Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                       
22-01-2026, 18:00
Masazırda ev yandı - 1 nəfər öldü


Masazırda ev yandı - 1 nəfər öldü

Abşeron rayonu, Masazır qəsəbəsində yanğın olub.
Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib. Yanğının yayılmasının qarşısı alınıb və qısa müddətdə söndürülüb. 1978-ci il təvəllüdlü Nigar Eminbəylinin meyiti çıxarılaraq təhvil verilib.
22-01-2026, 17:46
YAP Veteranlar Şurası toplaşdı - Mehdiyevin məsələsinə baxıldı?


YAP Veteranlar Şurası toplaşdı - Mehdiyevin məsələsinə baxıldı?

Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının bugünkü iclasında Ramiz Mehdiyevin üzvlükdən xaric edilməsi məsələsi müzakirə edilməyib.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, YAP Veteranlar Şurasının üzvü Tahir Rzayev bildirib.
"Veteranlar Şurasının bu gün keçirilən iclasında əsasən 2025-ci il ərzində görülmüş işlərə dair hesabat dinlənilib. İclasda il ərzində təşkil olunan tədbirlər, veteranların müxtəlif görüş və tədbirlərdə iştirakı ilə bağlı məsələlər müzakirə edilib.
Eyni zamanda, 2026-cı il üçün nəzərdə tutulan fəaliyyət planı müzakirə olunaraq təsdiqlənib. Şuraya yeni üzvlərin qəbulu və ya üzvlükdən xaric edilmə ilə bağlı hər hansı müzakirə aparılmayıb.
İclas zamanı veteranlar gündəlikdəki məsələlərlə bağlı fikirlərini bölüşüb, ölkə başçısının həyata keçirdiyi siyasəti dəstəklədiklərini vurğulayıb, əldə olunan nailiyyətlərə münasibət bildiriblər. Bununla yanaşı, qarşıda duran vəzifələr və gələcək fəaliyyət istiqamətləri barədə də fikir mübadiləsi aparılıb",-T.Rzayev deyib.
22-01-2026, 17:38
Qurban Qurbanovun 500-cü qələbəsi


Qurban Qurbanovun 500-cü qələbəsi

Qurban Qurbanov baş məşqçi karyerasında 500-cü qələbəni qazanıb.
“Qarabağ”ın təcrübəli çalışdırıcısının yubileyi Çempionlar Liqasının Liqa mərhələsinin VII turuna təsadüf edib.
Azərbaycan çempionu “Ayntraxt”la (Frankfurt, Almaniya) ev matçında 3:2 hesabı ilə qalib gəlib. Bu, “Qarabağ”ın Qurbanovun baş məşqçiliyi dövründə 471-ci qələbəsi olub.
Mütəxəssis “Neftçi”də 25, Azərbaycan milli komandasında 4 qələbədə pay sahibi olub. Klub karyerasındakı 496 qələbədən 364-ü Premyer Liqa, 54-ü ölkə kuboku, 78-i avrokuboklarda qeydə alınıb. Mütəxəssisin 500-cü qələbəsi karyerasındakı 857-ci matça təsadüf edib. O, komandaları ilə keçirilən oyunların 58,34 faizində qalib gəlib.
Qeyd edək ki, Qurbanov baş məşqçi kimi ilk qələbəsini 2006/07 mövsümündə “Neftçi”nin “sükanı arxası”nda əldə edib. 2006-cı il avqustun 6-da “Gənclərbirliyi”ni qəbul edən paytaxt təmsilçisi böyük hesabla qalib gəlib – 6:1.
22-01-2026, 17:33
Kamçatkada güclü zəlzələ


Kamçatkada güclü zəlzələ

Rusiyanın Kamçatka bölgəsində güclü zəlzələ baş verib.
Bu barədə Rusiyanın Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka filialı məlumat yayıb.
6,4 bal gücündə zəlzələnin Kamçatka sahillərində qeydə alındığı bildirilir.
Bölgənin mərkəzi şəhəri sayılan Petrpavlovsk-Kamçatskda zəlzələ 4 bal gücündə hiss olunub.
Dağıntılar və zərərçəkənlər barədə məlumat yoxdur.
22-01-2026, 10:38
Yeni dünya reallıqları və Azərbaycanın strateji mövqeyi


Yeni dünya reallıqları və

Azərbaycanın strateji mövqeyi


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 yanvar 2026-cı ildə Davosda “Euronews” televiziyasına verdiyi müsahibə müasir beynəlxalq münasibətlər sistemində baş verən fundamental dəyişikliklər fonunda Azərbaycanın tutduğu prinsipial mövqeni və formalaşdırdığı uğurlu strateji xətti bir daha aydın şəkildə ortaya qoydu. Dövlət başçısının fikirləri həm qlobal siyasi reallıqların düzgün təhlili, həm də milli maraqlara əsaslanan praqmatik siyasətin nəticələri baxımından xüsusi əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev vurğuladı ki, beynəlxalq hüquq normaları artıq dünya ictimaiyyətinin bütün üzvləri üçün mütləq meyar kimi qəbul edilmir. Məhz bu səbəbdən Azərbaycan öz strateji məqsədlərini milli maraqlar əsasında müəyyən edib və bütün addımlarını beynəlxalq hüquqa tam uyğun şəkildə atıb. Ölkəmizin siyasi inkişafı, suverenliyinin və ərazi bütövlüyünün bərpası həm hüquqi əsaslara, həm də ümumbəşəri dəyərlərə söykənib. Bu yanaşma yeni formalaşan beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini daha da möhkəmləndirib. Prezidentin qeyd etdiyi kimi, bu gün dünyada vəziyyəti artıq qanunun aliliyi deyil, güc amili müəyyənləşdirir və belə bir şəraitdə hər bir dövlət öz potensialına uyğun siyasət yürütməli, regional və qlobal müstəvidə mümkün qədər çox ölkə ilə sağlam münasibətlər qurmalıdır. Azərbaycan bu strategiyanın uğurlu nümunəsini ortaya qoyub.
Müsahibədə dövlət başçısı “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülməsini də xüsusi məmnunluqla qeyd etdi. Bu mükafatın Qafqazda onilliklər boyu davam edən münaqişə və qan tökülməsindən sonra sülhün bərqərar olunmasına yönəlmiş səylərə verilən yüksək qiymət olduğunu bildirdi. Prezident İlham Əliyev vurğuladı ki, Cənubi Qafqaz bu gün yeni inkişaf mərhələsinə qədəm qoyur və region artıq aylar ərzində sülh şəraitində yaşayır. Azərbaycan və Ermənistan arasında münasibətlərin əməkdaşlıq müstəvisinə keçməsi, nəqliyyat və enerji sahəsində məhdudiyyətlərin aradan qaldırılması hər iki ölkə üçün qarşılıqlı fayda yaradır. Dövlət başçısının fikrincə, hökumətlərin və vətəndaş cəmiyyətinin birgə səyləri nəticəsində Qafqazda uzunmüddətli deyil, əbədi sülhə nail olmaq mümkündür və Azərbaycanın əsas məqsədi də məhz budur.
Prezident İlham Əliyev ölkə daxilində sabitliyin möhkəm əsaslara söykəndiyini xüsusi olaraq vurğuladı. Bildirildi ki, Azərbaycanda daxili təhlükəsizliklə bağlı potensial risklər mövcud deyil və bütün mümkün təhdidlər xarici amillərlə əlaqəlidir. Bu baxımdan regionda, xüsusilə də qonşu ölkələrdə sabitliyin qorunması Azərbaycanın daim diqqət mərkəzindədir. Dövlətimizin başçısı sülh və sabitliyin hər bir ölkə üçün uğurun yeganə yolu olduğunu qeyd edərək, müharibənin ağır nəticələrini yaşamış Azərbaycan üçün bu anlayışların xüsusi dəyər daşıdığını bildirdi. Enerji bazarındakı vəziyyətə toxunan cənab Prezident neft qiymətlərinin sabitliyini müsbət amil kimi dəyərləndirdi və bunun həm istehsalçılar, həm də istehlakçılar üçün proqnozlaşdırılan gələcək baxımından vacib olduğunu qeyd etdi.
Müsahibədə Azərbaycanın enerji sahəsindəki unikal mövqeyi də geniş şəkildə diqqətə çatdırıldı. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan Cənubi Qafqazda enerji ehtiyatlarına malik olan və digər ölkələrə neft və qaz ixrac edən yeganə dövlətdir. Bu gün 16 ölkəyə, o cümlədən Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac edən Azərbaycan boru kəməri qazının coğrafi əhatəsinə görə dünyada lider mövqedədir. Müasir nəqliyyat infrastrukturu, geniş boru kəməri şəbəkəsi və zəngin resurslar ölkəmizə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində etibarlı tərəfdaş olmaq imkanı yaradır. Eyni zamanda, bu əməkdaşlıq Azərbaycan üçün də yüksək gəlirli bazarlara çıxış deməkdir.
Prezident İlham Əliyev Avropa Parlamentinin Azərbaycana qarşı uzun illərdir davam edən qərəzli mövqeyinə də münasibət bildirdi. Dövlət başçısı qeyd etdi ki, rəsmi Bakı artıq bu cür tənqidlərə reaksiya vermir və Avropa Parlamenti ilə əməkdaşlıq dayandırılıb. Azərbaycan Avropa Komissiyası ilə konstruktiv əməkdaşlığı davam etdirməklə kifayətlənir. Prezident vurğuladı ki, Ermənistanın belə Azərbaycanla münasibətləri müsbət dəyərləndirdiyi bir vaxtda, Avropa Parlamentinin ittihamları məntiqsiz və ədalətsiz görünür. Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda yaranmış yeni reallıqların bariz göstəricisidir.
Prezident İlham Əliyevin Davosdan dünyaya ünvanladığı bu mesajlar bir daha göstərdi ki, Azərbaycan müasir qlobal çağırışlar fonunda müstəqil siyasət yürüdən, regional sabitliyin və beynəlxalq əməkdaşlığın fəal tərəfdarı olan güclü dövlətdir. Milli maraqlara əsaslanan bu xətt ölkəmizin gələcək uğurlarının əsas təminatıdır.

Məmmədağa Orucəliyev
“Qobu” qəzetinin baş redaktoru
22-01-2026, 00:56
Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov


Azərbaycan futbolu adına çox sevinirəm - Qurban Qurbanov

"Qələbə münasibəti ilə azarkeşlərimizi təbrik edirəm. Bu qalibiyyət onların haqqı idi. Belə soyuq havada komandaya dəstək oldular".
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.
"Bəlkə də azarkeşlər bu qələbəni bizdən çox istəyirdilər. Təbii ki, futbolçularımı da təbrik edirəm. Meydanda intizamlı oyun var idi. Hətta, deyərdim ki, bəzi matçlarda görmədiyimiz intizamı gördük. Azərbaycan futbolu adına çox sevinirəm", - o qeyd edib.
22-01-2026, 00:53
Mən sehrbaz deyiləm...


Mən sehrbaz deyiləm...

Çox məyusuq. Erkən qol buraxdıq.
Bu sözləri Almaniyanın “Ayntraxt” komandasının müvəqqəti baş məşqçisi Dennis Şmitt UEFA Çempionlar Liqasının liqa mərhələsinin VII turunda Bakıda "Qarabağ"a 2:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
O, birinci qoldan sonra komandasının toparlandığını bildirib: "Fasilədə müəyyən danışıqlarımız oldu. Taktiki dəyişikliklər etdik:
"Qarabağ" hesabı bərabərləşdirənə qədər üstün idik. Amma rəqib də hücumlar edirdi. Bu matçı analiz edib, qarşıdakı görüşlərə daha yaxşı hazırlaşacağıq. Az vaxtımız var idi, oyunçular meydanda can qoydular, amma bir səhv hər şeyi dəyişdi. Bilirəm ki, futbolçular psixoloji olaraq yaxşı vəziyyətdə deyil. Lakin komandanın yaxşı potensialı var. Nəzərə almaq lazımdır ki, itkilərimiz də var idi. Mən sehrbaz deyiləm".
22-01-2026, 00:49
İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ


İlham Əliyev "Qarabağ"ı TƏBRİK ETDİ


Azərbaycan Prezidenti İlham ƏlTƏBRİKiyev "Qarabağ" klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın "Ayntraxt" klubu üzərində 3:2 hesablı qələbə qazanması münasibətilə təbrik edib.
İlham Əliyev bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
"Çempionlar Liqasının əsas mərhələsində "Ayntraxt" komandası üzərində parlaq qələbə qazanması münasibətilə Qarabağ futbol klubunu ürəkdən təbrik edirəm! Hakimin ədalətsiz və qərəzli qərarlarına baxmayaraq, haqq-ədalət öz yerini tapdı. Birinci dəfə deyil ki, UEFA tərəfindən təyin edilən hakimlər ədalətsiz və qərəzli qərarları ilə Qarabağın qələbə yolunu kəsməyə çalışırlar. Ümid edirəm ki, UEFA bu hakimin kimin tərəfindən təyin olunmasına aydınlıq gətirəcək. Ədaləti və əyilməz ruhu məğlub etmək mümkün deyil. Yaşasın Qarabağ!".
21-01-2026, 17:00
Ukrayna Azərbaycana təşəkkür etdi


Ukrayna Azərbaycana təşəkkür etdi

Ukrayna Xarici İşlər Nazirliyi növbəti humanitar yardıma görə Azərbaycana təşəkkür edib.
Bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin məlumatında qeyd edilib.
Bildirilib ki, Rusiya qış aylarında mülki enerji infrastrukturunu hədəf almağa davam etdiyindən, enerji dəstəyi Ukrayna vətəndaşları üçün olduqca vacib olaraq qalır.
Rəsmi Kiyev Ukraynaya enerji infrastrukturu məsələsind yardım elan edən bütün ölkələrə, o cümlədən Azərbaycana təşəkkür edib.
"Azərbaycan Rusiya hücumlarından təsirlənən bölgələrdə elektrik təchizatının bərpasına kömək etmək üçün enerji avadanlığı - 12 aşağı gərginlikli panel, 11 generator, 5 transformator və 27 000 metr kabel göndərib”, - məlumatda deyilir.
Qeyd edilib ki, bundan əlavə, Niderland və Slovakiyadan da enerji və tibbi avadanlıqların Ukraynaya çatdırılması gözlənilir.
“Həm hərfi, həm də məcazi mənada istilik verən dəstəyə görə tərəfdaşlarımıza minnətdarıq. Bu dəstək tək olmadığımızı sübut edir”, - Ukraynanın xarici işlər naziri Andrey Sibiqa vurğulayıb.
Qeyd edək ki, yanvarın 20-də Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib.

21-01-2026, 16:52
Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı


Sərnişinin pulunu oğurlayan avtobus sürücüsü saxlanıldı

Paytaxtın Səbail rayonunda vətəndaşlardan birinin içərisində 220 manat və bank kartı olan pul kisəsi oğurlanıb.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı N.İslamov saxlanılıb. Araşdırmalarla onun sürücüsü olduğu avtobusa sərnişin qismində əyləşən zərərçəkənin pul kisəsini taladığı və sonradan bank kartı ilə alış-veriş etdiyi də məlum olub.
Paytaxt ərazisində keçirilən digər tədbir nəticəsində isə vətəndaşların birinin bank kartından oğurluq etməkdə şübhəli bilinən 27 yaşlı T.Quliyev də müəyyən olunaraq saxlanılıb.
Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!