Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
19-10-2022, 14:11
Rusiyanın daha bir Su-25 qırıcısı vuruldu


Rusiyanın daha bir Su-25 qırıcısı vuruldu

Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus 5 qanadlı raket və bir Su-25 hücum təyyarəsini vurub. Daha iki silah-sursat anbarı məhv edilib, bir sıra komanda məntəqəsi dağıdılıb. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Qeyd olunub ki, ötən gün ərzində Ukrayna Silahlı Qüvvələri düşmənə cəmi 24 aviasiya zərbəsi endirib, nəticədə qarşı tərəf itkilər verib.
19-10-2022, 14:01
Ermənilər Daşkəsən və Gədəbəyi atəşə tutdu


Ermənilər Daşkəsən və Gədəbəyi atəşə tutdu

Oktyabrın 18-i saat 18:40-dan oktyabrın 19-u saat 01:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman, Pəmbək və Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Təzəkənd və Astaf, Gədəbəy rayonunun Daryurd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
19-10-2022, 13:58
İsrail Ukraynaya silah satmadığını  açıqladı


İsrail Ukraynaya silah satmadığını açıqladı

İsrail yalnız tibbi və humanitar yardımla məhdudlaşaraq Ukraynanı silahla təmin etməyib. Bu barədə İsrailin müdafiə naziri Beni Qans bildirib. "Mən aydınlaşdırmaq istəyirəm ki, biz Ukraynaya silah satmamışıq. Biz onlara tibbi və humanitar yardım göstərmişik" - nazir açıqlamasında deyib.
18-10-2022, 23:14
Bu şəxslər viza tələbindən azad edilir


Bu şəxslər viza tələbindən azad edilir

Azərbaycan və Əlcəzair qarşılıqlı olaraq diplomatik və xidməti pasportlara pasportlara malik şəxsləri viza tələbindən azad edir. Bu, Milli Məclisin Beynəlxalq münasibətlər və və parlamentlərarası əlaqələr komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. Qanun layihəsi müzakirələrdən sonra parlamentin plenar iclasına tövsiyə edilib.
18-10-2022, 23:11
Ukrayna İranla diplomatik əlaqələri kəsir


Ukrayna İranla diplomatik əlaqələri kəsir

Ukrayna ilə İran arasında diplomatik münasibətlər kəsilir. Bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib."İran pilotsuz təyyarələrinin Ukraynanın mülki infrastrukturuna çoxsaylı dağıntıları, xalqımıza vurduğu ölüm və iztirabları, habelə İranın Rusiyaya silah tədarükünün mümkün davam etməsi ilə bağlı yayılan xəbərləri nəzərə alaraq, Prezidentə İranla diplomatik münasibətləri kəsmək təklif edilib", - XİN rəhbəri bildirib. Kuleba, həmçinin əlavə edib ki, Ukrayna heç vaxt İran əleyhinə mövqe tutmayıb: "İran təcavüz cinayətinin iştirakçısına çevrildikdən sonra bu gün biz çox aydın və dürüst mövqe tutacağıq. Əgər İran Rusiyanı silahla təmin etməyi dayandırarsa, biz münasibətlərin bərpasından danışacağıq".
18-10-2022, 23:09
Qaydaları pozan şagirdlər belə cəzalandırılacaq


Qaydaları pozan şagirdlər belə cəzalandırılacaq

Məktəblərdə nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı tətbiq ediləcək inzibati tədbirlər müəyyənləşib. Bu barədə Elm və Təhsil Nazrliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib. Onun sözlərinə görə, inzibati tədbirlər şagirdlərin davranış səviyyələri nəzərə alınmaqla tətbiq ediləcək. Davranış səviyyələrinə görə, tətbiq olunacaq inzibati tədbirlər aşağıdakılardır:
- müəllim baxışı, qeyri-verbal münasibət
- şagirdlərlə sakit söhbət
- xəbərdarlıq
- uzaqlaşdırma
- valideyn ilə əlaqə saxlamaq
- dərsdən sonra şagirdin məktəbdə saxlanması
- psixoloqa yönləndirmə
- sarı xəbərdarlıq məktubu
- narıncı xəbərdarlıq
- qırmızı xəbərdarlıq
18-10-2022, 23:06
Ermənistan ATƏT-dən sərhədə müşahidəçi göndərməyi istədi


Ermənistan ATƏT-dən sərhədə müşahidəçi göndərməyi istədi

Ermənistan hakimiyyəti Azərbaycanla sərhədə müşahidəçi göndərmək üçün ATƏT-ə müraciət edib. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı Anniken Huitfeldtlə keçirdiyi brifinqdə deyib."ATƏT müşahidəçilərinin Ermənistan ərazisində yerləşdirilməklə Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi mövzusu müzakirə olunur. Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik". Hazırda 40 müşahidəçinin daxil olduğu Avropa İttifaqının mülki missiyasına gəlincə, Mirzoyanın sözlərinə görə, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olması məsələsində beynəlxalq müdaxiləni gözləyir."Bu missiya sabit sülhün bərqərar olmasına töhfə verməlidir", - nazir vurğulayıb. Xatırladaq ki, oktyabrın 17-də Avropa İttifaqının xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Azərbaycanla sərhəddə Ermənistana 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər. Bundan əlavə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış sazişlərin həyata keçirilməsinə əlverişli şəraitin yaradılmasına kömək məqsədilə, xüsusilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ümumiyyətlə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması, o cümlədən müvafiq sazişin imzalanması üçün KTMT müşahidəçilərindən istifadə imkanları müzakirə olunur.
18-10-2022, 23:04
Yağış Binəqədini bu vəziyyətə saldı


Yağış Binəqədini bu vəziyyətə saldı

Bakıya günorta saatlarında yağan qısamüddətli yağış paytaxt küçələrində müəyyən çətinliklərə səbəb olub. Butov.az xəbər verir ki, Binəqədinin bəzi küçələrində yolları su basıb. Görüntülərdə Baş Dövlət Yol Polisi İdarəsindən kənd Binəqədi istiqamətində gedən yol əks olunub.“Azərsu” ASC-dən isə məsələ ilə bağlı bildirilib ki, ərazidə yağış-kanalizasiya infrastrukturu yoxdur.
18-10-2022, 23:01
Ukrayna İranı terrorçu dövlət kimi tanımağa hazırlaşır


Ukrayna İranı terrorçu dövlət kimi tanımağa hazırlaşır

Ukrayna Ali Radasına İranla diplomatik əlaqələrin kəsilməsini nəzərdə tutan qanun layihəsi təqdim olunub. Bu barədə deputat Aleksey Qonçarenko “Telegram” kanalında bildirib. Məlumata görə, qanun layihəsində İranın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması məsələsi yer alıb.“Sənəddə parlamentə təklif olunub ki, İranın terrorizmi maliyyələşdirən dövlət kimi tanınması və ona qarşı sanksiyaların gücləndirilməsi ilə bağlı BMT, Avropa Parlamenti, AŞPA, NATO və digər beynəlxalq təşkilatlara, həmçinin üçüncü ölkələrin hökumətlərinə müraciətlər etsin”, - deyə Qonçarenko vurğulayıb. Onun fikrincə, qanun layihəsi tezliklə müzakirəyə çıxarılacaq. Qeyd edək ki, Rusiya ordusunun Ukraynaya qarşı döyüşlərdə İran istehsalı PUA-lardan istifadə etməsi Kiyevlə Tehran arasında münasibətlərin gərginləşməsinə səbəb olub.
18-10-2022, 22:58
Qadın diş protezlərindən boğulub öldü


Qadın diş protezlərindən boğulub öldü

Kolumbiyada diş protezləri qadının ölümünə səbəb olub. Bu barədə “Oddity Central” nəşri yazıb. Belə ki, həkimlərin gecələr diş protezlərinin çıxarılması ilə bağlı tövsiyələrinə baxmayaraq, Mariya Qusman mütəxəssislərin məsləhətinə qulaq asmayıb. Süni dişlərlə yuxuya gedən qadın təsadüfən onu udub və boğulub. Mariyanı təcili xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!