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və digər dövlət başçılarına, Pakistan Baş naziri və NATO Baş katibinə də xüsusi təşəkkür edib. “Mərasimə qatılan hər kəsə xüsusi təşəkkür edirəm”, - Ərdoğan bildirib. Türkiyə lideri sonda "Cümhur İttifaqı"na daxil olan partiya sədrlərinə, ATA İttifaqının namizədi Sinan Oğana minnətdarlıq edib.
3-06-2023, 17:47
Paşinyan Türkiyədə səfərdədir


Paşinyan Türkiyədə səfərdədir

Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə səfəri başlayıb. O, Türkiyənin paytaxtı Ankara şəhərində səfərdədir. Paşinyan Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edir. Bu, onun Türkiyəyə ilk səfəridir. Ankaranın “Esenboğa” beynəlxalq hava limanında Paşinyanı Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üzrə xüsusi nümayəndəsi, səfir Serdar Kılıç qarşılayıb.
3-06-2023, 16:33
Putin özünü həyatını itirməkdən qorxan heyvan kimi aparır - Zelenski


Putin özünü həyatını itirməkdən qorxan heyvan kimi aparır - Zelenski

"Rusiya lideri Vladimir Putin özünü həyatını itirməkdən qorxan heyvan kimi aparır və buna görə də təhdidlərə əl atır". Bunu “The Wall Street Journal” nəşrinə müsahibəsində prezident Volodimir Zelenski deyib. O xatırladıb ki, Putin öz gücünü göstərmək üçün dünyanı daim nüvə silahı ilə qorxudur. "İdarə olunan heyvan həyatını itirməkdən qorxur. O, dünyanın gücündən qorxmalıdır. Putin gücü başa düşür. Əgər söhbət Rusiya Federasiyasının təcrid olunmasından söhbət gedirsə, onda biz bunu etməliyik",-deyə Zelenski bildirib.

.
3-06-2023, 16:25
Prezident xanımı ilə andiçmə mərasimiylə bağlı səfərdədir


Prezident xanımı ilə andiçmə mərasimiylə bağlı səfərdədir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimində iştirak etmək üçün iyunun 3-də Ankaraya işgüzar səfərə gəlib. Ankara şəhərinin Esenboğa Hava Limanında dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı rəsmi şəxslər qarşılayıblar.

3-06-2023, 16:12
İsrailin Misirlə sərhədində silahlı insident yaşandı


İsrailin Misirlə sərhədində silahlı insident yaşandı

İsrailin Misirlə sərhədində silahlı toqquşma yaşanıb. Bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Bildirilir ki, sərhəd yaxınlığında açılan atəş nəticəsində iki İsrail əsgəri öldürülüb. Həlak olan hərbçilərdən biri qadındır. Açıqlamada İsrail ərazisinə girərək atəş açan şəxslə hərbçilər arasında qarşıdurma baş verdiyi və hücum edənin öldürüldüyü qeyd edilib. Sərhəddə baş verən hadisənin şəraitinin araşdırıldığı, bölgədə axtarış işlərinin aparıldığı bildirilib. Hadisə nəticəsində daha bir zabitin yaralandığı barədə məlumat yayılıb.
3-06-2023, 16:06
Ərdoğanın andiçmə mərasimi keçirildi


Ərdoğanın andiçmə mərasimi keçirildi

Yenidən Türkiyə Prezidenti seçilən Rəcəb Tayyib Ərdoğanın bu gün andiçmə mərasimi keçirilib. Mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib. Ərdoğanı parlamentin müvəqqəti spikeri MHP sədri Dövlət Bağçalı qarşılayıb. O, parlamentin kürsüsündə and içib və daha sonra Türkiyə himni səsləndirilib. Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.
3-06-2023, 14:11
Şuşa aşkarlanan insan skeletlərinin kimə aid olmasıyla bağlı açıqlama


Şuşada aşkarlanan insan skeletlərinin kimə aid olmasıyla bağlı açıqlama

İyunun 2-də Dövlət Komissiyasından Şuşa həbsxanası yaxınlığında təsərrüfat işləri həyata keçirilərkən insan qalıqları aşkarlanması barədə məlumat daxil oldu. Bundan sonra biz Şuşaya ezam edildik və burada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid insan skeleti qalıqları aşkara çıxardıq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev söyləyib. “Yəqin ki, yaxın zamanda bu ərazidə tədqiqat işləri həyata keçiriləcək. Biz burada nə qədər insana aid skeletin olduğunu ondan sonra dəqiq deyə biləcəyik”, - deyə A.Quliyev qeyd edib.
3-06-2023, 14:11
Şuşa aşkarlanan insan skeletlərinin kimə aid olmasıyla bağlı açıqlama


Şuşada aşkarlanan insan skeletlərinin kimə aid olmasıyla bağlı açıqlama

İyunun 2-də Dövlət Komissiyasından Şuşa həbsxanası yaxınlığında təsərrüfat işləri həyata keçirilərkən insan qalıqları aşkarlanması barədə məlumat daxil oldu. Bundan sonra biz Şuşaya ezam edildik və burada Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərə aid insan skeleti qalıqları aşkara çıxardıq. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun elmi katibi, Xocavənd-Füzuli arxeoloji ekspedisiyasının rəisi Akif Quliyev söyləyib. “Yəqin ki, yaxın zamanda bu ərazidə tədqiqat işləri həyata keçiriləcək. Biz burada nə qədər insana aid skeletin olduğunu ondan sonra dəqiq deyə biləcəyik”, - deyə A.Quliyev qeyd edib.
3-06-2023, 13:24
Şuşa şəhərində kütləvi məzarlıq aşkar edildi


Şuşa şəhərində kütləvi məzarlıq aşkar edildi

Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib. Kütləvi məzarlıq Şuşa həbsxanasının ərazisində tapılıb. Bu, bir daha onu göstərir ki, Şuşa həbsxanasında azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işgəncələr verilib, orada amansız zorakılıqlar törədilib. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir. Xatırladaq ki, daha əvvəl Başlıbel, Edilli, Fərrux ərazilərində də kütləvi məzarlıqlar aşkar edilmişdi.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!