Pakistan Xankəndi sammitinə görə Azərbaycana təşəkkür etdi .....                        33 yaşlı qadın doğuş zamanı öldü .....                        Erməni hərbçilər minaya düşdülər .....                        Nəriman Cəlilov Ərdoğanın qəbulunda .....                        Konstitusiya Məhkəməsi mühüm qərar qəbul etdi .....                        Vardanyan növbəti dəfə hakim qarşısında .....                        Səfirliyimizə hücum edən erməninin cəzası ağırlaşdırıldı .....                        Makronun arvadı onu yenidən alçaltdı .....                        Bu qaydalar təsdiqləndi .....                       
18-10-2022, 22:13
Türk Dünyası aydınları Ərzincanda toplandı

Türk Dünyası aydınları Ərzincanda toplandı

Türkiyənin Ərzincan şəhərində keçirilən Uluslararası Türk Dünyası Simpoziumundan qayıtmışıq. Təəssüratlarımız möhtəşəmdir. 800-dən yuxarı Türk aydınının qatıldığı bu əzəmətli tədbirin düşüncələrimizdə saldığı izin pozulmayacağı şəksizdir. Çünki qarışıq dünyanın çarpaşıq işləri, zəmanənin burulğanları elə təzadlı məqamlarla şərtlənir ki, bu günlə sabahın sivil insanının ortaq bir müstəvidə, ortaq bir nöqtədə bəşəriyyətin gələcəyi üçün birləşməsi, müqəddəs ideallar uğrunda mübarizlik nümayiş etdirə bilməsi üçün bu cür fikir, düşüncə və əməl birliyi yollarına təməl atması vacibdən vacib şərtdir. Bir sözlə, necə ki deyirlər, XXI əsr Türk əsridir, həqiqətən də, bunun hər addımda şahidi və iştirakçısı olmaqdan qürur duyuruq.
Oktyabrın 9-12-si tarixlərində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı

Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyi ilə baş tutan bu tədbirdə, digər türkdilli dövlətlər kimi, Azərbaycanı da nüfuzlu nümayəndə heyəti təmsil edirdi. Ölkəmizin sabiq baş naziri, tanınmış ictimai-siyasi xadim Həsən Həsənov, AYB sədri, yazıçı Anar Rzayev, akademiklər İsa Həbibbəyli, Teymur Kərimli, Nizami Cəfərov, millət vəkili Əziz Ələkbərli, professorlar Vaqif Sultanlı, Qulu Məhərrəmli, Nadir Məmmədli, Məti Osmanoğlu və digər elm adamlarının qatıldıqları uluslararası simpoziumun ən ümdə məqsədi bütün dünyaya Türk Birliyinin, Turançılıq məfkurəsinin ideallarının yaşadılıb inkişaf etdirilməsi yolunda Türkdilli xalqların vahid bir millət şəklində birləşərək birlik, qardaşlıq, həmrəylik mesajı ifadə etməsi idi.

Simpoziumda çıxış edən elm adamlarının demək olar ki, bütün məruzələrində böyük Türk maarifçisi, düşüncə və fikir adamı İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, əməldə birlik!” ideyası ana xətt kimi keçirdi. Əsasən də, 44 günlük Qarabağ müharibəsinin dünyaya səs salan möhtəşəm Zəfər tarixi ilə bağlı məruzələrin doğurduğu rezonans olduqca ilginc məqamlarla yaddaşlara yazıldı. Türkün yenilməzliyi, tarixdə qazandığı möhtəşəm qələbələr, dünyanın dörd bir yanında iz salan türk dəyərləri, mənəviyyat, mədəniyyət və ictimai-siyasi görüşlərlə bağlı məsələlər panel iclaslarının əsas diskussiya mövzusu oldu.
Türkdilli Dövlətlər Təşkilatına (TDT) daxil olan 7 Türk dövlətinin bayraqları ilə bəzədilmiş Ərzincan Universitetinin bütün zal və vestibülləri bu türk dövlətlərindən gəlmiş aydınları öz ağuşuna elə almış, onları elə etkiləmişdi ki, simpozium iştirakçıları ard-arda calanan panel iclaslarının birindən çıxmamış o birinə yetişməklə bütün bölmələrdəki dinləmələrin iştirakçısı olmağa can atırdılar. Axı, hər yerdə söhbət Türk Birliyindən, Türan ideallarının gerçəkləşəcəyi o müqəddəs yoldan gedirdi. Mövlanələr yolu olan “uzun...incə yoldan...”. Odur ki, yolumuz açıq olsun, əziz Turançılar!

SÖZardı: Biz artıq Ata Yurddan Ana Yurda qayıtmışıq. Həyat yenə öz axarında, xatirələr öz işığıyla beyinlərimizə mübarək nurunu salmağındadır. Bu yerdə heç vaxt unudulmayacaq əziz, sayğıdəyər Türk aydınını, prof.dr. Ali Kafkasyalını təkrar-təkrar xatırlamaqdan qürur duyduğumu bəyan etmək istəyirəm. O Ali hocanı ki, gecəbəgündüz Türk Dünyasının tərəqqisi, inkişafı, Türk insanının bir-biriylə sarsılmaz birliyi və qardaşlığı naminə qanı və canı bahasına yorulmadan, usanmadan çabalar göstərməkdə, öz alim-şəxsiyyət ömrünü milləti, vətəni, torpağı və bayrağı yolunda fədakarcasına yaşamaqdadır. Eşq olsun belə fədakarlıqları həyat kredosuna çevirən Türk aydınlarına!

Qiymət Məhərrəmli, simpozium iştirakçısı,
AMEA Foklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, şair.



18-10-2022, 22:09
Atıcımız tarixi uğur qazandı - 20 ildən sonra ilk


Atıcımız tarixi uğur qazandı - 20 ildən sonra ilk

Azərbaycanlı atlet atıcılıq idmanı tariximizə düşəcək qələbə əldə edib. Butov.az xəbər verir ki, atıcımız Nigar Nəsirova Misirin Qahirə şəhərində keçirilən Atıcılıq üzrə Dünya Çempionatında bürünc medal qazanıb. Nigar Nəsirova 5.6 kalibrli tapançadan 50 metr məsafəyə atəş üzrə 3-cü yerə çıxıb. Qadınlar arasında fərdi yarış növündə azərbaycanlı atlet 539 xal toplayıb. Qeyd edək ki, Dünya Çempionatında bu idman növündə son qələbəmiz 2002-ci ildə olmuşdu.
18-10-2022, 21:54
Avropa İttifaqının müşahidə missiyası artıq Ermənistandadır


Avropa İttifaqının müşahidə missiyası artıq Ermənistandadır

Ermənistan Baş naziri Nikol Paşinyan Norveçin xarici işlər naziri Anniken Hütfeldt ilə görüşüb. Bu barədə Ermənistan hökuməti məlumat yayıb. Paşinyan görüş zamanı bildirib ki, Avropa İttifaqının (Aİ) müşahidə missiyası artıq Ermənistandadır, ATƏT-in monitorinq missiyasının Ermənistana göndərilməsi məsələsi də müzakirə olunur. Görüş zamanı tərəflər regional və beynəlxalq gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
18-10-2022, 21:52
Türkiyənin hərbi xərcləri rekord həddə çatır


Türkiyənin hərbi xərcləri rekord həddə çatır

Türkiyə hökuməti 2023-cü ildə müdafiə xərcləri üçün 468,7 milyard türk lirəsi ayırmağı planlaşdırır.
Butov.az xəbər verir ki, gələn ilin müdafiə xərcləri ölkənin Mərkəzi Bankının hazırkı məzənnəsinə uyğun olaraq 25,2 milyard dollar təşkil edəcək. Bu, ölkə tarixində rekord göstəricidir. Daha əvvəl Türkiyənin hərbi xərcləri 2019-cu ildə ən yüksək səviyyədə olub. Həmin il hərbi xərclər 20,6 milyard dollar, keçən il isə 15,4 milyard dollar təşkil edib. Qeyd edək ki, Türkiyə 1952-ci ildən NATO-nun üzvüdür və təşkilatda ikinci ən böyük orduya malikdir.
18-10-2022, 21:50
Qazaxıstan səfirliyindən 18 oktyabr təbriki


Qazaxıstan səfirliyindən 18 oktyabr təbriki

Qazaxıstan səfirliyi Azərbaycanı 18 Oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə diplomatik nümayəndəliyin feysbuk səhifəsində paylaşım edilib. "Qazaxıstan səfirliyi qardaş Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Hər kəsə səmimi qəlbdən sülh, əmin-amanlıq, xoşbəxtlik, firavanlıq və tərəqqi arzulayırıq!", - təbrikdə deyilir.
18-10-2022, 21:48
Azərbaycan və Serbiya arasında saziş təsdiqlənəcək


Azərbaycan və Serbiya arasında saziş təsdiqlənəcək

Milli Məclis Azərbaycan və Serbiya arasında sosial təminat haqqında sazişi təsdiq edəcək. Butov.az xəbər verir ki, qanun layihəsi Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən onlayn iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında sosial təminat haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib.
18-10-2022, 21:46
Elm Fonduna rəhbər təyin edildi - Sərəncam


Elm Fonduna rəhbər təyin edildi - Sərəncam

Mehriban Natiq qızı İmanova Azərbaycan Elm Fondunun İcraçı direktoru təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.
18-10-2022, 21:43
İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı


İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı artırıldı

Prezident İlham Əliyev İpoteka və Kredit Zəmanət Fondunun nizamnaməsinə dəyişiklik edib. Butov.az xəbər verir ki, dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb. Fərmana əsasən, Fondun nizamnamə kapitalı 95 milyon manat və yaxud 11,9% artırılaraq 798 milyon manatdan 893 milyon manata çatdırılıb. Kapital artımında məqsəd güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsidir. Artım 2022-ci ilin dövlət büdcəsindən Fonda ayrılmış vəsait hesabına təmin ediləcək.
18-10-2022, 21:40
Avropa İttifaqı da təbriklərə qoşuldu


Avropa İttifaqı da təbriklərə qoşuldu

Avropa İttifaqı (Aİ) Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyi feysbuk səhifəsində paylaşım edib. “Avropa İttifaqının nümayəndəliyi Azərbaycan xalqını 18 oktyabr - Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edir. Azərbaycana sülh və firavanlıq arzulayırıq”, - təbrikdə deyilir.

18-10-2022, 21:38
Azərbaycanın İtaliyadakı səfiri dəyişdi


Azərbaycanın İtaliyadakı səfiri dəyişdi

Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb. Butov.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Rəşad Fəxrəddin oğlu Aslanov Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!