Siracəddin Səyyid yaradıcılığında ərbəinçilik ənənəsi və irfani poeziyanın yenilənməsi .....                        Sabah hava necə olacaq? .....                        ABŞ kəşfiyyatı təkzib etdi .....                        Ağdama daha 92 ailə köçürülüb .....                        İran danışıqlardan imtina etdi .....                        Naxçıvanda avtomobillər toqquşdu, xəsarət alanlar var .....                        Mükəmməl tədqiqat əsəri .....                        “Milli Pediatriya Dərnəyinin I Milli Konqresi” keçirilib .....                        Azərbaycanın hərb tarixinə dair kitab türk dilində çapdan çıxıb .....                       
28-01-2026, 17:13
Tramp İrana xəbərdarlıq etdi: Növbəti hücum daha pis olacaq!


Tramp İrana xəbərdarlıq etdi: Növbəti hücum daha pis olacaq!

"Nəhəng bir armada İrana doğru gedir. O, sürətlə, böyük güc, həvəs və məqsədlə hərəkət edir".
Bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial media platformasında yazıb.
Onun sözlərinə görə, bu, Venesuelaya göndərilən nəhəng təyyarədaşıyan gəmidən daha böyük bir donanmadır.
"Bu donanma Venesuelada olduğu kimi, İranla da bağlı lazım olduğu təqdirdə, öz missiyasını böyük sürətlə, qüdrətlə yerinə yetirməyə hazırdır, həvəslidir və qadirdir. Ümid edirik ki, İran tez bir zamanda bütün tərəfləri qane edən ədalətli, bərabər, nüvə silahından imtina olunmuş razılaşma üçün danışıqlar masasına oturacaq. Zaman vacibdir, bu, həqiqətən vacibdir! Bir dəfə İrana dediyim kimi, SAZİŞ BAĞLAYIN! Onlar bunu etmədilər və "Gecəyarısı çəkic" əməliyyatı başladıldı, nəticədə İran üçün ciddi dağıntılar yarandı. Növbəti hücum daha pis olacaq! Bunun bir daha təkrarlanmasına imkan verməyin", - deyə ABŞ Prezidenti qeyd edib.
28-01-2026, 16:58
Azərbaycanda 82 milyon 400 min manat əmlakın üzərinə həbs qoyulub - RƏSMİ


Azərbaycanda 82 milyon 400 min manat əmlakın üzərinə həbs qoyulub - RƏSMİ

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə ötən il 94 milyon 817 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 32 milyon 635 min manat hissəsinin ödənilməsinə nail olunub, 82 milyon 400 min manatdan artıq məbləğdə əmlak üzərinə həbs qoyulub.
Bu barədə yanvarın 28-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının Prokurorluğu orqanları tərəfindən 2025-ci ildə qanunla prokurorluq orqanlarının səlahiyyətinə aid bütün fəaliyyət istiqamətləri üzrə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən icraatına xitam verilmiş cinayət işləri üzrə cinayət məsuliyyətindən azad olunmuş şəxslər tərəfindən dövlət büdcəsinə əlavə olaraq 5 milyon 172 min manat pul vəsaiti ödənilməklə, həmin məbləğin 4 milyon 855 min manatı prokurorluq orqanlarında istintaqı aparılmış işlər olub.
28-01-2026, 16:53
Mirzoyan sülh müqaviləsindən danışdı: yaxın aylarda...


Mirzoyan sülh müqaviləsindən danışdı: yaxın aylarda...

“Ümid edirəm ki, Ermənistanla Azərbaycan arasında yaxın aylarda sülh müqaviləsi imzalanacaq”.
Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 28 yanvarda Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) çıxışı zamanı bildirib.
"Sülhün komponentlərinə kommunikasiyaların açılması və tranzitdə qarşılıqlı yardımın göstərilməsi daxildir", - deyə Mirzoyan bildirib.
O əlavə edib ki, TRIPP (Zəngəzur dəhlizi) Cənubi Qafqaz regionunda "sülh və əməkdaşlıq üçün semantik amilə" çevriləcək.
28-01-2026, 16:40
Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub


Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub

Yaz sessiyası çərçivəsində Milli Məclisin yenidən formalaşdırılacaq Hesablayıcı və İntizam komissiyalarının tərkibi məlum olub.
Bu barədə məsələlər parlamentin yaz sessiyası çərçivəsində fevralın 2-də keçiriləcək ilk iclasının gündəliyinə daxil edilib.
Parlamentin Hesablayıcı və İntizam komissiyaları yenidən köhnə tərkibdə formalaşdırılacaq.
Beləliklə, Milli Məclisinin Hesablayıcı komissiyası aşağıdakı tərkibdə yaradılacaq:

1. Həmzəyev Naqif Ələşrəf oğlu,

2. Hüseynova Sevinc Əmirəhməd qızı,

3. Quliyev Eldar Allahyar oğlu,

4. Məmmədov Soltan Teymur oğlu,

5. Muradov Rövşən Şahbaz oğlu,

6. Salmanova Səbinə Qədir qızı,

7. Zabelin Mixail Yuryeviç.

Parlamentin İntizam komissiyası isə yenidən aşağıdakı tərkibdə yaradılacaq:

1. Cəfərov Kamal Xaqani oğlu,

2. Həsənova Afət Əbil qızı,

3. İbrahimqızı Məlahət İbrahim qızı,

4. İbrahimov Eldar Rza oğlu,

5. Qafarov Kamaləddin Nəsrəddin oğlu,

6. Məhəməliyev Nəsib Məhəmməd oğlu,

7. Məmmədov Hikmət Baba oğlu,

8. Məmmədov Məşhur Şahbaz oğlu,

9. Mollazadə Asim Nazim oğlu,

10. Möhbalıyev Səttar Suliddin oğlu,

11. Səfərov Nizami Abdulla oğlu.
28-01-2026, 16:37
Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ


Bakıya intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında yanvarın 29-u günün birinci yarısında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.
Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, səhər bəzi şəhərətrafı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var.
28-01-2026, 16:29
Mina qurbanlarının sayı açıqlandı


Mina qurbanlarının sayı açıqlandı

2025-ci ildə mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 33 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Bu barədə Baş Prokurorluqda 2025-ci ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə dair kollegiya iclasında məlumat verilib.
Bildirilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 417 şəxs bu hadisələrin qurbanı olub, onlardan 71 nəfəri həlak olub, 346 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.
28-01-2026, 16:26
Oğurluq etdikləri evlərin kameralarını sındıranlar saxlanıldı


Oğurluq etdikləri evlərin kameralarını sındıranlar saxlanıldı

Binəqədi rayonu ərazisində naməlum şəxslər iki evə daxil olaraq oğurluq ediblər və zərərçəkənlərə ümumilikdə 8500 manat maddi ziyan vurulub.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 29 yaşlı Elməddin Nəcəfli, 24 yaşlı Muğan Əsədov və 27 yaşlı Ayxan Quliyev müəyyən edilərək saxlanılıblar.
Araşdırma zamanı onların əməllərini ört-basdır etmək üçün oğurluq etdikləri evlərin təhlükəsizlik kameralarının bir neçəsini sındırdıqları məlum olub.
Araşdırmalar davam etdirilir.
28-01-2026, 16:23
Amnistiya 14589 şəxsə şamil olunub


Amnistiya 14589 şəxsə şamil olunub

İndiyədək 14 589 şəxsə amnistiya şamil edilib.
Bunu Baş Prokurorluqda bu gün keçirilən Kollegiya iclasında Baş prokuror Kamran Əliyev Prezident İlham Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərarın icrası istiqamətində görülən işlər barədə danışarkən deyib.
O qeyd edib ki, ibtidai istintaq və məhkəmə baxışı mərhələsində olan cinayət işləri üzrə 429, habelə məhkum edilmiş 14160 şəxs barəsində tətbiq edilməklə ümumilikdə 14 589 şəxsə şamil olunub.
28-01-2026, 16:13
Sabiq birinci xanım azadlıqdan məhrum olundu


Sabiq birinci xanım azadlıqdan məhrum olundu

Cənubi Koreyanın keçmiş birinci xanımı Kim Kon Hi 2022-ci ildə Birləşmə Kilsəsi rəsmisindən rüşvət aldığına görə 20 ay həbs cəzasına məhkum edilib.
Əri, keçmiş prezident Yoon Seok Yeol ilə birlikdə, onlar ölkə tarixində korrupsiyaya görə eyni vaxtda həbs edilən ilk cütlük olublar.
Yoon Seok Yeol bir müddət öncə 5 il müddətinə azadlıqdan məhrum edilmişdi.
28-01-2026, 15:59
Spiker Omanda səfərdədir


Spiker Omanda səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova yanvarın 28-də Oman Sultanlığına rəsmi səfər edib.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Məsqət Beynəlxalq Hava Limanında Milli Məclisin sədrinin başçılıq etdiyi parlament nümayəndə heyətini Oman Sultanlığı Şura Məclisinin Azərbaycanla parlament dostluq qrupunun üzvü Məhəmməd bin Salim Əs-Süleymani, Şura Məclisinin üzvləri, Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarovanın ölkə rəsmiləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!