Tramp hərbi komandanlıqla görüşdü .....                        İlham Əliyev uzaqgörən liderdir - İsrail naziri .....                        Yeni virus nə qədər qorxuludur? - 100 nəfər karantinə alındı .....                        Bakıda hakimin ailəsində faciə .....                        Bu şəhərdə dilənçilik qadağan edildi .....                        İmamoğlu ilə sevgili olmağım yalandır - AÇIQLAMA .....                        Rüfət Səfərovun məhkəməsində mübahisə - proses təxirə salındı .....                        Prospektdə hərəkət edən yük maşınının təkərləri yerindən çıxdı .....                        "TikTok"da söyüş söyən şəxsi həbs edildi .....                       
Tarix : 21-12-2020, 10:49
“TÜRKVİZYON” -un qalibi  Ukrayna təmsilçisi  oldu


“TÜRKVİZYON” Türk Dünyası Mahnı Müsabiqəsinin qalibi Ukrayna təmsilçisi oldu

Türkiyənin, Türk Müzik Birliyi (TMB TV) telekanalının təşkilatçılığı ilə keçirilən “TÜRKVİZYON” Türk Dünyası Mahnı Müsabiqəsinin qalibi məlum olub 2020-ci ildə pandemiya (COVID–19) səbəbindən online keçirilən yarışmada 26 ölkə və bölgənin təmsilçisi iştirak edib.
Dekabrın 20-də keçirilən müsabiqənin qalibi qaqauz əsilli Ukrayna muğənnisi Nataliya Papazoğlu olub, 2-ci yeri Rusiya Federasiyasının Saxa Yakutiya Respublikasının, 3-cü yeri isə Bosnya və Hersoqovinanın nümayəndələri tutub.
Müsabiqədə Türkiyə, Azərbaycan, Rusiya, Ukrayna, Belarus, Moldova, Bosnya və Hersoqovina, Almaniya, Albaniya, Serbiya,Qırğızıstan, Qazaxıstan, Şimali Makedoniya, İraq, Şimali Kipr Türk Cümhuriyyəti, Polşa və Almaniyadan təmsilçilər iştirak edib. “Türkvizyon 2020”-nin qalibini 26 nəfərdən ibarət münsiflər heyətinin səsləri müəyyən edib. Bundan başqa müsabiqədə xüsusi “Tamaşaçı Rəğbəti” mükafatı nəzərdə tutulub. Bu mükafat iştirakçılar arasında “Sarı Gəlin” mahnısnın ifasına görə veriləcək. Tamaşaçı səsverməsi www.turkvizyon.tv saytında keçiriləcək. Saytda səsvermə 1 yanvar 2021-ci ilədək davam edəcək.

“TÜRKVİZYON” Türk Dünyası Mahnı Müsabiqəsinin məqsədi ortaq köklərə malik Türkdilli ölkələr və xalqları bir-birinə daha da yaxından tanıtmaq, yeni ortaq mədəni platforma yaradaraq mədəni əlaqələri inkişaf etdirməkdir. Bu layihə iştirakçı ölkələrin və xalqların dünyada tanıdılmasına, eyni zamanda yeni dostluq və əməkdaşlıq imkanlarının meydana gəlməsinə şərait yaradır.
Bunlardan əlavə “TÜRKVIZYON" Türk Dünyası Mahnı Yarışmasının müxtəlif ölkələrin televiziya kanallarında, muxtar bölgələrdə və icmalarda canlı yayımlanması Türk mədəniyyətinin təbliğinə qatqı təmin etməkdə əhəmiyyətli bir amil olacaqdır.

Gələn il müsabiqənin Azərbaycanın Şuşa şəhərində keçirilməsi planlaşdırılır.


Paylaş



Bölmə: Şou Biznes / Turan / Karusel / Slayd / Xəbər lenti
Fikirlər
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Yanvar 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!