49 nəfərin öldüyü qəza yerindən yeni görüntü .....                        İdlibdə güclü parlaştış - 7 ölü, 100 yaralı .....                        Xankəndi stadionu təmir ediləcək - 10 milyon manat .....                        Arif Babayev Bakıya yola salındı Arif Babayev Bakıya yola salındı .....                        Lerikdə yanğına səbəb olanlar tutuldu .....                        İmtahan nəticələri elan edildi .....                        Prezidentin Qərbi Azərbaycanla bağlı müraciəti BMT-nin rəsmi sənədləri kimi yayılıb .....                        114 nəfər Ağdərəyə qovuşdu - FOTO .....                        Uşaqlar arasında yoluxucu xəstəlik - Nazirlik məlumat yaydı .....                       
2-06-2023, 16:03
Polşa Prezidentindən İlham Əliyevə təbrik məktubu


Polşa Prezidentindən İlham Əliyevə təbrik məktubu

Polşa Respublikasının Prezidenti Andjey Duda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir: "Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Polşa Respublikası adından və şəxsən öz adımdan Sizə, ölkənizə, bütün vətəndaşlarınıza səmimi-qəlbdən təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Polşa Respublikası ilə Azərbaycan Respublikasının dinamik inkişaf edən ikitərəfli əlaqələri ölkələrimiz arasında hörmətin, rəğbətin, əməkdaşlığa verilən əhəmiyyətin ən yaxşı ifadəsidir. Azərbaycan Polşa üçün Cənubi Qafqaz regionunda çox mühüm tərəfdaşdır və biz Azərbaycanla bir çox sahələrdə - iqtisadi, siyasi və mədəni sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik. Biz iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsində və ölkələrimizin yüksək iqtisadi potensialına uyğun səviyyəyə çatdırılmasında xüsusilə maraqlıyıq. Hörmətli cənab Prezident, Sizə cansağlığı, firavanlıq, Azərbaycan Respublikasının bütün vətəndaşlarına sülh, əmin-amanlıq, ölkənizin hərtərəfli inkişafının möhkəmləndirilməsi üçün fəaliyyətinizdə uğurlar arzulayıram. Cənab Prezident, fürsətdən istifadə edərək, Sizin üçün əlverişli vaxtda Polşaya dəvətimi təkrarlayıram".
2-06-2023, 15:52
Bəzi rayonlara dolu düşüb


Bəzi rayonlara dolu düşüb

Milli Hidrometeorologiya Xidmətinin iyunun 2-si saat 15:00-a olan məlumatına əsasən Daşkəsən, Gədəbəy, Gəncə, Lerikdə yağış yağıb, Gədəbəy rayonunun Slavyanka, Maarif, Daşbulaq, Nərimankənd və Söyüdlü kəndlərinə saat 14:30-14:40 radələrində dolu düşüb. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında 26, Aran rayonlarında isə 23-27 dərəcə isti qeydə alınıb. Respublikanın bəzi çaylarında sululuq azalıb, Qarasuçay-Zərdab çayında isə 21 sm artım müşahidə olunub.
2-06-2023, 15:40
Rusiya Ukrayna ilə dialoqun ilkin şərtlərini görmür - Peskov


Rusiya Ukrayna ilə dialoqun ilkin şərtlərini görmür - Peskov

"Polşa demək olar ki, həmişə ya Rusiyanın düşməni olub, ya da Rusiyanın bir hissəsi olub, ölkələrimiz arasında münasibətlərin “zəngin tarixi” var". Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib. "Rusiya Federasiyası ilə Polşa arasında münasibətlər indi sıfır və hətta mənfi səviyyədədir. Rusiya Federasiyası Ukrayna ətrafındakı münaqişə ilə bağlı Ermənistanın mövqeyini nəzərə alır, lakin İrəvanla müttəfiqlik münasibətlərini inkişaf etdirməkdə davam edir. Rusiya Federasiyası Ukrayna ilə dialoqun ilkin şərtlərini görmür. Zelenskinin Ukraynanın NATO-ya daxil olması ilə bağlı sözləri Kiyevin danışıqlar masası arxasında problemləri həll edə bilməməsindən xəbər verir", - sözçü bildirib. "Rusiya Federasiyası öz təhlükəsizliyini təmin etməyə çalışacaq, bu, Ukraynanın NATO-ya üzvlüyünü istisna edir. Rusiya Ukraynadakı vəziyyətin həllində öz maraqlarının nəzərə alınmasını əsas prioritet hesab edir. NATO-nun potensial genişlənməsi uzun illərdir ki, qıcıqlandırıcıdır, Avropanın bir çox ölkələri bunu anlayır", - Peskov əlavə edib. "Rusiya OPEC+ üzvləri ilə təmaslarını davam etdirir, lakin Vyana görüşündən gözləntilərini dilə gətirmir. Çinin iqtisadi inkişafı təcrübəsi ən dərindən öyrənilməyə layiqdir. Rusiya Federasiyası ilə ABŞ arasında strateji təhlükəsizliklə bağlı danışıqlara ehtiyac var, lakin hələlik danışıqların aparılması nəzərdə tutulmur", - o qeyd edib.
2-06-2023, 13:35
Sumqayıtda qəzalı evlərin bərpası proqramı hazırlanıb


Sumqayıtda qəzalı evlərin bərpası proqramı hazırlanıb

Sumqayıtda qəzalı evlərin bərpası ilə əlaqədar cənab Prezidentin göstərişi əsasında xüsusi proqram hazırlanıb. Yaxın günlərdə icra işlərinə başlanılacaq. Bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib. “Ötən günlərdə Baş nazir tərəfindən müşavirə keçirilib. Bu məsələ də qaldırılıb. Yaxın günlərdə bununla əlaqədar icra işlərinə başlanılacaq”,- deyə nazir bildirib. Bundan əvvəl Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili qəzalı binalarla bağlı məsəl qaldırmışdı. “Sumqayıtda yerləşən yataqxanalarda elə insanlar var ki, 40 ildir orda yaşayır. Onların bəzisində böyük ailə bir otaqda yaşayır. Hazırda yataqxanada insanlar əziyyət çəkir. Prezidentin tapşırığı ilə bu istiqamətdə dövlət proqramı hazırlanıb. Mən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən və Maliyyə Nazirliyindən xahiş edirəm ki, bu məsələ ilə bağlı daha tez maliyyə ayrılsın. Eyni zamanda məcburi köçkünlər işğaldan azad edilmiş ərazilərə qayıtdıqca, onların yaşadığı evlərin bu yataqxanalarda yaşayan insanlara veirlməsini təklif edirəm”.
2-06-2023, 13:06
Qazaxıstan prezidenti Şarl Mişellə görüşdü


Qazaxıstan prezidenti Şarl Mişellə görüşdü

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə görüşüb. Bu barədə Qazaxıstan PA - "Aqorda" məlumat yayıb. Görüş “Mərkəzi Asiya – Avropa İttifaqı” sammiti çərçivəsində Qırğızıstanın Çolpan-Ata şəhərində baş tutub. Mişeli salamlayan Kasım-Jomart Tokayev Qazaxıstan və Avropa İttifaqı arasında strateji tərəfdaşlığın prioritet xarakterini qeyd edib: "Qazaxıstan ilə Aİ arasında Genişləndirilmiş Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi dərin əməkdaşlığın yeni mərhələsinin başlanğıcını qoydu. Bu gün Aİ aparıcı ticarət tərəfdaşıdır və Qazaxıstan iqtisadiyyatının ən böyük investorudur". Öz növbəsində, Mişel Avropa İttifaqı ilə Qazaxıstan arasında əməkdaşlığın artan dinamikasını yüksək qiymətləndirərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün birgə işin zəruriliyini qeyd edib. Həmçinin qlobal və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
2-06-2023, 12:57
Azərbaycan-Türkiyə oyununun vaxtı müəyyənləşdi


Azərbaycan-Türkiyə oyununun vaxtı müəyyənləşdi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Türkiyənin müvafiq yaş qrupundan ibarət yığmasına qarşı keçirəcəyin oyunun məkanı və başlama vaxtı müəyyənləşib. İyunun 17-də baş tutacaq qarşılaşma İstanbulda keçiriləcək. Türkiyə - Azərbaycan matçı “Esenyurt Necmi Kadıoğlu” stadionunda təşkil olunacaq. Oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Qeyd edək ki, U-21 iki gün sonra – iyunun 20-də isə “Dalğa Arena”da, saat 19:30-da Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.
2-06-2023, 12:45
Sabahın hava proqnozu


Sabahın hava proqnozu

Bakıda və Abşeron yarımadasında iyunun 3-də əsasən yağmursuz hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi şəhərətrafı ərazilərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 17-22° isti, gündüz 26-31° isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu olub. Nisbi rütubət 65-75 % olacaq. Azərbaycanın rayonlarında əsasən gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-20° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18°, bəzi yerlərdə 20-25° isti olacaq.
2-06-2023, 12:33
İranda həbs olunan şəxslə bağlı XİN-dən reaksiya


İranda həbs olunan şəxslə bağlı XİN-dən reaksiya

Tərəfimizdən 9 mart tarixli mətbuat açıqlamasında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni 9 mart tarixindən etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İran tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə, müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlanıb. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin İranda həbs olunması ilə bağlı yerli medianın sualına cavabında bildirib. “Tərəfimizdən edilmiş çoxsaylı müraciətlərdən sonra, İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib. Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən, həm Xarici İşlər Nazirliyi tərəfindən, həm də Təbrizdəki Baş konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılmaqdadır. Bununla yanaşı, Fərid Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür”, - XİN rəsmisi qeyd edib. Qeyd edək ki, 20 fevralda İran İslam Respublikasına səfərə gedən, 4 mart tarixindən isə xəbər alınması mümkün olmayan Azərbaycan Respublikasının vətəndaşı, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərlinin İranda casusluqda ittiham edilərək həbs olunduğu bildirilib.
2-06-2023, 12:20
Ukraynanı əks-hücuma keçməzdən əvvəl sülhə dəvət etməliyik - Orban


Ukraynanı əks-hücuma keçməzdən əvvəl sülhə dəvət etməliyik - Orban

Ukrayna ordusunun əks-hücumunun qarşısını almaq lazımdır. Bunu Macarıstanın Baş naziri Viktor Orban söyləyib. O, əks-hücum əməliyyatını “qanlı qırğın” adlandırıb. Orban hücum zamanı Ukrayna ordusunun Rusiyadan daha çox itki verəcəyini deyib. “Ukraynalılar əks-hücuma başlamazdan əvvəl atəşkəsə nail olmaq və sülh danışıqlarına başlamaq üçün əlimizdən gələni etməliyik” , - deyə Baş nazir vurğulayıb.
2-06-2023, 12:15
Deputat pensiya yaşının azaldılmasıyla bağlı sualı cavabladı


Deputat pensiya yaşının azaldılmasıyla bağlı sualı cavabladı

Bizdə rəqəmlər var və görürük ki, 65 yaşına çatanların 70-75 faizi pensiya alır. Bunu 2018-2023 "Sosial islahatlar və əldə olunan nailiyyətlər" mövzusunda keçirilən mətbuat konfransında çıxışı zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib. "Bir-iki ölkə göstərirlər ki, onlarda pensiya yaşı 63-dür. Görək, növbəti illərdə belə olacaqmı? Bizdə hazırda qadınların pensiyaya çıxma yaşı 63-dür, lakin 2027-ci ilə qədər onlarda da 65 olacaq. Deputatlar əhaliyə mesaj vermək istəyirlər, amma bu rəqəmlər əsaslandırılmış olmalıdır. Demoqrafik artım oldu və əhalimizin sayı 10 milyonu keçdi. 2040-2050-ci illərdə həmin şəxslər pensiya yaşına çatacaq. Biz də burada mütənasibliyə fikir verməliyik. Pensiya müzakirələrində 5-10 il danışılmır. 2050-2080-ci illərə dair uzunmüddətli planlar hesablanır", - deyə nazir müavini qeyd edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!