Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
Tarix : 18-10-2022, 22:13
Türk Dünyası aydınları Ərzincanda toplandı

Türk Dünyası aydınları Ərzincanda toplandı

Türkiyənin Ərzincan şəhərində keçirilən Uluslararası Türk Dünyası Simpoziumundan qayıtmışıq. Təəssüratlarımız möhtəşəmdir. 800-dən yuxarı Türk aydınının qatıldığı bu əzəmətli tədbirin düşüncələrimizdə saldığı izin pozulmayacağı şəksizdir. Çünki qarışıq dünyanın çarpaşıq işləri, zəmanənin burulğanları elə təzadlı məqamlarla şərtlənir ki, bu günlə sabahın sivil insanının ortaq bir müstəvidə, ortaq bir nöqtədə bəşəriyyətin gələcəyi üçün birləşməsi, müqəddəs ideallar uğrunda mübarizlik nümayiş etdirə bilməsi üçün bu cür fikir, düşüncə və əməl birliyi yollarına təməl atması vacibdən vacib şərtdir. Bir sözlə, necə ki deyirlər, XXI əsr Türk əsridir, həqiqətən də, bunun hər addımda şahidi və iştirakçısı olmaqdan qürur duyuruq.
Oktyabrın 9-12-si tarixlərində Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini, Türk Dövlətləri Təşkilatı

Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımın, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyi ilə baş tutan bu tədbirdə, digər türkdilli dövlətlər kimi, Azərbaycanı da nüfuzlu nümayəndə heyəti təmsil edirdi. Ölkəmizin sabiq baş naziri, tanınmış ictimai-siyasi xadim Həsən Həsənov, AYB sədri, yazıçı Anar Rzayev, akademiklər İsa Həbibbəyli, Teymur Kərimli, Nizami Cəfərov, millət vəkili Əziz Ələkbərli, professorlar Vaqif Sultanlı, Qulu Məhərrəmli, Nadir Məmmədli, Məti Osmanoğlu və digər elm adamlarının qatıldıqları uluslararası simpoziumun ən ümdə məqsədi bütün dünyaya Türk Birliyinin, Turançılıq məfkurəsinin ideallarının yaşadılıb inkişaf etdirilməsi yolunda Türkdilli xalqların vahid bir millət şəklində birləşərək birlik, qardaşlıq, həmrəylik mesajı ifadə etməsi idi.

Simpoziumda çıxış edən elm adamlarının demək olar ki, bütün məruzələrində böyük Türk maarifçisi, düşüncə və fikir adamı İsmayıl bəy Qaspıralının “Dildə, fikirdə, əməldə birlik!” ideyası ana xətt kimi keçirdi. Əsasən də, 44 günlük Qarabağ müharibəsinin dünyaya səs salan möhtəşəm Zəfər tarixi ilə bağlı məruzələrin doğurduğu rezonans olduqca ilginc məqamlarla yaddaşlara yazıldı. Türkün yenilməzliyi, tarixdə qazandığı möhtəşəm qələbələr, dünyanın dörd bir yanında iz salan türk dəyərləri, mənəviyyat, mədəniyyət və ictimai-siyasi görüşlərlə bağlı məsələlər panel iclaslarının əsas diskussiya mövzusu oldu.
Türkdilli Dövlətlər Təşkilatına (TDT) daxil olan 7 Türk dövlətinin bayraqları ilə bəzədilmiş Ərzincan Universitetinin bütün zal və vestibülləri bu türk dövlətlərindən gəlmiş aydınları öz ağuşuna elə almış, onları elə etkiləmişdi ki, simpozium iştirakçıları ard-arda calanan panel iclaslarının birindən çıxmamış o birinə yetişməklə bütün bölmələrdəki dinləmələrin iştirakçısı olmağa can atırdılar. Axı, hər yerdə söhbət Türk Birliyindən, Türan ideallarının gerçəkləşəcəyi o müqəddəs yoldan gedirdi. Mövlanələr yolu olan “uzun...incə yoldan...”. Odur ki, yolumuz açıq olsun, əziz Turançılar!

SÖZardı: Biz artıq Ata Yurddan Ana Yurda qayıtmışıq. Həyat yenə öz axarında, xatirələr öz işığıyla beyinlərimizə mübarək nurunu salmağındadır. Bu yerdə heç vaxt unudulmayacaq əziz, sayğıdəyər Türk aydınını, prof.dr. Ali Kafkasyalını təkrar-təkrar xatırlamaqdan qürur duyduğumu bəyan etmək istəyirəm. O Ali hocanı ki, gecəbəgündüz Türk Dünyasının tərəqqisi, inkişafı, Türk insanının bir-biriylə sarsılmaz birliyi və qardaşlığı naminə qanı və canı bahasına yorulmadan, usanmadan çabalar göstərməkdə, öz alim-şəxsiyyət ömrünü milləti, vətəni, torpağı və bayrağı yolunda fədakarcasına yaşamaqdadır. Eşq olsun belə fədakarlıqları həyat kredosuna çevirən Türk aydınlarına!

Qiymət Məhərrəmli, simpozium iştirakçısı,
AMEA Foklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, şair.





Paylaş



Bölmə: Turan / Karusel / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!