Amnistiya aktı 18 min 203 nəfərə şamil edilib - RƏSMİ .....                        Abşeronun içməli su təminatı bərpa olunur .....                        Qırğızıstanın Baş naziri Azərbaycana gəldi .....                        Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olunub .....                        İran sülh üçün 4 şərt açıqladı - SİYAHI .....                        Tramp Pezeşkianı təriflədi, İranı hədələdi - FOTO .....                        Müharibə Pasxa bayramından əvvəl sona çatacaq - Roma Papası .....                        Masallıda faciəli şəkildə ölən baba və nəvənin fotosu .....                        Mer və ailəsi rüşvətə görə saxlanıldı .....                       
Tarix : 18-10-2022, 23:06
Ermənistan ATƏT-dən sərhədə müşahidəçi göndərməyi istədi


Ermənistan ATƏT-dən sərhədə müşahidəçi göndərməyi istədi

Ermənistan hakimiyyəti Azərbaycanla sərhədə müşahidəçi göndərmək üçün ATƏT-ə müraciət edib. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan norveçli həmkarı Anniken Huitfeldtlə keçirdiyi brifinqdə deyib."ATƏT müşahidəçilərinin Ermənistan ərazisində yerləşdirilməklə Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi mövzusu müzakirə olunur. Biz bu məsələyə yaxın vaxtlarda aydınlıq gətirəcəyik". Hazırda 40 müşahidəçinin daxil olduğu Avropa İttifaqının mülki missiyasına gəlincə, Mirzoyanın sözlərinə görə, Ermənistan Cənubi Qafqazda sülhün bərqərar olması məsələsində beynəlxalq müdaxiləni gözləyir."Bu missiya sabit sülhün bərqərar olmasına töhfə verməlidir", - nazir vurğulayıb. Xatırladaq ki, oktyabrın 17-də Avropa İttifaqının xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə Azərbaycanla sərhəddə Ermənistana 40 müşahidəçinin göndərilməsini rəsmən təsdiqləyiblər. Bundan əlavə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış sazişlərin həyata keçirilməsinə əlverişli şəraitin yaradılmasına kömək məqsədilə, xüsusilə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və ümumiyyətlə, Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması, o cümlədən müvafiq sazişin imzalanması üçün KTMT müşahidəçilərindən istifadə imkanları müzakirə olunur.


Paylaş



Bölmə: Dünya / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!