Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
5-02-2023, 16:36
Rusiyada məhkum qadınlar hərbi əməliyyatlara cəlb olunacaq


Rusiyada məhkum qadınlar hərbi əməliyyatlara cəlb olunacaq

Rusiya məhkum qadınları Ukraynada hərbi əməliyyatlara cəlb etməyə çalışır. Bu barədə Ukrayna Baş Qərargahının gündəlik məlumatında bildirilib. Qeyd olunub ki, ruslar bir həftə ərzində Donetsk vilayətinin işğal olunmuş ərazisindəki Snijne şəhərinin qadın islah koloniyasından təxminən 50 nəfəri öz sıralarına cəlb ediblər. Onların Rusiya Federasiyası ərazisinə təlim keçmək üçün göndərildiyi məlum olub.
5-02-2023, 16:33
Gərginləşən ABŞ-Çin münasibətləri yeni dövrə qədəm qoyur


Gərginləşən ABŞ-Çin münasibətləri yeni dövrə qədəm qoyur

Bir neçə gündür ki, dünya mətbuatının manşetlərində Çinə məxsus hava şarının (dirijabl) ABŞ-da hərbi obyektlər üzərində uçuş həyata keçirməsi barədə xəbərlər dərc edilir. ABŞ hava şarının kəşfiyyat məlumatları toplamaq üçün nəzərdə tutulduğunu bildirir. Çin isə şarın elmi və meteoroloji məqsədlər üçün istifadə edildiyini və səhvən ABŞ hava məkanına daxil olduğunu açıqlayıb. Pentaqon hələlik şarı yerə düşürməyib və ya havada zərərsizləşdirməyib. Bunun mülki şəxslər üçün təhlükəli ola biləcəyi qeyd edilir. Məlumat üçün bildirək ki, yüksək hündürlükdən uçan hava şarları ötən əsrin ortalarından istifadə edilir. İkinci Dünya müharibəsi zamanı Yaponiya bu şarlara yandırıcı bombalar quraşdıraraq ABŞ hərbçilərinin üzərinə göndərirdi. 50-ci illərdə Amerika şarlardan Varşava blokuna daxil olan ölkələrin strateji obyektlərinin fotolarını çəkmək üçün istifadə etməyə başlayıb. Hava şarlarının bir sıra üstünlükləri var. Birincisi, onlar 24-37 kilometr yüksəklikdə uça bilirlər, bu da daha geniş ərazini müşahidə etməyə imkan verir. Müqayisə üçün deyək ki, adi sərnişin təyyarələri adətən 12 kilometrdən yuxarı qalxmırlar, döyüş təyyarələrinin isə maksimum 19 kilometrdən yuxarı uçması tövsiyə olunmur. İkincisi, hava şarları digər kəşfiyyat məqsədilə istifadə edilən vasitələrdən qat-qat ucuzdur. Amma onları idarə etmək bir qədər çətindir. Adətən hava cərəyanlarının istiqaməti təxmin edilərək havaya buraxılır. Məlum insidentə gəlincə, ABŞ dövlət katibi Entoni Blinken Çinə uzun müddətdir gözlənilən səfərini təxirə salıb. Mətbuatda yayılan məlumatlara görə, səfər birdəfəlik ləğv edilməyib, sadəcə səfər zamanı danışıqların gündəmində hava şarı ilə bağlı insidentin olması istənilmir. Ötən il Balidə G-20 liderlərinin görüşü zamanı ABŞ-Çin liderlərinin görüşündə münasibətlərdə gərginliyin azaldılması və Blinkenin səfəri barədə razılıq əldə olunmuşdu. Çinə səfərin məhz tərəflər arasındakı razılıq əsasında həyata keçirilməsi planlaşdırılırdı, lakin son anda şar qalmaqalı səbəbindən qeyri-müəyyən vaxta təxirə salındı. Qeyd edək ki, ekspertlər Blinkenin səfərinə bir neçə gün qalmış bu cür hadisənin baş verməsini təsadüfi hesab etmirlər. Onların fikrincə, ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra həddindən artıq gərginləşən ABŞ-Çin münasibətləri artıq yeni dövrə qədəm qoyur.

5-02-2023, 16:28
Azərbaycan cüdoçusu qızıl medal qazandı


Azərbaycan cüdoçusu qızıl medal qazandı

Fevralın 4-də Fransanın paytaxtı Paris şəhərində keçirilən Böyük Dəbilqə turnirinin ilk günündə - 60 kq çəki dərəcəsində yarışan Balabəy Ağayev qızıl medal qazanıb. Azərbaycan cüdoçusu turnirin finalında fransız idmançı Sedrik Revolu məğlub edib. Balabəy Ağayev ardıcıl olaraq Matteus Takaki (Braziliya), Tsoqt-Oçir Byambajav (Monqolustan), Temur Nozadze (Gürcüstan) və Kamoliddin Baxtıyarovu (Özbəkistan) geridə qoyub. Qeyd edək ki, Böyük Dəbilqəyə fevralın 5-də yekun vurulacaq.

5-02-2023, 16:24
Latviya-Belarus sərhədində hasar tikilib


Latviya-Belarus sərhədində hasar tikilib

2022-ci ilin avqustundan 2023-cü ilin yanvar ayının sonuna kimi Latviya-Belarus sərhədində 36,1 kilometr uzunluğunda hasar tikilib. Bu barədə "Delfi" agentliyi məlumat yayıb. Latviya Belarusla sərhəddə 149 kilometrlik hasarın tikintisini 2024-cü ildə tamamlamağı planlaşdırır. Nəşr bildirir ki, artıq 82 km uzunluğunda olan sərhəd zonasında ağaclar kəsilib və tikinti davam edəcək.
5-02-2023, 15:43
Türk dünyasının birləşməsinə səy göstəririk - Çavuşoğlu


Türk dünyasının birləşməsinə səy göstəririk - Çavuşoğlu

Türk dünyasının birləşməsi üçün önəmli addımlar atırıq. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. O qeyd edib ki, Ukraynadakı müharibəyə görə Orta dəhlizin əhəmiyyəti artıb. “Biz nə etdik? Azərbaycanla birlikdə Qazaxıstanı Bakıya dəvət etdik, sonra da Özbəkistanla Daşkənddə üçtərəfli mexanizmlərimizi başlatdıq. Həm enerji, həm də nəqliyyat dəhlizlərinin güclənməsi üçün addımlar atırıq. Növbəti görüşlərimiz Türkiyədə olacaq”, - Çavuşoğlu bildirib..
4-02-2023, 20:19
Üzü Zəngəzura, yolumuz açıq olsun!

Üzü Zəngəzura, yolumuz açıq olsun!

Fevralın 4-də Qərbi Azərbaycan İcmasının inzibati binasında bir coşqu, bir sevinc abı-havası vardı. Bir qərinəlik yurd həsrəti hopmuş üzlərə bir ümidin işığında gülüş qonmuşdu. Erməni faşizminin zülmü altında uşaqlıq, gənclik çağlarından ata ocağını tərk etməyə məcbur olmuş qafanlılar öz icmalarının təsisini elan etmək və Qafan Rayon İcmasına sədr seçmək üçün bir araya gəlmişdilər.

Professor Eldar Abasov 24 dekabrda Prezident İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı verdiyi mesajlar və toplantının məramı barədə ümumi məlumat verdikdən sonra iclasa sədrliyi Zülfüqar Kazımova həvalə etdi.
Tədbirə qatılan Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli İcmanın bugünə qədərki fəaliyyəti və qarşıda duran vəzifələr barədə danışdı. Yaxınlarda qəbul olunmuş “Qərbi Azərbaycana qayıdış konsepsiyası”ndan, Qərbi Azərbaycan İcmasının problemlərinin beynəlxalq təşkilatların gündəminə gəlməsindən söhbət açdı.

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Rauf Tağıyev təklif etdi ki, təkcə qafanlılar arasında deyil, ümumiyyətlə respublikamızda böyük nüfuz sahibi olan professor Eldar Abasov Qafan Rayon İcmasının sədri seçilsin. Təklif gurultulu alqışlandığından nə alternativə, nə də səsverməyə ehiyac qaldı.
Beləliklə çıxışçılara söz verildi. Hər kəs bir gün dogma yurda qayıdacağına inamla, bu məqsədə çatmaqdan ötrü icma üçün görəcəyi işlərdən danışdı, öz təkliflərini səsləndirdi. Estafeti gənc nəslə ötürmək, onları tarixi torpaqlarımıza, milli-mənəvi dəyərlərimizə sahibləndirmək üçün icmanın fəaliyyətinə qoşmağın zəruriliyi xüsusi vurğulandı.
Müsəlləm kəndinin təmsilçisi Əkrəm Mustafayev İcmanın fəaliyyətində, əlaqələrin, informasiya mübadiləsinin operativliyini təmin etmək üçün elektron ünvanının yaradılmasının vacibliyini bildirdi. Qeyd etdi ki, İcmanın gənclər təşkilatının formalaşmasını sürətləndirmək üçün də whatsApp-da gənclər qrupu yaradılsın.

Rəssam, AMİTA ictimai birliyinin təsisçisi Səməni Şahsuvar Qasımovanın Zəngəzur elinə aid butun maddi mənəvi dəyərlərimizi qorumaq məqsədilə, o torpaqların kimə məxsusluğunu butun dunyaya göstərmək üçün muzey yaratmaq təklifi də təqdir edildi.
Tamxil Ziyəddinoğlu İcmanın mətbu orqanı yaranıncaya qədər də, ondan sonra da “Bütöv Azərbaycan” qəzetinin səhifələrində, “Ordum.az” və “Butov.az” informasiya portallarında icmanın fəaliyyətinə informasiya dəstəyi verəcəyini bildirdi.
Professor Eldar Abasov ona edimad göstərib Qafan Rayon İcmasının sədri seçənlərə təşəkkür edərək bildirdi ki, ümumi işimizin, dövlətimizin, millətimizin gələcəyi naminə hamımız əl-ələ, çiyin-çiyinə verib çalışmalıyıq. Məkrli düşmənlərə yalnız güc birliyilə qalib gələcəyik. Necəki 44 günlük müharibədə qalib gəldik.
Üzü Zəngəzura, yolumuz açıq olsun!

Butov.az
Fotolar Ramin Abdullayevindir
4-02-2023, 19:44
Ərdoğan müxalifətə bəzi mesajlar ünvanladı


Ərdoğan müxalifətə bəzi mesajlar ünvanladı

Prezident Rəcəb Tayyib Ərdoğan fevralın 4-də Türkiyənin Aydın bölgəsində keçirilən kütləvi açılış mərasimində çıxış edib. Ərdoğanın çıxışı bir sıra diqqət çəkən məqamlarla yadda qalıb. Prezident müxalifətə bəzi mesajlar ünvanlayıb. O, müxalifətin birləşdiyi “6-lı masa”nı nəzərdə tutaraq deyib ki, “hazırladıqları proqrama görə “Avropa bizə afərin söyləyəcək” deyə öyünənlər, iplərinin imperialist müstəmləkəçilərin əlində olduğunu etiraf edirlər”. “Millətə proqram kimi təqdim etdikləri mətndə yer alan vədlərin çoxu ya bizim tərəfimizdən son 20 ildə verilib, ya da artıq icra olunur”, - Ərdoğan deyib. O bildirib ki, “6-lı masa”nın ortaq siyasətçiləri ağalarından təşəkkür almaq üçün Türkiyəni qarışdırmaq və köhnə dövrlərə qaytarmaq istəyirlər. “Sizə meydan oxuyuram, 2023-cü il hədəflərinə mane ola bilməyəcəyiniz kimi, Türkiyənin ayağına da qandal vura və “Türk əsri”nin qurulmasının qarşısını ala bilməyəcəksiniz”. Ərdoğan müxalifəti Adnan Menderesin xatirəsini ləkələməyə çalışmaqda suçlayıb. O, əsas rəqibi olan Cümhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğluna da söz atıb: “Mayın 14-ü bay Kamalın bay-bay Kamal olacağı gündür”.
4-02-2023, 19:40
Azərbaycanla Monteneqro arasında Saziş bağlandı


Azərbaycanla Monteneqro arasında Saziş bağlandı

Azərbaycan Hökuməti ilə Monteneqro Hökuməti arasında hava əlaqəsi haqqında Saziş imzalanıb. Sazişi Azərbaycan tərəfindən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Monteneqro tərəfindən hökumətin vitse-prezidenti, kapital investisiyalar naziri Ervin İbrahimoviç imzalayıb. Sənəd iki ölkə arasında hava əlaqələrinin yaradılması və yerinə yetirilməsi məqsədi daşıyır. Bu Saziş Azərbaycan və Monteneqro vətəndaşlarının qarşılıqlı səfərlərini asanlaşdıracaq və ölkələrimiz arasında turizm və mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərəcək.
4-02-2023, 19:01
Soydaşlarımızdan SEPAH komandirinə şikayət


Soydaşlarımızdan SEPAH komandirinə şikayət

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı, general-mayor Hüseyn Səlami bu gün səhər saatlarında zəlzələdən zərər çəkmiş sakinləri ziyarət etmək üçün Qərbi Azərbaycan vilayətinin Xoy şəhərinə gəlib. Hüseyn Səlami Xoyda dəymiş ziyanın miqdarı və SEPAH qüvvələrinin zəlzələdən zərər çəkmiş insanlara necə yardım göstərdiyi barədə məlumatlandırılıb. SEPAH komandiri zəlzələ qurbanları ilə üzbəüz görüşdə deyib ki, şərait tam sabitləşənə və insanların problemləri həll olunana qədər SEPAH yardım səylərini davam etdirəcək. Zəlzələ qurbanlarının SEPAH komandirindən kömək istədiyi bildirilir. Belə ki, bölgənin bir sıra sakinləri bəzi çatışmazlıqlardan şikayətlənərək, zəlzələdən zərər çəkmiş insanlara SEPAH-ın xüsusi diqqət yetirməsini tələb ediblər. “General-mayor Səlami xalqı sakitləşməyə çağırıb və əmr verib ki, SEPAH-ın bölgədəki qüvvələrinin komandirləri dərhal problemləri təqib etsinlər”, - deyə agentliyin xəbərində bildirilib. Yanvarın 28-də İranın Qərbi Azərbaycan vilayətinin Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 175 min əhalisi olan Xoy şəhərindən 23 kilometr cənub-şərqdə yerləşib. Güclü zəlzələ nəticəsində azı 3 nəfər ölüb, 900-dən çox insan yaralanıb. Qərbi Azərbaycan vilayətinin qubernatorunun sözlərinə görə, zəlzələ 70 kənddə binalara 20-50 faiz ziyan vurub. Zəlzələ nəticəsində şəhər və kənd yerlərində 12 minə yaxın yaşayış binasının dağıldığını deyən qubernator əlavə edib ki, indiyədək əhali arasında 25 mindən çox çadır paylanıb. Zəlzələ qurbanları olan azərbaycanlıların mətbuata söylədiklərinə görə, İran hökuməti onların problemlərinə ciddi diqqət yetirmir.
4-02-2023, 18:53
Makron Zelenskinin xahişi ilə Putinə zəng edib - Fransa XİN


Makron Zelenskinin xahişi ilə Putinə zəng edib - Fransa XİN

Fransa prezidenti Emmanuel Makron adətən başqasının xahişi ilə Rusiya prezidenti Vladimir Putinə zəng edir. Bunu Fransa Xarici İşlər Nazirliyinin sözçüsü Ann-Kler Legendr RTVI kanalına müsahibəsində deyib. Onun sözlərinə görə, fransız siyasətçi Ukrayna prezidenti Vladimir Zelenskinin xahişi ilə Putinə zəng edib. Xüsusilə Zaporojye AES-dəki vəziyyətin müzakirəsindən sonra Makron Zelenskinin xahişilə Putinə zəng edib. Ann-Kler Legendr əlavə edib ki, məhz bu zənglər sayəsində MAQATE missiyası Zaporojye AES göndərilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!